"Azadlıq yolu hər bir yurddaşın qeyrətindən keçir"

 Sabir Rüstəmxanlı və Fəzail Ağamalı güneyli soydaşlarımıza müraciət ünvanladı

 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq soydaşımıza müraciət ünvanlayıb. Sənəddə bildirilir ki, Rusiya ilə Qacar səltənəti arasındakı savaşlardan sonra 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsiylə Azərbaycan ikiyə parçalanıb: "Ancaq bu siyasi bölgü bizi heç vaxt ayıra bilməyib, eyni ləhcəylə danışır, eyni acıları yaşayır, eyni mahnıları oxuyur, eyni ağılara ağlayırıq.

200 il ərzində ayrı-ayrı şərtlər altında yaşamaq bizi bir-birimizdən uzaqlaşdıra, yadlaşdıra bilməyib". Müraciətdə deyilir ki, son vaxtlar İran İslam Cümhuriyyətinin Azərbaycan Ermənistana münasibətindəki saxtakarlıq ermənipərəstlik daha intensiv xarakter alıb: "Ermənistana qardaşlıq müamiləsi yapıldığı halda, Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq səviyyəsində bəyanatlar verilir. Ermənistana iqtisadi yardım artırıldığı halda, Azərbaycan dövlət atributlarını təhqir edən yazılar, verilişlər uc-uca calanır. İran siyasi dairələrində mətbuatında antiazərbaycan təbliğatı getdikcə daha sistemli bir şəkil alır. Başa düşmürük, onlar Azərbaycanı söyə-söyə öz vətəndaşlarının yarısının azərbaycanlı olduğunu bilmirlər, yoxsa elə düşünürlər ki, sizi o qədər əziblər, milli duyğularınızı o qədər unutdurublar ki, daha heç vaxt səsiniz çıxmayacaq? Xordad hərəkatını, "Haray, haray, mən türkəm!", "Bakı, Təbriz, Ankara, fars hara, biz hara!" nidalarını tez unutdular?! Niyə nəzərə almırlar ki, Qarabağ həm sizin torpağınızdır! Nəzərə almırlar ki, Azərbaycanın şərəfi həm sizin şərəfinizdir! Niyə unudurlar ki, Ermənistan həm Qərbi Şərqi Azərbaycan ostanlarının ərazilərinə göz dikib imkan olsa sizləri məhv edər! İran böyüklərinin bir ayağı İrəvandadır. İran prezidenti Ermənistan prezidentinin Azərbaycan-müsəlman qanına bulaşmış əlini elə sıxır, onunla elə qucaqlaşır ki, sanki ona Azərbaycanda törətdiyi cinayətlərə görə təşəkkürünü bildirmək istəyir. Azərbaycanda İslam Partiyasının sədri həbs olunanda İrandan Azərbaycan prezidentinə qarşı səslər yüksəlir. Hər hansı insanın, müsəlmanın haqsız yerə həbsini biz istəmirik illər uzunu bu yolda mübarizə aparmışıq, amma Azərbaycan Respublikasının gözündə qılı görən qonşu siyasətçilər İranın gözündəki tiri niyə görmürlər? Onlar İran zindanlarını dolduran bir qismi tam siyasi düşüncəsinə, ədalət, həqiqət, haqq, insanlıq, qanun tələb etdiyinə görə həbs olunmuş öz müsəlmanlarını, hər cür zülmə məruz qalanlarınızı, orta əsrlərin cəhalət üsullarıyla cəzalandırılanlarınızı, asılanlarınızı, daşqalaq edilənlərinizi görmürlərmi? Görmürlərmi ki, dünya tarixində şərəfli yeri olan, böyük mədəniyyət ocağı sayılan İranın özünü bu gün nəhəng bir zindana çevirmişlər?! İran hakimiyyətinin Azərbaycanı azərbaycanlıları adam yerinə qoymamaq siyasəti o yerə çatıb ki, düşmənə yardımı məhz azərbaycanlıların sizlərin əlinizlə edir. Terrorçu Ermənistanla körpülər sizin ərazilərinizdə tikilir, erməniyə yardım sizin yollarınızdan keçir, terroçuya neft sizin qəhrəman Təbrizdən çəkiləcək! İnanın ki, din pərdəsi altında bu cür məkrlə gizlənməyin gələcəyi yoxdur! Biz bu inamla yaşayırıq! Torpaqlarımızı erməni işğalından təmizləyəcəyimizə, tarixi ərazilərimizdə Bütöv, Azad, Demokratik, İnkişaf etmiş bir Azərbaycan quracağımıza inanırıq! Bunun yolu hər bir azərbaycanlının şüurundan qeyrətindən keçir! Güneydə , Quzeydə !"

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da güneyli soydaşlarımıza müraciət ünvanlayıb. Sənəddə deyilir: "Sizin hüquq azadlıqlarınızın pozulması, dilimizin, mədəniyyətimizin təhqir olunmasıyla bağlı rast gəldiyiniz təqib, təhqir, təzyiqləri özündə ehtiva edən konkret fakta, arqumentə söykənən məlumatları mənim elektron ünvanıma göndərməyinizi xahiş edirəm. Mən həmin arqument faktlara söykənərək, yuxarıda qeyd etdiyim hallara qarşı sizinlə bərabər mübarizə aparmaq niyyətindəyəm. Əminəm ki, biz birlikdə fars-molla rejiminin İranda yaşayan türk xalqına qarşı repressiyalarına, təzyiq təhqirlərinə lazımi səviyyədə cavab verəcək cənublu soydaşlarımızın milli istiqlalına nail olacağıq. Tanrı yardımçımız olsun".     

 

 

 

 Turqut 

Xalq Cəbhəsi.- 2011.- 4 fevral.- S.4.