"Xalq Cəbhəsi" qəzeti - 10
Əkbər
Qoşalı: "Bu qəzet Türk Dünyası, Güney
Azərbaycan və ədəbiyyat məsələlərinə
ardıcıl və geniş yer ayırması ilə mənimçün
əzizdir"
İradə Tuncay: "İndiki
zamanda bir qəzeti 10 il yaşatmaq böyük qəhrəmanlıqdır"
Aqil Camal: ""Xalq Cəbhəsi"
qəzetini azsaylı MİLLİ QƏZETlərimizdən biri
sayıram"
Noyabrın
20-də "Xalq Cəbhəsi" qəzetinin yayıma
başlamasının on ili tamam olur. Müxtəlif media
qurumlarının əməkdaşları, ziyalılar qəzetimizə
öz təbriklərini ünvanlayıblar.
"Üçnöqtə.
az" saytının redaktoru Elməddin Muradlı hesab edir ki,
"Xalq Cəbhəsi" qəzetinin özünəməxsus
dəsti-xətti var: "Bu qəzet uzun yol keçib, 10 il az
zaman deyil. Qəzetin çox ağır dövrü olub.
Çətin günləri olub, amma "Xalq Cəbhəsi"
qəzeti həmişə özünü qoruyub saxlayıb. Mən
sizin əməkdaşların çoxunu tanıyıram.
Hamı razılıq edir. Mən mediada belə kollektiv görəndə
çox sevinirəm. Elçin müəllim həmişə
kollektivdən razılıq edir, kollektiv də ondan. Bu
çox yaxşı haldır. Sizləri təbrik edirəm.
Bizim medianin yaşı çox olmasa da, indi media
orqanlarımız çoxdur. Arzu edirəm
uzunömürlü olmağa layiq və buna tab gətirəcək
qəzetlərdən biri də "Xalq Cəbhəsi" qəzeti
olsun".
DGTYB başqanı Əkbər Qoşalı "Xalq Cəbhəsi" qəzetinin 10 yaşını təbrik edir, yaradıcı heyətə ən xoş diləklərimi yetirir: "Bu qəzet Türk Dünyası, Güney Azərbaycan və ədəbiyyat məsələlərinə ardıcıl və geniş yer ayırması ilə mənimçün əzizdir. Ayrıca "Xalq Cəbhəsi"ndə çalışanların əksəriyyəti dostlarımdır və bu da məni qəzetin oxucusu edən səbəblərdən biridir, təbii... Bir mətbu orqanın 10 il davamlı olaraq çıxması özlüyündə həmin qəzetə təlabatı, yaradıcı heyətin sabitqədəmliliyini ifadə etməkdədir. Ümidvaram, "Xalq Cəbhəsi" uzun illər işıq üzü görəcək, öz oxucularını bir-birindən maraqlı mövzularla, yaddaqalan təşəbbüslərlə sevindirəcəkdir. Bir daha təbrik edirəm"!
"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay hesab edir ki, bizim mühitdə qəzetin 10 il fəaliyyət göstərməsi əslində böyük qəhrəmanlıqdır: "Səbəblərini də hər kəs bilir, sadalamaq istəmirəm. 10 il nə deməkdi? Yəni imzaların tanınıb, formalaşması, fərqli düşüncələrin bir müstəvidə birləşməsi, cəmiyyətə yeni təfəkkürün aşılanması,cəmiyyətdən gələn haqlı-haqsız təpkilərə cavab. "Xalq" və "cəbhə" sözlərinin də bir ayrı anlamı var. Hər halda yaddaşımızdakı assosiasiyalar bizi istər-istəməz bu sözləri eşitdiyimiz uzaq ve yaxın 90-ci illərə qaytarır. Ağrı-acısı, problemləriylə o illər həm də böyük ruh sıçrayışı illəri idi. Xalqın bir cəbhədə birləşdiyi illər idi. Güman edirəm ki, cəmiyyətdən doğan bəzi nədənləri nəzərə alsaq, qəzet bu xalqın cəbhəsi olmaq kimi bir missiyanı uğurla davam etdirir. Diləyim nədir? Hər birimizə tanış olan problemlərin çözülməsi, mətbu sözün dəyərinin artması, dərd-sərimizin azalması... Bir sözlə ancaq və ancaq Uğurlar!
Təbrik edirəm! Qəzetin kollektivinə uğurlar arzulayıram. İndiki zamanda bir qəzeti 10 il yaşatmaq böyük qəhrəmanlıqdır. Qəzetin baş redaktoru Elçin Mirzəbəyli ölkənin dəyərli ziyalılarındandır".
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camalın fikrincə "Xalq Cəbhəsi" qəzeti çağdaş Azərbaycan mətbuatında milli mövqeyinə görə seçilən bir nəşrdir: "Hər bir qəzet ayağa qalxıb "bəyəm, mən antimilli qəzetəm?" deyə bilər. Amma bizim nəzərimizdə milli qəzet olmaq yalnız "antimilli olmamaq"la, yaxud kütləvi olmaqla ölçülmür. Milli qəzet hər bir məsələyə yanaşmasında milli maraq axtarır. Hər şeyi oxucunun zövqünə, tələbinə uyğunlaşdırmır. Əksinə, oxucunu özünün prinsiplərinə tabe etdirməyə çalışır. Bu baxımdan, mən "Xalq Cəbhəsi" qəzetini azsaylı MİLLİ QƏZETlərimizdən biri sayıram. 10 illiyiniz mübarək, Uğrunda mübarizə apardığınız hədəflərin gerçəkləşməsini öz səhifələrinizdən xəbərləməyi nəsib etsin Tanrı sizə"!
