Beş yaşlı
"Türküstan"
Vüsalə Mahirqızı: "Mediada millətçi,
turançı ideyanın daşıyıcı olan qəzetə
ehtiyac vardı"
Lalə Mehralı: "Türk dünyasının gərək
duyduğu birliyin - Türküstanın
carçısıdır"
"Türküstan" qəzetinin
bu günlərdə beş yaşı
tamam olur. Bu qəzet Azərbaycanla Türk
dünyası arasında əlaqələr zəminində
hansı yeniliklərə imza atdı və bu qəzetin Azərbaycan
mediasındakı önəmi və yeri nə qədərdir?
Bu sualla media numayəndələrinə
müraciət etdik.
APA-nın baş direktoru
Vüsalə Mahirqızı hesab edir ki, bu qəzet Azərbaycan
mediasında özünəməxsus yer tutmaqdadır:
"Bizim mediada millətçi, turançı ideyanın
daşıyıcı olan qəzetə ehtiyac vardı. Ümumiyyətlə, media nə qədər
çox rəngli olursa, o qədər ölkənin ictimai,
ideoloji həyatını da hərtəfəli əks etdirə
bilir. "Türküstan" şəxsən
mənim sayğıyla yanaşdığım, oxuduğum bir
mətbu orqandır. Çünki bu mənim
daşıdığım ideologiyanın təbliğatçısı
olan qəzetdir. Qəzetdə Türk
dünyası ilə bağlı maraqlı məlumatlar əksini
tapır, bəzən o məlumatlara diqqət yetirilir ki,
onları digər mətbu orqanlarda görmək olmur. Mən kollektivə uğur arzulayıram və bu qəzetinin
ömrünün uzun ölacağına ümid edirəm."
Jurnalist Lalə
Mehralının fikrincə, "Türküstan" qəzeti
bu gün sözün əsl mənasında "milli qəzet"
imicinə malik olan orqandır: "Bu səbəbdən də
oxucularının əksəriyyəti milli ruhda olan
insanlardır. "Türküstan"ın kollektivi qəzet
çıxarmaq xətrinə işləyən kollektiv deyil,
onlar üçün önəmli olan öz
ideologiyalarıdır. Bu ideologiyanın əsası isə cəmiyyədə
milli ruh aşılamaq və insanları buna yönləndirməkdir.
Türküstanın
redaktoru Aqil Camal da olduqca milli ruha malik bir insandır. Düzdür,
şəxsən tanışlığım yoxdur,
yazılarını mətbuatdan izləyirəm, amma o insan məndə
olduqca müsbət fikir formalaşdırıb. Fikrimcə, "Türküstan" bütün
türk dövlətləri arasında lazımi körpü
rolunu oynaya biləcək. Hesab edirəm ki,
"Türküstan"ın yaşı 5 il
deyil, çünki qəzet 5 ilə sığmayacaq
ideayaların, yazıların müəllifidir. Ən
əsası bütün türk dünyasının gərək
duyduğu birliyin - Türküstanın
carçısıdır.
Bu yaxınlarda
qəzetin saytı PKK-lılar tərəfindən hakker
hücümüna da məruz qaldı. Bir tək bu
fakt göstərir ki, "Türküstan" qəzeti öz
varlığını təsdiqləyib. Artıq
bəzi qüvvələr bu qəzetin fəaliyyətindən
narahatdırlar.
Qəzet nəşri,
yayımı çətin prossesdir və bunun
üçün maddi vəsait problemi olmamalıdır. Siz də
bilirsiniz ki, qəzetin maddi vəsait problemi onun məhvi deməkdir.
Aqil Camal bu problemlə vuruşa-vuruşa qəzeti düz 5 il qorudu, "Türküstan" hər şeyə
rəğmən ayaqda qalmağı bacardı. Əminəm
ki, hələ neçə 5 illiklər də yola salacaq."
