Şərəfli
və əzablı müstəqillik yolu
(Əvvəli
ötən sayımızda)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 iliyinin qeyd olunduğu bir dövrdə, son vaxtlar rəsmi dairələrdə, müxtəlif mətbuat orqanlarında elmi məclislərdə - milli ideologiya, keçid mərhələsinin başa çatması, itisadi-sosial inkişafın Azərbaycan modeli haqqındakı mövqelərə hörmətlə yanaşaraq, eyni zamanda qədim yunan müdriklərinin "düşüncə tərzi cəzalandırıla bilməz" hikmətinə arxalanaraq, müzakirə məqsədilə aşağıdakıları bildirməyi gərəkli hesab edirəm.
Əvvələn, hər bir milli ideologiya, konkret tarixi şəraitin məhsulu kimi ilk növbədə Vətən, Millət, Hakimiyyət anlayışları müstəvisində formalaşır. O millətlər xoşbəxtdirlər ki, onlarda milli ideologiya yaradacaqları siyasi-ictimai quruluşdan əvvəl yetişib təkmilləşib.
Fəxrlə deyə bilərik ki, belə bir ideologiya 1915-16-cı illərdə Məhəmməd Əmin Rəsulzadə tərəfindən "Açıq söz" qəzetində "Müasirləşmək, türkləşmək, islamlaşmaq" formasında tutacağımız yol kimi müəyənləşdirilib. Bizim günlərimiz və gələcəkdə də bu fundamental prinsiplərin təməlində milli ideologiyamızın Azərbaycançılıq, torpağa məhəbbət, onu qanımız-canımızla qorumaq, qloballaşan dünya ölkələri ilə sülh, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri şəraitində müəyyən cəhətlərini açıqlamaq mümkündür.
Keçid dövrü, yaxud mərhələsi bir ictimai-iqtisadi quruluşdan başqasına (yenisinə) istər təkamül, istərsə də sıçrayış yolu ilə keçməsi üçün zəruri tələb olunan vaxtdır. Elmi-nəzəri və praktik cəhətdən keçid dövrü ona görə lazımdır ki, yeni meydana gələn quruluş keçmiş cəmiyyətin "ləkələrindən" (ədalətsizliklərindən, nöqsanlarından, səhvlərindən) tədricən xilas olaraq daha mütərəqqi prinsiplər əsasında formalaşsın. Həm də bu köklü dəyişikliklər, cəmiyyət həyatının siyasi-ictimai, sosial-iqtisadi, mədəni-mənəvi kimi müxtəlif sahələrini bütöv bir kompleks (sistem) halında, yəni tam şəkildə əhatə etməlidir. Şübhəsiz, ölkələrin daxili-xarici və obyektiv-subyektiv səbəblərlə şərtlənən xüsusiyyətləri nəzərə alınmaqla, konkret bir quruluşdan digərinə keçid dövrü vaxt, zaman baxımından hökmən fərqli olmalıdır.
Tanınmış iqtisadçılardan birinin obrazlı ifadəsi ilə desək, bu proses sosializm adlı bir quruluşdan sərbəst sahibkarlıq fəaliyyəti, yəni kapitalizm quruluşuna (əks gediş!) qayıtmaq təcrübəsi dünya təcrübəsində görünmədiyinən daha mürəkkəb proses olub, "bişmiş yumrtadan yenidən qayğanaq" hazırlamağa bənzəyir. Bu mənada keçid dövrünün başa çatması fikri nə qədər xoş niyyətlə irəli sürülsə də, istər elmi-nəzəri, istərsə də yaşadığımız cəmiyyətin reallıqları baxımından müəyyən zamana ehtiyacı olan məsələdir.
Keçid mərhələsinə zəmanəmizin böyük alimlərndən Lütfi Zadənin qeyri-səlis məntiq fəlsəfəsi mövqeyindən yanaşsaq və bu mərhələnin başlanması ilə qurtarması arasındakı şərti sonsuzluqda ən ümumi halda ilkin, orta, son pillələrin
olduğu həqiqətini nəzərə alsaq, fikrimizcə, hələlik bu dövrün müəyyən pilləsinin başa çatdığından danışmaq mümkündür. Çünki keçid mərhələsinin başa çatması anlayışının mahiyyəti təkcə iqtisadi temp və ümumi daxili məhsulun həcm göstəricilərini deyil, eyni zamanda istehsal-xidmət sahələrinin optimal nisbət quruluşunu (strukturunu), sosial ədalət prinsipləri təməlində bölgü mexanizmini, ölkə əhalisinin müxtəlif təbəqələrinin real həyat səviyyəsi parametrlərini, bütövlükdə cəmiyyətin siyasi-iqtisadi şəffaflığını, qanunların aliliyinə əməl olunmasını, insan amilinin ümumi yüksəliş, habelə ictimai tərəqqinin qarantı kimi qiymətləndirilməsi amillərini özündə ehtiva edir.
