Türkiyə- Azərbaycan kulturoloji əlaqələri

 

XXI əsr bütün dünya dövlətləri və millətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin artması, eyni zamanda xalqların etnik-mənəvi köklərinə yenidən dönüşüylə xarakterikdir. İndi planetin bütün irili-xırdalı dövlət və millətləri könüllü və ya könülsüz, ixtiyariya qeyri-ixtiyari son nəticədə böyük qloballaşmaya aparıb çıxaran nəhəng inteqrasiya magistralına qoşulmaqdadır. Ən müxtəlif mövqe və münasibətlərin xarakterindən asılı olmayaraq, qloballaşmaya aparan nəhəng inteqrasiya magistralı bütün planeti sorub aparmaqdadır.

Mümkün olan ən optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi "Mən"ini dərk edərək qoşulmasıdır. Bəlkə də, bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də xarakterizə olunur. Bu da cəmiyyət tarixinin inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğur.

Dünya kulturoloji fikri yekdilliklə belə bir umumi qənaətə gəlir ki, ənənəvi tədqiqatlarda bir-birindən ayrı, əlahiddə təqdim edilən qədim mədəniyyətlər, biri digərinin tarixi davamı və tamamlayıcısı olan qədim sivilizasiyaların təzahürü olmaq etibarilə vahid bir mədəniyyət hadisəsidir və indi bu sivilizasiyaların müasir varisləri XXI əsrin ilk onilliyini tamamlamaqdadır.

Vahid mənşədən vüsət alan sivilizasiyalar tarixi epoxalar sınağından keçərək yenidən bir-birinə qovuşur. Beləliklə, türk etnik-mənəvi "Mən"inin dərk olunmaümumtürk miqyasında psixoloji həzmi zərurəti bu gunun reallıqlarından doğur. Təkcə Türk dünyası deyil, bütün bəşəriyyət gücündən, iqtisadi qüdrətindən, mənəvi-mədəni səviyyəsindən asılı olmayaraq milli varlığını qorumaq istəyirsə, bu prosesə qoşulmalı, onun labüdlüyünü dərk etməlidir.

Azərbaycanda yetmiş il ərzində qadağan edilmiş ümumtürk ədəbiyyat və mədəniyyətinin milli-tarixi zəmində tədqiqi elmi mədəni əlaqələrimizin öyrənilməsi üçün yeni səhifələrin açılmasına səbəb olub. Bu cəhətdən Azərbaycan - Türkiyə mədəni əlaqələrini daha geniş aspektdə öyrənmək və bu əlaqəni kulturoloji kontekstdə izləmək aktual məsələ kimi mühüm əhəmiyyətə malikdir. Mədəniyyətlərimiz arasındakı tarixi və mədəni- mənəvi körpülərin yeni təfəkkur işığında nəzərdən keçirilməsi, araşdırılıb xalqa çatdırılması xalqımızın bütövlükdə türk dünyası ədəbiyyatı və mədəniyyəti ilə qovuşması üçün ən ilkin, ən zəruri və ən güclü zəmin və şərtdir.

Bu mənada Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi xarici siyasət kursunun, xususən də türk dövlətlərilə siyasi münasibətlərinin qurulması və inkişafı probleminin elmi-nəzəri cəhətdən araşdırılması, bu sahədə həyata keçirilən tədbirlərin, onların nəticələrinin ümumiləşdirilməsi, obyektiv qiymətləndirilməsi mühüm elmipraktik əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan özünün geostrateji mövqeyinə görə tarix boyu bir çox böyük dövlətlərin maraqlarının toqquşduğu siyasət meydanına çevrilmişdir. Belə mürəkkəb, mənafelərin toqquşduğu ziddiyyətlər meydanı olması Azərbaycan dövlətinin, xüsusən də müstəqilliyinin ilk illərində, xarici siyasət fəaliyyətində son dərəcə diqqətli olması zərurətini doğurmuşdur. Müstəqilliyin bərpasından sonrakı illərdə Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdi, onun xarici siyasətinin dini, etnik təəssübkeşlik prinsipləri əsasında həyata keçirilməsi və bu əməkdaşlığın "pantürkizmə", "panturanizmə" meylli olması haqqında ittihamlarla müşayiət olunurdu. Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azərbaycan