"Milli Düşüncə
İnstitutu" İctimai Birliyinin rəhbəri Tariyel
Faziloğlu "Türküstan" qəzetinin beş yaşını təbrik edir:
""Türküstan" qəzeti bu beş ildə
çox iş görə bilib. Onun Azərbaycan
mediasında özünə məxsus yeri var. Buna səbəb
milli dəyərlərin təbliğinə böyük yer
ayırmasıdır. "Türküstan"
qəzeti Azərbaycan mediasında həm də ona görə
xüsusidir ki, bu qəzet millətini, vətənini, dövlətini
sevən insanların öz güclərinə
çıxardıqları qəzetdir. Heç
bir maliyyə yardımı olmadan belə qəzeti yaşatmaq
qəhrəmanlıqdır. Bu mənada
xüsusi təşəkkür edirəm Aqil bəyə.
O, bu qəzetin çıxmasında sözün əsl mənasında
bütün gücünü sərf edir."
Jurnalist-yazar Xalidə Xalidin
fikrincə, bu qəzetin bir yazar olaraq hamının həyatında
önəmli yeri var: "Bu qəzetdə Azərbaycan və
türk dünyası əsas obyektdir. Türk
dünyasının tarixi, mədəniyyəti, daxili və
xarici siyasəti ilə ilgili çap olunan məqalələr
oxucu kütləsi üçün böyük önəm kəsb
edir. Gənc yazarların yuxarıda qeyd
etdiyim mövzularda apardıqları araşdırmalar və bu
araşdırmaların sonucu olaraq qələmə
aldıqları samballı məqalələr
"Türküstan"ın hansı səviyyəyə
malik olduğundan xəbər verir. Qəzetin
yaradıcı qrupuna uğurlar diləyir, millətsevər, vətənsevər
insanlara yüksək yaradıcılıq enerjisi verdiyinə
görə uzun ömürlü olmasını arzulayıram.
İnanıram ki, gün gələcək
"Türküstan"ı bütün dünya
tanıyacaq."
"Olaylar" İnformasiya
Agentliyinin redaktoru Elman Cəfərli hesab edir ki,
"Türküstan qəzeti" daha çox ideoloji bir qəzetdir:
"Qəzetin qurucuları qarşılarına Azərbaycan
oxucusuna türk dünyasını, türk xalqlarının
dilini, tarixini, mədəniyyətini tanıtmaq məqsədi
qoyublar. Məncə, onlar məqsədlərinə nail ola biliblər. Qəzetin daimi
oxucusuyam və bu günə qədər qəzetdə
türk dünyası ilə bağlı sanballı
araşdırma yazılarını oxumuşam. Maddi-texniki bazası zəif olmasına baxmayaraq,
redaksiya bu qəzeti yaşada bilir. Bu gün
"Türküstan" qəzetinin Azərbaycan mətbuatında
özünəməxsus yeri var. Yaxşı olar ki, bu qzəet
də KİV DF-nin maddi yardım alan qəzetlər
siyahısına düşsün. Qəzetin
yaşaması üçün hər cür fədakarlığı
edən Tofiq Seyidi və həmkarımız Aqil Camalı
"Türküstan"ın 5 illiyi münasibəti ilə təbrik
edirəm."
"İnkişafa
baxış" Araşdırmalar Mərkəzinin rəhbəri
Niyaz Qaraöynəlinin fikrincə, "Türküstan" qəzeti
milli düşüncə və Turan ülküsünü
daşıyanların sevə-sevə oxuduqları bir qəzetdir:
"Azərbaycan Türk gəncliyinin öz gücü ilə
yaratdıqları bir tribunadır və onun bir Türk
düşüncə yuvasına çevriləcəyinə
inamımız böyükdür!"
"Üçnöqtə.az"
saytının redaktoru Elməddin Muradlı hesab edir ki, bu qəzet
çox böyük uğurlara imza atıb: "Mən Aqili və
qəzetin kollektivini təbrik edirəm. Türk
dövlətləri arasında əməkdaşlığı,
mədəni və siyasi əlaqələri möhkəmləndirmək
üçün mətbuat çox vacibdir. "Türküstan" qəzeti bu missiyanı qismən
yerinə yetirdi. Məncə bu qəzeti yaşatmaq vacibdir:
adına və missiyasına görə."
