Azsaylı xalqlar-Saxurlar
Azərbaycan dünyanın ən
qədim insan məskənlərindən biridir. Bu torpaq bəşəriyyətin
bütün inkişaf dövrlərində öz tarixini
qoruyub və yaşada bilib. Bugünkü bəşər mədəniyyətinin
tərəqqisində doğma yurdumuzun öz yeri, öz
payı var. Azərbaycan milli tərkibinin rəngarəngliyi,
burada yaşayan milli azlıqların, azsaylı xalqların və
etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən
fərqlənir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif
xalqların nümayəndələri öz adət-ənənələrini,
milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə
ötürüblər.
Qədim odlar diyarının
etnoqrafik baxımdan zəngin rayonlarından biri də ecazkar təbiətə
malik olan Qax rayonudur. Qax rayonu öz qədim tarixi abidələri,
yaşayış məskənləri ilə yanaşı, ərazisində
yaşayan azsaylı xalq, milli azlıq və etnik qrupların zənginliyi
ilə də seçilir. Rayonda 20-yə qədər milli
azlığın və azsaylı xalqın nümayəndəsi
mehriban qonşuluqda yaşamaqdadır. Avarların, ləzgilərin,
ingiloyların, gürcülərin və digər xalqların
bir çox adət-ənənələri əsrlərin
süzgəcindən keçərək bir-birinə daha da
yaxınlaşıb.
Azərbaycanın Qafqaz dilləri
ailəsinə daxil olan saxurlar əsasən Zaqatala və Qax
rayonlarının bir neçə kəndində məskunlaşıblar.
Qədim mənbələrdə saxurlar “çaxaykov”
adlandırılırlar. Özlərini etimoloji mənası məlum
olmayan “yıkbi” adlandıran saxurların xeyli hissəsi isə
Dağıstanın Rutul rayonunda, Samur çayının mənbəyində
yaşayırlar.
İnqilabaqədərki
siyahıyaalmalarda və eləcə də digər statistik məlumatlarda
saxurların sayı haqqında məlumatlar demək olar ki, yox
dərəcəsindədir. Bu da Qafqaz dilli xalqların
çox vaxt “ləzgi” və bəzi hallarda isə
“Dağıstan xalqları” kimi qeydə alınması ilə
bağlıdır.
Bir azsaylı etnos olması
etibarı ilə saxurlar istər Dağıstan və istərsə
də Azərbaycanın bir neçə kəndində məskunlaşsalar
da, onların dili bir neçə dialektə
bölünür. Belə ki, dilçilər saxur dilinin
Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və
Suvakil dialektlərindən ibarət olmasını müəyyən
etmişlər. Mütəxəssislərin fikrincə,
sadalanan dialektlərin özləri də bir neçə
şivəyə ayrılırlar.
7-12-ci əsrlərdə
saxurların məskunlaşdığı ərazilər də
ərəblər tərəfindən istila edilmiş və nəticədə
saxurlar da İslam dinini qəbul etmişlər. Təqribən
15-ci əsrdə saxur icmaları birləşərək
Dağıstan ərazisində yerləşmiş və onlara
sultan başçılıq etmişdir. Bu icmaların iqamətgahı
əvvəl Saxur kəndi, 17-ci əsrdən isə İlisu
olmuşdur. Saxurlar tarixən Dağıstanda məskunlaşmış,
daha sonralar isə Azərbaycan ərazisinə köç edib
Zaqatala, Qax ərazilərində yerləşmişlər.
Saxurların Azərbaycanda yerləşməsinin bir neçə
yüz illlik tarixi ərzində onlar azərbaycanlılarla
qaynayıb qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə
yiyələnmişlər.
Saxurların məişət
təsərrüfatında
aparıcı yeri qoyunçuluq tutmuşdur. Bu təsərrüfatda
yerli qoyun cinsləri daha üstünlük təşkil
etmişdir. Iribuynuzlu mal-qara isə qoyunçuluğa nisbətən
geniş yayılmamışdır. Bu da saxurların
başlıca olaraq dağ ərazilərində, zəngin
yaylaqlara malik olmaları ilə izah edilməlidir.
Bir xarakterik cəhəti də
qeyd edək ki, saxurların məişətində əkinçilik
ikinci dərəcəli əhəmiyyət kəsb
etmişdir. Dağlıq ərazilərdə
yaşadıqlarına görə və münbit torpaqların
azlığı üzündən onlar əkinçiliklə
məşğul ola bilməmişlər.
