«Erməni həmişə
oğru xalq olub»
Əlicavad
Cavadov balaban və zurnanın ermənilərə aidiyyatı
olmadığını bildirir
Əlicavad Cavadov Azərbaycanın qədim musiqi alətləri olan balaban və zurnanın mahir ifaçısıdır. Başına çox çətinliklər gəlib. Ancaq qəribədir ki, həmişə sənətindən daha möhkəm yapışıb. Uşaqlıqdan sevdiyi peşəyə sonradan ürəklə bağlanan Əlicavad kişinin dediyinə görə, məhz bu səbəbdən indiyə kimi ruhunu rəvan saxlaya bilib. O, İsmayıllı rayonunun Müdirsə kəndində anadan olub. 68 yaşındadır. Bu sənətə gəlməsi hardasa bir təsadüf nəticəsində olub. Danışır ki, 1975-ci ildə başına faciəli bir hadisə gəlib, ailəsini yanğında itirib: «Tək qalmışdım. Ailəsini, balalarını itirən bir kəsin vəziyyətini təsəvvür etmək çətin olmaz. Məni ağır vəziyyətdə Bakıya-5 saylı xəstəxananın yanıq şöbəsinə gətirdilər. Doğmalarını itirəsən, özün də ağır vəziyyətdə olasan. O vaxta kimi zurna-balabanda bir az çalırdım. Tamamilə çıxılmaz bir durumdaydım. Çox fikirləşdim, sonda gücümü topladım, qərara gədim ki, yaşamaq, mübarizə aparmaq lazımdır. Balaca həvəslə də irəli getmək olmazdı. Başa düşdüm ki, daha ciddi şəkildə bu işlə məşğul olmaq lazımdır. Yenidən ailə qurdum, çətinliklə də olsa, arzularımı gerçəkləşdirdim. Belə bir vaxtda məşhur balabançı Əli Kərimovun bəstələri çox karıma gəldi. Onu da deyim ki, Şirvan aşıq məktəbinin inkişafında bu sənətkarın böyük rolu olub. Onun yaratdığı onlarla havacatlar daim repertuarımdadır. «Koroğlu nağarası», «Heyvagülü», «Alçagülü», «Bənövşə»… Mərhum balabançı Həsrət Hüseynovun da bir neçə havacatı var. Ümumiyyətlə, Azərbaycanda bu sahədə indi adı məşhur yaşlı, yəni həyatda olan və olmayan sənətkarların çoxu Ə.Kərimovdan dərs alıblar».
Əlicavad kişinin Azərbaycanın tanınmış sənətkarları ilə ciddi, davamlı münasibətləri olub. Musiqi təhsili almayıb. Ona görə də uzun müddət onun fitri ifaçılığını, bəstəçiliyini qəbul etmək istəməyiblər: «Tanınmış musiqilərlə görüşlərdə nəyə qadir olduğumu sübut etdim. Bu sahədə havacat yaradıcılığı, ümumiyyətlə, alətlərdə çalmaq fitrətdən gələn məsələdir. Həslimizdə bu sahədə məşğul olan, ümumiyyətlə, musiqiyə meylli olmayıb».
Əlicavad kişinin öz havacatları da var. Bu havalar hazırda
Azərbaycan radiosunun
«Qızıl fond»unda qorunur. Haqqında Ədəbiyyat və
İncəsənət Arxivində
fond açılıb. Deyir ki, gərək
bu sənətdə olan şəxs daim halında sabit olsun: «Qara
zurna, balaban daim yaşamalıdır. Bu alətlərdə milli ruhumuzu görürəm. İnsan zurnanın
səsinə qulaq asdıqca onda döyüşkənliyə qarşısıalınmaz
bir meyl yaranır. Adətən mən qara zurnada, balabanda xarici musiqiləri ifa etmirəm. Baxmayaraq ki, sifariş edirlər, yaxşı da pul ödəyirlər.
Ancaq daim bu alətlərin
varlığını, bənzərsizliyini
qoruyuram».
O, hər vəchlə zurnanın müasir texnikalılığa, özgəliyə
tabe etdirilməsinə
qarşıdır: «Zurna
daim milli mahnılarımızı çağırmalıdır.
Onda qəhrəmanlıq havaları
çox gözəl alınır.
Heyləyim, mən gedib rus, ya ingilis
ola bilmərəm
ki?
