Vətəndaş şair

 

Olmayandan Vətən daşı

Olmaz ölkə vətəndaşı.

M.Araz

 

Bəxtiyar Vahabzadə kimi müdrik şəxsiyyət və böyük şairin başdan-ayağa qədər ecazkar poeziya mayası ilə yoğrulmuş geniş əhatəli yaradıcılığında əks olunmuş vətəndaş mövqeli ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi məsələləri onun dünyagörüşünü şərtləndirən amillər müstəvisində araşdırıb təhlil etmək həm asan, həm də çətindir.

Asandır ona görə ki, şair yaşadığı mürəkkəb və ziddiyyətli dövrün ən həssas, rəsmi qadağan xarakterli Vahid Azərbaycanın zorakılıqla parçalanması, ana dilimizin vəziyyəti, insan hüquqlarının pozulması, haqq-ədalət, azadlıq, istiqlal, müstəqillik, milli irsimiz, tarixi mənşəyimiz, əhalinin yaşayış səviyyəsi, gələcək inkişaf yollarımız mövzularında qələmə aldıqlarında o qədər aydın, xalqının arzu-istəklərinə cavab verən mövqedən yazıb-yaradıb ki, onun hər misrasında, sətrində vətəndaş məsuliyyətli milli qeyrət sahibi qəlbinin bəzən incik, bəzən həyəcanlı, ancaq həmişə səmimiyyətlə dolu titrək döyüntüləri eşidilməkdədir. Onun milli və bəşəri vətəndaş mövqeyi sərt və qətidir:

 

Tanınmaq istərəm mən öz səsimlə,

Bəsdir yaşadığım bir məhkum kimi.

Dünyanın gözünə yaxşı, pisimlə,

Görünmək istərəm olduğum kimi.

Nəyəmsə, mən oyam, qarayam, ya ,

Niyə özgəsinə küsənməliyəm?

Özüm olmalıyam, mən özüm ancaq

Özüm deyiləmsə, demək, heç nəyəm.

Millət ona görə oyanmalı və özünə qayıtmalıdır ki:

Yetər, əsrlərlə çəkildin şişə,

Hərrac bazarında satıldı dərin.

Biz yaxşı bilirik: boynu həmişə

Pambıqla kəsilmiş əyilənlərin!

 

Çətindir ona görə ki, sürü mütiliyi və məddahlığı şəraitində istər «xoş niyyətli» ətrafının, istərsə də rəsmi dairələrin «məsləhətlərindən» başlamış ciddi «hədə-qorxularına» qədər müxtəlif maneə sədlərini çətinliklə aşaraq, yalnız gecələr öz aləmi ilə təklikdə qaldıqda yazıb-yaratmağa adət etmişsözün əsl mənasında tənha sərbəst şairin «tənhalıq dahilərin qismətidir» geniş mütaliə dairəsinə, dünyagörüşünün dərinliyinə, sarsılmaz əqidəsinə, mərdliyinə, əzablı düşüncə səylərinə, yuxusuz gecələrin hesabına ucaldığı müdriklik zirvəsinə heyran qalmamaq, bu ülvi müqəddəsliyin qarşısında bir insan kimi hörmətlə baş əyməmək ən azı insafsızlıq, uzağı isə günahdır…

Şairin iradə və mətinliyinin, insani keyfiyyət və kövrəkliyinin, düşüncə və axtarışlarının, elmi-nəzəri dünyagörüşünün qaynaqları isə ulu sələflərimizin — «Avesta» və «Dədə Qorqud» kimi abidələrindən, NizamiFüzuli, M.F.Axundzadə və H.B.Zərdabi, C.Məmmədquluzadə və Ü.Hacıbəyli, SabirHadi, Ə.CavadH.Cavid yaradıcılığından, Şərq və Qərb poeziyasının ən parlaq simalarından bəhrələnib.

Bəxtiyar yaradıcılığının kifayət qədər araşdırılıb tədqiq olunmuş sənətkarlıq və bədii məziyyətlərinə toxunmadan şairin əsərlərində əksini tapmış cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərinə ayıq münasibəti, əsl vətəndaşlıq müvqeyinin birmənalı ifadəsi kimi qiymətləndirilməlidir. Həmin aktual məsələlər sırasında Vətən, Millət, Vahid Azərbaycan, Dil, Azadlıq, Tarix, Mədəniyyət, Haqq-ədalət, Türk Birliyi onun yaradıcılığının bütün sahələrində — poeziyasında, dramaturgiyasında, publisistikasında qan yaddaşımızın pozulmaz naxışları kimi məntiqi ifadəsini tapıb.

