Elektron kitabxana
Ölkə kitabxanalarında
Avtomatlaşdırılmış Kitabxana-İnformasiya
Sistemlərindən istifadə olunur
Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş «Azərbaycanda kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında» sərəncam və «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» kitabxanalarımızın inkişaf strategiyası kimi qəbul edilir və onların fəaliyyəti bu mühüm sənədlərin tələbləri üzərində qurulur. Həmin sərəncama əsasən, Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləşdirilməli, yeni texnoloji avadanlıqlarla təmin edilməli, elektron kataloq və elektron kitabxana quruculuğu işləri sürətləndirilməlidir. Azərbaycanda bir çox iri kitabxanalar artıq 10 ilə yaxındır ki, modernləşməyə hazırlıq dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır. Bunlarla yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının mütəxəssisi Cavid Cəfərov hesab edir ki, yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqamətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur. Onun fikrincə, Azərbaycan kitabxanalarında yaradılan elektron kataloq sistemlərinin yaxın 5 il ərzində inkişafı üzrə vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:
1. Azərbaycan kitabxanalarında elektron kataloqu inkişaf etdirmək üçün MAKİS yaradılmalıdır.
2. Kitabxanalardakı elektron kataloq sistemi RFID (ing. Radio Frequency Iddentification,
radiotezlik identifikasiyası)
texnologiyaları ilə
uzlaşdırılmalıdır.
3. Veb-kataloq sistemi elektron sənədlərin
göndərilməsi mexanizmi
ilə təchiz edilməlidir.
4. Elektron kataloqa əlyetərliliyin səviyyəsini
yüksəltmək üçün
3G və Web 3.0 texnologiyalarından
istifadə olunmalıdır.
5. Elektron kataloq sisteminin təhlükəsizlik
məsələləri həll
olunmalı, kibertəhlükələrə
qarşı önləyici
tədbirlər görülməlidir.
6. Nitqin tanınması sistemi və mətnin nitqə çevrilməsi sistemi ilə elektron kataloqun yaradılması işi uzlaşdırılmalıdır.
Azərbaycan kitabxanalarında, əsasən
Rusiya və ABŞ istehsalı olan Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemləri
(AKİS) olan IRBIS-64 və
VTLS kimi proqram vasitələrindən istifadə
olunur. Bu proqram
vasitələri digər
ənənəvi kitabxana
proseslərini (kitab verilişi, oxucu qeydiyyatı, komplektləşdirmə
və s.) avtomatlaşdırmaqla
bərabər, elektron
kataloqun yaradılmasına
da şərait yaradır. MAKİS-in tətbiqi
ilə bağlı təkliflər haqqında
danışarkən bir
haşiyə çıxmaq
istərdik: bəzən
MARC (maşınla oxunan
kataloq formatı) sistemi ilə AKİS eyniləşdirilir. Halbuki MARC AKİS-in yazı dilidir, yazı formatıdır və bu iki
anlayışı eyniləşdirmək
doğru deyil. Məsələn, IRBIS Avtomatlaşdırılmış
Kitabxana-İnformasiya Sistemidir
və biblioqrafik yazıları MARC formatının
digər variantları
olan UNIMARC və ya RUSMARC formatı ilə emal edir.
Beləliklə, aydın olur
ki, MARC bir format kimi invariantdır, UNIMARC beynəlxalq, RUSMARC isə
Rusiyanın milli adaptiv formatıdır.
MARC-ın Azərbaycan
variantı AZMARC-ın
yaradılmaması ölkəmizin
müstəqilliyinə qədər
bu məsələnin
aktual olmaması və ona görə
də həmin problemin aradan qaldırılması üçün
təşəbbüslərin göstərilməməsi ilə
bağlıdır. Lakin artıq
2008-ci ildə kitabxanaların
inkişafı ilə
bağlı Dövlət
Proqramında bu məsələ öz əksini tapıb və 2013-cü ilədək
AZMARC-ın yaradılması
məsələsinin həll
olunması tapşırığı
verilib. Milli
AZMARC formatının yaradılmasının
zəruriliyi ondadır
ki, milli-mənəvi irsimizə, ədəbiyyatımıza,
incəsənətimizə, musiqi və folklorumuza edilən biblioqrafik istinadlar UNIMARC-ın milli identifikasiya
bölməsi (9-cu bölmə)
vasitəsilə deyil,
məhz əsas bölmələr vasitəsilə
qeyd olunsun.
