Cahangir Cahangirovun xatirələri

 

Bəstəkarın şəxsi arxivindən seçmələr

 

Bu günlərdə unudulmaz bəstəkarımız Cahangir Cahangirova şəxsi arxivindəki sənədləri nəzərdən keçirirdim. Bir daha əmin oldum: bəstəkar "Füzuli kantatası"nı neçə uğurla yaratmışdısa, eyni zamanda tarixi şəxsiyyətlərimiz haqqında da həvəslə xatirələrini yazmışdı. Həmin xatirələrdən bir neçəsini oxuculara çatdırmaq istəyirəm. Bu xatirələr Cahangir müəllimin öz əlilə yazdığı avtoqraf yazıları kimi də qiymətlidir.

Arxivimizdəki 51 saylı şəxsi fond Cahangir müəllimindir. İlk dəfə 1966-cı il iyul ayının 9-da sənədlərini indiki S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat İncəsənət arxivinə təhvil vermiş əməkdaşlarımıza xeyir-duasını belə ifadə etmişdi: "Mərkəzi Dövlət Ədəbiyyat İncəsənət arxivinə müəllifdən yadigar". İkinci dəfə isə onun çox zəngin şəxsi arxiv sənədləri varisləri tərəfindən arxivə təqdim edilmişdi. Sənədlər 1993-1996-cı illəri əhatə edir. Cahangir Cahangirovun yeni qəbul edilmiş sənədləri arasında oratoriyalar, kantatalar, pyeslər, marşlar, sonatalar, kinomusiqisi s. diqqəti cəlb edir. "Azad", "Xanəndənin taleyi", "Cancur Səməd" operaları, "Ərəb", "İran", "Gənclik" s. süitalar, "Təzə gəlin" üvertürası, "Arazın o tayında", "Simfonik mahnı" poemaları s. janrlarda yazdığı əsərləri maraqlıdır. Şəxsi fondundakı sənədlərin bir çox bölmələrində isə fotoşəkillər, xatirələri öz araşdırıcısını gözləyir.

Cahangir Cahangirovun yazışmaları da ona aid olan fondun, ümumiyyətlə, arxivimizin qiymətli nümunələridir. T.Xrennikov, B.Zeydman, İmran Qasımov, Bülbül, Ş.Axundova, Niyazi, M.Kiladze, S.Rüstəmov, Q.Qarayev başqalarının məktub teleqramları da həm bugünümüz, həm gələcək nəsillər üçün dəyərli mənbədir. Dövlət mükafatı laureatı adını alması münasibətilə R.Rza, B.Mansurov, M.Abdullayev, A.Rzayeva, F.Əmirov, A.Eşpay, D.Kobalevski, V.Keldış, A.Paxmutova, F.Quliyev, E.Svetlanov başqalarının təbrikləri onun əməyinə dostları, həmkarları verilmiş yüksək qiymətdir.

Bəstəkarın şəxsi fondundakı ən maraqlı bölmələrdən biri onun tanınmış yaradıcı sənətkarlarla birlikdə çəkdiyi fotoşəkillərdir. Həmin fotoşəkillər arasında Ü.Hacıbəyli, Q.Qarayev, S.Rüstəmov, F.Əmirov, V.Adıgözəlov, S.Ələkbərov, T.Bakıxanov, Niyazi, T.Quliyev, Ş.Bədəlbəyli, İ.Rzayev, R.Mirişli, Ə.Dilbazi, R.Hacıyev, S.Hacıbəyov başqaları diqqəti cəlb edir. Nəhayət, onun şəxsi fondundakı sənədlər arasında müxtəlif sənətkarlar haqqında yazdığı xatirələr oxucuda daha çox kövrək hisslər oyadır. Həmin xətirələrdən ikisini oxuculara təqdim edirik. Yazıların üslubuna toxunmamış, olduğu kimi saxlamışıq. Xatirələrin biri aramızdan gənc yaşlarında getmiş, məşhur şairimiz Hüseyn Cavidin oğlu Ərtoğrul haqqındadır. İkinci xatirəsi isə şair Zeynal Cabbarzadə haqqındadır. Hər iki xatirə avtoqraf yazılarıdır.

 

Üzeyir Hacıbəylinin təşəbbüsü

 

1939-40-cı illərdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində teoriya kompozisiya fakültəsinin hazırlıq kursu təşkil edilmişdi. O vaxtlar mənim bir neçə mahnı instrumental musiqi əsərlərimi eşidən Üzeyir Hacıbəyli həmin hazırılq kursuna daxil olmağı məsləhət gördü. Kursun dərsləri başlanan vaxt bir neçə tələbə yoldaşımla tanış oldum. Onlardan indi Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirov, mərhum Andrey Babayev, eləcə Azərbaycanın dahi şair dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid var idi.

Ərtoğrul ilk günlərdən hamının hüsnü-rəğbətini qazanmışdı. O, bir insan kimi çox mədəni, təvazökar, bir musiqiçi kimi talantlı, ümidverici yoldaşlardan idi. Gözəl piano çalmaqla hamımızı valeh etmişdi, tənəffüs vaxtlarında böyük ehtirasla yazdığı musiqi parçalarını ifa edirdi. Ərtoğrulun səhhəti bir qədər zəif idi. Müəyyən vaxtdan sonra o, konservatoriyada az-az görünməyə başladı. Bir azdan sonra onu ordu sıralarına apardılar. Ərtoğrulla görüşmək mənə bir daha qismət olmadı.

