Heykəltəraş ömrü

  Vera Muxina heç bir vaxt Stalinlə danışmayıb və onu yaxından görməyib

 

 

Beş Stalin mükafatı ilə təltif edilmiş heykəltəraş Vera Muxina şəxsiyyətə pərəstiş dövrünün sənətkarlarından sayılır. Bu mükafatlar ona nəyə görə verilmişdi, halbuki onun yalnız üç əsəri daha məşhurdur: işıqlı gələcək rəmzi olan «Fəhlə və kolxozçu», Qorki və Çaykovskiyə həsr olunmuş iki heykəl. Lakin bu əsərlər onun gerçək həyatını və yaradıcılığını ört-basdır edən aysberqin görünən tərəfidir. Vera Muxina həqiqətən də «Fəhlə və kolxozçu»nu yaratdıqdan sonra məşhur oldubu əsər Qızıl meydan, MavzoleyBöyük teatr kimi ölkənin fərqlənmə nişanına çevrildi. Elə bu gündə, insanlar bu heykələ tərəf təbəssümlə baxırlar, lakin 1937-ci ildə Parisdəki Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış bu möhtəşəm kompozisiyaya görə parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırdılar. Hələ o vaxt Romen Rollan rəy kitabında yazırdı: Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik. Məşhur qrafik, Muxinanın yaşıdı Frans Mazerel isə tribunadan deyirdi: «Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq». Mazerel «Fəhlə və kolxozçu»nu müasir dünya heykəltəraşlığında müstəsna hadisə sayırdı. Pafosla səslənsə də deməliyik ki, Muxinanın bu əsəri həqiqətən də fransızların çox xoşuna gəlmişdi, əbəs yerə deyil ki, bu heykəl Eyfel qülləsinin yaxınlığında yerləşdirilmişdi. Onlar «gənc sovet nəhənglərini» yeni dünyanın nümayəndələri kimi qəbul edirdilər, lakin parislilərin bu xahişi yuxarıları qane etmədi və heykəli vətəninə gətirdilər ki, dövrün ən əsas abidəsi kimi qalsın. Maraqlıdır, görəsən parislilər necə reaksiya verərdilər, Vera Muxinanın bu heykəl haqqında əvvəlki ideyası belə idi: fəhlə və kolxozçu çılpaq olmalı idi? Onları dövlət komissiyası «geyindirmişdi».

Vera Muxina 1889-cu il iyunun 1-i Riqada anadan olub. Onun atası İqnati Kuzmiç tacir nəslindən idi və çətənə lifinin ticarəti ilə məşğul olurdu. Muxinlər ailəsi Riqada XİX əsrin birinci yarısından məşhur idilər. Onlar şəhər salır, maarifçiliyə pul ayırır, xeyriyyəçiliklə məşğul olurdular, bir sözlə əsl sahibkarlar kimi tanınırdılar. Lakin onların məişəti dvoryanlardan az fərqlənirdi.

Veranın və onun böyük bacısının uşaqlığı analarının həyatdan vaxtsız gedişindən sonra kədərli keçib. Anası taundan öləndə Vera yaşyarımlıq idi. Nəyat yoldaşının ölümündən sonra İqnati Kuzmiç qızları ilə birlikdə Feodasiyaya köçürlər. Burada o, qızlarının tərbiyəsi və təhsililə məşğul olur: evə musiqi, rəsm müəllimləri dəvət etməyə başlayır. Və o vaxtdan da Veranın istedadı meydana çıxır, ilk dəfə olaraq atasını təqlid edərək rəsmlər çəkməyə başlayır. O, Ayvazovskinin rəsmlərini çox sevərdi və rəssamın əsərlərinin sürətini köçürməklə məşğul olardı. Burada, Feodasiyada o, gimnaziyaya daxil olur, dərslərini də çox yaxşı oxuyurdu, lakin ədəbiyyata və tarixə xüsusi maraq göstərirdi. Onun ən sevimli personajları keçmişin qəhrəmanları olardı, stolüstü kitabı isə Plutarxın «Müqayisəli tərcümeyi-hal»ı idi. «Mən fəlsəfi kitabları oxuya bilmirəm — burada müşahidə üçün obraz yoxdur». Nə isə oxuyanda isə harada əhvalat vaqe olursa, onun peyzajını çəkirəm. Yaxud da «Mən xəyalımda bütün Rusiyanı necə səyahət etdiyimi təsəvvürə gətirirdim. Özümü qatarla yanaşı piyada gedən görürdüm. Bir sözlə özümü peyzajda hiss edirdim — deyə öz istəklərini açıqlayırdı. Və bu özünü peyzajda hiss etmələr, təəssüratlarını və yaddaşındakılar əks etdirmələr (Veranın incə hissiyatı vardı), onun «yüksək ağlın» qeyri-adi qabiliyyətindən xəbər verirdi.

