Ədəbi dərgilərimiz
oxucunu qane edirmi?
Yazıçı-kulturoloq Aydın Xan: "Jurnallar ədəbi
prosesi canlandıra bilməsələr də,
ədəbiyyat tarixinin salnaməsinə
çevrilirlər"
Yazar-publisist Babək Göyüş:
"İnternet portalları
jurnalları gölgədə
qoyub"
İndiki dövrdə ədəbi jurnallar, məsələn, Rusiyada olduğu kimi, kitab bazarını tamamilə işğal etmiş kütləvi ədəbiyyatın təzyiqinə
davam gətirməlidir. Dəqiq aydınlaşdırmaq
lazımdır ki, ədəbiyyat hansıdır,
imitasiya, yəni bulvar ədəbiyyatı hansı. Bunu tənqidçilər etməlidir,
jurnallarda bu barədə məqalələr
dərc olunmalıdır.
Çox
təəssüf ki, bizim ədəbi jurnallar hələ də sovet ruhunu
daşıyır. Nəşr
strukturu yarım əsr əvvəlki kimidir, həmin dövrülük, dünənlə
yaşayan, müasir ədəbiyyatdan xəbəri
olmayan eyni redaktorlar. Yəni bu jurnallar gözəl
ənənəyə və
böyük potensiala rəğmən, strukturu və iş prinsipini dəyişmir,
son on ildə yaranmış
yeni ədəbi situasiyaya uyğunlaşmaq
istəmir. Yenilənməyə
olan tam iradəsizlik onları məhv edə bilər, əlbəttə ki, əgər hələ məhv etməmişsə.
O ki qaldı, ədəbi dərgilərin
əsas missiyasına,
bu, yeni istedadları gözdən
qaçırmamaqdır, onları
tapıb çap etməkdir. Bəs görəsən, Azərbaycanda
çıxan ədəbiyyat
jurnallarının səviyyəsi
yazarlarımızı qane
edirmi?
Yazar Nəriman Əbdürrəhmanlını qane etmir: "Həm də "Xəzər",
"Mars" kimi jurnalların
çıxmadığı bir vaxtda çıxanların
("Azərbaycan", "Ulduz") daha zəif olduğu aşkar görünür...
Bunu AYB-nin rəhbərliyi də görür, amma nədənsə tədbir
görülmür... Halbuki,
yüksək səviyyəli
jurnal buraxmaq üçün hər şey - dövlət bəsaiti, normal şərait
var. O bədii jurnalların
tirajının 10 faizi
belə satılmır...
Bunu yaxşılaşdırmaq
üçün ancaq
AYB rəhbərliyinin iradəsi
lazımdır ki, jurnalların niyə zəif çıxdığının
haqq-hesabını soruşsun...
Yəqin həmin tədbirləri də qurultaydan sonraya saxlayıblar"...
Yazar Varisin fikrincə, Azərbaycanda
ədəbi dərgilərin
vəziyyəti qənaətbəxş
deyil və ola da bilməz: "Ədəbi
jurnallar həyatın
bütün sahələrində
olduğu kimi yalnız baş redaktorların, əməkdaşların
dost-tanışlarının cızmaqaralırının təbliğinə
yönəlib. İkincisi də
ölkədə ədəbi
mühit o qədər
durğundur ki, ədəbi jurnallara da elə bir
oxucu marağı yoxdur".
Yazıçı-kulturoloq Aydın Xan hesab edir ki, Azərbaycanda
nəşr olunan ədəbi jurnallar ədəbiyyatımızın ümumi simasının göstəricisidir: "Düzü
internet əsrində kağız
dərgilərin çıxmasına
qəribə baxıram.
Bir tərəfdən də kitab nəşrinin belə asan olduğu bir vaxtda jurnallara nə ehtiyac? Fəqət bir problem də var ki,
bu jurnallar, xüsusən də AYB-nin nəşrləri bir çox yazarların yeganə çap imkanı, qonorar almaq vasitəsi
və bəzilərinin
iş yeridir. Oxucu marağını da ölməsi ona gətirib çıxarıb ki, 500 tirajla çıxan jurnallar ədəbi prosesi canlandıra bilməsələr də,
ədəbiyyat tarixinin
salnaməsinə çevrilirlər"...
Yazar Mətləb Muxtarovu ədəbi
dərgilərin ümumi
mənzərəsi qane
etmir: "Çünki
həvəslə alıb
oxuduğum Azərbaycanda
çıxan ədəbiyyat
jurnalı yoxdur. AYB-nin çıxartdığı
jurnallar nə işlə məşğuldur,
bilmirəm, amma AYO-nun
"Alatoran"ı yaxşı
işlər görür.
Bu sahədə dəyişiklik etmək üçün Azərbaycanda
çıxan ədəbiyyat
jurnalarının baş
redaktorlarını təqaüdə
göndərmək lazımdır".
