“Şamaxı soyqırımı.1918-ci il”
Şamaxıda beynəlxalq konfrans keçirildi
Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyasının (AVCİYA) təşkilatçılığı
ilə martın 14-də Şamaxı rayonunda “Şamaxı
soyqırımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans
keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə
görə, tədbirdə Avropa Şurası Parlament
Assambleyasının nümayəndələri, Milli Məclisin
deputatları, yerli və xarici alimlər, QHT və KİV
nümayəndələri, Şamaxı ziyalıları
iştirak edib. Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin
başçısı Nazim İsmayılov, Azərbaycanın
İnsan Hüquqları üzrə Müvəkkili Elmira
Süleymanova, millət vəkili Qənirə Paşayeva,
AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov,
Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin
Hüquqlarının Müdafiəsi İctimai Birliyinin
icraçı direktoru Məhərrəm Zülfüqarlı,
Almaniya Parlamentinin üzvü professor Haqqı Kəskin,
professor Şövqi Göyçaylı, Seyfəddin Qəniyev,
italiyalı jurnalist-tətqiqatçı Robeto Kobalyero, senator
Arkadio Dias və başqaları çıxış edib.
Çıxışlarda
qeyd olunub ki, ermənilər tərəfindən
1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə
Azərbaycan xalqına qarşı həyata keçirilən
soyqırımı siyasətinin həyata keçirilməsindən
beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı
yoxdur. Ermənilərin Azərbaycan xalqına qarşı
törətdiyi cinayətlərin tədqiqi onu göstərir
ki, bunlardan ən dəhşətlisi 1918-ci ilin mart-aprel
aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı,
Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran,
Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və
digər ərazilərdə baş verib. Hadisələr
zamanı 50 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla
qətlə yetirilib, 10 minlərlə insan öz
torpaqlarından qovulub.
Tədbirə qatılan
xarici ölkələrdən olan parlament üzvləri və
jurnalistlər çıxışlarında günahsız insanlara
qarşı törədilən soyqırımı
faktlarını, Azərbaycanlıların haqq səsini öz
ölkələrinə və beynəlxalq ictimaiyyətə
çatdıracaqlarını, beynəlxalq qurumlarda müəyyən
qərarların qəbul edilməsində həqiqətin
ortaya qoyulmasının təmin edilməsinə
çalışacaqlarını bildiriblər. Tədbirdə
Şamaxı soyqırımı həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması üçün
tarixçi Məhərrəm Zülfüqarlının
hazırladığı və iki dildə çap edilən,
gələcəkdə daha 3 dildə də nəşr ediləcək
kitab oxuculara təqdim edilib.
AVCİYA-nın prezidenti,
millər vəkili Elxan Süleymanov gələcəkdə bu
cür tədbirlərin qırğınlar törədilmiş
digər rayonlarda, eləcə də xarici ölkələrdə
keçiriləcəyini bildirib.
Xalq Cəbhəsi.- 2011.- 16 mart.-
S.5.