Ülviləşən Mübariz”
Ukraynada 20 Yanvar şəhidlərinin xatirəsi yad
edilib
Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin, Ukrayna Parlamenti yanında Ümumukrayna Tələbə
Gənclər Assambleyasının və Azərbaycanın
Ukraynadakı səfirliyinin birgə təşkilatçılığı
ilə 20 yanvar şəhidlərinin xatirəsi “Ülviləşən
Mübariz” devizi altında yad edilib. APA-nın məlumatına
görə, Azərbaycan səfirliyinin, diasporumuzun, o cümlədən
bir sıra Ukrayna gənclər təşkilatları və
media nümayəndələrinin qatıldığı mərasımi
Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədri Anar
Tahirov açaraq Azərbaycanın dövlət müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid
olan qəhrəman oğul və qızlarımıızn
keçdiyi mübarizə tarixindən danışıb.
Torpaqlarımızın
bütövlüyü uğrunda şəhid olanların əksər
çoxluğunun gənclərdən ibarət olduğunu
bildirən Anar Tahirov qeyd edib ki, anım mərasiminin “Ülviləşən
Mübariz” devizi altında keçirilməsində əsas məqsəd
1990-cı ilin 20 yanvar gecəsində sinəsini dövlət
müstəqilliyimzə tuşlanmış gülləyə
sipər edərək şəhid olmuş 20 yaşlı
şair Ülvi Bünyadzadə ilə bu faciədən
düz 20 il sonra vətənimizin bütövlüyü naminə
düşmənə sarsıdıcı zərbə vuraraq qəhrəmanlıq
zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc
nəslə örnək qoyub getdikləri ülviləşən
mübarizə yolunu davam etdirməkdən ibarətdir: “Əminəm
ki ,dünyanın harasında yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı, xüsusən də gənclərimiz
Azərbaycanın dövlət müstəqilliyi və ərazi
bütövlüyü uğrunda Ülvü Bünyadzadə,
Mübariz İbrahimov və bu kimi minlərlə vətən
yolunda canlarını fəda etmiş oğul və
qızlarımızın keçdiyi şərəfli yolu
özlərinə örnək hesab edir. Biz nə qədər
ki, torpaqlarımız düşmən tapdağından azad
olunmayıb, özümüzü dövlətimizin sıravi əsgərləri
hesab etməliyik. Əminliklə deyə bilərəm ki, Ali
Baş Komandamızın əmrinə müntəzir olaraq hər
zaman silaha sarılaraq torpaqlarımızı düşmən
tapdağından azad etməyə hazırıq”.
Xalq Cəbhəsi.-
2011.- 20 yanvar.- S.4.