Yazar-publisist Babək Göyüş hesab edir ki, ilk növbədə
Azərbaycanda çıxan
ədəbi jurnalların
tərtibatı "Alatoran"
jurnalından savayı
ürək açan deyil: "Çünki oxucu jurnalı əlinə götürəndə
onun vizual gözəlliyindən zövq
almalıdır. Sonra Azərbaycan Yazıçılar
Birliyinin iki jurnalı da daxil olmaqla jurnallarda
ara-sıra müasir ədəbi zövqlə ayaqlaşan hekayə, şeir və romanlar dərc olunur. Ancaq artıq internet portalları
bu jurnalları demək olar ki, gölgədə qoyub, çünki heç kəs monitoru tərk edib köşklərə
və kitab dükanlarına üz tutmur".
DGTYB-nin sədri, şair Əkbər Qoşalının fikrincə,
indi Azərbaycanda çıxan ədəbiyyat
jurnallarının səviyyəsi
qaneedici deyil: "Götürək AYB-nin jurnallarını. Nə gizlədim, hərdən fikirləşirəm: həmin
jurnallara ayrılan vəsaitə mən və mənim komandam daha yaxşı
jurnal buraxardıq. Bu sahədə hansı
tədbirlər görmək
olar? İlk növbədə, jurnallarda kadr islahatlarına getmək, jurnalların reklamını,
yaradıcı heyətin
oxucularla görüşlərini
keçirmək, özəlliklə,
bölgələrə çıxmaq
yararlı olar, deyə düşünürəm.
Büdcədən maliyyələşməyən
jurnalların da özünəməxsus problemləri
var. Bu da, ilk sırada
maliyyə ilə bağlıdır".
Yazar Rüfət Əhmədzadə hesab edir ki, Azərbaycanda
çıxan ədəbiyyat
jurnalları geniş oxucu kütləsinə çıxa bilmir və ümumiyyətlə
təbliğat işi
də yaxşı qurulmayıb: "Bir də ki, mən
hələ də onlardan xəbərsizəm.
Yəni,
bu gün gənc bir yazar
üçün ədəbiyyat
jurnalları həm əlçatmaz, həm də maraq kəsb
etməyən olub.
İndi daha çox protallar məqsədəuyğun
hesab edilir. Təəssüf ki, bu gün cəmiyyətimizdə
"kiminsə qılıncının
altından keçmək"
tradisiyası hökm sürür. Və bu
özünü ədəbiyyatda
da göstərir".
Şair Zaur Qəriboğlu demək
olar ki, çap məhsulu olan ədəbi dərgi oxumur: "Bu gün kifayət qədər online ədəbi
dərgilər var ki, onlar çap
məhsulu olan dərgiləri geridə qoyublar. Operativlik baxımından da
online dərgilər daha
yaxşıdır. Çünki
hansısa yazını
ilk öncə onlaynda
oxuyandan sonra çap məhsullu dərgilərdə də
dərc olunur, bu üzdən də, çap məhsulunu alan
olmur".
Yazar-publisist Hafiz Mirzə hesab edir ki, Azərbaycanda
çıxan populyar ədəbi jurnallar arasında "Azərbaycan",
"Ulduz", "Literaturnaya
Azerbaydjan" və
"Alatoran"ı tanıyır:
"Amma heç birini mükəmməl hesab etmirəm. Təkcə bədii səviyyəsi ilə deyil, dizayn və reklamına görə də ANS-in buraxdığı
jurnallardan geri qalır. Yüksək keyfiyyətli jurnala
böyük pul lazımdır. Müəllifdən keyfiyyətli məhsul almaqdan ötrü ona yüksək qonorar verməyə qadir olmalısan. Bizdə isə jurnalda dərc olunmağı təkcə prestij hesab edirlər. Moda, dizayn, qadın, uşaq jurnallarının
səviyyəsi və
alıcılıq qabiliyyəti
ədəbi jurnallardan
üstündürsə, deməli,
mədəni səviyyə
də hələ aşağıdır". BAXCP Urmiya gölü ilə bağlı BMT-yə müraciət olunmasını
vacib sayır
Vaqif Abışov: "Ən qədim Azərbaycan dövlətləri Urmiya gölünün ətrafında
yaranıb"
"Əgər Urmiya gölü quruyarsa, oradakı yaşayışa,
coğrafi iqlimə çox ciddi ziyan dəyəcək"
"Azərbaycan cəmiyyəti
olaraq bu məsələlərə xüsusi
diqqət yetirməliyik
ki, dünya ictimaiyyətinin diqqətini
problemə yönəldək"
Oktay Hacımusalı
Xalq cəbhəsi.- 2011.- 3 sentyabr .- S. 13.