Cəmiyyətdə və milli şüurda böyük əks-səda doğurmuş «Gülüstan» poemasında Azərbaycanın iki yerə bölünməsi, zaman-zaman torpaqlarımızın itirilməsi faciəsi, Qarabağ ağrısı, onun yaradıcılığında xüsusi bir yer tutub. «Eynəkli cənabla, təsbehli ağanın» 200 il bundan əvvəl qəsbkarlıqla imza atdıqları ədalətsiz müqaviləyə «Bəs hanı həqiqət, bəs hanı qanun?» mövqeyindən yanaşan şair, bu milli faciəmizə vətəndaş mövqeyini cinayətkar əməl kimi qiymətləndirərək qəzəblə yazmışdı:

 

Necə ayırdınız dırnağı ətdən,

Ürəyi bədəndən, canı cəsəddən?

Siz nə yazırsınız, bayaqdan bəri

Bəs hanı bu yurdun öz sahibləri?

 

İtirilmiş torpaqlarımız, pozulmuş sərhədlərimiz, dağıdılmış yurd ocaqlarımız üçün millətimizi mübarizəyə səsləyən misralar, qeyrət və qətiyyət timsalıdır:

 

Qalx ayağa!

Vətən oğlu, maya tutmuş sənin qanın

Bu Torpaqdan, bu Vətəndən,

İmdad umur Vətən səndən.

Sinəmizlə od-alovu biz yarmasaq,

İtirilmiş torpaqları qaytarmasaq,

Vətən bizi bağışlamaz,

Torpaq bizi bağışlamaz.

 

Ölkəsini millətini həmişə azad, onun ana dilinin «qapılar arxasında, daxmalar küncündə boynubükük» deyil, uca məclislərdə səslənməyə layiq olduğunu xalqın milli şüuruna təlqin edən şair, eyni zamanda azadlıq gerçəkliyində dilimizin, varlığımızın şəksiz atributuna çevriləcəyi inamını belə ifadə edib:

 

Azadlıq! Azadlıq! Ömrüm boyunca

Sənin acın oldum, möhtacın oldum.

Zaman dilimizi qıfılladıqca

Mən sənin daha çox leylacın oldum.

Yaxud:

Hər ulusun

Ən qiymətli sərvətidir ana dili.

Övladları yer üzünə səpələnsə

Pərən-pərən düşənlərin

Vəhdətidir ana dili

Ruhumuzu cingildədən ana dilim!

Mən ana Vətənimin

Bütün oğul-qızlarıyla

Qohum edən ana dilim.

 

Müxtəlif beynəlxalq dairələrin Türk Dünyasına, o cümlədən Azərbaycana qarşı olan «ikili standart» siyasəti diplomatiyasına toxunaraq, «Türkəm deyənlərin başı nələr çəkib» — tarixi həqiqətini xatırladan şair, haqlı olaraq «tarix yaradan, ancaq onu yazmağı başqalarının ixtiyarına buraxan» bir millətə formalaşmış ədalətsiz münasibəti anlaya bilmədiyini yazır:

 

Anlaya bilmirəm, niyə «türk» sözü

Kiminsə başına düşmüş, daş olmuş.

 

Ona görə , hələlik birləşib vahid Türk Dünyasının yaradılması yolundakı obyektiv-subyektiv xarakterli çətinliklərin aradan qaldırılması zəruriliyinə diqqəti cəlb edən müəllif, müasir inteqrasiya qloballaşma dövründə milli, habelə iqtisadi təhlükəsizlik naminə vaxtilə Atatürkün dediyi sözü unutmamağa çağırır:

 

Atatürk düz demiş, vallah, düz demiş:

«Yoxdur türkün dostu özündən özgə».

 

Şairin milli mədəni irsimizə, zamanın sınaqlarından çıxmış mütərəqqi adət-ənənələrimizə, ulu sələflərimizin böyük xidmətlərinə, xalqımızın sosial-iqtisadi mənəvi-əxlaqi qayğılarına cəsarətli müdaxiləsi, qanlı Yanvar hadisələrindəki mövqeyi rəğbətlə qarşılanıb, onu elin gizli düşüncələrinin aşkar tərcümanı kimi cəmiyyətə sevdirib.

