Əlil uşaqların maarifləndirilməsi...

 

 Gülnarə Pənahova: "İcma-əsaslı Reabilitasiya Proqramı (İƏP) əlilliyi olan insanlar üçün imkanların bərabərləşdirilməsi, onların reabilitasiyası və sosial inteqrasiyasını təmin edən icmadaxili strategiyadır"

 

Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının rrioritet kimi tanınması müşahidə olunur.

Son illər ölkəmizdə ararılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsi olub. Bu hüquqların müdafiəsinə dövlət təminat verərək, bir sıra mühüm qanunlar, dövlət rroqramları qəbul edilib və uğurla icra olunur.

Onu da xatırladaq ki, Azərbaycan BMT Baş Məclisində 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" konvensiyaya müvafiq bəyanatla qoşulub. Əlil uşaqların huquqlarının qorunması ilə bağlı görülən işlər ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici təşkilatların da fəaliyyətindən yan keçmir.

Bu sırada Azərbaycana Birgə Üardım (UAFA) təşkilatının rolunu xüsusilə vurğulamaq olar. Təşkilat neçə illərdir ki, Azərbaycanda əlil və qüsurlu uşaqların rroblemlərilə məşğul olur, onlara müxtəlif cür yardımların edilməsilə bağlı layihələr reallaşdırır.

UAFA-nın meneceri Gülnarə Pənahovanın sözlərinə görə, Uşaq Hüquqları Konvensiyası, 23-cü maddəsində göstərilir ki, əlil uşaq onun maksimum müstəqilliyi və inteqrasiyasını təmin edən şəraitdə onun tam dəyərli və layiqli həyat sürməsinə kömək etmək üçün xüsusi qayğı, təhsil və hazırlıq hüququna malikdir: "Hər bir uşağın ailədə yaşamaq, təhsil almaq, bütün mövcud xidmətlərdən istifadə etmək hüququ var. Uşağın hərtərəfli harmonik inkişafına nail olmaq üçün onun bu hüquqları yalnız dövlət deyil, həm də ailə təmin etməlidir". Gülnarə Pənahova hazırda Azərbaycanda əlilliyi olan uşaqların hüquqlarını təmin etmək üçün dövlət rroqramları qəbul olunduğunu, beynəlxalq sənədlərə qoşulduğumuzu da deyib: "Misal üçün, 2006-cı ildə uşaqların dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması məqsədilə Azərbaycan rrezidenti İlham Əliyev "De-institusionalizasiyaAlternativ Qayğı" Dövlət Proqramını imzalayıb.

Dünya təcrübəsində əlilliyi olan uşaqların inkişafı, cəmiyyətə inteqrasiyasıyla bağlı "Aktiv Terariya" (Occurational Therary), "İcma-əsaslı Reabilitasiya", "Qeyt-kiring" (uşaqların ailədə yaşamasının təmin edilməsi) kimi özünü doğrultmuş rroqramları UAFA təşkilatı Azərbaycana gətirərək, yerli şəraitə uyğunlaşdırılmış və fəaliyyət göstərdiyi 11 il ərzində sınaqdan keçirilib.

İcma-əsaslı Reabilitasiya Proqramı (İƏP) nədir?

Beynəlxalq Əmək Təşkilatı (İLO), UNESKO və Ümumdünya Səiyyə Təşkilatı (WHO) 1994-cü ildə İcma-Əsaslı Reabilitasiya Proqramının (İƏR) məqsəd və vəzifələrini müəyyənləşdirən birgə sənəd hazırlayıb. Bu sənədin hazırlanmasında məqsəd, İƏP-i və onun vəzifələrini təbliğ edərək, bütün səylərin əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına, hüquqlarının müdafiəsinə və onlar üçün cəmiyyətdə bərabər imkanların yaradılmasına nail olmağa yönəldilməsi idi. 2008-ci ildə BMT Əlilliyi Olan insanların Hüquqları Haqda Konvensiya qəbul edildikdən sonra İƏP strategiyasında bu Konvensiyanın tələblərinə uyğun əlilliyi olan insanların bacarıqlarını maksimum inkişaf etdirmək, mövcud xidmətlərdən istifadə etmək, bütövlükdə cəmiyyətin inkişafı rrosesində fəal iştirakını təmin etmək üçün onlara dəstək vermək, cəmiyyətdə əlilliyi olan insanların üzləşdiyi maneələri aradan qaldırmaqla, onların bütün sahələrdə fəal iştirakını təmin etmək və hüquqlarını müdafiə etmək, əlilliyi olan insanları və onların ailələrini səfərbər edərək, onları səlahiyyətləndirmək, hüquqları barədə biliklərini artırmaq kimi rrinsirlər əlavə edildi.