Cəsarətlə deyə bilərəm ki, Ərtoğrul Azərbaycanın musiqi sənətinin inkişafı üçün çox görə, adlı-sanlı musiqi xadimi ola bilərdi. Əfsuslar olsun ki, faciəli ailə həyatı, eləcə səhhəti onu böyük arzulardan mərhum etdi:

 

Səməd Vurğunun Zeynala min manatlıq bəxşişi

 

Mərhum dostum Zeynal Cabbarzadə ilə ilk dəfə görüşüm, tanışlığım 1944-cü il Voroşilov rayonunun evlər idarəsində oldu. Burada Zeynalın ev məsələsi həll olunurdu. O, evlər idarəsinin rəisi ilə danışa bilmirdi, öz fikrini kağız üzərində yazırdı. Mən ona yaxınlaşdım, tanış oldum. Mənə aydın oldu ki, Zeynal yenicə cəbhədən qayıtmışdı. Kantuziyadan sonra o, nitqini tamam itirmişdi. Hansı bir qüvvə nəticəsində mən həmin gün Zeynalla dostlaşmağa başladım. Bir gün o, məni İçərişəhərdəki evlərinə dəvət etdi, anası ilə tanış oldum. Bu ailədə mənə elə mehribançılıq göstərdilər ki, özümü onlarla bir ailə üzvü kimi sərbəst hiss edirdim. Bu gün o, öz şeirlərini mənə oxudu. Onun şair olmağı məni çox sevindirdi. Biz bir-birimizlə yazılı surətdə danışırdıq. Mən danışırdım, o, isə fikrini yazılı mənə başa salırdı. Neçə illər belə bir vəziyyətdə onunla görüşürdük.

Bir gün Zeynal yuxundan ayılır çılğın bir halda anasını başa salır ki, o, yuxuda isə danışırmış. Ana sevincidən etdiyini bilmirdi, ancaq Zeynal qəti bir kəlmə olsa yenə dinmirdi. O, Yazıçılar İttifaqında Səməd Vurğunla görüşür, Səmədi başa salır ki, o gecə yuxuda kiminləsə isə danışırmış. Səməd Vurğun onda Zeynala deyir ki, (yazılı) əyər bir kəlmə mənim adımı desən, mən min manat çek yazıb sənə baxşiş edərəm: Zeynalın dediyinə görə, özünü bərk sıxışdırdıqdan sonra "C-ə-m-ə-d!" deyərək canımı qurtardım min manat çeki alıb sevincək evə gəldim. Elə bu gündən Zeynal Cabbarzadə danışmağa başladı.

Zeynalın musiqi zövqü olduqca çox həssas idi. O, müəyyən bir musiqi frazasını eşidən kimi ona elə kəlmə tapırdı ki, söz ilə musiqi arasında bir vəhdət yaranırdı. Zeynal həssas bir zövqə malik idi, əsil mahnı yazan şair idi. Çox vaxt mən onun şeirlərinə, yaxud o hazır musiqiyə bacarıqla mətn yazardı. Onunla mahnı ya böyük formalı - vokal əsərləri yazmaqdan mən böyük həzz alırdım. Zeynal ilə mahnıların olduqca çoxdur, onların adlarını çəkməklə qurtarmaz. Zeynal Cabbarzadə bir şair kimi çox qüdrətli insan, dost kimi əvəz edilməz idi.

Zeynal bir ata kimi uşaqları çox sevirdi. O, neçə illər "Pioner" jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdi. Mən bəstəkar yoldaşlarıma Zeynalın şeirlərini oxuyub ona mahnı böyük formallıq vokal əsərləri yazmağı məsləhət görürəm, çünki onun şeirlərində musiqi üçün böyük imkanlar var. 1961-ci il SSRİ Mədəniyyət Hazirliyi tərəfindən Birləşmiş Ərəb Əmirlikləri bir illiyə bəstəkar kimi göndərildim. Ərəb folklorunu toplayıb onun üzərinə işlədikdən sonra orkestrlər üçün tərtib etməli idim. Doğrusu, boş günlərim olduqca çox idi. Məhz buna görə sanki hər şey bir qədər darıxdırıcı idi. Eləcə Vətən həsrəti məni olduqca sarsıdırdı. Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi məni rahat qoymurdu. Bakıya qayıdan kimi məni dostum Zeynal vağzalda qarşıladı, uzun ayrılıqdan sonra böyük mehribanlıqla görüşdük. Mən Zeynalı evə dəvət etdim. Həmin melodiyanı Zeynala oxudum. O, tələsik kağız-qələm götürüb 15 dəqiqədən sonra "Vətən həsrəti" şeirini yazdı. Xoşbəxtlikdən hörmətli müğənnimiz Şövkət xanım da qapı qonşu idi. Mahnını öyrəndi, bir neçə gündən sonra mahnı televiziya-radio ilə səslənməyə başladı.    

 

 

Maarif Teymur,

Ədəbiyyat İncəsənət

arxivinin direktoru 

 

Xalq Cəbhəsi.- 2011.- 26 oktyabr.- S.14.