Ermənilərin vəhşilikləri arxiv sənədlərində

        

  Son dövrdə Türkiyə və dünya ictimaiyyətini zaman zaman narahatlandıran  mövzuların başında gələn qondarma “erməni soyqırımı” iddialarına qarşı ən əhatəli sənədlərin Rusiya dövlət arxivlərində olduğu bir daha təsbit edildi. İstanbul Universiteti Atatürk  İlkələri (Prinsipləri) və İnqilab Tarixi İnstitutunun tanınmış  araşdırmaçısı, tarixçi alim  Mehmet Bora Perinçek, "Rus çar generallarının və zabitlərinin yazdığı yüzlərlə hesabat və çar əsgəri məhkəmələrinin yüzlərlə protokolu və qərarlarının, Birinci Dünya Döyüşü əsnasında işğal edilən bölgələrdə erməni könüllü birliklərinin müsəlman xalqa qarşı vəhşi soyqırımlara girişdiyini, mallarını yağmaladığını açıqca gözlər önünə sərdiyini" ifadə etdi.

 

Ermənilər arxivləri bağladı

   

   Perinçek, "Sovet Arxiv Sənədləri işığında türk-erməni əlaqələri 1915-1923" mövzulu elmi tədqiqatında Rusiyanın, Osmanlı Dövlətini parçalamaq üçün döyüşən böyük dövlətlərdən biri olaraq, 1915  erməni köçürməsinin əvvəli və sonrasını detallarıyla qeydə aldığını bildirərək, bunları dilə gətirdi: "Çar Rusiyası, 19-cu əsrin ortalarından 1917-ci ildə yıxılana qədər “erməni məsələsinin” tərəf olaraq içində idi. Bu dövrə aid Sovet arxivlərində bir çox “Sovet Ermənistanı” sənədini tapmaq mümkündür. Erməni dövlət arxivlərindəki çox sayda əhəmiyyətli sənəd bu gün araşdırmaçılara bağlıdır. Ancaq o sənədləri rus dövlət arxivləri üzərindən əldə edə bilməkdəyik. Bunlara bir də erməni və digər Güney Qafqaz respublikalarının qaynaqlarını əlavə etdiyimiz zaman, Rus dövlət arxivlərinin “erməni məsələsində” ən əhəmiyyətli sənədləri saxladığını söyləməmiz şişirtmə olmayacaq."

 

Etiraflar ehtiva edir

          

Rus arxivlərində, Çar Rusiyasının, Sovet dövlətinin, Daşnak və Sovet “ermənistanının” ən üst səviyyədəki səlahiyyətliləri tərəfindən imzalanmış çox gizli hesabatlar və yazışmaların tapıldığını vurğulayan Perinçek, "Bu sənədlər, “erməni soyqırımı” iddiasında olanların etiraflarını ehtiva etməkdə, “erməni məsələsini”  Türkiyəyə qarşı istifadə edən güclərin təyin etmələrini ortaya qoymaqdadır. Ayrıca Çar Rusiyası və Sovet Rusiya kimi üçüncü bir gücün təyin etmələrini əks etdirməsi səbəbiylə də, beynəlxalq sahədə təsirli və etibarlı dəlil dəyəri daşımaqdadır. Xüsusilə, hesabatlar və iç yazışmalar, dövlət səlahiyyətlilərinin gerçəyi təyin etməyə istiqamətli səmimi qiymətləndirmələrini ehtiva etməkdədir" dedi.

 

Rus komandirə vəhşilik məktubu

 

             Türk Orduları Qafqaz Cəbhəsi Komandiri Vehbi Paşanın Rus Orduları Qafqaz Cəbhəsi Komandiri General Prjevalskiyə yazdığı 22 Yanvar 1918 tarixli məktub sanki erməni vəhşiliyinin dəlili xüsusiyyətində. Məktub xülasəylə bunu göstərir : "Ərzincandan Rus korpusunun ayrılmasının ardından erməni zülmü, evlərə hücum və gizlin adam öldürmə ölçüsünü aşaraq daha da yayılmış və kəndlərə açıq hücumlara, qadınlara təcavüzə, kişi əhalinin qətl edilməsinə, kəndlərin atəşə verilməsinə çevrilmişdir. Bu vaxt Ərzincana 18 kilometr uzaqlıqdakı Zekkih kəndi bu cür talehsiz hadisələrə məruz qalmışdır. Bir həftə əvvəlində Ardasıdan 3 kilometr uzaqlıqdakı müsəlman kəndi Koska, 30 adam bir erməni qrupunun hücumuna uğramış, kəndin yandırılmasının ardından insanlığa qan ağladacaq bir dram yaşanmışdır."