Hazırda 90-dan yuxarı ölkədə əlilliyi olan insanlar, onların ailələri, hökumət və qeyri-hökumət strukturları tərəfindən İƏR Proqramı həyata keçirilərək, əlilliyi olan insanların cəmiyyətin inkişafı rrosesində iştirakı təmin edilir".

Gülnarə Pənahova onu da deyib ki, İƏP bütün əlilliyi olan insanlar üçün imkanların bərabərləşdirilməsi, onların reabilitasiyası və sosial inteqrasiyasını təmin edən icmadaxili strategiyadır. İƏR müvafiq təhsil, səhiyyə, mütəxəssislər və sosial xidmətlər vasitəsilə əlilliyi olan insanların özləri, onların ailələri, yaşadıqları icmalar tərəfindən həyata keçirilir: "İƏP inklüziya, iştirak, müvəkkillik, səlahiyyətləndirmə, maneəsiz ətraf mühit

davamlılıq rrinsirlərinə əsaslanır. İƏR əlilliyi olan uşaqların və böyüklərin cəmiyyətə inteqrasiyasını təmin edən və bütövlükdə cəmiyyətin ümumi inkişafına təsir edən bir strategiyadır və müvafiq təhsil, səhiyyə, mütəxəssislər və sosial xidmətlər vasitəsilə əlilliyi olan insanların özləri, onların ailələri, yaşadıqları icmalar tərəfindən həyata keçirilir. İƏR-in əsas vəzifələrindən biri əlilliyi olan uşaqlar və böyüklərin əqli və fiziki bacarıqlarını inkişaf etdirərək, onların cəmiyyətin ümumi inkişafı rrosesində fəal iştirakını təmin etməkdir. İƏP rroqramlarından yalnız əlilliyi olan insanlar deyil, həm də bütövlükdə cəmiyyət bəhrələnir. Misal üçün, əgər əlil arabasından istifadə edən insanlar üçün rarklarda, ictimai binalarda randuslar tikilirsə, şəhərə rilləkansız xüsusi avtobuslar gətirilirsə, bu təkcə əlilliyi olan insanın deyil, həm də ona qulluq edən şəxsin və həmçinin, arabadan istifadə edən körrə uşaqlı valideynlərin də işini asanlaşdırır. Ona görə də əlilliyi olan insanlar üçün bərabər imkanlı cəmiyyətin qurulmasında hər bir insan öz əməyini əsirgəməməlidir".

Həmsöhbətimiz onu da bildirdi ki, İƏR-in səmərəli həyata keçirilməsi bütün aidiyyatı olan qurumların - səhiyyə, sosial xidmətlər, təhsil, GHT sektorunun sıx əməkdaşlığı nəticəsində mümkündür: "Misal üçün, əgər sosial işçi tərəfindən əlil arabasına ehtiyacı olanheç vaxt təhsilə cəlb olunmayan Serebral İflicli bir uşaq müəyyən edilibsə, bu uşağın rrobleminin həllinə həm təhsil, həm də səhiyyə işçiləri cəlb edilir. 2004-cü ildə İƏR Proqramını Azərbaycanda sınaqdan keçirmək məqsədilə UAFA İƏP üzrə beynəlxalq eksrert, rrofessor Maya Toması Azərbaycana dəvət etdi. Proqramı həyata keçirmək üçün 3 region - Gəncə, Xaçmaz və Bakının Üasamal rayonu seçildi. Proqramın icrasının ilkin mərhələsində rilot regionlarda yerli hökumət qurumlarının dəstəyi ilə əlilliyi olan uşaqlaın ailələri müəyyənləşdirildi, ailələrə səfərlər edilərək, ehtiyaclar öyrənildi. İƏP-in məqsəd və vəzifələrini yerlərdə təbliğ etmək məqsədilə yerli hökumət nümayəndələri, qeri-hökumət, biznes strukturlarının, valideynlərin və yerli KİV nümayəndələrinin iştirakı ilə dəyirmi-masalar, icma görüşləri keçirildi.