üçün deyil, bütünlükdə türk dünyası üçün əlamətdar hesab edilə bilər. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş türk dövlətinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması ilə türk dünyasında gözəçarpacaq bir canlanma başlandı. Bu mənada XX əsrin 90-cı illəri türk dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşılıqlı yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya prosesləri ilə üst-üstə düşürtürk xalqlarının həyati mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq daşıyır. Lakin göstərilən dövrdə, bəzən isə hal-hazıra qədər dünya dövlətlərinin türk dünyasında baş verən hadisələrə münasibəti birmənalı olmamış, dövlətlərimiz arasında münasibətlərə bir qədər ehtiyatla yanaşılıb. Bu yanaşma təkcə siyasi dairələrdə, rəsmi səviyyədə deyil, elmi araşdırmalarda da özünü göstərib. Regionda maraqları toqquşan dövlətlərin alimləri, dövlət, siyasət və mədəniyyət xadimləri arasında hadisələrə obyektiv, qərəzsiz yanaşma ilə bərabər, bəzən qərəzli, obyektivlikdən uzaq araşdırmalara da rast gəlinir. Belə ki, Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdinə həqiqətə və məntiqə uyğun gəlməyən mənalar verilir, dünyanın eyni kökdən olan xalqları üçün tamamilə təbii sayılan əlaqələri Azərbaycan - Türkiyə mədəni əlaqələri üçün arzuolunmaz sayılırdı. Bu mənada Azərbaycan - Turkiyə mədəni əlaqələrinin araşdırılması siyasiideoloji cəhətdən, siyasi-diplomatik münasibətlərin yenidaha doğma bir mərhələsinə yol açmaq baxımından da əhəmiyyətlidir. Mədəni əlaqələrimizin öyrənilməsi hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəlir. Tarix göstərir ki, Azərbaycanın azadlıq və istiqlaliyyəti türk xalqlarının mədəni-tarixi birliyi kontekstində mövcuddur. Belə birlik ideyası isə elmi-tarixi fikrimizdə XX əsrin əvvəllərindən başlayaraq xüsusilə qüvvətlənmiş, publisistikada, ədəbiyyatın müxtəlif janrlarında, umumilikdə mədəniyyətdə intensiv şəkildə irəli sürülüb. Azərbaycan yazıçılarının IX qurultayında yazıcı Anarın çox haqlı qeyd etdiyi kimi: "... Türkiyəylə sıx mədəni əlaqələr bizim müasirləşməyimizə, dünya dəyərlərini mənimsəməyimizə, dünyanın qabaqcıl millətləri sırasında, demokratik, maariflənmiş, müasir bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Keçmişdə bizim dünyaya pəncərəmiz yalnız rus mətbuatı vasitəsilə idisə, bu gun daha bir pəncərə, Türkiyə pəncərəsi dünyanı tanımaqda və özümüzü dünyaya tanıtmaqda əhəmiyyətli rol oynaya bilər".

Türk Dünyasında tələbə-müəllim mübadiləsini tənzimləyən komissiyanın 1990-cı illərin əvvəlləri üçün olan hesabatında yeni qurulan türk respublikalarına müəllim, tələbə mubadiləsinə dair məlumatda deyilir: "Yeni qurulan Türk Cümhuriyyətləri, totalitar bir rejimin bütün qalıntılarını silərək yeni demokratik bir quruluşa sürətlə uyğunlaşmaqdünya ilə bütünləşmək üçün ciddi səy göstərməkdədir. Bu səyləri sırasında özlərinə nümunə götürdükləri ölkəmiz və Türk Dünyası ilə yaxın və səmimi əlaqələr qurmaq, digər ölkələrdən öncə Türk Dünyası ilə bütünləşərək ölkəmizlə tarixdən gələn dostluqlarını möhkəmləndirmək və qardaşlıq duyğularını inkişaf etdirmək üçün, xüsusilə, istəkli olduqları təəssüratını verməkdədir. Məhz bu tarixi fürsətin ən yaxşı şəkildə dəyərləndirilməsi və ölkəmizin önünə çıxan bu böyük imkanın ölkəmiz lehinə nəticələndirilməsi üçün son dərəcə diqqətli, sürətli, birləşdirici, qurucu və fədakar davranmanın faydaları, şübhəsiz, aşkardır. Ancaq ölkəmizin büdcə imkanları ilə arzulanan fədakarlıın edilməsinə imkan olmadığından mövcud imkanların son dərəcə rasional istifadə edilərək böyük fayda gətirilməsinə çalışılmalıdır".

