Xocalıya ədalət

 

Markos Peres: "Xocalı yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əliylə silinib"

 

Mexiko şəhərində Xatirə Dözümlük Müzeyində Xocalı soyqırımının 19-cu ildönümüylə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində "Bir daha soyqırıma yol verilməsin!" mövzusunda konfrans keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan səfiri İlqar Muxtarov, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Markos Peres, Meksika Hökuməti yanında İnsan Hüquqları Komissiyasının Koordinatoru Leonardo Mier "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının Meksika üzrə koordinatoru Ximena Olqin çıxış ediblər. Konfransda giriş sözü ilə çıxış edən Olqin Xocalı soyqırımı haqda Xocalıda baş vermiş qəddar cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində "Xocalıya Ədalət" kampaniyasının fəaliyyəti barədə məlumat verib.

Səfir İlqar Muxtarovun çıxışından öncə, Xocalı qətliamı qurbanlarının xatirəsini konfrans iştirakçıları bir dəqiqəlik sükutla yad edib. Ermənistanın Azərbaycana qarşı təcavüzü münaqişənin tarixi kökləri, son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş etnik təmizləmə deportasiya siyasəti, Xocalı soyqırımını əks etdirən video fotoşəkillər, habelə Azərbaycanın tarixi xəritələri əsasında təqdimatla çıxış edən səfir İlqar Muxtarov tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycanın tarixi ərazilərinin bölünməsi, XX əsr ərzində baş vermiş deportasiya Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrindən bəhs edib, həmçinin Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıda baş vermiş soyqırımın müqəssirləri sırasında olduğunu söyləyib.

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres, Xocalıda baş vermiş hadisələri soyqırım adlandıraraq, "Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyini" bildirib. O, Xocalı sözünün Azərbaycan xalqı üçün xüsusi məna kəsb etdiyini məhv edilmiş şəhərin insanların ürəyində daim yaşayacağını söyləyib. Markos Peres Meksika Konqresinin sözügedən hadisələrə laqeyd qalmaycağını Xocalı soyqırımı haqda öz ədalətli mövqeyini bildirəcəyinə inandığını söyləyib.

Meksika İnsan Hüquqları Komissiyasının Koordinatoru Mier tədbirə dəvət edildiyi üçün öz təşəkkürünü bildirərək, təmsil etdiyi qurumun Xocalıda baş vermiş insanlığa qarşı cinayətlər kimi hadisələrə heç vaxt etinasız qalmadığını Meksika İnsan Hüquqları Komissiyasının Xocalı hadisələrinin araşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, bu kimi cinayətlər işğal nəticəsində həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyini qeyd edərək, həmçinin bu dəhşətli hadisə zamanı müxtəlif fiziki, mənəvi maddi mərhumiyyətlərlə qarşılaşmış insanların qayğısına qalmağın zəruriliyini söyləyib. Mier bildirib ki, Xocalıda baş vermiş qeyri-insani cinayətlər beynəlxalq səviyyədə artıq öz təsdiqini tapmış olsa da, bu hadisələr hələ sadəcə faciə adlandırılır bu kimi cinayətlərin dünyanın hər hansı bir nöqtəsində yenidən baş verməsinin qarşısını almaq üçün Beynəlxalq Məhkəmə İnsan Hüquqları institutları ilə sıx əməkdaşlıq etmək vacib əhəmiyyət kəsb edir.

Tədbir zamanı, həmçinin 2010-cu ildə Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən Xocalı soyqırımından bəhs edən ispan dilində ilk dəfə olaraq hazırlanmış sənədli film "Xocalıya Ədalət" kampanyası çərçivəsində aparılan fəaliyyəti əks etdirən fotoşəkillər nümayiş etdirilib, habelə 2010-cu ildə Mexiko şəhərində təqdimatı keçirilmiş www.justiciaparajodyali.org internet səhifəsi barədə məlumat verilib. Konfrans iştirakçılarına, üzərində "Justicia para Jodyali" (Xocalıya Ədalət) yazılmış köynəklər, ispan dilində "Xocalı soyqırımı" sənədli filminin diskləri, Xocalı faciəsindən bəhs edən buklet döş nişanları təqdim edilib.

Konfrans iştirakçıları həmçinin "Dünya liderlərinə müraciət" ("petition") kitabına imza atıblar.     

 

 

Xalq Cəbhəsi.- 2011.- 25 fevral.- S.5.