Cümhüriyyət ordusu

 

Qəbrimin üstündə yazarsınız: "Əliağa Şıxlinski"

 

Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı hələlik Azərbaycan hərb tarixində ilk yeganə hərbi memuardır

 

1918-1920-ci illər dövrünün fəal iştirakçılarından biri olan Rəhim bəy Vəkilov "1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi. Bakı, 1919" nəşrində çap edilmiş "Azərbaycan Respublikasının yaranma tarixi" adlı əsərində o dövrdə baş verən gərgin siyasi hadisələrin xeyrimizə həll olunmasında milli ordu yaranandan sonra tədricən güclənmənin mühüm təsirə malik olduğu vurğulanır: "Sentyabrın 15-də türk Azərbaycan qoşunları hücumla Bakı şəhərini aldıqdan sonra hökumət yubanmadan Gəncədən bura köçdü. Bu zaman dünya müharibəsi yeni mərhələyə girmişdi - Mərkəzi dövlətlərin qoşunları İngiltərə, Fransa, Birləşmiş Ştatlar, İtaliya Belçikanın birləşmiş qüvvələrinin təzyiqi altında yavaş-yavaş, ancaq dayanmadan geri çəkilməyə başlamışdılar. Şimali Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonun xalqların öz müqəddəratını təyin etməsi haqqında məşhur "14 bəndi"ni bəyan etməsindən sonra sülh haqqında söhbətlər daha tez-tez eşidilirdi. Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin xarici işlər naziri Adil xan Ziyadxanın şəxsində Azərbaycan hökumətinin Vilsona göndərdiyi teleqram onun bəyanatına parlaq cavab kimi səslənir... Bu teleqram noyabrın 10-da göndərilmişdi, noyabrın 11-də isə Qərbi Avropanın hərb meydanlarında ölüm saçan silahlar son dəfə gurlayaraq susdular..."

R.Vəkilov qeyd edir ki: "22 yanvar 1919-cu ildə Zaqafqaziyadakı mütəffiq qoşunlarının baş komandanı Corc Milton Bakıya gəldi. Xarici İşlər Hazirliyinin nümayəndəsi təntənəli qarşılama mərasimində ona belə bir nitq ilə müraciət etdi: "Əlahəzrət, Azərbaycan hökuməti Sizin şəxsinizdə böyük Britaniya millətini səmimi salamlayır. Bizim dövlətlərimiz əmindirlər ki, xalqımız mədəni millətlərlə möhkəm dostluq şəraitində öz rifahı səadəti üçün lazım olan mənəvi qüvvələri əldə edəcəkdir. Biz inanırıq ki, azadlığı bu qədər çox sevən İngiltərə oğulları, köləlik zəncirlərindən azad olmuş, Azadlıq ilahəsinə himn oxuyan Azərbaycanın onları qarşılamasına bizdən az sevinmirlər."

General Milton belə cavab verir: "Mən buraya böyük müttəfiq millətlərin nümayəndəsi kimi gəlmişəm. Bizim vəzifəmiz bu ölkələrdə sülhü ədaləti möhkəmləndirməkdir. Müttəfiq dövlətlərin qələbəsi xalqların azad yaşamaq hüququnun ədalətli olduğunu göstərir; sülh konfransı da elə bunu təsdiq edəcək. Sizin şəxsinizdə mən bütün Azərbaycan xalqına hökumətinə səmimi qəbul üçün təşəkkürümü bildirir sizi əmin etmək istəyirəm ki, sizin nümayəndə heyəti hazırda Fransaya getməkdədir. Ümid edirəm ki, bizim qoşunlarımız ölkənizdə qədər qalsalar da, həmişə sizin üçün istəkli qonaq olacaq sizdən dəstək görəcəklər. Sülh ədaləti bərqərar etməklə sizə yardım göstərərkən biz həm ölkənizin ticarət sənayesini inkişaf etdirməyə çalışacağıq ümid edirik ki, buna nail olacağıq. Ümidvarıq ki, qonşularınızla sülh ədalətin pozulmaması üçün bütün qüvvələrinizi sərf edəcəksiniz."

Respublika Milli Arxivinin rəisi, tanınmış araşdırmaçı Ataxan Paşayev bildirir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə çətin şəraitdə fəaliyyətə başlamışdı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş "Hərbi mükəlləfiyyət haqqında qanun"a müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan edildi: "Artıq bu dövrdən başlayaraq müstəqil Azərbaycanın qoşun hissələrini yaratmaq işinə başlanıldı. Azərbaycanın istiqlaliyyətini müdafiə edəcək ordunun yaradılmasının mühüm əhəmiyyəti vardı. Çarizm əsarətinin yüz ildən çox müddətdə Azərbaycan xalqına vurduğu ən böyük zərbə şübhəsiz, bu müddət ərzində azərbaycanlıların orduya cəlb edilməməsi idi. Ona görə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə ordu təşkili azərbaycanlılar üçün çox çətin bir idi. Ancaq ordusuz da Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlaya bilməzdi. Ona görə Azərbaycan ordusunda beynəlmiləl bir zabit heyəti yaradılmışdı. Bu çətin işin təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. Azərbaycan Cümhuriyyətinin parlamentinin qarşısında duran əsas vəzifə müstəqil Azərbaycan Cümhuriyyətinin ordusunun yaradılması idi".

Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti hərbi nazirlik bunun üçün əlindən gələni edirdi.

Dövlət Ədəbiyyat İncəsənət Arxivinin direktoru

Maarif Teymur bildirir ki, rəhbərlik etdiyi arxivdə ADR dövrü hərbiyyə, milli ordu quruculuğu mövzusunda xeyli soraqlar qorunub saxlanılır. Əliağa Şıxlinskinin "Xatirələrim" əsərinin orijinalı bu qəbildəndir. Arxivdə Fətəlibəyli Düdənginski ilə bağlı da maraqlı soraqlar var.

Hələ 1919-cu il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan Ermənistanın istiqlallarının ildönümünü təntənə ilə bayram etdiyini bildirən R.Vəkilov daha sonra qeyd edir: "Könüllü ordunun (Denikinin-red.) bir tərəfdən Azərbaycana, digər tərəfdən Gürcüstana hücumu gözlənildiyi üçün iyunun 27-də Azərbaycanla Gürcüstan arasında üç il müddətinə hərbi-müdafiə razılığı bağlandı. Avqustun 20-də parlamentdə könüllü ordunun hücumu ilə bağlı cari an haqqında hökumətin bəyanatı dinlənildi".

Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski başqa generallarımızın olması sübut etdi ki, bu xalq döyüşkənlik ruhunu qətiyyən itirməyib. Tanınmış araşdırmaçı Şəmistan Həzirli bildirir ki, fitri istedada malik, anadangəlmə hərbçi olan artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə xidmət edib: "Onun hərbi fəaliyyəti ilə bağlı araşdırmalar aparan zaman bir çox sahələrdə ilkin şəxs olduğunu gördüm. Yəni təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm hərb elminin görkəmli alimi idi. Hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən "Şıxlinski üçbucağı"ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Horveç, İsveçrə başqa ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub. "Şıxlınski üçbucağı"nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikası işlənib hazırlanıb".

Əliağa Şıxlinskinin Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə göstərdiyi rəşadətlər barədə araşdırmaçı bu qənaətdədir: "Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Şıxlinski həmişə birincilər sırasında olub. O, dörd müharibənin şahidi, üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, 1914-1918-ci illərdə I Cahan Savaşında, 1918-20-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Maraqlıdır ki, hətta Böyük Vətən müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmamışdı. Onun məşhur "Xatirələrim" kitabı bu gün də hərbi memuarın ən qiymətli nümunələrindən biri hesab edilir. "Xatirələrim" kitabının yazılmasında Heydər Hüseynovun mühüm xidmətləri olub. Qoca general "leçkomissiya"da yerləşdirildikdən sonra onun xatirələrini yazıya almaq üçün bir nəfəri bu işə təhkim edib. Şıxlinskinin "Xatirələrim" kitabı hələlik Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli bir mənbə kimi ondan istifadə etməsin. Əliağa Şıxlinskin 1917-ci il noyabrın 15-də Qafqaza qayıdıb. İlk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, milli Azərbaycan ordusunun təməl daşını qoyub".

Tale Şıxlinskiyə övlad nəsib etməmişdi: "Sevimli həyat yoldaşı Higar xanımın ölümündən sonra demək olar ki, yaşamaq onun üçün artıq mənasızlaşmışdı. 1931-ci ildə vəfat etmiş Higar xanımdan sonra o, 13 il yaşadı. Hər cümə axşamı sevimli həyat yoldaşının qəbrinm ziyarət edər, hər ildönümündə ehsan verərmiş. General 1943-cü il avqustun 18-də Bakıda vəfat edib. 1983-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindəki "Şıxlinkski fondu"nda ağzı bağlı bir məktuba rast gəldim. Mavi rəngli zərfin üzərində rusca yazılmışdı: "Vəsiyyət. Mən öləndən sonra açmalı." O zaman vəsiyyətdən düz qırx il keçirdi. Məni maraqlandıran o idi ki, nə əcəb bu vaxtacan generalın vəsiyyətini oxuyan olmayıb? Ehtiyatla məktubu açdım. İçindən adi dəftər kağızında yazılmış dörd vərəq çıxdı. Vəsiyyatnamədə deyilirdi ki, "ölümümdən sonra əmlakımdan nə qalarsa... həyatımın kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova və onun həyat yoldaşı Qayıbovaya vəsiyyət edirəm". 1933-cü ildə yazılmış vəsiyyət yenidən 1938-ci ildə işlənib. Bu zaman Şıxlinski yazırdı ki, gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim, bununla da vəsiyyətnaməm mənasını itirmiş oldu. O, son xahişini belə edirdi: "Əgər mən yataqda xəstə qalası olsam, xəstəxanaya göndərin. Xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın. Qəzetdə elan verməyin. Heç bir ehsan verməyin. Mənə əziz olan Higar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtüb üstündə yazarsınız: "Əliağa Şıxlinski". Heç bir tarix lazım deyil. Bakı. 13.03.1942-ci il".

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 25 iyun.- S. 14.