"Mərkəz" qəzetinin
baş redaktoru Nigar Almanqızı hesab edir ki,
"Türküstan" qəzeti müasir jurnalistikamız
baxımından çox önəmlidir: "Fikrimcə, qəzetin
önəmli olması üçün onun başında
duranın da kimliyi çox önəmlidir. Çünki
qəzetin kursunu qəzetin ismi deyil, onu yönətən
müəyyənləşdirir. O üzdən də bu qəzetin
bu yerlərə gəlməsində bu qəzet bazarında
bütün zorluqlara rəğmən hələ də
çap olunmasında dəyərli qardaşımız Aqil
Camalın xüsusi yeri var. Odur ki, bu uğurda öncə
dostumuzu təbrik edirəm. Həftədə bir
dəfə çıxmasına baxmayaraq
"Türküstan" qəzeti çoxlarına örnək
oldu. Reklamsız filan türk dünyasının birləşməsi
üçün müəyyən çabalar verdi.
Hələ də verməkdədir. İnşallah zamanı gəlincə
"Türküstan" gündəlik çıxar. Və bu qəzet birləşmiş türk
dünyasının xəbərini ilk olaraq türk
xalqlarına xəbər verər."
Müstəqil ekspert Elnur
Eltürkün fikrincə, bu gün Azərbaycanda millətçilik,
türkçülük istiqamətində iş görən
qəzetlərdən biri də, "Türküstan" qəzetidir:
"Qəzet ölkəmizdə qəzet funksiyasını
yerinə yetirməklə yanaşı,
milli dünyagörüşünə malik gənclərin
stimullaşdırılmasına təkan verir.
Eyni zamanda,
Türküstan qəzeti bizim üçün doğmadır. Mən, şəxsən qəzet
vasitəsilə nə qədər dostlarla, ideya əqidaşlarımla
Yazar-publisist Hafiz Mirzə
düşünür ki, hər bir mətbu orqanın, hətta
sarı və ya reket qəzetlərin də cəmiyyətimizin
formalaşmaqda olan ictimai şüuruna müsbət təsiri
var: "Ən azı onun pisliyini dərk edib elə olmaq istəməyəcəklər. "Türküstan" qəzetinin isə ictimai
şüurumuzun formalaşmasında xidmətləri
böyükdür. O əsil
türkçülüyü Türkiyəçiliklə
qarışıq salan psevdo-millətçilərin iç
üzünü açdı,
türkçülük-turançılıq
duyğularımızı yetkinləşdirdi, türk
xalqları arasında dostluq və qardaşlıq
toxumlarını cücərtdi. Bunlar isə
çox şey deməkdir."
DGTYB başqanı Əkbər
Qoşalının fikrincə, "Türküstan qəzeti"
Aqil Camalın timsalında bir Azərbaycan gəncinin
yaşından irəli yetənəyini, sözün
yaxşı anlamında "ağırbaşlı"lığını,
"ağırtaxtalı"lığını, Türk
Dünyası miqyasında düşüncələri
gerçək müstəvi üzərində necə
yansıda bilməsini göstərdi:
"İkincisi,
"Türküstan qəzeti" adına uyğun olaraq hər
yeni sayında bir az daha ümumilli qəzet
ölçülərinə yaxınlaşır, başqa sözlə
iç siyasətdə Türk Dünyasına yönəlir. Hesab edirəm, qəzet bu yönləri, habelə
yeni imzalara mühit yaratması, qəzetçili
zövqünü özgü biçimləndirməsi ilə
də fərqlənir."Türküstan" qəzetinin 5
yaşını qutlayır, neçə yubileylər
keçirməsini Uca Tanrıdan təmənna edirəm."
Şair, Türk
Dünyası Mədəniyyat Vəqfinin Azərbaycan təmsilçisi
Hamiq Hacıheydərli hesab edir ki, Turan düşüncəsinin
və türklük duyğusunun yurdumuzda addım-addım
oturuşmasına böyük xidmət edib:
"Ümumtürk milləti içində
qarşılıqlı ədəbi-mədəni əlaqələrin
genişlənməsinə və yüksəlişinə
uğurlu töhfələr vermiş 5 yaşlı
"Türküstan" qəzetinə Allahın izni ilə
Bütöv Türküstanın - Turanın müjdəçisi
olmasını arzu edirəm. Əsl şəxsiyyət
ömrü yaşayan, uca millətimizin işıqlı
oğlu, cəfakeş dostum Aqil Camala ali diləklərinə
yetişməyi və gerçək Turanda yaşama səadətini
diləyirəm..."
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 10 iyun.- S.15.