«Erməni
nağılları»nın böyük əksəriyyəti
Azərbaycan-türk nağıllarının eynidir»
Əziz Ələkbərli: «Erməni
folkloru kimi dünyaya təqdim olunan folklor örnəklərinin
ermənilərə heç bir aidiyyatı yoxdur»
Heç
bir milli özünəməxsusluğu olmayan ermənilərin
Azərbaycanın milli-mənəvi dəyərlərinə
yiyəlik duyğusu onların ruhsuzluğundan,
insansızlığından soraq verir. Əziz Ələkbərlinin
Azərbaycan nağıllarına erməni iddiası ilə
bağlı araşdırması bu mənada diqqəti çəkir.
O, bildirir ki, bu gün ermənilərin öz milli nağılları
kimi təqdim etdikləri nağıllar Azərbaycan folklor təfəkkürünün
məhsuludur və ermənilər tərəfindən mənimsənilib:
«Başlanğıcını Assuriya və Urartunun qul
koloniyalarından götürüb, bu ölkələrin qul
bazarlarında dünyanın hər tərəfindən gələn
tacirlərə ixtisaslaşmış qullar kimi satılan,
etnik cəhətdən yekcins olmasa da, Hayasa şəhər-vilayətinin
adı ilə hay (yəni «Hayasa qulu») adlanan ermənilər
zaman keçdikcə tədricən bir etnik toplum təşkil
edib, köləsi olduqları xalqların maddi-mənəvi dəyərlərindən,
xüsusilə mətbəxindən, musiqisindən, dilindən,
dinindən, folklorundan və s. gündəlik həyatlarında
bəhrələnib, özləri hibrid millət olduqları
kimi, həm də hibrid bir mədəniyyət
formalaşdırıblar.
Orta
çağlarda Qafqazda alban və ərmən türklərinin
bir hissəsinin öz xristianlığını qoruyub
saxlaması, türk-müsəlman çoxluğundan qopub təklənməsi,
XV yüzildən etibarən Qafqaza gələn hay-xristian
missionerlərin fəaliyyəti nəticəsində kilsənin
təsiri altına düşməsi, Qafqazın Rusiya tərəfindən
işğalı ilə əlaqədar XIX yüzilin əvvəllərində
Ön Asiyadan çoxlu hayların
köçürülüb gətirilməsi sonucunda
bütünlüklə erməniləşməsi ermənilərin
etnogenezində Azərbaycan-türk faktorunu bir az da gücləndirib.
Bu, «erməni folkloru»nda, onun müxtəlif janrlarında,
xüsusilə nağıllarda özünü daha qabarıq
şəkildə göstərir».
Faktlar
sübut edir ki, «erməni nağılları»nın
böyük əksəriyyəti həm mövzu, həm məzmun,
həm süjet, həm də obraz və quruluş etibarilə
Azərbaycan-türk nağıllarının eynidir: «Bunun
çox böyük tarixi, mənəvi kökləri var və
özünün ciddi elmi izahını gözləyir. Bu
baxımdan «Xır-xır Kosa», «Cıqqalı», «Hazaran
bülbül», «Sövdəgər Əhməd», «Saxqa Yusif»,
«Qulu xan», «Qoçaq Nəzər» və s. kimi çoxlu sayda
«erməni nağılları» yeni və daha obyektiv
elmi-metodoloji yanaşma tələb edir. Ümumən türklərin,
o cümlədən Azərbaycan türklərinin folklor
yaradıcılığında nağıllar xüsusi yer
tutur. Bu da təsadüfi deyil. Doğrudur, tarixin sübh
çağından üzü bəri at belində
dünyanın bir tərəfindən o biri tərəfinə
mədəniyyət daşıyan Türklər
apardıqları döyüşləri, bu döyüşlərdə
göstərdikləri qəhrəmanlıqları oturub qələmə
almağa çox da maraq göstərməyiblər. Əslində
buna onların nəinki həvəsi, heç vaxtı da
olmayıb. Ancaq bu, o demək deyil ki, onların tarixi yaddaşa
biganə olublar və ya mənəvi dəyərlərini
qoruyub, yaşadıb, gələcək nəsillərə
ötürmək qayğısına qalmayıblar. Sadəcə
olaraq, Türkün öz tarixini, mədəniyyətini və
mənəviyyatını nəsildən-nəslə
özünəməxsus şəkildə – rəvayətlər,
əfsanələr, nağıllar, dastanlar, qəhrəmanlıq
nəğmələri və s. vasitəsilə ötürmək
ənənəsi olub. Ona görə də bizdə folklor
örnəkləri nəinki çox zəngindir, həm də
bu örnəklərdə Türkün bütün
varlığı – tarixi, mədəniyyəti, mənəviyyatı,
sosial-siyasi-iqtisadi həyatı, həyat və yaşam
özünəməxsusluğu yatır. Bu da azmış
kimi, həmin şifahi yaddaş Türk xalqları ilə
qonşuluqda yaşayan, Türklərlə insani və ticari
münasibətlərdə, hətta düşmənçilikdə
olan bir çox xalqlar üçün həm də öz
tarixlərini yazmaq və yaratmaq üçün mötəbər
mənbə və mənbə rolunu oynayıb. Homerdən,
Herodotdan tutmuş, Xorenliyə qədər».
