"Muğam insanı kamilləşdirməyə xidmət edir"

 

 Rafiq İmrani: "Məhəbbətə düçar olanlar həyatda iki yol ayrıcındadılar; biri xoşbəxtlik, sevgi muradına, o biri Məcnunluğa aparan yoldur"

 

Əsl, ilahi eşq insanı həqiqətə çatdırır. Xüsusən bu, muğam sənətində büütün çalarlarıyla üzə çıxır, aşkarlanır. Sənətşünaslıq doktoru, professor Rafiq İmrani "məhəbbət" anlayışının ümumən yaradıcı insan düşüncəsində tarixi izlərini axtarır, müəyyən nəticələrə gəlir: "Şərq, Qərb alimləri; sufilər, şairlər, filosoflar məhəbbət, onun ülviliyi, tarixi haqqında çoxlu gözəl fikirlər irəli sürübbu anlayışı fəlsəfi aspektdən araşdırmağa səy göstəriblər. Hər dəfə bu haqda fikir söyləyən insanlar subyektivliyə daha çox varıb və sadəcə, bu hissin təbiətindən, ülviliyindən, xarakterindən danışmağa üstünlük veriblər. Görkəmli şəxslərin məhəbbət haqqında dedikləri fikirlər müxtəlif olsa da, onların nəzər-diqqəti bir nöqtədə - "məhəbbətin mövcudonun böyük qüvvəyə malik olması"nda birləşir. Məhəbbət anlayışının haradan gəlməsi, onun tarixi gerçəkliyi haqda elmi mənbələrdə müəyyən məlumatlar olsa da, fikrimcə, bunlar daha dəqiq formada izahını tapmayıb. Məhəbbətin materiya ilə, yoxsa ruhla bağlı olması, onun hansı formada özünü göstərməsi uzun əsrlər boyu mübahisə predmeti olub. Məhəbbətin instinktivya kortəbii, hissiya idrak prosesinin məhsulu olması məsələsi qismən də olsa fəlsəfədə öyrənilib. Sadə insanlar, elm sahibləri və mütəfəkkirlər təbii olaraq yaşadıqları zaman çərçivəsində məhəbbət anlayışına ayrı-ayrı prizmalardan baxaraq ona fərdi münasibət bildirərkən istər-istəməz onun insan həyatını geniş arealda əhatə etməsini xüsusi olaraq qeyd ediblər. Və onun həyatda bir çox formalarda, canlı aləmdə təzahür etməsi göstərilib". R.İmrani düşünür ki, məhəbbətin nə olduğu və hansı qüvvəyə malik olması elmdə, xüsusən də psixologiyada nə qədər öyrənilsə də, o yenə də "insan sirri" olaraq qalmaqdadır: "Təfəkkürün, əqlin inkişaf səviyyəsindən asılı olaraq məhəbbət hər dəfə öz funksional əhəmiyyətini, məzmun və aidiyyətini dəyişir. İnsanın inkişaf prosesində təfəkkür, bilik, dünyagörüşü dəyişdikcə, insanın məhəbbət haqqında fikir və mülahizələri də dəyişərək daha təkmil, dəqiq forma alır. Alimlərin bəzilərinin hətta məhəbbət formulunun aşağıdakı şəkildə olmasını qəbul etmələri fikri də elmdə öz təsdiqini tapıb. Onların fikrinə görə, məhəbbət qəlbin, ağlın və fiziki bədənin məcmuyundan ibarətdir. Bu üç mənbə insanın ən şiddətli istək və arzusunun həyata keçməsində xüsusi əhəmiyyət daşıyır. Bunlardan qəlbin arzusu dostluq, mehribançılıq, ağıl, hörmət və ehtiram, fiziki bədən isə istək hisslərini doğurur. Əlbəttə, bu fikir subyektiv olub, məhəbbət anlayışını tam olaraq açmır. Fikrimizcə, məhəbbəti insan varlığının maddi və mənəvi vəhdətində axtarmaq lazımdır. Belə təqdirdə məhəbbət hissinin formalaşmasında həm fiziki bədənin, həm də insanın mənəvi dünyasına daxil olan bütün üzvlərin, hisslərin rolu danılmaz fakt kimi göz önündə duracaq. Bu zaman məhəbbəti insanın mənəvi-ruhani varlığının hikmətində və onun icra strukturu olan fiziki bədənin fəaliyyətində görə bilərik. O, insanın mənəvi dünyası, onun daxili aləminin güzgüsüdür. Mənəvi varlığın zənginliyi həyatın mənalı, məzmunlu keçməsinə dəlalət edir. Bu baxımdan mənəvi dünya əqlin nüfuz etdiyiruhun yaşadığı məkandır. Mənəvi dünyanın zənginliyi ruhun zənginliyi deməkdir. Təsadüfi deyil ki, mənəvi varlığa xüsusi üstünlük verən sufilər, yoqlar insan xoşbəxtliyini maddi dünyada, onun yaşadığı mühitdə yox, onun mənəvi dünyasında, ruhun zənginliyində görürdülər. Məhz buna görə də mənəvi varlıqlar sistemi ali insani duyğuların formalaşıb zənginləşməsində xüsusi rol oynayıb və oynamaqdadır".

