İctimai Televiziya günün tələbindən
yarandı
İctimai Televiziyanın yaranması
günün tələbi idi. Buna görə də 2004-cü
il sentyabrın 11-də «İctimai Televiziya və Radio
Yayımı haqqında» Azərbaycan Respublikası qanununun qəbul
edilməsilə şəffaflıq, qərəzsizlik və
ictimai maraq prinsiplərini önə çəkən
İctimai Teleradionun yaradılmasına start verildi. Qanun
İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz
və doğru-dürüst informasiya
çatdırmasını, plüralizmi,
dözümlülük, rəngarənglik və
başqalarından fərqlənmək prinsiplərini əsas
götürür. İctimai Televiziya daxil olduğu teleməkanda
rəqabət apararkən uğur üçün keyfiyyəti
qurban verməməli, dini və milli tolerantlığı təbliğ
etməli, etnik mədəniyyətlərə hörmət
hissləri aşılamalı, informasiyalı cəmiyyətin
qurucusu olmalı idi. 2005-ci il 29 avqust tarixində
İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi.
İTV qoyulan tələblərə əməl prinsipi ilə
işə başladı.
İTV
ümüdləri doğrultmaq iqtidarındadır
Bu gün hər bir Azərbaycan
tamaşaçısı İTV-nin nələrə nail
olduğunu bilmək üçün yeddi illik tarixə nəzər
sala bilər. Qoyulan şərtlərə hansı şəkildə
əməl olunduğunu bilmək üçün əvvəlcə
tamaşaçı olmaq, sonra fikir söyləmək
lazımdır. Bu gün İTV-də İnformasiya departamenti,
analitik verilişlər, musiqi, bədii və əyləncəli
proqramlar, səhər proqramları, gənclər, elm və təhsil
verilişləri, kino və dublyaj, «Carçı film»
yaradıcılıq birliyi, hüquq və beynəlxalq əlaqələr
departamenti fəaliyyət göstərir. Bir Televiziya
üçün vacib şərtlərdən olan xəbərlər
İTV-də daim qərəzsiz, cəmiyyətin ümumi
maraqlarına xidmət göstərir. Hadisələrə
olduğu kimi yanaşmaq, şərh etmək İctimai
televiziyanın xəbərlərində həmişə hiss
olunur. Televiziya analitik proqramları ilə də hər zaman
hadisələrin fonunda hərtərəfli, dəqiq
mövqeyi ilə tamaşaçıların
qarşısına çıxır. İTV hansısa bir
qurumun, şəxslərin deyil, xalqın mənafeyini
müdafiə edir. Tamaşaçılara təqdim etdiyi
bütün verilişlərində də bunu sübut edir. Adət-ənənələrimizi,
tariximizi, milli zənginliyimizi özündə əks etdirən
verilişlərlə gənclərə, gələcək nəslə
yol göstərmiş, işıq tutmuş olur. Bu gün
İTV-də yayımlanan verilişlər həm müasir, həm
qədim tarixi özündə əks etdirir. Bu gün
xalqın sevə-sevə baxdığı verilişlərdən
biri «Yeni gün» proqramıdır. Veriliş səhər-səhər
insanlara xoş ovqat bəxş etməklə qalmır. Öyrədir,
maarifləndirir, məlumat verir. İTV bu gün milli
azlıqların adət-ənənələrini, xalqın
özünəməxsusluğunu əks etdirən verilişlərlə
də tamaşaçılarına xidmət edir. Gənclər
üçün verilişlər, elm və təhsillə
bağlı proqramlar hazırlanır. İTV tərəfindən
son zamanlar yaxşı filmlər də çəkilir.
Televiziya xaricdə yaşayan soydaşlarımızı da
unutmur. «Qərib axşamlar» verilişi vətəndən
uzaqda yaşayan insanlarınızın problem və istəklərini,
uğurlarını bölüşür. Və ən nəhayət
İTV beynəlxalq əhəmiyyətli tədbirlərə
yüksək səviyyədə hazırlığı ilə
tarixə düşür. «Eurovizion» mahnı
yarışmasına neçə illərdir ki, yüksək
səviyyədə həyata keçirilən hazırlıq və
ən nəhayət bu il ölkəmizdə
yarışmanın keçirilməsində İTV tərəfindən
sərgilənən peşəkarlıq bir daha sübut edir
ki, İTV ona bəslənən ümüdləri
doğrultmaq iqtidarındadır. Televiziyanın
yayımında müasir günümüzün
texnologiyasından istifadə olunur ki, bu da izləyicilərə
verilişlərin daha keyfiyyətli təqdim olunmasına şərait
yaradır. 7 illik tarix o qədər də böyük zaman
deyil. Ümüd edirik ki, bundan sonra İTV ortaya çıxan
çatışmazlıqları aradan qaldıracaq, yeni-yeni
layihələrlə Azərbaycan xalqına, ədalətə,
müasirliyə və inkişafa öz töhfələrini
vermiş olacaq. Telekanalımıza uğurlar arzulayıram.
