Teatr İnstitutunun tələbəsinin azadlıq mübarizəsi

 Cahid Hilaloğlu Azərbaycanın iki yerə bölünməsi ilə barışmırdı...

 

 

Dünyaya gələn insanın ən böyük işi özünün insani borcunu ödəməsidir. Araşdırmaçı Əli Şamil deyir ki, yaradıcı insanlar, xüsusən ədəbiyyat, incəsənət adamları adətən sərbəstliyi sevirlər. Ancaq onların hamısı arzularına çata bilmirlər. Dövranın gərdişi çoxlarını zamanın diktəsilə hərəkət etməyə məcbur edir: "Ülvi Həkim 1998-ci ildə Polşadakı KARTA qeyri-hökumət təşkilatının ingilis, rus polyak dillərində "Dissidentskaya slovar" ("Dissident sözlüyü") hazırlamağa başladığını bildirdi məni o sözlüyün Azərbaycan bölməsini hazırlamağa dəvət etdi. "Dissident sözlüyü" üçün məqalələr hazırlayarkən indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələrinin fəallığı daha qabarıq gözə çarpırdı. Bu təsadüfi bir hal deyildi. Görünür, Çingiz Abdullayev Cahid Hilaloğlu da xalqa öz sözlərini sərbəst demək həvəsi ilə o zamankı Azərbaycan Teatr İnstitutuna daxil olmuşdular. Onlar ikinci kursda dərslərə yenicə başlayanda Bakıda "İldırım" qrupunun üzvlərinin həbsləri başlamışdı. Bu qalmaqallı məhkəmə prosesindən Cahid Çingiz kimi diribaş tələbələr xəbərsiz qala bilməzdi. Görünür, gizli təşkilat qurma cəhdləri, gizli vərəqlər yazıb küçələrə vurmaları xüsusi xidmət orqanlarının diqqətini çəkibmiş".

Ə.Şamilin Cahid Hilaloğlu ilə bağlı təqdim etdiyi məqamlar o dövrkü vəziyyəti öyrənməyə ciddi əsas verir: "Yeniyetməliyində gəncliyində soyadı Şirinov olan, sonralar Cahid Hilaloğlu kimi tanınan soydaşımız 1928-ci ildə Ağdam şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır".

1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı: "Təhsil aldığı ali məktəbdə fikirdaşlarını tapır. Çingiz Mirzağa oğlu Abdullayev başqa yaşıdları ilə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururlar. Əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Vərəqələr xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Nəticədə Çingizi ali məktəbdən qovub "islah" olunmaq üçün 3 illiyə həbsxanaya yollayır, dəstənin başqa üzvlərini isə tənbeh ediblər. Ancaq bu cəza onları yollarından döndərmir. Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə əlaqə saxlayır".

C.Hilaloğlu 1952-ci ildə institutu bitirib M.F.Axundov adına Azərbaycan Dövlət Opera Balet Teatrında işə başlayır. Burada işlədiyi müddətdə quruluşdan narazılığını müxtəlif vasitələrlə ifadə etsə , hələlik ona qarşı sərt tədbirlər görülmür: "1956-cı ildə quruluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığını, böyük hay-küylü bir kampaniya başlandığını görən gənclər burada sərbəst fəaliyyət göstərməyin mümkünsüzlüyünə tam yəqin olaraq xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərəra alırlar. Bəs xaricə necə getməli? Rejm sərt, sərhədlər bağlı. Güney Azərbaycanda iki il yaşamış Cahid qaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyac olmasından istifadə edib Azərbaycan Mədəniyyət Nazirliyinə ərizə yazaraq Lerik rayonunda işləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə müsbət cavab alırlar. Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Türkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi.

Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə , istəyini dinləyir təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Çingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır. Beləliklə, onların xaricə getmək cəhdi baş tutmur. 1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. C.Hilaloğlu dostları sovet ordusunun Tbilisi şəhərində onlarla qocanı, qadını, uşağı öldürməsini həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən 7-8 ay keçməmiş sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər".

1957-ci ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar: "Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri-dəqiqlik var. Yekdil fikir odur ki, bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs "Bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib?" sualına xatirələr tam aydınlıq gətirmir. Cahid Hilaloğlunun əməlləri DTK (KQB) tərəfindən aşkarlanır. Onu ittiham edənlərə Cahid deyirmiş: "Nədən Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı, Macarıstandakı isə əksinqilabi qiyam adlandırılır?" Xüsusi xidmət orqanları isə daha bu gənclərin "nazı ilə oynamaqdan bezib" sərt tədbirlər planlaşdırır. Onu antisovet təbliğatı təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

C.Hilaloğlu cəza müddətini Moldova MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərgəsi adlandırılsa da, əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə , uzun müddət işsiz qalır. 1969-cu ildə Yerevanda yenidən bərpa edilmiş C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır. Orada da C.Hilaloğlunu dinc buraxmırlar. Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna görə, gah tamaşaya qoyduğu əsər başqa cür başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan millətçilik qoxusu gəldiyinə görə "söhbətə" çağırırlar. 1971-ci ildə Bakıya qayıdır vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır".

1976-cı ilin aprelin 13-də öz ərizəsilə işdən gedən C.Hilaloğlu xeyli işsiz qaldıqdan sonra Ağdam şəhərində yeni açılmış dövlət dram teatrında fəaliyyətə başlayır, ömrünün sonunadək orada çalışır: "1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir "Volqa" avtomobili Cahidi vurur. Bu qəzadan həlak olan C.Hilaloğlunu Ağdam şəhərində dəfn edirlər.

C.Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi".   

 

Uğur  

Xalq Cəbhəsi.- 2011.- 3 fevral.- S.14.