Ə.Ələkbərli
bu qənaətdədir ki, Azərbaycan türklərinin maddi-mənəvi
dəyərlərindən ən çox bəhrələnən
xalqlardan biri və birincisi məhz bugünkü ermənilər
olublar: «Ona görə bugünkü ermənilər deyirəm
ki, əslində onlar erməni deyillər, onların etnik cəhətdən
formalaşmasında ermənilər müstəsna rol oynasalar
da, bugünkü ermənilər – ermənilər yox,
haylardır. «Erməni» etnonimi tarixi Ərməniyə ərazisində
yaşayan Oğuz, Qıpçaq, Bulqar, Şirak və s. qədim
türk boylarını birləşdirən etnocoğrafi bir
anlayışdır. Haylar isə etnik mənşəyi son dərəcə
qarışıq olan, Qafqazın və Yaxın Şərqin,
demək olar ki, bütün xalqlarının
tör-töküntülərini ehtiva edən sosial-dini məfhumdur.
Haylar Urartunun və Assuriyanın qul koloniyalarında
saxlanıb, bu və ya digər xidmət işlərinə
alışdırılmış və dünyanın hər
tərəfinə satılmış qullardır. Bu qullar etnik
cəhətdən yekcins olmadığı üçün
bugünkü erməni milləti də etnik cəhətdən
çox qarışıqdır. Bugünkü ermənilər,
əslində etnik toplum olmaqdan daha çox müxtəlif millətlərdən
olan qulların dini toplumudur. Ona görə də tarix boyu
bugünkü erməni millətini kilsə yönəldib.
Onların bütün saxta tarix kitabları kilsələrin
hücrələrində keşişlər tərəfindən
yazıldığı kimi, milli ideologiyaları da həmişə
kilsədə hazırlanıb və həyata keçirilməsinə
də kilsə nəzarət edib. Erməni ilə hər
hansı tarixi, mədəni, ədəbi, folklor və s. sahələr
üzrə qarşılıqlı əlaqədən
danışanda məhz bu metodoloji mövqedən yanaşmaq
lazımdır. Təəssüf ki, onillər boyu –
bütün sovet dönəmində Azərbaycan-erməni ədəbi,
hətta folklor əlaqələrindən danışanda araşdırmaçılar
bu əlaqələrin sıxlığını,
oxşarlığını və tipoloji
yaxınlığını iki xalqın qonşuluğunda,
bir-birindən yaradıcı şəkildə bəhrələnməsində,
hətta «tarixi dostluğunda» görüblər. Halbuki burada
heç bir halda qarşılıqlı bəhrələnmədən
söhbət gedə bilməz. Bu gün «erməni folkloru»
adı ilə dünya ictimaiyyətinə təqdim olunan
folklor mətnləri ya bütövlükdə Azərbaycan
türkcəsindən bugünkü erməni (hay) dilinə tərcümədir,
ya da mətnlərin cüzi dəyişikliklərlə erməniləşdirilmiş
(haylaşdırılmış) variantıdır».
