«Azərbaycan Respublikası müstəqil olmalıdır!»

 

 Nəriman Nərimanov – milli düşüncə insanı kimi

 

XX əsrdə milli mənlik şüurunun oyanmasında, milli ideologiyanın – türkçülüyün formalaşmısında həkim, dramaturq, publisist və dövlət xadimi N.Nərimanovun böyük xidmətləri olmuşdur. Hələ XIX əsr maarifçilərinin başladığı təmiz ana dili ilə yazmaq məramı XX əsrin önlərində «ana dili» problemi səviyyəsinə qədər yüksəldi, ana dili uğrunda tarixi-ədəbi mübarizəyə çevrildi. Burada iki mühüm cəhəti qeyd etməliyik: birincisi, milli ideologiyanın türkçülüyün (məhz ideologiya olaraq!) konsepsiya səviyyəsində formalaşması milli mətbuatın yaranması ilə bağlı idi. Beləliklə, 1875-ci ildən «Əkinçi»nin nəşrindən 1920-ci ilə Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna qədərki təqribən yarım əsr Azərbaycanda milli oyanışın və onun nəzəri-təməli olan ideologiyaların formalalaşma dövrü idi.

1920-ci ilin aprelin 28-də Zəngəzurun böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi.

Azərbaycan SSR-in Müvəqqəti İnqilab Komitəsi 1920-ci il 30 aprel tarixində Ermənistana nota verdi. Notada Ermənistandan Zəngəzur Qarabağı öz qoşunlarından təmizləməsi tələb edilmişdi. Rusiya Ermənistanı sovetləşdirmək üçün Azərbaycan torpaqlarının bir hissəsin onlara verməyi vəd etdi. Mikoyan Leninə məktubunda yazırdı ki, Zəngəzurun ermənilərə verilməsi erməni xalqının sovet hakimiyyətinə inamın artıra bilər. Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs Orconikidze bu işə tam dəstək verirdi (Sonradan ehtimallara görə Nərimanovu da Orconikidze zəhərləyərək öldürmüşdü). Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyun ayında Orconikidzeyə məktubunda yazırdı ki, Ermənistan ilə kompromisə nail olmaq vacibdir.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ Zəngəzur isə Azərbaycanla Ermənistan arasında «mübahisəli ərazilər» elan olundu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı.

Nərimanov yazırdı ki, mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya Sovet hökumətinə inamı sarsıda bilər: «Zəngəzurun Qarabağın neytrallaşdırılması yaxud daşnaklara verilməsi xəyanət sayılacaqdır. Müsəlman kütlələr sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik, yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər…» Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sovet rəhbərliyində ermənilər güclü qüvvəyə malik idilər.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olundu.

AK(b)P MK Siyasi Təşkilat bürolarının bu birgə iclasının (30.11.1920) qəbul etdiyi «tarixi» qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə mütləq diqqət yetirilməlidir: Q.Orconikidze, Sarkis Ter-Danielyan, Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev (AXC parlamentinin son iclasında Qırmızı Ordunun işğalına «O olmasın, bu olsun» demişdi), M.D.Hüseynov (Mirzoyanın yaxın dostu).

Nərimanovun narazılığının nəticəsiydi ki, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan edilsə , qəzanın onun idarəçiliyinə keçməsi uzun müddət ləngimişdi. Nərimanovun böyük əməyi nəticəsində AK(b)P MK siyasi təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında «Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili» haqqında qərar çıxarıldı. Qərara əsasən Zəngəzur Qərbi Şərqi-Müsəlman olmaqla iki yerə bölündü. Nəticədə Zəngəzurun təxminən 47%-i ermənilərin əlindən alınaraq geri qaytarıldı.