Azərbaycan - Türkiyə arasında tələbə mübadiləsi məsələsinə dair Türkiyənin müvafiq komissiyanın hesabatında isə göstərilir ki, tələbə mübadiləsi nəticəsində ölkəmizə gətirilən Azərbaycan və Orta Asiya ölkələri ilə Türk topluluqlarının gənc öyrənciləri bizim kültürlə doğrudan təmasa keçirildiyindən, türk dili və mədəniyyət ilə milli şüurun və ölkəmizə bağlılıqlarının möhkəmləndirilməsi üçün təhsilin çox bahalı, fəqət ən təsirli bir yatırım yolu olduğu inkar edilə bilməz. Ancaq bir tələbəyə təhsili boyunca qoyulan milyonlarca xərcləmənin boşa getməməsi və bu öyrəncilərin ölkəmizdən müsbət təəssuratlarla ayrılmaları və ölkəmizi sevmələrinin təminatı üçün möhkəm, ciddi və diqqətli səylər göstərilməlidir. Bu səylərin başında öyrəncilərin şikayətlərini önləyəcək fədakarlıqlardan qaçılmamalıdır. Ölkəmizə gəlişlərindən dönüşlərinə qədər bütün fəaliyyətlərinin çox yaxşı bir şəkildə əlaqələndirilməsi və onlara verilə biləcək imkanların cox yaxşı təsbit edilərək anladılması və öhdəyə götürülmüş xüsusların da mütləq yerinə yetirilərək etimadlarının qorunmasına özəl önəm verilməlidir. Türk Cümhuriyyətləri ilə yaradılan mədəni mubadilə proqramları və razılaşma sənədlərinə uyğun olaraq mədəniyyətlərimiz arasındakı əlaqələr bütün yönlərilə inkişaf etdirilməlidir.

Bu istiqamətdə göstərilən fəaliyyətlərin uğurlu nəticələr verməsi üçün elm, təhsil və mədəniyyət əlaqələri sahəsində ciddi araşdırmalar aparılmalı, tarixi təcrübəni mənimsəmək şərtilə əməkdaşlığın bugününü və perspektivlərini dəqiq təhlil edəcək tədqiqatlar aparılmalıdır. Məhz bütün bu səbəblər, müasir dövrdə Azərbaycan - Türkiyə əlaqələrinin kulturoloji aspektlərinin geniş tədqiqini aktuallaşdırır. İmperiya ideologiyasının qadağaları aradan qalxar-qalxmaz uzun illərin həsrətləri ilə bağlı bütün sahələrdə inkişaf meylləri müşahidə edildiyi kimi, Azərbaycan - Türkiyə əlaqələrinin müxtəlif aspektlərdən araşdırılması cəhdləri də özünü büruzə verdi. Müstəqilliyimizin bərpasından ötən illər ərzində bu istiqamətdə çoxsaylı araşdırmalar aparılıb, mədəni əməkdaşlıq problemləri tədqiqata cəlb edilib. Bu tədqiqatların böyük bir qismi sırf mədəni əlaqələrə həsr edilməsə belə, həmin əsərlərdə elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan - Türkiyə əməkdaşlığına da yer ayrılıb.

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 5 noyabr.- S.10.