Mən buyam və öz varlığımı inadla
qorumalıyam. Təəssüf ki, telekanallarda
zurnanın lağa qoyulmasına rast gəlinir».
Əlicavad kişi Azərbaycan musiqisini sovet vaxtı zurna-balabanla Ermənistanda
təmsil edərkən
ermənilərin milli
musiqi alətlərimizə
«özlərininki kimi»
baxmalarının da şahidi olub: «1986-cı il idi. Ermənistanda keçirilən tədbirdə
iştirak etdim. Bir yekə çemodanda yaratdığım alətləri
və zurna-balabanı
aparmışdım. Ermənilər ha çalırdılarsa da,
bir şey anlamaq olmurdu. Çünki erməninin nə
ruhu var ki, onu bu
alətlərdə də
ifadə eləsin?
Onlar həmişə oğru xalq olublar, başqalarının,
xüsusən də bizim bir xalq
olaraq yaratdıqlarımızı
öz adlarına çıxıblar. Ermənilərə başa saldım ki, bu alətlərin
ermənilərə, erməni
ruhuna aidliyi yoxdur».
Əlicavad kişi daim bu alətin
imkanlarının artırılması
zəruriliyi, bu sahədə görülməli
işlərdən də
danışır: «Bu alətdə
ifa edən çalğıçının ruhlu olmasından çox şey asılıdır. Bugünkü cavanların zurna-balabana daha çox barmaqarası baxmasından
narazıyam. Vaxtilə Azərbaycan
toylarında zurna-balaban
aparıcı olub.
Təəssüf ki, bu gün bu adət
itməkdədir. Düzdür,
indi şəhər yerlərində – restoranlarda
zurna-balabandan istifadə
olunur, ancaq əvvəlki qədimlik əhvalı gözə dəymir, hiss edilmir. Özü də zurnanı səsgücləndiricilərə qoşurlar. Bununla zurna- balabanın
səsi, təbiiliyi itir. Qabaqlar xanəndələrimiz mikrofonla oxumayıblar.
İndi kimin bir balaca
səsi var, deyir mən sənətkaram. Onu da deyim ki, xarici
nəfəslərə, alətlərə
meylin artması məni narahat edir».
Əlicavad kişinin yaratdığı
musiqi alətlərinin
ciddiliyi, mükəmməlliyi
bu gün artıq sənətşünaslar,
musiqişünaslar tərəfindən
etiraf edilməkdədir. Hazırda bu
alətlər dövlət
muzeylərində qorunur.
O, indi də yeni musiqi alətləri
yaratmaq haqqında düşünür. Deyir,
xalqımızın yaradıcılıq
potensialı çox güclüdür: «Keçmişdə
olan bir çox musiqi alətlərimiz var ki, tamamilə unudulub gedib».
Zurnada və balabanda dayanmadan saatlarla ifa edə
bilir.
Əlicavad kişi sənəti ilə bağlı həmişə
axtarışdadar: «Ən
qədim musiqi aləti əslində sümsüdür. Uşaqlıqda söyüddən və qozdan fıştırıq
düzəltməyim yadımdadır.
Sonradan bu, məndə adət şəklini aldı, gördüm ki, musiqi alətləri
hazırlaya bilərəm».
Onun bu sənətə
olan sevgisi indi də çox
güclüdür: «Bu sənətin
bütün çətinliklərini
yaşamışam. Ancaq sənətə
olan sevgim hər cür əzab-əziyyətə dözməyi
tələb edib».
Əgər xalq öz bənzərsiz
mənəvi sərvətlərini
lazımınca qiymətləndirməyi
bacarmırsa, gec-tez bu, millətin ömründə sağalması
çətin olan ağrılı izlər buraxır. Gərək böyük dəyərlər
yaradan xalq bu dəyərlərin daim qorunması qayğısına qalsın.
Zurna musiqi aləti təkcə bir ölkənin olmayıb.
O, bütün Şərqdə
olub, indi də mövcuddur. Ancaq inamla demək olar ki, zurna
alətini ən çox türk ruhu təsdiq edir. Bu alət
möhtəşəm döyüşkənlik
və haray ruhumuzu çox gözəl ifadə edir.
Uğur
Xalq Cəbhəsi.-
2012.- 27 aprel.- S.14.