Mütəxəssislərin fikrincə, postsovet və postsosialist ölkələrində, o cümlədən də Azərbaycanda keçid dövrü ictimai-iqtisadi inkişafın şərti olaraq 3 tipini (variantını) müəyyənləşdirib.
1. Qərbi Evvropa sivilizasiyasına aparan inteqrasiya və sosial yüksəliş istiqamətli inkişaf yolu.
2. Postsovet və postsosialist keçid dövrünün çətinliklərini, problemlərini araan qaldırmaqla birinci varianta doğru inkişaf yolu.
3. Düzgün vəziyyətdə
qalıb köklü sosial-iqtisadi islahatları həyata keçirmək cəsarətində olmayan
və az
səmərəli, habelə
yarımçıq tədbirlərlə
kifayətlənmək yolu.
Fmkrimcə, 20 illik müstəqillik
yolunun sosial-iqtisadi yekunları təsdiq edir ki, Azərbaycan
Respublikası öz inkişafında ikinci variantdan birinciyə doğru, yəni keçid dövrünün
problemlərini aradan qaldıraraq inteqrasiya və sosial yüksəliş istiqamətində
irəliləməkdədir.
Həhayət, "inkişafın Azərbaycan modeli"nə
gəldikdə, xatırladaq
ki, xüsusi mülkiyyət, tələb-təklif,
iqtisadi sərbəstlik,
rəqabət mübarizəsi,
qiymət dəyişkənliyi,
düşünülmüş dövlət tənzimlənməsi
kimi sınanmış
prinsiplər əsasında
formalaşan bazar münasibətləri sisteminin
hazırda dünyada 3
istiqaməti (liberal, sosial
yönümlü, sosial-demokrat)
və ayrı-ayrı
ölkələrin milli
inkişaf xüsusiyyətlərini
əks etdirən modelləri (Amerika, İsveç, Almaniya, Avstriya, Çin, Yaponiya, Cənubi Koreya) fəaliyyət göstərməkdədir.
Bəzi iqtisadçı mütəxəssislər
yalnız Amerika, Almaniya, İsveç modellərinə üstünlük
verərək başqa
inkişaf modellərinin
törəmə xarakter
daşıdığını qeyd edirlər. Şübhəsiz, müxtəlif ölkələrin
özünəməxsus inkişaf
xüsusiyətlərindən irəli gələn konkret iqtisadi modellərin meydana çıxıb formalaşması
mümkündür. Lakin hər
hansı bir yeni inkişaf modelinin həlledici şərti, onun başqa mövcud modellərdən nəyi isə götürərək
törəmə (alınma,
təkmilləşmə, zənginləşmə)
xarakter daşımasında;
yoxsa tamamilə fərqli prinsiplər bazasında formalaşaraq yeni bir əsas
model kimi tanınaraq beynəlalq elmi ictimaiyyət tərəfindən
qəbul olunmasındadır.
Xalqımız əmindir ki, çətin mübarizə,
böyük qurbanlar, əzablı sınaqlar nəticəsində qazandığımız
müqəddəs istiqlal
əbədidir və bir kərə yüksələn bayraq bir daha enməyəcək.
Şərəfli müstəqilik yolumuzun daha ciddi uğurları,
dövlətçiliyimizin möhkəmlənib güclənməsi
naminə milli həmrəyliyimizin təmin
edilməsini təkidlə
irəli sürür.
Bunun üçün müdriklərin
"Qarşıda uzun
və çətin yol var, sən
bu yolu necə
lazımdırsa, keçməlisən!"
vəsiyyəti unudulmamalı;
"Hər bir hakimiyyətin mənbəyi
xalqdır" hüquq
hikmətinə, qanunların
aliliyinə hamılıqla
əməl olunmalı,
iqtidarlı-müxalifətli "firqə ehtirasları və şəxsi qərəzlər" kənara
atılmalı, cəmiyyətin
bütün səyləri
- "Vətən qayəsi,
milət duyğusunun hər şeydən yüksək tutulmasına
yönəldilməlidir" (M.Ə.Rəsulzadə).
Qüdrət Əbdülsəllimzadə
Xalq Cəbhəsi.-
2011.- 15 oktyabr.- S.14.