Ey Türk doğulan

 

Namiq Hacıheydərlinin kitabı təqdim olundu

 

Aprelin 14-də Atatürk Mərkəzində şair Namiq Hacıheydərlinin Ey Türk doğulan kitabının təqdimatı olub. Tədbiri giriş sözüylə şair Musa Ələkbərli açıb, Namiq Hacıheydərlinin yaradıcılığı haqqında danışıb: Namiq soykökünə bağlı bir şairdir. Təsadüfi deyil ki, kitabının adını Ey türk doğulan qoyub. Türk Dünyasının tarixi keçmişi, bu günü, gələcəyi ilə bağlı qayğılanmaq var bu şeirlərdə. Bu kitabda gözəl mənəviyyatla məhəbbət mövzusunda yazılmış şeirlər var. N.Hacıheydərlinin kitabına ön söz yazmış professor Əjdər Ağayev deyib: O, sözün məna dərinliyindən, obrazlılığından deyim tərzindən, gözəlliyindən məharətlə yararlanır. Şair insanın həyatını, inkişafını, arzularını, inamını, düşüncələrini böyük sevgiylə tərənnüm edir. Namiqin şeir dünyası zəngin rəngarəngdir. O, qloballaşan dünyada Türk Dünyasının birlik arzuları ilə yaşayır, Türkün uyğurunu da, qazaxını da, qırğızını da, ümumən bütün türkləri böyük məhəbbətlə sevir, türk düşüncəsinin milliliyini, ümumbəşəriliyinin poetik təqdimatını ortaya qoyur.

Ədəbiyyatşünas Tahir Şirvanlı Namiqin şeirlərindən zövq aldığını dedi. Oqtay Rza onun şeirlərini sevə-sevə oxuduğunu bildirdi. Əlisəmid Kür Namiqi şair olaraq bəyəndiyini, onun kitabdan-kitaba boy atdığını dedi: O, sözə həssaslıqla yanaşır, sözə məna verməyi bacarır. İnanıram ki, Namiq Azərbaycanın yaxşı bir şairi kimi yetişəcək. O, sözə əxlaqlı yanaşmağı bacaranlardandır. İşıqlı Atalı Namiq Hacıheydərlinin şeirlərində türkçülük yönünün əsas olduğunu bildirib: Türkçülük mahiyyətinə uyğun olaraq poeziyada da döyüş deməkdir. Bu isə yaradıcı adamdan bu yolda ardıcıl döyüşmək tələb edir. Çağdaş dövrün türkçü şairi şeirdəki ənənəvi obrazların zaman səviyyəsində vəsfedicisi olmamalıdır, milliliyi, insaniliyi əbədi yaşarı edən məqamları yaşatmalı, həm yenidən yaratmalı, zamanı aşdığı dərəcədə ömrünə, yurduna, ulusuna bənzərsiz ilahi-insani dəyər verməyi, bunu başqalarının ağlında, ürəyində ömürləşdirməyi bacarmalıdır.

Həyat Şəmi Namiqin şeirləri haqqında ürək sözlərini belə bölüşdü: O, inkişafda olan bir yazardır, milli-əxlaqi dəyərlərə söykənir. Zakir Ağdamlı, Nazilə Gültac, Fərqanə Mehdiyeva, Böyükağa Mikayıllı, aktyor Midhət Aydın, Vahid Aslan, Dayandur Sevgin, Yusif Məhəmmədoğlu, Mənsurə Qaçayqızı, Maqsud Qobustanlı, Coşğun İbrahimli, Samir Turan, Ayaz Arabaçı, Yusif Dirili başqaları çıxış etdilər. Sonda çıxış edən Namiq Hacıheydərli iştirakçılara təşəkkürünü bildirdi, yeni şeirini oxudu. Budəfəki kitab təqdimatının yaddaqalan cəhəti onda oldu ki, demək olar, çıxışçıların çoxu Namiqin şeirlərini oxudular, hətta əzbər deyənlər oldu.

