Xalq rəssamı Ağəli
İbrahimova həsr olunmuş tədbir
Sentyabrın 15-də
Azərbaysan Bəstəkarlar İttifaqında xalq rəssamı,
professor Ağəli İbrahimova həsr olunmuş tədbir
keçirilib. Tədbiri giriş sözüylə açan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə
Ağəli İbrahimovun özünəməxsus
yaradıcılığına diqqət çəkib. Ağəli
İbrahimov öz yaradıcılığı haqqında
danışıb, habelə rəssamlığın başqa
yaradıcı sahələrlə ilişgisinə toxunub. O,
dünyanın müxtəlif ölkələrində Azərbaycan
incəsənətinə olan güclü maraqdan söz
açıb. Rəssamın musiqi ilə daha canlı
bağlılığı tədbirə qatılanların
marağına səbəb olub. Onun mahnılarından biri səsləndirilib.
A.İbrahimov musiqi ilə rəssamlığın birliyinin
yaradıcılığına təsirindən də söz
açıb. Rəssam uşaqlıqda musiqiyə meyl etdiyini
deyib. Uşaq musiqi məktəbində tar sinfində
muğamları öyrənən Ağəli İbrahimov bir təsadüf
nəticəsində rəssamlığa maraq göstərib,
sonra bu istək qarşısıalınmaz sənət sevgisinə
çevrilib. Cəlal Qaryağdı ilə
görüşü onun rəssamlığına ciddi təsir
göstərib.
Rəssamın əsərlərindən
ibarət slaydın nümayişi çoxsaylı
iştirakçıların ciddi marağına səbəb
olub. Sonra professor Fuad Məmmədov, şair Msa Ələkbərli
və başqaları çıxış edib, Ağəli
İbrahimovun hər şeydən qabaq doğma bir dost, insansevər
olmasından söz açıblar. Sənətşünas
Ziyadxan Əliyev Ağəli İbrahimovun
yaradıcılığını təhlil edib.
İşıqlı Atalı illərdir
tanıdığı Ağəli İbrahimov haqqında
ürək sözlərini bölüşüb: "Ağəli
İbrahimovda müşahidə etdiyim ən böyük
özəllik onun hər zaman səmimi olmasıdır. Səmimilik
hər bir insanda ilk sırada dəyərləndirilən,
umulan başlıca özəllikdir. Onun rəssamlıqla
yanaşı, həm də musiqi ilə də sıx
bağlı olması gözəl cəhətdir. Rəssamın
əsərlərində insanın zülmətdən
işığa doğru inadla, inamla dartınması, yüksəlməsi
var".
Xalq cəbhəsi.-
2011.- 17 sentyabr.- S. 13.