 

Türkləri yoxetmə metodu

 

Mehmet Bora Perinçekin işində, İrəvanı  türklərdən təmizləmək və "böyük ermənistan" ı qurmaq üçün Çar ordusunun əmri altında döyüşə soxduğu könüllü erməni birliklərinin, Rus Çarlığı üçün həm "agent" vəzifəsini yerinə yetirdiyi, həm də Anadoluda böyük qırğınlara girişdikləri ifadə edilir. Perinçek belə davam edir: "Erməni könüllü birliklərin fəaliyyətləri, Birinci Dünya Döyüşü sırasındakı Erməni hadisələrinin başa düşülməsi baxımından təyin edici əhəmiyyətdədir. Gurçu dövlət adamı Karinyan, 'Erməni könüllülər, işğal edilmiş bölgələrdə bütün gücünü göstərərək, Erməni olmayan əhalinin fiziki olaraq yox edilməsi metoduna müraciət edirdi' deyir."

 

İşdə qırğının dəlilləri

 

          Qərb ölkələrin Türkiyə torpaqlarının işğal əməllərinin ortaya çıxdığı dövrə aid ibrət sənədləri erməni vəhşiliyinin bütün çılpaqlığıyla gözlər önünə sərir. İşdə Rus Qafqaz Orduları Komandiri Odişelidzenin teleqramı: "Erməni birlikləri, qadınlar və uşaqlar daxil, silahsız Türk xalqına istiqamətli kütləvi vəhşiliklərə girişirlər." (sənəd-1). Stalinin Çiçerinə 3 Noyabr 1920 tarixində göndərdiyi teleqraf: "Türklərin ermənilərə hücumlarının ölçüləriylə əlaqədar söz-söhbətlər, Antanta agentləri tərəfindən şişirdilməkdədir. Van, Muş və Bitlisin ermənilərə verilməsi imperialist, axmaq və təxribatçı bir tələbdir." (sənəd-2) Qafqaz Ordu qərargahına bağlı əsgəri məhkəmədən bir fayldan götürmə: "Erməni könüllülər, Kürd qadın və qızlara təcavüz, 26 qadın ilə uşağa qəsdli işgəncə verməkdə və öldürməkdə günahkar bilindilər" (sənəd-3).

 

‘Kürdlərə hücum etməyin, kəndləri yağmalamayın'

 

Mehmet Bora Perinçek, araşdırdığı çox sayda sənəddə ermənilərin törətdiyi  qırğınının açıq bir şəkildə gözlər önünə sərildiyinə işarə edir və Rus əsgərlərinin çəkilməsinin ardından ermənilərin böyük bir yağma hərəkətinə girişdiklərini isbat edir. Perinçek, "Erməni birliklərinin Müsəlmanlara istiqamətli girişdikləri qırğınlar və soyğunçuluqlar da məhkəmə hesabatlarıyla sübut olunur. Vanın işğalının ardından şəhərin qubernatoru olan Rus ordularının Van birliyi komandiri Nikolayev tərəfindən göndərilən 34 saylı 22 İyun 1915 tarixli təlimatda ermənilərin bölgədəki Kürd əhaliyə hücumları dayandırmaq və kürd kəndlərininə toxunmamağı əmr edir. Bu onu göstərir ki, rus komandanlığı ermənilərin kürd kəndlərini yer üzündən silmələri qarşısında artıq aciz qaldığından, vəhşiliklər dayandırılmadığı halında erməniləri ölümlə təhdid edirdilər”. 

 

Əsirləri belə qətl etdilər

 

Erməni könüllü birliklərinin "tehcir" əvvəlindən etibarən Türklərin və Kürdlərin yaşadıqları kəndləri qılıncdan keçirdiyinə yer verən Mehmet Bora Perinçek, araşdırdığı sənədlərdə, "Ermənilər döyüş əsirlərini də öldürürdülər. Daşnakların etdiyi qırğınlar və yağmalar, onları Osmanlıya qarşı istifadə edən Rus komandirlərini belə dəhşətə salmışdı. Müsəlman qadınların, uşaqların və yaşlıların erməni bandaları  tərəfindən qətl edildiklərinə dair bir çox hesabat, şəxsən Çarlık səlahiyyətliləri tərəfindən qələmə alınmış, bunun qabağına keçilməsi üçün Erməni könüllü birliklərinə yüzlərlə yazılı təlimat verilmişdir. Hətta yaradılan əsgəri məhkəmələrdə az hesab edilməyəcək sayda erməni zabiti və əsgəri mühakimə olunmuş və cəzaya məhkum edilmişdı" -deyə bildirir.

P.S. Arxivlərdən tapılmış bu sənədlər bir daha sübut edir ki, 1914-1920-ci illər arasında Anadolunun, Güney Qafqazın və Güney Azərbaycanın müsəlman əhalisi (Anadolu, Azərbaycan türkləri və kürdləri) ermənilər tərəfindən vəhşi qətliama məruz qalmışlar. Maraqlıdır ki, erməni vəhşiliklərinə məruz qalanlar arasında kürdlər də az dəhşətlərə məruz qalmamışlar. İndi isə, PKK, PEJAK “ideoloqcuqları” ermənilərlə birləşib Anadolu və Azərbaycan türklərinə qarşı mübarizə aparırlar? Ermənidən namus qisasını almaq əvəzinə ermənilə dostluq edənə nə ad vermək olar?

 

Elçin

Xalq Cəbhəsi.- 2011.- 4 fevral.- S.13.