Romantik dirijor-Niyazi

 

O, xalqına, tarixinə, mənəviyyatına, dilinə bağlı, vətənpərvər, milli ruhlu bəstəkar idi

 

Məşhur bəstəkar dirijor Niyazinin anadan olmasından

 

100 ili tamam oldu. Onu gerçəkdən romantik dirijor saymaq olar. Hiyazi özünəməxsus dəst-xətti olan bəstəkar kimi məşhurdur, ancaq dirijorluğu bütün hallarda öndə gəlir: neçə-neçə Azərbaycan dünya bəstəkarlarının əsərlərini böyük bir eşqlə səsləndirmişdi.

O, 1912-ci il avqustun 20-də Tiflisdə tanınmış bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. İlk təhsilini əmisi, dahi bəstəkar Üzeyir Hacıbəylidən skripkaçı-professor L.Bretanitskidən alıb. Təhsilini davam etdirmək üçün Moskva Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedib.

Bakı Kinostudiyasının musiqi rəhbəri, Azərbaycan Dövlət Estradasının bədii rəhbəri, Azərbaycan Dövlət Cazının bədii rəhbəri, Opera Balet Teatrının dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru kimi çoxşaxəli fəaliyyət göstərib. Üzeyir Hacıbəylidən başlayaraq Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Rauf Hacıyev, Vasif Adıgözəlov başqa bəstəkarlarımızın əsərlərinin ilk dirijoru olub. O, Azərbaycan klassik musiqisi ilə yanaşı həm klassik Avropa musiqi nümunələrinə İngiltərə, Fransa, Macarıstan, Rumıniya, Çexoslovakiya, Türkiyə, İran, Çin, Hindistan, Monqolustan başqa ölkələrdə çoxsaylı konsertlərdə məharətlə dirijorluq edib.

«Rast» simfonik muğamı Azərbaycan musiqi xəzinəsinin nadir incilərindəndir. Böyük hind yazıçısı Rabindranat Taqorun əsəri əsasında yazdığı «Çitra» baleti dünyanın bir çox teatr səhnələrində tamaşaya qoyulub. Habelə o, «Xosrov Şirin» operasının, «Zaqatala» süitasının, teatr tamaşalarına kinofilmlərə yazılmış musiqilərin s. müəllifidir.

Araşdırmaçı Əminə Abbasova (Tuncay) Niyazi haqqında hərtərəfli müşahidələrini belə ifadə edir: «Əvəzedilməz istedada malik, böyük bəstəkar, dirijor, fəal ictimai xadim Niyazini M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1965-ci ildə direktor vəzifəsində çalışdığı vaxtdan tanıyıram. Həmin ildə məhz onun imzası ilə orada konsert proqramının aparıcısı idim. İki dəfə şəxsən özünün simfonik orkestrə rəhbərlik etdiyi konsertin aparıcısı olmuşam. Hər dəfə Niyazinin dirijorluğuna tamaşa edərkən «Onun bu maestroluq keyfiyyəti haradandır- deyə, öz-özümə düşünür, sualıma cavab da tapırdım: gözlərim önünə iftixarımız Üzeyir bəyi gətirib «Onun sənət ocağından Niyazi kimi qüdrətli bir dirijorun, bəstəkarın çıxıb musiqi sənəti meydanına gəlməsi çox təbiidir»- deyirdim. Atalar demiş: «Su gələn arxa bir gələr». Bu axarlıq Niyazi sənətkarlığına başdan, bünövrədən, ustadı Üzeyir bəydən gəlirdi. Niyazi adi dirijor deyildi. Onun zərif vücudu, əsrarəngiz əzəməti, görkəmi, o illəri xatırladan bir səhnə kimi indi gözlərimin önündə canlanır. Məgər biz Niyazinin Üzeyir bəyin «Koroğlu»sunu səhnədə necə gözəl səsləndirdiyinin, operanın gedişinə məharətlə başçılıq etdiyinin şahidi deyilikmi?! «Koroğlu üverturası»! Bu dahiyanə əsəri Niyazi himn səviyyəsinə qaldırmışdı». Onun fikrincə, kim onu Niyazinin ifasında dinləməyibsə, demək, o, həmin əsərin bütün incəliklərini yaşamayıb: «Əlbəttə, Üzeyir ürəyindən, qələmindən yaranmış bu üverturanı dərindən başa düşmək, oradakı çılğın duyğuları, səslər arasındakı çalarları dinləyiciyə çatdırmaq üçün yalnız Niyazi ürəyi, Niyazi çubuğu lazım idi. Elə bil ki, Üzeyir bəy «Koroğlu» operasını böyük Niyazinin dirijorluğu üçün yaradıb. Niyazi bu operanı səsləndirərkən onun sədaları altında böyük bir xalqı ən böyük ideallar uğrunda mübarizəyə qaldırmaq olardı. Əgər Qırat Koroğlunun altında Qırat olmuşdusa, Misri qılınc Koroğlunun əlində əfsanələşən qılınca dönmüşdüsə, Niyazi əlinə götürdüyü o balaca dirijor çubuğunu Alı oğlu Rövşənin Misri qılıncına çevirmişdi. Üvertura səslənərkən salonda elə bil qartal qanad çalırdı. Sanki barmaqlarının titrəməsindən, sifətindəki cizgilərdən, gözlərində yanan atəşdən səs telləri süzülən maestro səhnə arxasında hamını ecazkar dünyasına aparırdı. Çünki Niyazi dirijorluğunda özünəxas fərdi bacarıq, əql, zəka özünü göstərirdi. Orkestrin tərkibində qədər musiqiçi musiqi aləti var idi, hamısı Niyazi dirijorluğunun nəzarətindəydi. Heç biri onun gözündən yayınıb, qıraqda qalmırdı. Başqa sözlə, dahi dirijor səhnədən aşağı musiqi meydançasında yerləşdirilən orkestri , aktyorları da ecazkar çubuğundan kənarda qoymurdu.

Üzeyir bəydə bəstəkar-dramaturqluq vəhdəti olan kimi Niyazidə dirijorluq-bəstəkarlıq vəhdəti vardı. Elə buna görə adlı-sanlı bəstəkarlarımız Niyazi dirijorluğuna can atırdılar. Çünki hər bir yeni əsərin ilk ifasında Niyazi dirijorluğunun dərin hikməti vardı. Niyazi öz dirijorluğunda ictimai amal səviyyəsində fədaidir. Çünki Niyazi əmisi Üzeyir bəy kimi Azərbaycan torpağında özünə möhkəm zəmin tapmaqla, həm dünya miqyasına çıxa bilmiş, xalqımıza dünya şöhrəti gətirmişdi. Türkiyənin məşhur bəstəkarı Adnan Sayqunun bu fikri maraqlıdır: «Mənə təklif olunanda ki, «Koroğlu» operası İstanbulda keçiriləcək musiqi festivalında nümayiş olunsun, birinci şərtim bu oldu ki, gərək Niyazi bu əsərin quruluşçusu kimi bizim ölkəyə dəvət edilsin. Mən nadir istedada malik olan bu ustadı yüksək qiymətləndirərək, onu müasir dirijorluğun zirvəsi hesab edirəm». Niyazi xalqına, tarixinə, mənəviyyatına, dilinə bağlı, vətənpərvər, milli ruhlu bəstəkar idi».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 24 avqust.- S.14.