1903-cü ildə İqnati Kuzmiç vəfat edir və Veranın tərbiyəsi ilə əmiləri məşğul olur, gimnaziyanın son illərini onlarda keçirir. Sonra isə 1911-ci ildə Moskvaya Preçistendəki öz evinə gəlir. Paytaxtda o, kübar həyata yaxınlaşır. Bir müddətdən sonra isə Parisə gedir. Fransa paytaxtında olmaq, sərgilərə, o cümlədən, Luvra baş çəkmək — bütün bunlar ona yeni güc verir. Burada o, məşhur fransız heykəltəraşı Emil Antuan Burdeliyadan dərslər almağa başlayır. Onun yanında oxumaq asan deyildi, lakin Vera inamını itirmirdi. Burdaca onun formalaşma prosesi başladı: kubizmə marağı söndü, Qogen yaradıcılığından bəhrələndiyi üçün realist istiqamətə döndü. Burdeliyanın yanında o, ilk işlərini yaratdı: «Oturan oğlan» (1912) və «Oturan fiqur» (1913) onun ilk professional etüdü olur. 1914-cü ilin yayında rəfiqələri ilə birlikdə İtaliyaya səyahətə yollanır; Roma, Venesiya, Florensiyabaşqa şəhərləri gəzir. Burada o, Mikelancelonun əsərlərilə tanış oluryeni yaradıcılıq ideyaları ilə zənginləşir. Lakin səfər təəssüratları çox uzun sürmür, birinci dünya müharibəsi başlananda Vera evə qayıdır, sonra hospitalda işə düzəlir və təmənnasız işləməyə başlayır. Müharibə qurtardıqdan sonra 1914-18-ci illərin sarsıntısından sonra o, öz sevimli işinə qayıdır və həyat yoldaşı Zaikovun portretini yaradır. O, həkim Zaikovla 1914-cü ildə tanış olmuşdu. 1926-27-ci illərdə isə kustar-rəssamlıq texnikumunda dərs deməyə başlayır. Bu dövrdə yaratdığı «İnqilabın alovu» kompozisiyası heç də zamanın tələbilə bağlı deyil, heykəltəraşın idealının ifadəsi idi, onun yeni, kamil, azad insana inamıdı. Muxina deyirdi: «Hər üslübün öz ritmi varbu ritm öz dövründən, onun sosial simasından, onu yaradan sinifin mədəniyyətindən yaranır. O, əlbəttə ki, zamanın əyintilərindən, «qırmızı terror»dan xəbərdar idi. Özü həbsdə və sürgündə olmuşdu. Lakin Vera Muxina bunun bütün miqyasını təsəvvür edə bilirdimi?

Moskvada nəhayət ki, onun həm emalatxanası vardı, evi də elə SadovoSpesskoy 21-də yerləşirdi. Bu emalatxana XİX əsrin Moskva malikanələrini xatırladırdı. Burada onun bitkin və yarımçıq işləri var idi. O, 1931-ci ildə ailə portretləri seriyasına qayıtmağa başlayır, öz oğlu Vsevolod və həyat yoldaşının qardaşı Serqey Zamkovun ifadəliyinə görə qeyri-adi portretlərini yaradır. 1938-40-cı illərdə isə bir çox proyektlərə imza atır. O, bu illərdə Moskvada Moskvareq körpüsü üçün üç heykəl variantı, Qorkiyə həsr olunmuş iki abidə və onun «Çörək» kompozisiyasını yaradır. Lakin bu işlərin heç biri sona çatdırılmayıb. Bunu da xatırlamaq lazımdır ki, sağlığında onun heç bir şəxsi sərgisi açılmayıb. Onun «yuxarı»larda heç bir himayəçisi olmayıb. O, öz əsərlərini qəbul komissiyası qarşısında müdafiəyə məcbur qalırdı, bu da onun sağlamlığını itirməsinə, həyatdan vaxtsız gedişinə çox təsir etmişdi. Məhz buna görə də Muxinanı «rəsmən Stalin dövrünün tanınmış sənətkarı» adlandırmaq qəribə deyilmi? Oğlunun sözlərinə görə, o, heç bir vaxt Stalinlə danışmayıb və heç onu yaxından da görməyib və hətta Muxina dəfələrlə onun portretini yaratmaqdan imtina edib.

1943-cü ildə o özünün ən faciəvi əsəri olan «Qayıdışı» yaradır. Bu əsəri bir neçə variantda işləmişdi. Sonra isə heykəltəraş bu əsərlərə əl qaldırır. Onun sonuncu monumental əsərləriQorki Çaykovskiyə həsr etdiyi heykəllər idi. Sonuncusunu görmək ona müyəssər olmur. Heykəltəraş ömrünün 64-cü ilində vəfat edir.

 

Oktay

Xalq Cəbhəsi.- 2012.- 14 dekabr.- S.13.