Saxurların digər məşğuliyyəti
sənətkarlıq olub. Bu, bir tərəfdən onların zəngin
yun, dəri məmulatına malik olması, digər tərəfdən
də kişilərin başqa məşğuliyyətinin
olmaması ilə izah edilir. Yəni qadınlar yunu əyirib
ondan müxtəlif ev-məişət əşyaları
toxuyur, kişilər isə zərgərlik, dəmirçilik
və silahqayırma ilə məşğul
olurdular.
Saxurlar arasında çəkməçilik,
dülgərlik, daşişləmə sənətləti də
üstün yür tutub. Bu sənət sahibi olan kişilər
bir tərəfdən yerlərdə el-obanın öz tələbatını
ödəyər, digər tərəfdən də ilin
müxtəlif vaxtlarında Azərbaycan və Gürcüstan
şəhərlərinə, kəndlərinə gedib orada əhalinin
sifarişini yerinə yetirərdilər.
Ənənvi saxur evləri
bir qayda olaraq iki otaqdan ibarət olardı. Onlar biri qış
evi olub “dəyə” adlanar və 1,5-2 metr dərinlikdə yerin
altında yerləşərdi. Bu evin ortasında saxurların
“laxa” adlandırıdığı kürsü olardı.
Qışda bütün ailə üzvləri bu evə
yığışar, ailə “laxa” ətrafında yerləşib
onun istisində isinərdi. “Laxa”da ocaq qalanardı. Bir qayda
olaraq bu tipli evlərdə pəncərə olmaz, işıq
ancaq ocaqdan düşərdi. Evin ikinci otağında isə
yaz-yay aylarında istifadə edərdilər və ailənin
bütü üzvləri bu dövrdə burada yerləşərdilər.
Qeyd edək ki, saxurların
geyimləri də böyük dəyişikliklərə məruz
qalmışdır. Belə ki, kişilərə məxsus
“motal” papaq, bürünmə və ya qollu kürk, şal,
çarıq, yundan toxunmuş şalvar və başqa ənənəvi
geyim növləri aradan çıxmış, onları daha
münasib fabrik geymləri əvəz etmişdir. Saxurların
qadın geyimləri bir növ azərbaycanlılarınkına
oxşarıdır. Baş geyimi “çuxta” ilə
yanaşı, həm də əsasən Zaqatala bölgəsi əhalisi
üçün xarakterik olan “çepets”dən də istifadə
olunmuşdur. Müasir dövrdə ənənəvi qadın
geyimləri ancaq yaşlı nəslin nümayənədələri
tərəfindən istifadə edilir.
1992-ci ildən Azərbaycanda saxurların sosial-mədəni
inkişafına xidmət göstərən, azsaylı etnosun
adət-ənənələri, dilinin, mədəniyyətinin
inkişafına xidmət göstərən Saxur mədəniyyət
mərkəzi fəaliyyət göstərir.
Saxurların rutullar adlanan
hissəsi Dağıstanın Rutul kəndindən gəlmişlər.
Onlar mənşəcə saxurlara yaxındır. Azərbaycanda
rutullar əsasən Şəki rayonunun Şin və Qaynarca kəndində
yaşayırlar. Rutullar özlərini şenaz (Sinazrdbor)
adlandırırlar. Bu Şinaz kəndinin adı ilə də
bağlıdır. Bölgədə yaşayan digər
xalqlar, o cümlədən azərbaycanlılar da bu az
saylı xalqı Dağıstandaki Rutul kəndinin adı ilə
rutullar və yaxud rutullular adlandırırlar. Rutullar isə bu
kəndi (yəni Dağıstandakı Rutul kəndini) Maqed
adlandırırlar. Rutulların da ulu əcdadları Azərbaycanın
Şəki-Zaqatala bölgəsinə avarlarla və saxurlarla
eyni vaxtda, yəni 17-ci əsrin əvvəllərində gəlmişlər.
Dil etibarilə də rutullar saxur dilinə yaxın dildə
danışırlar. Lakin rutulların da ədəbi dili Azərbaycan
dilidir.