Əsl şeiriyyət zamanı ötür. Zamana ilişib qalan şair sabahsızdır. Ədəbiyyatımızın sabahı milli, insani harayların ardıcıl, aramsız, qəti olaraq çəkilməsi ilə bağlıdır əslində indiyə kimi olanlar az sayılmalıdır. Namiq Hacıheydərlinin şeirlərində türkçülük yönü əsasdır. Bu isə o deməkdir ki, Namiq Hacıheydərli özünü özünü böyük bir döyüşün içinə atıb. Türkçülük mahyyətinə uyğun olaraq poeziyada da döyüş deməkdir. Bu isə yaradıcı adamdan bu yolda ardıcıl döyüşmək tələb edir. Çağdaş dövrün türkçü şairi şeirdəki ənənəvi obrazların zaman səviyyəsində vəsfedicisi olmamalıdır, milliliyi, insaniliyi əbədi yaşarı edən məqamları yaşatmalı, həm yenidən yaratmalı, zamanı aşdığı dərəcədə ömrünə, yurduna, ulusuna bənzərsiz ilahi-insani dəyər verməyi, bunu başqalarının ağlında, ürəyində ömürləşdirməyi bacarmalıdır. Qədim Türk-təbiəti-yeri-göyü, çayı, dağı s. mənalandırmağı, tanrılaşdırmağı, özüylə bunlar arasında vəhdət tapmağı bacarırdı. Namiqin şeirlərində türkün ilkin, təbiətli duyumuna böyük sevgi var. Türk Birliyi necə yaranmalıdır? Türk ruhu əsasında. Türk ruhu-dünyanın əhvalına uyğun yox, öz əhvalına uyğun yaşamaqdır. Öz əhvalına, xarakterinə uyğun yaşayan Türk öz dünyasını da yaradacaq. Türk əxlaqı-birsifətliliyə əsaslanır. Dünyanın siyasiliyinə, hər cür eybəcərliyinə qarşıdır türk əxlaqı. Türk insançılığına xas cəhətlər Namiq Hacıheydərlinin şeirlərində fitrətən yaşadılır. Namiq özüylə bir olmağı, dərdini özünə deməyi, milli ruhundan güc almağı bacarır. Fikrimcə, bu cəhətlərini o, ardıcıl yöndə inkişaf etdirməyi bacarmalıdır. Ölməyən dərdlərimiz var: türk olaraq özümüzdən ayrılmağımız, milli-mənəvi dəyər ölçümüzü itirməyimiz, bu səbəbdən dünyamızı itirməyimiz, hələ ki, yarada bilməməyimiz. Namiq türkün fikir, dil, əməl birliyi sarıdan qaymılanır. Yurd-əbədi cənnət anlamındadır əslində: Namiqin Boz Qurdun harayı, Ey türk doğulan, Milli kimlik, Türküm bu qəbildən olan şeirlərində türk ruhu haraylanır-həsrətli, doğma.

Türkün ruhu mənəvi Turançılığın təsdiqi ilə bağlıdır. Qadağa qoydular ər türklüyümə-deyir Namiq Hacıheydərli. Dünya türk xislətinə qarşı olduğu dərəcədə var ola bilməyəcək. Çünki türk ruhu insansevərliyə əsaslanır, şovinizm ruhumuza yaddır. İndiyə kimi ən ali duyğular poeziyada vəsf olunub, ancaq çox zaman yeriməyib. Güney Azərbaycanı əsarətdə olan bir xalqın şairi neyləməlidir? Ruhani (yəni milli-insani) döyüşçülük ənənəsi yaranmalıdır. Ədəbiyyat milli İnama çağırmalıdır. Yalnız belədə o, var ola bilər. Yurdumuza inam türkçülüyü gərək, idrak türkçülüyü gərək, mənəviyyat (vicdançılıq, təmənnasızlıq, fədakarlıq) türkçülüyü, iradə türkçülüyü gərək. İnsani-milli-bəşəri sevgimiz dövlətimizi yaşadar, millətimizi yaşadar. Türk insançılığının aşiqi olan Namiq Hacıheydərliyə ardıcıl olaraq insani-milli-bəşəri yöndə yaşamağı, bu duyğuları yenilməz bir inamla poeziyada ifadə etməyi arzulayıram.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 17 aprel.- S.14.