20 Yanvar
–bəşəriyyətin faciəsi
20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də milli azadlıq hərəkatının zirvəsi
kimi xarakterizə edilmişdir 20 Yanvar faciəsi ilə əlaqədar, ümummilli
lider Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz
qalsa da,öz tarixi ənənələrinə
sadiq olduğunu nümayiş etdirdi, vətənin azadlığına və
müstəqilliyinə çatmaq
üçün ən
ağır sınaqlardan
çıxdı, şəhidlər
verdi, məhrumiyyətlərə
düçar oldu və nəticədə azadlığına qovuşdu”.Azərbaycan
xalqına qarşı
həyata keçirilmiş
bu cinayət aktı, xalqın kütləvi şəkildə
qətlə yetirilməsi
insanlığa qarşı
atılmış addım
idi. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana
qoşun yeridilməsinin
xalqımıza qarşı
hərbi təcavüz
və cinayət kimi qiymətləndirildi və təqsirkarların məsuliyyətə cəlb
edilməsi tələb
olundu.
Ümumiyyətlə, həmin
dövr, XX əsrin
80-90-cı illəri daha geniş tədqiq edilib ictimaiyyətə ətraflı məlumatlar
verilməlidir. 70 il SSRİ adlanan nəhəng bir imperiyanın təkibində
yaşasaq da xalqımız hər zaman müstəqillik uğrunda mücadilə aparıb. 80-ci illərin sonlarında
SSRİ-də baş
verən hadisələrin
dərin kökləri
var idi. Həmin proseslərin məntiqi davamı olaraq imperiyanın süqutunu sürətləndirdi.O zaman
Ermənistandan bütün
azərbaycanlılar öz
tarixi torpaqlarından didərgin salındı.
Sovet Hökümətinin rəhbərliyi
ermənilərin bu separatçılıq əməllərinə,
təxribatlarına göz yumdu. Hətta Dağlıq
Qarabağın Azərbaycandan məcburi qoparılaraq Ermənistana
verilməsinə hazırlıq
gedirdi. Soydaşlarımızın Qərbi Azərbaycandan
indi Ermənistan adlanan ərazidən qovulması,
Dağlıq Qarabağda ermənilərin
separatçılıq hərəkətləri Azərbaycan
xalqında etirazlar doğururdu.1987-ci ildə ortaya atılan qondarma Dağlıq
Qarabağ problemi
respublikamızın ərazi bütövlüyünə və
konstitusiyon quruluşuna qəsd kimi qiymətləndirilərək
Azərbaycan xalqı tərəfindən pislənilmişdi.
1989-cu ilin yanvarın 12-də
SSRİ Ali Sovetinin “Dağlıq Qarabağda xüsusi
idarəetmə sisteminin yaradılması” haqqında qərarı
və ermənipərəst
A.Volskinin Xüsusi İdarəetmə Komitəsinə rəhbərlik
etməsi vəziyyətin daha da gərginləşməsinə
səbəb olmuşdu.Həmin dövrdə Azərbaycan SSRİ rəhbərliyinin
acizliyi, qətiyyətsizliyi
Dağlıq Qarabağın itirilməsini sürətləndirdi.
Bütün bunlar isə ermənipərəst qüvvələrin
xəyanətkar fəaliyyətinin
və planlarının artmasına rəvac verirdi. Nəticə
etibarilə Azərbaycan
xalqı ərazi bütövlüyü,
azadlığı uğrunda
mübarizəyə qalxdı.Azərbaycanda
alaovlanmağa başlayan milli
azadlıq hərəkatını boğmaq, müstəqilliyinin
qarşısını almaq məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-nə
keçən gecə sovet imperiyası dinc insanlara
qarşı belə qəddar, amansız addım atdı.
Tədqiqatlar göstərir
ki, 21 il əvvəl Azərbaycana qarşı
aparılmış təcavüzün əsas məqsədi
ölkəmizdə geniş vüsət almış milli
azadlıq hərəkatını boğmaq, yenidən müstəqilliyə
qovuşmaq amalı ilə ayağa qalxmış xalqın iradəsini
qırmaq, onun milli mənlik hissini alçaltmaq,
başlıcası isə Dağlıq Qarabağ Muxtar Vilayətinin
Azərbaycandan qoparılıb Ermənistana verilməsinə
etiraz edən xalqı cəzalandırmaq olmuşdur.
Keçmiş SSRİ
Silahlı Qüvvələrinin Bakıya və respublikanın
digər rayonlarına yeridilməsi nəticəsində haqq-ədalətin
müdafiəsi üçün küçələrə
çıxmış silahsız, günahsız insanların
qəddarcasına qətlə yetirilməsi tarixdə totalitar
kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü
və bəşəri cinayət kimi qiymətləndirilmişdir.
20 Yanvar faciəsində 147 nəfər Azərbaycan vətəndaşı
şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər
qanunsuz olaraq həbsə alınmışdır. 20 Yanvar qırğınına M. Qorbaçovun göstərişi
ilə SSRİ müdafiə
naziri D. Yazov, Daxili İşlər
Naziri V. Bakatin, DTK sədri F. Babkov
rəhbərlik etmişdilər.
Xalqımıza qarşı
həyata keçirilmiş bu cinayəti ilk dəfə
ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın
21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək keçirdiyi mətbuat konfransında pisləmiş,
əliyalın xalqın kütləvi şəkildə qətlə
yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd
aksiya kimi qiymətləndirmişdir. 20 Yanvar hadisələrinə
dövlət səviyyəsində siyasi, hüquqi qiymət
verilməsi məsələsi də ümummilli liderimizin sayəsində
öz həllini tapmışdır.
1990-cı ilin 20
yanvarından 21 il ötsədə biz hər
birimiz şəhidlərimizin ruhuna ehtiramla yanaşaraq müstəqilliyimizdən
qürür duyuruq. Eyni zamanda, bu gün 20 Yanvar hadisələri
milli azadlıq hərəkatının zirvəsi kimi xarakterizə
edilır. Hər il 20 Yanvar faciəsinin
qurbanlarının və digər şəhidlərimizin məzarları kütləvi şəkildə
ziyarət edilir. Vətənimizin azadlığı, müstəqilliyi
uğrunda qurban gedən şəhidlərimizin ruhuna dualar
oxunur, onların bu qəhrəmanlığı gəlcək
nəsillərə örnək kimi təqdim olunur.
Abdulla Müşfiq
Xalq Cəbhəsi.- 2011.- 19 yanvar.- S.10.