Antitürk təbliğatı

 

 Bir daha saxta erməni soyqırımı haqqında nəşrlər barədə

 

Antitürk tarixi, türkə nifrət təbliğatının mənbəyi 20 fevral 1920-ci ildə "The Times" qəzetində çıxan bir məqalə ilə başladı. Məqalənin müəllifi Mark Sykes idi. Guya türklərin 700 min erməni öldürməsini ilk dəfə bu Sykes dilə gətirdi. Mark Sykes məqaləsində yazırdı:"... Bir daha bu gənc türkə alman uniforması ilə baxın. Alman militar səsi ilə, alman texniki elmiylə yetişmiş gənc türk. Alman professorları ona kütlə təbliğatı, siyasət və partlayıcılardan istifadə öyrətmiş... 2,5 ildir ki, qətliamlar yapdı, xəyanətlər etdi, bütün anlaşmaları ləğv etdi, müharibədə əsir düşən əsgərlərimizi qətl etdi, yaralılarımızı öldürdü, qadınlarımızı girov götürdü, buna baxmayaraq hələ də bəziləri "təmiz döyüşçü Türk" deyir... Bu Türklər 700 min ermənini qətl etdilər, Livanda aclıq və səfillik yaratdılar, yəhudi kolonistləri yox etdilər..."

Sykesin "The Times" qəzetində çap edilən bu məqaləsini 100 min nüsxə təkrar çap etdilər. Onun 30 min ədədi ABŞ-a göndərildi. Sykesin qəzetdə dərc edilən məktubu ermənilərin öldürülməsini təməl qaynaq alaraq antitürk kampaniyasının mənbəyi oldu, əsas model olaraq qəbul edildi. Təbii ki, bu Mark Sykesin məqalədə yazdıqları yalan, böhtan, heç bir rəsmi və qeyri-rəsmi əsası olmayan iftiradan başqa bir şey deyildi.

İstambulda Osmanlı arxivində müxtəlif sənədlərə baxmaq üçün dəfələrlə olmuşam. Öz gözlərimlə sənəddə rəsmi Osmanlı təbəəsi olan ermənilərin sayının 1905-ci ildə 1,250 milyon nəfər olduğunu görmüşəm. Əgər bunların guya 1915-ci ildə 700 min nəfərini Türklər öldürmüş olsaydı, o zaman Osmanlı coğrafiyasında demək olar, erməni qurtarardı. Ermənilərin etdiyi xəyanətlər, qətliamlar, soyqırımları, təxribatlar, törətdiyi terror aktları bu gün göz qabağındadır. Mark öz sərsəm məktubunda yazır ki, guya Türklər əsir düşən əsgərləri qətl etdi; bu məsələ hərbi məsələdir, bu generallara aid olan işdir. Mark bunu hardan bilirdi? Guya qadınları girov götürüblər. Harada? Qadınlar milliyətcə kim idi? İngilismi? İngilis qadınları müharibənin qızğın vaxtı Türkiyədə nə gəzirdi? Livanda aclıq yaratdılar. Mark Livanda yaşayan ərəblərin nə yaman təəssübünü çəkirmiş? Türkə böhtan atmaq üçünmü? Halbuki ərəblər nə qədər ki, türk qılıncı və islam bayrağı ilə qorunurdu, yaşayır, çiçəklənirdi. Necə ki, Osmanlı nəzarətindən çıxıb guya müstəqil dövlət oldular, gah ingilislərin, gah fransızların... indi də amerikanların təsiri və təzyiqi altında pərişan durumdadırlar. Fələstin, İraq, Livans. Bütün yəhudi aləmi Markdan yaxşı bilir ki, İslam yarandığı vaxtdan yəhudiləri müsəlmanlar müdafiə edib. Ancaq Osmanlı hökmdarı Sultan IV Murad dünya yəhudilərini (onları ingilislər və fransızlar XII-XVI əsrlərdə, ispanlaritalyanlar XV-XVI əsrlərdə, almanlar XX əsrdə (Adolf Hitler) diri-diri odda yandırırdılar) Osmanlı təbəəsi elan etmişdi və yəhudiləri xristian Avropanın kütləvi soyqırımından xilas etdi. Türklərin bu xilaskarlıq missiyaları tarixin yaddaşında rəsmi möhürlü sənədlər-bəlgələrlə qalıb. Mark, o yəhudi koloniyası harda idi? Osmanlı Türkiyəsini o zaman bölə bilməyən imperiya iştahlı Qərb dairələri indisaxta erməni soyqırımına bir kürd məsələsi də əlavə ediblər. Məqsəd - yüksək sürətlə inkişaf etməkdə olan Türkiyə Cümhuriyyəti və Türk Dünyasını zəlil etməkdən, inkişafını əngəlləməkdən başqa bir şey deyil.