AZMARC formatının yaradılması bizə, məsələn, Azərbaycanın
folklor nümunələrinə
dair biblioqrafik yazıları altbölmə
rəqəmlərindən əsas
bölmə rəqəmləri
sisteminə inteqrasiya etməyə imkan verəcək. Lakin nə AZMARC formatının
mövcudluğu, nə
də UNIMARC-ın Azərbaycan dilinə tərcüməsi MAKİS-in yaradılması
deməkdir. MAKİS bütövlükdə (yalnız
interfeysi deyil) Azərbaycan dilində, milli göstəricilərə
müvafiq idarəetmə
sistemi milli kitabxana proseslərinin idarə edilməsi prinsiplərinə uyğun
bir proqram təminatı olmalıdır.
Əlbəttə, belə bir
sistemin yaradılması
gərgin əmək,
güclü kadr potensialı (kitabxanaçılar,
proqramçılar, dilçilər
və digər zəruri mütəxəssislər),
texnoloji və maddi vəsaitlər tələb edir. Bu sahədə uğurlu nəticə əldə etmək üçün Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, iri kitabxanalarımız olan
AMEA Mərkəzi Elmi
Kitabxanası, Milli Kitabxana, Prezident Kitabxanası, BDU-nun Elmi Kitabxanası, Naxçıvan
Dövlət Universitetinin
Kitabxanası və
AMEA-nın bir sıra Elmi Tədqiqat İnstitutları,
o cümlədən İnformasiya
Texnologiyaları İnstitutu
və Dilçilik İnstitutu birgə fəaliyyət göstərməlidir.
Yalnız belə olan
təqdirdə milli əhəmiyyətli Avtomatlaşmış
Kitabxana Sistemi qurmaq, onun elmi
əsaslarını işləyib
hazırlamaq, linqvistik
və hüquqi təminatını bərqərar
etmək mümkündür.
Son zamanlar informasiya
texnologiyaları sahəsində
ixtisaslaşmış bir
sıra yerli müəssisələr bu
sahədə ilkin addımlar atıblar.
Məsələn, MEGA şirkəti yeni elektron kataloq
və kitabxana sistemi yaradıb. Bu sistem ədəbiyyatın
elektron formada kataloqlaşdırılmasını, reyestrinin aparılmasını,
sistemləşdirilməsini təmin edən bir proqram vasitəsidir.
Proqramın «Elektron kataloq»
adlanan platformasının
köməyi ilə kitabxanadakı sənəd
massivləri bir neçə parametr (qeydiyyat nömrəsi, sərlövhə, müəllif,
nəşr tarixi, xülasə və s.) üzrə elektron kataloqa daxil edilir. «Elektron
kitabxana» platforması
isə elektron kataloqu olan kitabların
tam mətnini verilənlər
bazasına yükləməyə
imkan yaradır.
Həmin
proqram təminatı aşağıdakı imkanlara
malikdir:
- Kitab haqqında məlumatın kataloqa daxil edilməsi;
- Unikal identifikasiya nömrəsinin (UİN) təyin
edilməsi (reyestrin aparılması);
- Kitabın adı;
- Müəllif haqqında məlumat;
- Nəşr tarixi;
- Xülasə;
- Kataloqda olan mövcud məlumatların
redaktə edilməsi;
- Məlumatların strukturlaşdırılması
və qruplaşdırılması;
- Məlumatların kataloqdan
silinməsi; Axtarış
sistemi (müxtəlif
parametrlər üzrə);
İdentifikasiya nömrəsinə
görə; Açar
sözlərə (kitabın
adı, müəllif,
xülasə və
s.) görə; Kateqoriya
üzrə.