Yunus Oğuz,
Yazar, «Olaylar»
informasiya
agentliyinin və
eyni adlı qəzetin
baş redaktoru
İTV cəmiyyətimizin
diqqətini özünə cəlb edə bilib
2005-ci ildə fəaliyyətə
başlayan İctimai Televiziyanın avqustun 29-da 7 yaşı
tamam olsa da, bu telekanal Azərbaycan yayım məkanında digər
televiziyalardan daha gəncdir. Amma buna baxmayaraq, o, qısa bir
müddət ərzində çox ciddi məsafə qət
edib. İTV demək olar ki, ölkənin ictimai həyatının
bütün sahələrini əhatə edən ciddi
verilişləri sayəsində cəmiyyətimizin diqqətini
özünə cəlb edə bilib. Xüsusilə də
milli-mənəvi dəyərlərin qoruyun saxlanılması
məsələsində İctimai televiziya
insanlarımızın düşüncələrinə,
ruhuna, mənəviyyatına təsir edərək, cəmyyətimizin
əxlaq dəyərlərinin daha doğru yöndə
inkişafını etkiləyən ən ciddi təsir
mexanizmasına çevrilib. İctimai Televiziya xüsusilə
də gənc nəslin milli ruhda tərbiyə olunması sahəsində
kifayət qədər ciddi addımlar atır.
İctimai Televiziya ideoloji mübarizədə
də özünəməxsus yer tutur. Azərbaycan
torpaqlarının işğal olunması haqqında
dünyaya hər gün ötürülən informasiya belə
zəruri və məqsədəuyğundur. Qarabağla
bağlı mütəmadi olaraq verilişlərin təşkil
olunması da yüksək qiymətləndirilməlidir.
Üstəlik, ən mühüm hallardan biri olaraq Türk
dünyası ilə bağlı ortaq layihələrin həyata
keçirməsində İTV-nin rolunu xüsusə qeyd etmək
istəyirəm. İctimai Televiziya bu cür məsələlərə
daha ciddi diqqət yetirməyə çalışır.
İctimai Televiziyada Azərbaycan cəmiyyətindən
gələn impulsları qəbul etməyi bacaran, onları nəzərə
alaraq və peşəkarlıqla öz efir məkanında
reallaşdırmaq gücündə olan, əksəriyyəti
gənclərdən ibarət, yaxşı komanda
formalaşıb, və bu kollektiv yaradıcı mütəmadi
olaraq axtarışdadır.
Bu kanalda ən müxtəlif verilişləri
izləmək mümkündür. Azərbaycanın vahidliyilə
bağlı məsələlər də burada dərin bir xətlə
işlənir.
Doğrudur hər bir televiziya kanalı
kimi İTV-nin də durmadan öz peşəkarlığını
artırmaq, müasir üsullardan daha geniş istifadə etməyə
ehtiyacı var. Amma inanıram ki, önümüzdəki illərdə
İTV-nin uğurları daha da çoxalacaq. Çünki
kanalın həm yaradıcı heyəti, həm də rəhbərliyi
öz peşəkarlığı,
dünyagörüşü, hadisələrə münasibətində
yüksək intellektual səviyyələri ilə seçilən
insanlardır.
Buna görə də qısa bir zaman ərzində
Azərbaycanın efir məkanında ciddi yer tutan bu
televiziyanın uğurları bizi sevindirir. Sözsüz ki, belə
bir kanalın olması bizim hər birimizin uğurudur. Azərbaycanımızın
uğurudur.
Ona görə də İctimai
Televiziyanın fəaliyyətini çox müsbət qiymətləndirirəm,
onların hər birini təbrik edirəm.
dr.Toğrul İsmayı,
TOBB Ekonomi və Texnoloji Universitetinin
Beynəlxalq Münasibətlər
Bölümünün müəllimi
Qaranlığa işıq saçanlar
Media quruluşları,
özəlliklə də
televiziyalar cəhalətin
qaranlıq dünyasında
parlaq günəşlər
kimidirlər. Azərbaycanımızın
səmasında parlayan
bu günəşlərdən
biri də İctimai TV-dir. Keçən
7 ildə, millətimizin
milli-siyasi şuurunun yüksəlişində güclü
rolu olmuşdur. Biz, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq,
İctimai TV-nin quruluş il dönümündə onun
məsullarına və
ulu millətimizə təbrik ərz edirik.»
dr. Mahmudəli Çöhrəqanlı
Güney Azərbaycan Milli Oyanış
Hərəkatının sədri
Peşəkarların TV-si
İctimai televiziyanın
yaranması bizim gözlərimizin qarşısında
baş verdi. Düzdür, ilk vaxtlarda bu kanalın yaradılması prosesi, onun fəaliyyəti cəmiyyətdə birmənalı
qarşılanmadı. Kanalın
yaranmasını, onun
fəaliyyətini yüksək
qiymətləndirənlərlə yanaşı tənqid edənlər də oldu.