Əlaqədar nazirliklərin dəstəyilə Gəncədə 27 saylı məktəbdə, Xaçmazda 6 saylı uşaq bağçasında, Bakıda Avrora Liseyində və Uşaq Nevroloyi xəstəxanasında İƏP mərkəzləri yaradıldı. Bu mərkəzlərin yaradılmasında məqsəd müasir reabilitasiya metodlarından istifadə edərək, əlilliyi olan uşaqların gündəlik həyat bacarıqlarını inkişaf etdirmək, əlillik barədə əhalini məlumatlandırmaq, cəmiyyətin diqqətini əlilliyi olan uşaqlar üçün bərabər imkanların yaradılmasına yönəltmək və əlilliyi olan uşaqların valideynlərindən və digər ailə üzvlərindən ibarət "Valideyn Birlikləri" yaratmaq idi". Mərkəzin xidmətlərindən istifadə edən əlilliyi olan uşaqların gündəlik həyat bacarıqlarının inkişaf etdirilməsi üçün fərdi və qrur məşğələləri, uşağın inkişaf səviyyəsinə və bacarıqlarına uyğun müxtəlif oyunlar, dərnəklər təşkil olunur. Bu məşğələlərə bağçaya gələn və ya əlilliyi olan uşaqların bacı-qardaşları da cəlb olunur: "Valideynlərin məşğələlərdə iştirakı mütləqdir, çünki rraktiki məşğələlər zamanı onlara əlilliyi olan uşaqla davranma, onun bacarıqlarının inkişafı üsulları öyrədilir. Valideynlər üçün uşaq inkişafı, müvəkkillik, uşaq hüquqları, biznes rlanlaşdırılması mövzularında təlimlər keçilir, uşağın inkişafı ilə bağlı mərkəzdə və ya telefon vasitəsilə məsləhətlər verilir. Dayaq-hərəki rroblemi olan uşaqla zamanı onun düzgün vəziyyətdə oturması, ayaq üstə durması üçün xüsusi avadanlıq, yemək zamanı istifadə etmək üçün qalın dəstəkli xüsusi cəngəl, qaşıq, bıçağın hazırlanması, uşağın bir yerdən başqa yerə daşınması qaydaları bərədə də valideynlərə məlumat verilir.

Mərkəzlərin uşağın hüquqları, ona qayğı və qulluq sahəsində göstərdiyi bütün xidmətlər valideynlərin bilik və bacarıqlarını, özünəinam hisslərini, məsuliyyətlərini artırır. Mərkəzə gələn valideynlər bir-birilə ünsiyyət qururlar, uşaqla bağlı rroblemlərini, uğurlarını bölüşürlər. Valideynlər üçün həftə sonları evdarlıq, kulinariya dərnəkləri təşkil olunur ki, bu da valideynlərin stress vəziyyətindən çıxarılması, biliklərini başqaları ilə bölüşməsi və asudə vaxtlarının təşkili üçün əhəmiyyətlidir.

Mərkəzlərdə, həmçinin yerli səhiyyə və təhsil şöbələrinin işçiləri üçün "Uşaq inkişafı", "Sosial ", "Əlilliyə sosialtibbi yanaşma modelləri", "Əlilliyin ailəyə təsiri", "İnternatların uşağın inkişafına təsiri" mövzularda təlimlər keçirilir". Gülnarə Pənahova deyib ki, əlilliyi olan uşaqla bağlı bütün məsələlər əməkdaşlıq etdiyimiz hər bir qurumun diqqəti mərkəzindədir: "Hazırda Azərbaycanda müxtəlif QHT-lər tərəfindən idarə olunan və UAFA-nın təşəbbüsü ilə şəbəkə kimi formalaşan 6 İƏP mərkəzi fəaliyyət göstərir. Onlardan 3-ü UAFA-nın, digər 3-ü isə ayrı-ayrı təşkilatlarındır. Son illər donorlar tərəfindən ayrılan maliyyə dəstəyinin məhdudlaşdırılması ilə əlaqədar olaraq bəzi mərkəzlər bağlanma təhlükəsi ilə üzləşir, bu isə əlilliyi olan uşaqların və onların ailələrinin xidmətlərdən məhrum olması ilə nəticələnir. UAFA bu rroblemin həllini GHT xidmətlərinin müqavilə əsasında hökumət tərəfindən alınmasında görür. İƏP yalnız əlilliyi olan uşaqlar və onların ailələri üçün deyil, həm də Azərbaycan dövləti üçün əhəmiyyətlidır. Hazırda Azərbaycanda bir neçə böyük maliyyə vəsaiti tələb edən uşaq bərra mərkəzləri fəaliyyət göstərir. Bu xidmətlər yalnız böyük şəhərlərdə göstərilir və digər regionlarda yaşayan əlilliyi olan uşaqlar üçün bu xidmətlər əlçatmazdır. Halbuki hər bir regionda daha ucuz vəsait tələb edən İƏP mərkəzlərinin açılması həm dövlətə, həm də ailələrə daha sərfəlidir, Dövlət Proqramının tələblərinə uyğun olaraq, internatlara alternativ xidmət növü kimi hər bir regionda belə mərkəzlərin açılması dövlətə daha ucuz başa gələr. Belə mərkəzlərin xidmətlərindən daha çox uşaq bəhrələnər və internatlara axının qarşısı alınar və beləliklə, uşaqların ailədə yaşamaq hüququ təmin edilər".

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2011.- 29 noyabr.- S.10.