Qırmızı Ordunu Azərbaycana AK(b)P Əliheydər Qarayev Çingiz İldırım dəvət etmişdi. Nəriman Nərimanov isə o vaxt Həştərxanda idi Nərimanov yalnız 1920-ci ilin mayın 16-da Bakıya gəlir. Bakıya gəlişinin ilk günündə Qırmızı Ordunun burdakı özbaşınalığını görəndən sonra «Qırmızı Ordunun Xüsusi Şöbəsinin səlahiyyətlərinin azaldılması haqqında» direktiv imzalayır. Həmin direktivə əsasən Nərimanovun icazəsi olmadan Qırmızı Ordunun Xüsusi Şöbəsi heç kimi güllələyə bilməzdi. SSRİ yaradılanda Moskva Azərbaycanı «Muxtar Vilayət» olaraq tərkibinə daxil etmək istəyirdi. Nərimanovun böyük səyi nəticəsində Azərbaycan Respublika olaraq SSRİ- birləşdirildi. 1920-ci ilin yayında Orconikidze Mərkəzi Komitədə belə bir məsələ qaldırır: «Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır

MK üzvləriƏliheydər Qarayev Mirzə Davud Hüseynov belə bir fikir irəli sürürlər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına birləşdirməliyik

Nərimanovun fikri isə qəti dəyişilməz idi: «Azərbaycan Respublikası müstəqil olmalıdır

Bu gün Qarabağ işğal altında olsa belə, Azərbaycanın ərazisi sayılırsa, bunu biz buna görə Nəriman Nərimanova borcluyuq. Belə ki, 1921-ci il iyunun 19-da Ermənistan SSR XKS-nin bəyanatı ilə «Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi» elan edildi. 1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi təşkilati bürolarının birgə iclasında Ermənistanın Qarabağın yuxarı hissəsinə iddialarını rədd etdi. RK(b)P-nin Qafqaz bürosu 1921-ci il 4 iyul tarixli plenumunda Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar çıxardı. N.Nərimanov bu qərara qəti etiraz etdi Moskvanı istefa ilə hədələdi. Moskva sosialist inqilablarını Şərqə doğru genişləndirməyə çalışırdı belə bir vaxtda Şərq ölkəsiAzərbaycanda istefa Moskvanın siyasətin puç edə bilərdi. Nərimanovun etirazı nəzərə alınaraq 1921-ci il iyulun 5-də plenum Dağlıq Qarabağa geniş «Vilayət Muxtariyyəti» statusu vermək şərti ilə Azərbaycan SSR-in tərkibində saxlamaq haqqında yeni qərar qəbul etdi. Nərimanov bu statusa da qarşı çıxdı bu qərara qarşı bütün gücü ilə mübarizə apardı. Buna görə qərarın icrası 2 il gecikdi. Nəhayət, Moskva Nərimanovu Moskvada vəzifəyə gətirdi Azərbaycandan uzaqlaşdırdı. Nəticə etibarilə 1923-cü ilin 7 Dekabrında Azərbaycan MİK-si «Dağlıq Qarabağ haqqında» dekret verdi mərkəzi Şuşa olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Nərimanov Leninə yazdığı məktubunda 1918-ci il Mart hadisələrinə ilk dəfə «Milli qırğın» (o vaxt soyqırım ifadəsi yox idi) deyərək 31 Mart Soyqırımına siyasi hüquqi qiymət verib. Eyni zamanda Şaumyanı daşnak adlandıraraq sərt dillə tənqid edib milli qırğının təşkilatçısı olaraq ittiham edib.

Millətçi dedikdə, təkcə «sağçı»lar nəzərdə tutulmur. Millətçi dedikdə, sağçı, solçu, ateist, müsəlman, xristian s. asılı olmayaraq milləti dövləti üçün çalışan şəxs başa düşülür. Elə şəxslər var ki, adın «millətçi» qoyub, amma «söz millətçisi»dir. Nərimanov isə xalqının, millətinin gələcəyin sosializmdə görsə , xalqı üçün əlindən gəlirdisə etdi. Elə əsl millətçilik bax budur!

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 14 aprel.- S.13.