DAK-ın
Ukraynada XII qurultayı keçirilib
Ukraynanın Donetsk şəhərində
Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayı
keçirilib.
APA-nın məlumatına
görə, “Viktoriya”
mehmanxanasında keçirilən
qurultaya dünyanın
30 ölkəsindən 110 nümayəndə
və qonaq qatılıb. Qonaqlar arasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının
(GAMOH) lideri Mahmudəli
Çöhrəqanlı, xalq
artisti Afaq Bəşirqızı, Güney
Azərbaycan İstiqlal
Partiyasının sədri
Eldar Qaradağlı, Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin, Ukrayna energetika nazirinin keçmiş müavini Burcu Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq
Diaspora Mərkəzinin sədri
İsmayıl Ağayev,
“Borçalı” Cəmiyyətinin
sədri Zəlimxan Məmmədli də olub.
Azərbaycanın dövlət himni ilə başlayan qurultayda əvvəlcə
çıxış üçün
söz qonaqlara verilib.
DAK-ın Ukrayna Nümayəndəliyinin rəhbəri
Möhlət Hüseynov
qurultayın Donetskdə
keçirilməsinə şərait
yaratdıqları üçün
Ukrayna hökumətinə,
Donetsk vilayətinin və
şəhərinin rəhbərliyinə
təşəkkürünü bildirib. M.Hüseynov DAK-ın fəaliyyətinin
əhəmiyyətindən və qarşıda duran məqsədlərdən
danışıb.
GAMOH sədri Mahmudəli
Çöhraqanlı isə
çıxışında İranda yaşayan türklərin haqlarının
pozulmasına toxunub. O deyib ki, İranda milyonlarla Azərbaycan türkü öz hüququnun bərpası üçün mübarizəyə
başlayıb: “20 il əvvəl Güney Azərbaycanda öz fərdi haqqını tələb edə bilməyən türklər,
bu gün milli kimliklərinin bərpası uğrunda ciddi hərəkata başlayıblar. Artıq milli
hərəkatımız yüksəliş
mərhələsindədir. Əlbəttə 35 milyonuq,
amma əliyalınıq,
arxamızda heç kim olmadan
mübarizə aparırıq.
Ümid edirəm ki, güneyli türklər öz soydaşlarından lazımı dəstəyi
alacaqlar və layiq olan haqlarını
əldə edəcəklər”.
M.Çöhrəqanlı bölgədəki mövcud vəziyyətə
və DAK-ın fəaliyyətinə də
toxunub. O, birgə
əməkdaşlığın milli və dövlət
maraqları üçün
xüsusi əhəmiyyətini
də vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Qaya dünya
türklərinin problemlərinə
toxunub. O Türkiyənin
30 ilə yaxındır
terrorla qarşı-qarşıya
olduğunu deyib: “Buna baxmayaraq, Türkiyə bütün bu problemlərin öhdəsindən
gələ biləcək
və terrora qalib gələcək”. Güney Azərbaycan türklərinin
problemlərinə də
diqqəti yönəldən
A.Qaya bildirib ki, Türkiyə parlamentində Güney Azərbaycandakı türklərin
hüquqları ilə
bağlı məsələnin
müzakirəsini gündəmə
gətirilməsi üçün
dəfələrlə öz
təklifləri ilə
çıxış edib.
İraq Türkmən Cəbhəsinin
nümayəndəsi, İraq
parlamentinin deputatı
və DAK-ın həmin ölkə üzrə təmsilçisi
Əkrəm Fevzi ana dilinin önəmi
barədə danışıb. O, türklərin
təzyiqlərə qarşı
birgə mübarizəsinin
əhəmiyyətini vurğulayıb.
Ə.Fevzi DAK-ın növbəti
qurultayının Kərkük
şəhərində keçirilməsi
təklifi ilə də çıxış
edib.
Güney
Azərbaycan Demokrat Partiyasının sədri
Mahmud Bilgin qurultay iştirakçılarının təbrik edərək diqqəti Güney Azərbaycanın müstəqilliyinin
əldə olunması
ilə bağlı mübarizəyə yönəldib:
“Müstəqilliyimizin yaranması
üçün uyğun
şərait yaranıb.
Bu, dövlətçiliyimizin
yaranması üçün
böyük şansdır”.