Bu baxımdan B.Vahabzadənin 70 illik yubileyindəki çıxışı şairin həyat kredosu, əməl və fəaliyyət məqsədləri, onu bu işlərə yönəldən motivlər mənasında olduqca əhəmiyyətlidir: «Məni yaşadan, qəlbimi yaşamaq eşqilə alovlandıran, istiqlal uğrunda mübarizəyə səsləyən, ulu əcdadlarımızdan keçib qanımızda, canımızda və tarixi yaddaşımızda yaşayan, mənim arzularımı, hisslərimi zamanın çirkablarına bulaşmağa qoymayan həmin bu Vətən və Millət sevgisinə borcluyam. İstiqlal mücahidi olan mənim əqidə müəllimlərim — M.F.Axundzadə, H.B.Zərdabi, Mirzə Cəlil, H.Cavid, Əlibəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, S.Vurğun, R.Rzauzun illər həmkarım, həmdərdim olan böyük alim Xudu Məmmədovun xatirələri önündə baş əyirəm » .

Təkcə böyük sələflərimiz haqqında deyil, şairin öz müasirləri olmuş qələm dostları, həmkarları, dövlət xadimləri, elm və mədəniyyət xadimləri ilə bağlı yazılarında, rəylərində, müsahibələrindəki fikirlər o qədər zəngin, habelə rəngarəngdir ki, gözlərimiz önündə filosof şair, tədqiqatçı-alim, ictimai xadim obrazı canlanır. O, bu istiqamətdəki yaradıcılığında «lirikamusiqi vurğunluğu» hüdudlarını aşaraq, sərvətlərimizin talanması və ekologiya, tikinti və abadlıq, xaricdə yaşayan azərbaycanlılarla Qarabağ münaqişəsi, milli ənənələrimiz və müxtəlif nəsillərin münasibətləri kimi məsələləri əsl vətəndaşlıq, vətənpərvərlik mövqelərindən düşünüb-daşınaraq qiymətləndirib.

Xüsusilə onun Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy irsinə, fəaliyyətinə, şəxsiyyətinə hörmət və ehtiramla yanaşmaq mövqeyi, habelə bu nadir insanlara «heç bir ləkə yapışmaz» vəsiyyəti istər müasirlərimiz, istərsə də gələcək nəsillər tərəfindən unudulmamalıdır.

Şairin «M.Ə.Rəsulzadənin xatirəsinə» şerində oxuyuruq:

 

Bu torpağın özü boyda

Bu torpağa məhəbbətlə doluydun.

Bu torpağın yolunda da

Sən öz canını qoydun.

Borclu ikən Vətən sənə, Xalq sənə

Hər şey döndü tərsinə.

Bu torpaqdan verəmmədik

Bir məzarlıq yer sənə…

 

Bəzən özünə qarşı çevrilmiş ədalətsiz mövqe və haqsız iradlardan müdrikcəsinə ucada dayanmış şair, onu həmişə cəmiyyətdə gedən ictimai-siyasi hadisələrin əvvəllər olduğu kimi fəal iştirakçısı rolunda görmək istəyənlərə hörmətlə, «heç kəsdən incimədən» belə münasibət bildirib: «Qələm əhlinin tüfəngi, silahı qələmdir… Sabir və Mirzə Cəlil qələmlə döyüşməkdən başqa daha neyləmişdilər… Yazıçı yalnız qələmlə döyüşməlidir və bunu sən də, mən də imkanımız daxilində edirik. Bəlkə mitinqlərdə qışqırmağı da vacib hesab edirsən? Bu 75 yaşlı xəstə ağsaqqala yaraşarmı?… Giley notları da var. Bunu da müəyyən dərəcədə qəbul edirəm. Günah nə səndədir, nə də məndə. Durum o qədər ağır, o qədər dözülməzdir ki, çaşmışıq. Buna görə də hamı günahı başqasında axtarır.»