Yüz illər boyu doğma
Azərbaycan torpağında bu azsaylı etnosların
assimilyasiyaya uğramasına yol vermədən, bu
günümüzədək saxlanması, şübhəsiz
ki, Azərbaycan xalqının
humanistliyini, böyüklüyünü təsdiq edən
danılmaz faktdır. Əsrlərlə sayı bir neçə mindən
artıq olmayan, bir kənddə məskunlaşan əhalini
qoruyub saxlamaqla biz əslində özümüzə, tariximizə
hörmət bəsləmiş oluruq və həm də onu
sübut edirik ki, Azərbaycan təkcə özünü azərbaycanlı
sayanların deyil, eləcə də özünü bu
torpağın övladı hesab edənlərin vətənidir.
Qafqaz dilli azərbaycanlılar bunu öz amalları, qeyrətləri,
torpaqlarımız uğrunda verdikləri şəhid
oğlanlarımızın qanı ilə son illərdə tam
sübuta yetirmişlər.
Ərəblərin Azərbaycana
gəlişi zamanı saxurların məskunlaşdığı
ərazilər də onlar tərəfindən istila edilib və
saxurlar İslam dinini qəbul ediblər. Təqribən 15-ci əsrdə
saxur icmaları birləşərək Dağıstan ərazisində
məskunlaşblar.
Saxurların məişət
təsərrüfatında aparıcı yeri qoyunçuluq
tutub. Bu təsərrüfatda yerli qoyun cinsləri daha çox
üstünlük təşkil edir. Iribuynuzlu mal-qara isə
qoyunçuluğa nisbətən geniş yayılmayıb. Bu
da saxurların başlıca olaraq dağ ərazilərində zəngin yaylaqlara malik olmaları ilə
izah edilir.
Bir xarakterik cəhəti də
qeyd edək ki, saxurların məişətində əkinçilik
ikinci dərəcəli əhəmiyyət kəsb edir.
Dağlıq ərazilərdə yaşadıqlarına
görə və münbit torpaqların azlığı
üzündən onlar əkinçiliklə məşğul
ola bilməyiblər.
Saxurların əsas məşğuliyyət
formalarından biri də sənətkarlıq olub. Bu,
onların zəngin yun və dəri məmulatlarına malik
olması ilə izah edilir. Qadınlar yunu əyirib ondan
müxtəlif ev-məişət əşyaları toxuyar,
kişilər isə zərgərlik, dəmirçilik və silahqayırma ilə məşğul olardılar.
Saxurlar arasında dəmirçilik,
çəkməçilik, dülgərlik, daşişləmə
sənəti də üstün yür tutub. Bu sənət
sahibi olan kişilər bir tərəfdən yerlərdə
el-obanın öz tələbatını ödəyər,
digər tərəfdən də Azərbaycan və
Gürcüstanın şəhərlərinə, kəndlərinə
gedib orada əhalinin sifarişini yerinə yetirərdilər.
Azərbaycanda məskunlaşan
saxurlar bir neçə yüz illlik tarixi dövr ərzində
azəri türkləri ilə qaynayıb-qarışaraq,
ümumazərbaycan dilinə, mədəniyyətinə yiyələniblər.
Bununla yanaşı onlar özlərinəməxsus bir
çox adətləri yaşada biliblər. Bu özəllik
onların zəngin mətbəxinə də aid ola bilər.
Saxurların mətbəxi
müxtəlif yeməklərlə zəngindir. Xəmir
xörəkləri isə onların ən çox sevdikləri
yeməklərdən sayılır. Saxurların mətbəxində
bir çox yemək növləri qaxacla hazırlanır. Bundan
başqa onların mətbəxində “sürfüllü”,
“xikeyi”, “xingili” adlı yemək növləri də məşhurdur.
Uzun əsrlər boyu azəri
türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində
də özünəməxsusluqlarını qoruyub-saxlaya
biliblər. Bu gün saxur kəndlərində əsasən qədim
toy adət-ənənələrinə üstünlük
verilir.
Bütün bunlar Azərbaycanın
tarixən müxtəlif dil ailələrinə məxsus olan
xalqların məskəni olduğunu bir daha sübut edir. Və
bu xalqların dar gündə də, şad gündə də
bir-birinə arxa, dayaq olaraq hamılıqla vahid azərbaycançılıq
idealogiyasına sadiq olduğunu nümayiş etdirir.
Səlcuq
Xalq Cəbhəsi.- 2011.- 29 mart.- S.11.