Bu, özünü
folklorun ən qədim janrlarından olan nağıllarda
xüsusilə göstərir: «Ermənilər Azərbaycan
nağıllarının erməniləşdirilməsinə
onların birbaşa söyləyicilərdən toplanıb,
yazıya alınıb, mötəbər məcmuələrdə
dərc olunması ilə başlayıblar. Bu, daha çox ermənilərin
XIX yüzilin I yarısında Qafqaza kütləvi şəkildə
köçürülməsindən az sonra başlayıb, həmin
əsrin II yarısında isə böyük vüsət
alıb. Maraqlıdır ki, ermənilər
köçürüldükləri ərazilərdə yerli
Azərbaycan türklərindən eşitdikləri
nağılları olduğu kimi mənimsəyir, onların
dilindən yazıya alınan mətnlər isə erməni
nağılları kimi təqdim olunurdu. Məsələn,
1889-cu ildə Şamaxı qəzasının ermənilərindən
toplanmış «Sövdəgər Əhməd», «Saxqa Yusif»,
«Məlik Məmməd», «Qulu xan» və s. nağıllar,
adlarından da göründüyü kimi, sırf Azərbaycan
nağıllarıdır və nə qəhrəman, nə
süjet, nə də quruluş baxımından onlarda
heç bir erməni elementi yoxdur. Bəzən dünən
olduğu şəkildə erməni nağılı kimi təqdim
olunan bir Azərbaycan-türk nağılı az sonra cüzi əlavə
və dəyişikliklərlə yeni bir erməni
nağılı kimi dərc olunub. Məsələn,
yuxarıda gördüyümüz kimi, SMOMPK-da erməni
nağılı kimi dərc olunan «Məlik Məmməd»
nağılı cəmi üç il sonra elə həmin məcmuədə
«Xır-xır Kosa» adı ilə yeni bir erməni
nağılı kimi dərc olunurdu. Çox sonralar isə bu
nağılın «Həyat alması», «Qırmızı alma»
kimi saxta erməni versiyaları quraşdırılıb, erməni
nağılı kimi dərc olunub. Hətta XIX yüzil erməni
yazıçısı Q.Ağayan «Məlik Məmməd»
nağılı əsasındı «İşıqlı və
qaranlıq dünyalar» adlı nağıl-povest də
yazıb. Yeri gəlmişkən, «məlik» titulu vaxtilə
alban-xristian türk zadəganlarına verilən rəsmi titul
olub və bunun bu günkü ermənilərə heç bir
aidiyyatı yoxdur. Lakin ermənilər Qafqazdakı
bütün xristian türk tarixinə və mədəniyyətinə
sahib çıxdıqları kimi, qarşılarına
çıxan «Məlik» adlı və ya titullu bütün
nağıllara da qeyd-şərtsiz şərik olmağa
çalışırlar. Eyni paraleli «Hazaran bülbül» və
«Qoçaq Nəzər» erməni nağılları ilə
«Hazarandastan bülbülü» və «Hax Nəzər» Azərbaycan
nağılları arasında da aparmaq olar. Erməni
nağılları arasında həm ad, həm də məzmunca
Azərbaycan nağılları ilə eyniyyət təşkil
edən çoxlu nağıllar var. Məsələn:
«Gül və Sineyvaz», «Ovçu Pirim», «Keçəl Nəzər»,
«Keçəl Əhməd», Ramazan» və s. və i. a.. Lakin
elə nağıllar da çoxdur ki, nəinki məzmunlarına
görə Azərbaycan nağılları ilə səsləşir,
həm də onların adları Azərbaycan-türk sözlərindən
ibarətdir. Məsələn: «Qsrx harami», «Canpolad», «Qəmbər»,
«Təpəgözün nağılı»,
«Çöpçü», «Dəmirçi»,
«Cütçü», «Dünya gözəli», «Mərcan», «Hax və
nahax» və s.
«Erməni
nağılları» kimi təqdim olunan bir çox mətnlər
isə nəinki mövzu və məzmun etibarilə, hətta
quruluşuna görə də bir-birinin eynidir. «Bu
nağıllar adətən girişlə başlanır. Bu
başlanğıcda «biri varmış, biri yoxmuş», sözləri
deyilir, arada «az getdi, üz getdi, dərə-təpə-düz
getdi» ifadələri işlədilir. Nağılların sonu
da eyni şəkildə bitir: «Onlar öz murazlarına
çatdılar, siz də öz murazınıza
çatın», yaxud «onlar yedilər, içdilər, yerə
keçdilər, siz də yeyin, için, yerə keçin,
göydən… dənə alma düşdü» (almanın
sayı deyilir və sözlə paylanır)». 1950-1960-cı
illərdə İrəvanda nəşr olunan çoxcildlik
«Erməni xalq nağılları»nı diqqətlə nəzərdən
keçirdikdə aydın olur ki, buradakı
nağılların böyük bir hissəsinin bugünkü
erməni xalqına heç bir aidiyyatı yoxdur. Bu
nağıllardakı düşüncə və təfəkkür
tipi, mənəviyyat və əxlaq tərzi, obraz və motivlər,
coğrafiya və tarixi hadisələr onların Azərbaycan
coğrafiyasında və Azərbaycan türkü tərəfindən
yaradıldığını təsdiq edir. Sadəcə
olaraq, bu istiqamətdə araşdırmaları dərinləşdirmək
və həqiqəti ortaya çıxarmaq lazımdır. Ermənilər
də başa düşməlidirlər ki, dəyərli nələri
varsa, buna görə ilk növbədə Azərbaycan
insanına borcludurlar».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 12 aprel.-
S.14.