Yaşadığı və hələ tam formalaşmadığı bazar münasibətləri iqtisadi sisteminin yaratdığı mürəkkəblikləri, insan psixologiyasındakı dəyişiklikləri, hər şeyin pulla ölçülüb-biçildiyini, ziddiyyətlərin gücləndiyini, hazırlıq meyllərinin artdığını, özünü başqalarından üstün tutmaq cəhdlərini, müharibə vəziyyətində olan bir ölkədəki «çalıb-oynamaq» ab-havasını, toylardakı «pul yağışı» ədalarını, hətta «bir dəliqanlının iki ədəd yüzlüyü şama tutub yandırmaq» nadanlığını sonsuz kədər, həm də qəzəb-nifrətlə tənqid edərək, özünün şahidi olduğu bir məclisdəki belə yekəxana hərəkət sahibinə üzbəüz demişdi: » … indi sən göyə pul səpələməklə nə demək istəyirdin? Pulun artıqdı? (demək istəyirdim ki, arpan artıq düşüb?)… Ayıb deyil? Bəs dünən Cəbrayıl, Füzuli rayonlarının əlimizdən getməsi səni incitmir? Sənin millətin yas içindədir, o yası niyə görmür, küçələrə tökülən qaçqınların halına ağlamırsan? Susdu… Mən də susdum və dərhal toyu tərk etdim. Onun «Mənə nə varşeiri milli biganəlik və laqeydlik dumanlığında yolunu azmışlara vurulan tərs bir sillədir:

 

Demə, daş yayınıb qardaşa dəydi,

Mən ele bildim ki, daş daşa dəydi.

Yurdun o başına yıxılan kəsin

Ağrısı qəlbində gərək göynəsin.

Yaxud:

ağır yük imiş, heç demə qeyrət

Atıb çıynimizdən yüngülləşmişik.

 

Bəxtiyar belə Bəxtiyar olub, el-obanın yaddaşında sadə, mehriban, saf qəlbli, rəhimli, hər cür dəbdəbə hay-küylü məclislərdə sıxılan insan kimi Böyük Ustad ucalığına yüksəlmişdi.

Təsadüfi deyil ki, onun istər Bakıdakı, istərsə Şəkidəki evi həmişə elin üzünə açıq olub, aşkar-gizli ictimai-siyasi, elmi-nəzəri, sosial-iqtisadi problemlərin sərbəst müzakirəsi ocağına çevrilmişdi. Müxtəlif təbəqələrin nümayəndələri onun yanına təkcə millət vəkili, nüfuzlu ictimai xadim kimi deyil, həm insanları səbirlə dinləyib, onların qayğı dərdlərinə şərik olan, başa düşən, şəxsi imkanları, eyni zamanda ictimai mövqeyi hesabına kömək etməyə çalışan ümid yeri kimi gəlirdilər. qədər qəribə görünsə , bəzən şairə, hətta xeyir-şər məsələləri, ailə-məişət problemləri, qohum-qonşuluq münasibətləriylə bağlı ağsaqqal məsləhəti üçün müraciətlər olurdu. Bəzilərinə yersiz görünən bu hallar onun vaxtını alsa da, gündəlik rejimini yaradıcılıq planlarını pozsa da, heç vaxt inciməmiş, özünün etiraf etdiyi kimi «cəmiyyətdəki əsl vəziyyət», el-obanın əhval-ruhiyyəsi, hakimiyyət-xalq münasibətləri barəsində daha dəqiq məlumatlar verməklə, gələcək mövzuların həyat reallıqları materiallarına çevriliblər.

P.S. Böyük Ustad haqqında qeydlərimi, onun vaxtsız dünyasını dəyişmiş Şahmar Ələkbərzadənin yaradıcılığı barəsində dediklərinə söykənərək özünə şamil edərək bitirirəm: «…bədii kəşf olan şeirləri təhlil etmək günahdır. Çünki gözəl şeirlərin təhlili onun gözəlliyinə bəkarətinə bəzən xələl gətirir. Bu cür şahanə şeirləri təhlil etmədən yalnız oxuyub düşünməli, müəllifinə «sağ ol» deməklə təşəkkürümüzü bildirməliyik».

Şair Şəhid istiqlal mücahidi, unudulmaz Bəxtiyar Vahabzadəni oxuyaq, dərk edək, düşünək, Tanrıdan ona qəni-qəni rəhmət diləyək. Amin!

 

 

Qüdrət Əbdülsəlimzadə

professor,

 

«Xalq Cəbhəsi» qəzeti üçün

 

Xalq Cəbhəsi.- 2012.- 14 avqust.- S.14.