Mustafa Vəkilovun "Həbsxanadan məktublar"ı "

 

Sizə dərd-kədər gətirdiyim üçün az da olsa təqsirim yoxdur"

 

Azərbaycanın ilk hüquq professoru olmuş Mustafa Vəkilovun "Həbsxanadan məktublar"ında maraqlı, düşünməli məqamlar çoxdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricə göndərilən tələbələrin sırasında Parisin Sorbon Universitetində təhsil almış soydaşımızı keşməkeşli həyat tarixçəsinin həbsxana dövrü ilə bağlı həbsdən yazdığı məktublar diqqət çəkir.

Araşdırmaçı Elbrus Məmmədov onun həbs düşərgəsindən anasına həyat yoldaşına yazdığı məktubları barədə danışarkən bildirir ki, bu, sadəcə, həbsdə olan bir insanın şəxsi duyğuları deyil: "Bu, Azərbaycanın ilk hüquq professoru M.Vəkilovun həm şəxsi duyğularını, həm ictimai mövqeyini bütövlükdə portret cizgilərini əks etdirir. Təbii ki, bu məktubları professional psixoloqların dərindən təhlil etməsi M.Vəkilovun portret cizgilərinin bütün çalarlarını dolğun şəkildə canlandırmağa imkan verərdi. Ancaq məktublardan boylanan bir şəxsiyyəti xarakterizə edən qabarıq xüsusiyyətlər adi oxucunu belə cəlb edir. Onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı bir insan olmaqla yanaşı daim elmi düşüncə ilə yaşayan bir alim kimi özünü təsdiq edir. Eyni zamanda M.Vəkilovun düşüncəsindəki təbədülatlar da özünü aydın şəkildə göstərməkdədir".

Mustafa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad olunacağına ümidlər bəsləyirmiş. İlk məktublarından birində yazırdı: "Bugünlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü ilə bağlı verilən Azərbaycan musiqisindən ibarət konserti eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik... Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq... O vaxtdan bəri qədər sular axıb. Ancaq adama elə gəlir ki, bu, dünən olub. Birlikdə keçirdiyimiz həmin gecəni bütün xırdalıqları ilə açıq-aydın xatırlayıram. çox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar az olub. Görüşənədək. Darıxma. Yanında Çingiz Nigar var, mənim ikinci tamamlanmış düzəlişlər verilmiş kitabım var. Sənin Mustafan. 28/V.40-cı il".

Həbsinin 3-cü ilində həyat yoldaşına göndərdiyi məktubda isə yazır: "Sənin məktubunu aldığım gün həyatımın son ilində ən fərəhli gün idi. Təkcə anama məktub yazdığım, sənə isə heç yazmadığıma görə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına Bakıda cür münasibət göstəriləcəyini bilmədiyimdən sənə lüzumsuz zərər yetirməkdən çəkindim. Hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən.

Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv, həyata can atan, işdə hər şeydə od-alov bir adam kimi tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19/IV.42-ci il".

Araşdırmaçı deyir: "Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı istezasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə azad olub vətənə dönə bilmir. Son məktubu ürək ağırısı olmadan oxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa. 15/11-43-cü il. Komi MSSR. Vojayel qəsəbəsi, Dəmiryol rayonu, poçt yeşiyi 243/18". Lakin təssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat etmişdi".

Əzizim Müqəddənisə!

Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə gəlsin ki, uşaqlarımın mənim üçün doğma unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm, mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan qanım axır, sənin olan Mustafa Vəkilov. 15.05.39-cu il.

Əziz anam!

Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə gəlin. Alça lavaşı sarımsaq, eləcə Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad plitkası kimi şeyləri bir heç vaxt göndərməyin. Bütün doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın uşaqlar məni az xatırlasınlar kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır ayrıca borclu bəxtsiz əziz dostumun əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa. 27 iyun, 1939-cu il. Bakının 1 saylı Keşlə həbsxanası.

Əziz anam!

Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün bunun dərəcədə məqsədyönlü olması baxımından həll etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı sair ilə kifayətlənin. Bahalı şeylər naharlar göndərməyin. Səni, atamı, Müqəddənisanı uşaqları bərk-bərk öpürəm. Yaxşı oxuduğuna görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca bacısını incitmir. Mustafa.

23.07.39-cu il.

Əziz anam!

Mən artıq yazmışam ki, bağlamanı aldım, buna görə hamınıza olduqca minnətdaram. 8 aprel tarixli məktubunuzda sadalanan şeylərlə müqayisədə 200 qram tənbəki çatışmırdı, lakin bunun əvəzində qənd alça lavaşı vardı. Hələlik bizim təkrar istintaqa qaytarılmağımız barədə heç deyilmir. İşə təkrar baxılmaq üçün bizi geri göndərmələri barədə Bakıdan yola salınmalı olan tələbnamənin səbəbə ləngidiyini başa düşmürəm... Yusuf ağciyər vərəminə tutulub, aktiv prosesdir. Xəstəxanada yatır. Yaxşı baxırlar. Son günlər özünü bir qədər yaxşı hiss edir. Mustafa. 18.05.40-cı il.

Bizi görünür, bu tezliklə təkrar istintaqa qaytarmayacaqlar. Daha bir ərzaq bağlaması və tənbəki göndərin. Bağlamanın içinə göndərdiyiniz şeylərin siyahısını qoyun. Kirov vilayəti, Volositsı, poçt yeşiyi 231/1.

Əzizim Müqəddənisə!

Bağışla, əzizim. Mənim vicdanım təmizdir və başıma gələnlər üçün, sizə dərd-kədər gətirdiyim üçün az da olsa təqsirim yoxdur. İndi mənim işimin gedişindən görünür ki, tezliklə hər şey birdəfəlik aydınlaşacaq və mən böhtan ləkələrindən təmizlənmiş halda sizlərin yanına qayıdacağam. Atamı və anamı, əmimi və bibilərimi bərk-bərk öpürəm. Bütün doğmalarıma və yaxınlarıma can sağlığı və səadət arzulayıram.

Sənin Mustafan. 28/V.40-cı il.

 

 

Uğur    

 

Xalq Cəbhəsi.- 2011.- 8 iyun.- S.14.