"Mərkəz" qəzetinin və İnformasiya Agentliyinin redaktoru Səbuhi Abbasov hesab edir ki, bir qəzetin fəaliyyəti üçün 10 il az müddət deyil: "Əslində düşünürəm ki, əgər 9 milyon əhalisi olan müstəqil bir dövlətdə bir qəzet fasiləsiz olaraq 5 ildən artıq fəaliyyət göstərirsə bu o qəzetin cəmiyyətdəki çəkisindən xəbər verir. "Xalq cəbhəsi" qəzeti də artıq öz auditoriyasını fomalaşdırıb. Mən özüm şəxsən bir redaktor olaraq həm bu qəzet, eyni adlı veb səhifəni mütəmadi olaraq izləyirəm. Bir sözlə bu qəzetin bügünkü mətbuatda öz yeri, öz üslubu var. Təbii ki, bu kollektivin gərgin fəaliyyətinin əsas göstəricisidir. Öz növbəmdə Sizləri təbrik edir, uğurlarınızın daha bol, yazılarınız həmişəki kimi daha maraqlı və aktual olmasını arzulayıram".
Tanınmış jurnalist Aynur İmranovanın fikrincə "Xalq Cəbhəsi" qəzeti mənə həm kollektivi ilə, həm rəhbərliyi ilə çox doğma bir qəzetdir: "Demək olar ki, çalışanların əksəriyyəti dostlarımdır. Amma bundan daha önəmli olan hamısı dəst xəttini sevdiyim, xüsusi üslübü olan yazaraları birləşdirib qəzet öz redaksiyasında. 10 il! Az müddət deyil, amma bir o qədər çox da deyil. Mən "Xalq Cəbhəsi" qəzetinə bir əsrlik qəzet olmağı arzu edirəm. 100 il çap olunmağa davam etsin, böyüsün, genişlənsin! Elə bir zirvəyə ucalsın ki, nə zamansa onun sıralarında çalışan hər kəs fəxrlə "Mən də "Xalq Cəbhəsi" qəzetində işləmişəm" - desin. Az müddət deyil, amma bir o qədər çox da deyil. Mən "Xalq Cəbhəsi" qəzetinə bir əsrlik qəzet olmağı arzu edirəm. 100 il çap olunmağa davam etsin, böyüsün, genişlənsin! Qəzetin bütün kollektivini, başda Elçin müəllim olmaqla səmimi qəlbən təbrik edirəm, yorulmayasınız deyirəm. Böyük, qüdrətli Azərbaycan yolunda açıq üfüqlər arzulayıram"!
Müstəqil ekspert Elnur Eltürk hesab edir ki, "Xalq cəbhəsi" qəzeti milli məsələləri, türkçülük prinsiplərini əsas tutan və dövlətçilik maraqlarını yaşadan qəzetdir: "Bu gün ölkəmizdə minlərlə qəzet çap olunur, "Xalq cəbhəsi" bu qəzetlər içərisində öz öz dəsti-xətti olan və maraqla izlənilən geniş oxucu dairəsi qazanıb. Bu qəzetin bu günə qədər qazandığı uğurlardan sayılmalıdır. Xüsusilə, Güney Azərbaycan məsələsinə önəm verməsi və İran saytlarının daim tənqid hədəfində olması,qəzetin saytına müntəzəm olaraq hücumlar göstərir ki, qəzet Güney Azərbaycanda oxucu qazanıb. Bir daha qəzetin əməkdaşlarını təbrik edir və işlərində uğurlar arzulayıram".
"Milaz. info" informasiya portalının rəhbəri Cəsur Sümərinli "Xalq Cəbhəsi" qəzetini ürəkdən təbik edir: "Bu qəzeti ölkənin təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərə daim diqqət ayırdığına görə, özümə çox yaxın hesab edirəm. Hesab edirəm ki, bir çox sahələrdə, o cümlədən hərbi sahədə baş verən proseslərin cəmiyyətə çatdırılmasında, orduda olan problemlərin işıqlandırılmasında və onların aradan qaldırılmasında "Xalq Cəbhəsi" qəzetinin xüsusi rolu var. Sizi təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram".
"Milli Düşüncə İnstitutu" İctimai Birliyinin rəhbəri Taryel Faziloğlu da "Xalq Cəbhəsi" qəzetini yubiley münasibəti ilə təbrik edir: "Bu illərdə bu qəzet özünəməxsus baxışı ilə media sahəsində öz layiqli yerini tutub. Buna görə də qəzetin bütün əməkdaşlarını təbrik edirəm. Allah qoysa qəzetinizin 50-100 yaşını qeyd edəsiniz. Bir daha təbrik edirəm".
Oktay
Xalq Cəbhəsi.- 2011.- 18 noyabr.-
S.10.