Qədim şumerlilərdə məhəbbət bəzi alimlərin dediyi kimi deyil, əksinə, o dövrdə məhəbbətin hansı hikmətə malik olmasını qədim əcdadlarımız çox gözəl bilirdilər: "Məhəbbət nəğməsinin İstambulda saxlanılan gil lövhə üzərində mətnini 1924-cü ildə E.Kera çap etdirmiş və həmin mətnin tərcüməsi A.Falkenşteyn tərəfindən 1947-ci ildə həyata keçirilmişdi. S.Kramerin yazdığına görə qədim şumerlilərdə, o cümlədən onun qonşuluğunda yerləşən Aratta dövlətində hələ b.e.ə. 2800-cü ildə ikipalatalı "parlament" mövcud olub. Onun qanunvericiliyində ailə, nigah məsələlərinə aid maddələr də mövcud olub. Bu, o deməkdir ki, yunan dövründən çox qabaq, Şumerdə məhəbbətə sadə hiss kimiya məhəbbəti təkcə erotikanın əsası kimi qəbul etmirdilər. Bu hissə daha geniş münasibət bəslənilib və onun hikməti artıq o dövrün filosoflarına, ali insan, kübar nəsillərinə yaxşı məlum idi. Odur ki, sonrakı dövrlərdə məhəbbət haqqında formalaşdırılmış fəlsəfi fikirlərin kökünün qədim yunanlılarla yox, daha qədim ənənələrlə bağlı olması faktı bir daha təsdiq olunmuş olur. Antik yunan dövründə məhəbbət bir neçə növə, formaya bölünmüş şəkildə izah olunardı. İlkin olaraq məhəbbətə iki cinsin, yəni kişi ilə qadın arasında olan erotik məhəbbət kimi baxılardı".

Araşdırmaçı müxtəlif dövrün alimlərinin, filosofların məhəbbət haqqında dedikləri fikirlərin məntiqi yekunu kimi bu hiss barədə olan mülahizələri aşağıdakı kimi formalaşdırır: "Məhəbbət - həyatın mənası, qəlbin cövhəridir. Məhəbbət - mənəvi varlığın maddiyyat üzərində təntənəsidir. Məhəbbət - həyat cövhəridir, onun varlığı insana eşq, yaşamaq arzusu, yoxluğu faniliyi, ölümü gətirir.

Məhəbbət - insanı ruhən yüksəldən, sarsıdan və ziddiyyətlər içərisində yaşadan qüvvədir. Məhəbbət - həyat eşqinin şölələnməsinə lazımi enerji verən qəlbin işığıdır, nurudur.