1914-cü ildə Londonda Savaş Təbliğat Bürosu təşkil edildi. Büro ingilis parlamenti Bukkinhem Sarayının yanında yerləşirdi. İndi mətbuata türklərin əleyhinə məlumatlar Uellinqton Huzdan gəlirdi. Kimin ağlına gəlirdi, yazırdı, yetər ki, Türkiyə türklər təhqir edilsin, onlara nifrət hissi şiddətlənsin. Təbii ki, türklərin imicini korlamaq, onları günahlandırmaq üçün yeganə fakt saxta erməni soyqırımı idi. Almaniya Türkiyəyə əsassız böhtanlar yağdıran Uellinqton Huz İngiltərənin xarici işlər nazirliyinə bağlı təşkilat idi. I Dünya Savaşı bitəndən sonra o bina şübhəli şəkildə yandı. Guya sənədlərlə birlikdə yanmışdı(?!). İngilislərin saxta erməni soyqırımı təbliğatı əsasən ABŞ-a yönəlir, ABŞ-ı Türkiyənin üstünə qaldırmaq istəyirdilər. Dolayısıyla ingilislərin erməni soyqırımını təbliğ etməkdə gizli məqsədi ABŞ-ı Türkiyə ilə üzbəüz qoymaq, Türkiyə ilə savaşdırmaq istəyi idi. Professor Pat Ualş yazırdı: "Gizli təşkilat rəhbərlərinin məqsədi qəti idi. İngiltərənin düşmənlərini pis şeytan göstərmək, İngiltərəni haqlı göstərmək. İdeologiyanı rəsmiləşdirib təbliğ etmək üçün ingilislərin savaş bürosu saxta sənədlər düzəltməyə başladı. "Erməni soyqırımı" bir saxta sənəddə 500 min, başqa saxta sənəddə 700 min, bir saxta sənəddə 1 milyon, digərində 1,5 milyon göstərilməklə, ideoloji təxribat üçün klassik hərc-mərclik mühiti yaratdı. Antitürk təbliğatı üçün Təbliğat Bürosu saxta sənədlər üzərində maddi sübut bazası təşkil etdi. Halbuki bu saxta sənədlərdə göstərilən "tarix"lə gerçək tarixi reallığın heç vaxt əlaqəsi olmayıb.

"Deyli-nyüs" qəzetinin redaktoru, Liberal partiyadan millət vəkili seçilmiş Charles F.Masterman Uellinqton Houza rəhbər təyin edildikdən sonra ingilis ədəbiyyatının öndə gedən 25 yazıçısını öz yanına toplantıya dəvət etdi. Toplantının məqsədi müharibə dövründə Britaniya imperatorluğunun savaşdakı mənfəətlərini qorumaq, müdafiə etmək idi. Yazıçılara bu təşkilat haqqında heç bir yerə məlumat sızdırılmaması haqqında xüsusi tapşırıq verildi. Dr.Pat Ualş yazır ki, bu gizli yazıçılar komitəsi haqqında xəbər ilk dəfədir ki, ictimayətə açıqlanır; Tomas Hardy, H.G.Wells, Jon Qalsvorthy, Artur Conan Doyle, John Masefield, Arnold Bennet, G.Chesterton, J.M.Barrie, G.Trevelyan və digərləri. Dr. Ualş qeyd edir ki, bu toplantı İngiltərə tarixində ən nüfuzlu yaradıcı və akademik bir toplantı idi. Bundan sonra ikinci toplantı qəzetçilərlə oldu: Geoffrey Davson, Edvard Cook, J.L.Garvin, J.A.Spender və digərləri. Amerikada yaşayan 13 min nüfuzlu şəxs siyahıya daxil olmaqla aristokratların imzaları ilə nəşrlər yayılmağa başlandı.

