“ 20 Yanvar
: Güllələnmiş qəzet”
Mirzə Fətəli
Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 21-ci
ildönümünə həsr olunmuş kitab sərgisi və
“20 Yanvar: Güllələnmiş qəzet” kitabının
müəllifi Məzahir Süleymanzadə ilə
görüş keçirilib. APA-nın məlumatına
görə, tədbirdə çıxış edən
kitabxananın direktoru Kərim Tahirov bildirib ki, illər
keçdikcə 20 Yanvarın mahiyyəti daha aydın duyulur:
“20 Yanvar faciədir, çünki günahsız insanlar
qırılıb. Amma bu gün həm də qəhrəmanlıq
günüdür. Çünki 20 yanvarın qurbanları
öz şəhidlikləri ilə ölməzliyə
qovuşdular və gənc nəsillər üçün
çox gözəl bir nümunə qoydular”.
Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri, həmin dövrdə
20 Yanvar faciəsini daha çox işıqlandıran “Səhər”
qəzetinin əməkdaşı olmuş Vaqif Bəhmənli
isə bildirib ki, 1990-cı ilə qədər insanlar qəhrəmanlıq,
şəhidlik barədə daha çox kitablarda oxuyub, filmlərdə
görmüşdülər. Lakin 20 Yanvar insanların qəhrəmanlıqla
bağlı düşüncələrini tamamilə dəyişdi.
Xalq Cəbhəsi.- 2011.- 20 yanvar.-
S.11.