M.Bilgin
DAK-ın Güney Azərbaycan hərəkatına
verdiyi dəstəyin davamlı olacağına ümid etdiyini də söyləyib.
Güney Azərbaycan İstiqlal Partiyasının sədri
Eldar Qaradağlı əməkdaşlığın vacibliyini söyləyib və Azərbaycan Cümhuriyyətinin güneyli
türklərin problemlərinin
dünyada təbliğinə
dəstək verəcəyinə
ümid etdiyini də bildirib.
Sonra toplantıda
mandat komissiyası və Divan seçilib.
DAK həmsədrləri Sabir Rüstəmxanlı,
Firudin Pərvizniya və təşkilatın
digər qurumlarının
rəhbərləri hesabat
xarakterli çıxış
ediblər.
Sabir Rüstəmxanlı deyib ki, DAK ötən iki il ərzində əsas diqqəti təşkilatlanmaya
və beynəlxalq əlaqələrin genişlənməsinə
yönəldib: “Beynəlxalq
əlaqələr çərçivəsində
Güney Azərbaycan məsələsi, Qarabağ
probleminin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində ciddi
işlər aparılıb.
Təşkilatın fəaliyyət coğrafiyası
çox geniş olub. Bu gün
dünyada həm güneydən, həm də quzeydən olanların sayı çoxdur. Onların birgə fəaliyyət
göstərməsi daha
vacibdir. Yoxsa münasibətlərin
soyuması prosesi dərinləşə bilər.
Təvazökarlıqdan uzaq olsa da, bəzən Güney Azərbaycanın
qeyri-rəsmi səfiri
funksiyasını yerinə
yetirməli oluram.
Əslində bu, tez-tez baş verir. Nəzərə alınmalıdır ki, Güney Azərbaycandan olan tələbələrin təhsilində
güzəştlərin tətbiqi
çox vacibdir.
Parlamentdə bunu dəfələrlə
söyləmişəm, yazılı
qayda da hökumətə müraciət
də etmişəm.
Bu məsələyə etinasızlıq milli dəyərlərə xəyanətdir”.
S.Rüstəmxanlı Azərbaycan türklərinin
lobbiçilik fəaliyyətinin
gücləndirilməsi məqsədilə
xarici dillərdə yayımlanan televiziya kanalının və qəzetin yaradılmasına
ehtiyac olduğunu da söyləyib.
DAK həmsədiri Firudin
Pərvizniya təşkilatlanmada
və fəaliyyətin
inkişaf etdirilməsində
iqtisadi imkanların genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb. Güney Azərbaycan türklərinin
haqlarının pozulmasına
toxunan F.Pərvizniya istənilən halda azərbaycanlıların haqlarının
bərpasına nail olacaqlarını
söyləyib.
Məruzələrdən sonra təşkilati məsələlərə baxılıb. Səsvermə
nəticəsində Sabir
Rüstəmxanlı, Vaqif
Arzumanlı, Xəzər
Emin, İsmayıl Ağayev, Zəlimxan Məmmədli, Atilla Qaya, Şəhzad Cahanpənah, Abuzər Bağırov, Tahir Hacıyev, Rəhman Abbasov, Kənan Ağazadə, Firudin Pərvizniya, Əjdər Tağızadə, Eldar Qaradağlı, Rəhmət
Rafət, Möhlət
Hüseynov, Fuad Ağayev, Əkrəm Fevzi, Esmira Əsgərova
DAK İdarə Heyətinin
üzvü seçiliblər.
DAK-ın 50 nəfərlik
Məşvərət Məclisinin
sədri vəzifəsinə
isə GAMOH lideri Mahmudəli Çöhrəqanlı
seçilib. Qurumun Nəzarət və
Təftiş Komissiyasına
isə Samir Əsədli rəhbərlik
edəcək.
Daha sonra İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib və Sabir Rüstəmxanlı
və Firudin Pərvizniya DAK-ın növbəti müddətə
həmsədri seçiliblər. Eldar Qaradağlı,
Vaqif Arzumanlı, Xəzər Emin, Abuzər Bağırov DAK
həmsədrinin müavini
təyin olunublar.
Xalq Cəbhəsi.- 2012.- 24 aprel.- S.7.