Məhəbbət - yeni insan, inkişaf, həyat odu deməkdir. Məhəbbət - xoşbəxtlik, səadət, sevgi dünyasının tacıdır. Məhəbbət - pak, təmiz niyyətli insanları sevgi dünyasının sultanına, pula, maddiyyata bağlı insanları hərislik hissinin quluna çevirən qüvvədir. Məhəbbətə düçar olanlar həyatda iki yol ayrıcındadırlar; biri xoşbəxtlik, sevgi muradına, o biri Məcnunluğa aparan yoldur. Məhəbbətin sənətlə, incəsənətlə bağlı olması fikirlərinə də toxunmuşduq. Görəsən, məhəbbətin musiqi, xüsusən də muğam sənəti ilə bağlılığı hansı formalarda mövcuddur? Bunun elmi izahı varmı? Və ya onun real həyatda təcəssümü necədir? - sonsuz olan bu cür suallara cavab tapmaq üçün aşağıdakı fikir və mülahizələrə diqqət yetirək. Musiqi hər şeydən öncə, insanlar arasında ünsiyyət vasitəsidir. Musiqi - insanın ilahiyyata müraciətinin ifadə formasıdır. Musiqi - insan varlığının əks-sədasıdır ki, ilk növbədə insanın harmonik inkişafı naminə öz daxili aləminə yönəlib. Musiqi - insanlar arasında ünsiyyət vasitəsidir. İnsan varlığı, vücudu mikrokosmos olduğu üçün musiqi makrokosmos ilə mikrokosmos arasında vasitədir. Musiqi - bütün bəşəriyyətin varlığıdır. O, insanlardaheyvanlarda ən incə duyğuları, hissləri oyatmaq qüdrətinə malikdir".

R.İmrani bu qənaətə gəlir ki, musiqini sənət nümunəsi kimi yaradan insandır: "Onun yaratdığı musiqilər çox rəngarəng, çoxplanlı və çoxjanrlıdır. Rəngarəng janrlarda yaradılan musiqilərdə emosional təsir ön plana çıxsa da, musiqi dili ilə müəyyən fikir, məzmun söylənilir. Musiqinin güclü emosional təsiri bütün canlı aləmdə özünü göstərməkdədir. Musiqi heyvanlara sadəcə, emosional təsir göstərmir. Bir çox hallarda heyvanlar musiqinin köməkliyi ilə ram edilir və idarə olunur. Bu mənada quşların oxuması, onların cinsi əlaqədən qabaq müxtəlif rəqsləri icra etmələri, həzin və şux musiqi sədaları altında müxtəlif rəqsləri, hərəkətləri musiqini emosional təsir vasitəsinə çevirir. İnsanın təbiətlə ünsiyyəti nəticəsində yaranan hər hansı bir musiqidə buya digər təbiətlə bağlı obrazı görmək olar. Məsələn, şəlalənin və çayın sularının yaratdığı səsdə və ya dəniz ləpələrinin sakit, gur səsində olan səs obrazları insanı ruhən sakitləşdirir. Cəmiyyətin inkişafında musiqinin rolu hədsiz dərəcədə böyükdür. Ona görə də musiqidən yalnız əyləncə, şou kimi istifadə edən insanlar cəmiyyət üçün qorxulu fərdlərə çevrilirlər. Musiqinin tərbiyəvi, elmi-idraki mahiyyətlərini nəzərə alsaq, ondan düzgün istifadə etməklə cəmiyyətin qurucuları olan insanları ümumi bəşəri ideyalara, mənəviyyata, əxlaqa xidmət edən şəxslər kimi yetişdirmək olar. Musiqinin səsləndiyi tonal yüksəkliyindən asılı olaraq emosional təsir də bir-birindən fərqlənir. Aşağı, bas səslər, qədim mənbələrə görə qəmi, qış soyuğunu, cəhənnəmi, qəddarlığı, yüksək registrə məxsus səslər isə insanda şən, xeyirxahlıq, isti və yüksəklik əhval-ruhiyyəsi aşılayır. Musiqinin hansı ritmdə, tempdə səslənməsi də insan əhvalına təsir edir. Ağır templər, mürəkkəb ölçülü ritmlər, eyni zamanda tez templər və dəqiq ölçülü ritmlər də insanın müxtəlif emosional vəziyyətlər yaşamasını təmin edir".

 

 

Uğur   

 

Xalq cəbhəsi.- 2011.- 2-5 sentyabr.- S. 14.