Amma İTV bütün bunlara baxmayaraq özünü doğrultdu. Şəxsən
mən İsmayıl Ömərovun İTV-nin sükanı arxasına keçəndən sonra bir menecer kimi
belə bir quruculuq və yaradıcılıq işlərinə
imza atacağına inanmazdım. Kanalın kollektivi əsasən peşəkar və səriştəli jurnalistlərdən
ibarətdir. Ən əsası isə bu kanalda jurnalistlərin
rüşvət almadan,
əməkhaqqı və
qonorar hesabına fəaliyyət göstərməsi
cəmiyyətdə İTV-yə olan hörmətin
artmasına səbəb
olub. Bütün bunlar məni sevindirir.
İTV xalqımızın
ən ağrılı
və həssas dərdi olan Qarabağ probleminə həmişə diqqətlə
yanaşmış, bu
məsələni daima
diqqətdə saxlamışdır.
Mütəmadi yayımlanan
siyasi, iqtisadi, sosial və maarifləndirici proqramlar cəmiyyətimiz üçün
çox əhəmiyyətlidir.
Son zamanlar müxtəlif
siyasi cinahlara malik, sərt tənqidçi şəxslərə
İTV-nin efirindən
öz fikirlərini demələrinə imkan yaradılması da təqdirəlayiq haldır.
İstərdim ki, İTV-nin efirində yayımlanan proqramlarda Qarabağ müharibəsi əlillərinin,
veteranlarının, şəhid
ailələrinin problemlərini
əks etdirən mövzular tez-tez yer alsın. Eyni zamanda, İTV-nin efirindən cəmiyyətin bütün
təbəqələrini əks
etdirən, hakimiyyətin
fəaliyyətini sağlam
şəkildə tənqid
edən siyasət, mədəniyyət, ədəbiyyat,
elm xadimlərinin, ekspertlərin,
o cümlədən müxtəlif
sosial təbəqələrin
nümayəndələrinin də fikir və
təkliflərini daha
çox eşitməyi
arzulayıram.
Rey Kərimoğlu,
Qarabağ qazisi
Türk millətinə,
onun dəyərlərinə
sədaqət yolu
İTV-nin yaranışı gərgin
ictimai-siyasi münasibətlər
mühitini yaşayan Azərbaycanımız üçün
gerçəkdən hadisə
idi. Ən qısa zamanda milli mənlik şüurunun formalaşmasına,
hərbi vətənpərvərlik
ruhunun yüksəlməsinə,
ədəbi Azərbaycan
türkcəsinin qorunması
və möhkəmlənməsinə,
siyasi disskusiya mədəniyyətinin artmasına
verdiyi töhfələr
yaddaqalandır.
Sonrakı dövrlərdə
İTV-nin Beynəlxalq
media mərkəzləri, o cümlədən, Türkiyənin
TRT kanalı ilə əməkdaşlıqları həm
Azərbaycanın tanınması,
həm də Türk dünyası üçün ortaq dəyərlərin qorunması
və inkişafına
əhəmiyyətli töhfələr
verdi. Nüfuzlu «Avroviziya» yarışmasının
Azərbaycana daşınması
yolunda kollektivin fədakarlığı xüsusilə
qeyd edilməlidir.
İTV-nin keçdiyi 7 illik yol türk millətinə,
onun dəyərlərinə
sədaqət, türk
dünyasının yaxınlaşmasına
xidmət kimi xarakterizə edilə bilər. İTV-ni, onun rəhbərliyini və bütün kollektivi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları
arzu edirəm. İnanıram ki, Azərbaycanın bütövləşməsi
və demokratikləşməsi
yolunda ən şərəfli və cəsarətli addımları
İTV atacaq.
Zəlimxan Məmmədli,
«Borçalı»
Cəmiyyətinin sədri
Sayğı və heyranlıq duyğusu
İctimai Televiziya
ve Radio Yayımlari Şirketi keçmiş Sovet respublikalarında böyük ehtiyac duyulan ictimai yayımçılığa öncüllük
etdi. Azərbaycan mediasında etik standartların yuksəlməsində
və peşəkar yayımçılığın inkişafında önəmli
rol oynadı ve oynamağa da davam edir.
Mən İctimai TS ilə həm redaktor, həm şərhçi, həm
də Londonda fəaliyyət göstərən
bir jurnalist olaraq uzun zamandır
ki, əlaqədəyəm.
İTV-də tanıdığım
həmkarlarımın məsləklərinə
duyduqları bağlılığa
və ciddiyyətə
hər zaman sayğı və heyranlıq duymuşam. Onlar ölkələrində
və bölgədə
bir çox ilkləri gerçəkləşdirənlərdir.
Bundan sonra da yeniliklərə öndərlik edəcəklərinə,
böyük layihələri
bacarıqla tamamlayacaqlarına
və Azərbaycan ictimaiyyətini aydınlatmağa
davam edəcəklərinə
inanıram.
Firdevs Robinson
CNBC-e London müxbiri,
şərhçi və media tədrisçisi
Xalq Cəbhəsi.-
2012.- 29 avqust.- S.5.