Uellinqton Houz gizli təbliğat bürosu İngiltərənin o tarixə qədər yetişdirdiyi iki önəmli tarixçini orada işləməyə dəvət etdi. Bunlar G.P.Gooch və Arnold Toynbee idi. Toynbee burada tarixçi olaraq deyil, propaqandist vəzifəsinə gətirildi. Demək, Türkiyə və Türklər əleyhinə çıxışlar edəcəkdi. Toynbee az sonra haqqında bəhs edəcəyimiz məşhur "Mavi kitab" əsərini də Uellinqton Houz məmuru olduğu zaman yazdı. Uellinqton Houz da Türk əleyhinə və Türkiyəni hədəf alan saxta, qurama erməni soyqırımı mövzusunda yazılan uzun bir kitab siyahısı var.

Arnold Toynbenin "Mavi kitab"ı saxta erməni soyqırımına həsr edilmiş məşhur kitabdır. Kitabda heç bir real, əsaslı tarixi faktlara istinad etmədən qurama sənədlər əsasında guya Türklərin erməniləri soyqırıma uğratmasını "sübut" edən müxtəlif "sənədlər" göstərilir. Halbuki bu sənədlərin hamısı saxta yollarla hazırlanıb, dövriyyəyə buraxılıb, gerçək tarixə isə heç bir aidiyatı yoxdur. Bu "tarixi sənədlər " Türklərə nifrət hissi təbliğ etmək üçün təşkil edilmişdi.

2009-cu ildə Lord Avebury Ankaraya gələrkən "Mavi kitab"ı da özü ilə gətirmişdi. İngiltərə bir dəfə etiraf edib ki,

bu kitabı təbliğat məqsədilə yazdırıb. Buna baxmayaraq hələ də guya etibarlı sənəd əsasında yazılmış mənbə kimi ona müraciət edirlər. "Mavi kitab"ın içində başqa gerçəklər də üzə çıxır. Türklər əleyhinə uzun bir siyahını əks etdirən bu kitabdakı "məlumatlar" hamısı bir gizli təşkilatdan çıxmasına baxmayaraq, yazıçılar özlərini elə göstərir ki, guya onlar bu məlumatları öz kanalları ilə əldə ediblər, diqqətlə baxanda açıq-aydın görünür ki, bunlar saxta sənədlərdir və bütün sənədlər eyni mərkəzdə qurama üsullarla yazılıb düzəldilib. Ancaq Toynbee və eləcə də başqa müəlliflər bu sənədləri ayrı-ayrı sənəd kimi oxucuya təqdim edir. Bu kitabda irəli sürülən ittihamların belə məhkəmə istintaqında saxta əsasız olduğu ortaya çıxır. Məsələn, məşhur romantik romanlar müəllifi olan Canterbury Archbishop E.Bensonun "Crescent and İron Cross" əsərinin ön sözündə belə bir açıqlama verir: "...Erməni qətlləri ilə əlaqədar bu qaynaqlara baş vurdum; Lord Brysin topladığı ifadələr, Bay Arnold J. Toynbeenin "The Murder of a Nation" və The Murdereousun "Tyrann of the Turks", Dr. Martin in Niepgein "The Horrors of Aleppo" kitabı. İlk bölümdə Bay D.G.Hogarth ın The Balkans (Clarendon Press, 1915) kitabına baxdım... Zahirən fərqli nəşriyyatlardan çıxan kitablardır. Əslində bütün kitablar tək bir gizli mərkəzdən çıxıb. Yazarlar biri-birindən xəbərləri yoxmuş kimi biri-birinə şapka çıxardırlar".

E.F.Bensonun bu acı istehzası Təbliğat Bürosunun qətllər, sənədlər, alınmış ifadələr, şəkillər, dialoqların nə qədər saxta, gülünc olması haqqında işin mahiyyətini, məğzini açır. Təəssüf ki, mütərəqqi ziyalıların səsini bu gün belə diplomatlar və siyasilər az eşidir və ya heç eşitmirlər.

 

 

Əli Kərimbəyli       

 

Xalq Cəbhəsi.- 2011.- 23 iyul.- S.14.