Məlumatların düzgünlüyü və saxlanmasının təmin edilməsi baxımından proqramın
aşağıdakı imkanları
mövcuddur:
- Avtomatik back-ur (serverdəki bazanın ehtiyat nüsxəsinin çıxarılması);
- Kataloqda aparılmış redaktə əməliyyatlarının tarixçəsinin saxlanması;
- Kitabxanaçılar üçün 2 pilləli səlahiyyət bölgüsü.
Bu kimi təşəbbüslər təqdirəlayiq olsa da, göründüyü kimi, sistem yalnız kitabxana proseslərinin avtomatlaşdırılması işinin bir hissəsini yerinə yetirməyə, elmi-nəzəri əsaslara söykənmədən məhdud proqram-mexanizm funksiyasını icra etməyə hesablanıb. Çünki proqram təminatı linqvistik məsələləri, müxtəlif nəşr tiplərinin (notlar, xəritələr, əlyazmalar) mövcudluğunu və xüsusiyyətlərini nəzərə almayıb. Başqa sözlə, kitabxana fondları yalnız kitablardan ibarət olmadığından və kitabxana prosesləri, sadəcə elektron kataloq yaratmaqla məhdudlaşmadığından, bu və buna bənzər təşəbbüslər hələlik milli, vahid AKİS konsepsiyasına cavab vermir.
Cavid Cəfərov hesab edir ki, Azərbaycanda MAKİS-in yaradılması aşağıdakı məsələlərin öz həllini tapmasına imkan verər:
1. Milli elektron kataloqun tezaurus linqvistik təminat məsələsi həll olunar, mətnləri avtomatik olaraq dilimizin orfoqrafik qaydalarına uyğunlaşdırmaq, biblioqrafik yazıların, məlumatların latın qrafikalı Azərbaycan əlifbası üzrə avtomatik sıralanmasını həyata keçirmək asanlaşar.
Hazırda kitabxanalarımızda tətbiq olunan AKİS-lərdə bu əməliyyatı yalnız rus və ingilis dilində yazılmış biblioqrafik yazıları sistemləşdirərkən aparmaq mümkündür. Milli ədəbiyyatın biblioqrafiyasını elektron kataloq sistemindən köçürmə yolu ilə kitab halında nəşr edən kitabxanalarımız əlifba üzrə sıralamanı avtomatik yerinə yetirə bilmirlər.
2. Müəllif işarələrinin latın qrafikalı Azərbaycan əlifbasına uyğun sıralanması mümkün olar. Məsələn, adı və ya soyadı «Ə», «Ö», «Ü» ilə başlanan müəlliflərimizin əsərlərinin eleltron biblioqrafik təsvirini yaradarkən sistem onları ingilis və ya rus dilinin əlifbasına uyğun deyil, avtomatik olaraq Azərbaycan əlifbasının qaydalarına uyğun düzər.
3. Avtomatlaşdırma, o cümlədən elektronlaşdırma prosesləri üzrə tədrisin və tədrisi mənimsəmənin keyfiyyəti yüksələr. Belə ki, xarici ölkələrdən alınan VTLS və IRBIS AKİS-lərinin təlimatları həddindən artıq texniki informasiya ilə yükləndiyindən, onu tam mənimsəmək hələ heç bir kitabxanamıza müəssər olmayıb. Bu səbəbdən, kitabxanalarımızda əlavə xərc çəkilərək təlimatlar hissə-hissə (təlimatlar yeniləndikcə) dilimizə tərcümə edilir, bir çox hallarda isə həmin AKİS-lərin tətbiqi sahəsində təcrübə toplamış kənar mütəxəssislərin köməyinə ehtiyac duyulur. Belə mütəxəssislərin sayı isə ölkəmizdə olduqca azdır. Bəzən bir mütəxəssis respublikamızın bir neçə kitabxanasında çalışmalı, həmin problemləri təkbaşına aradan qaldırmalı olur. Bu problemin səbəbi təkcə kadr çatışmazlığı deyil, həm də tətbiq olunan avtomatlaşdırılmış sistemlərin xarici dillərdə olması, texniki məlumatlandırmanın humanitar ixtisas sahibi olan kitabxanaçıların bilikləri ilə üst-üstə düşməməsidir. Məsələn, Qərb kitabxanalarında çalışan proqramçılar, informasiya texnologiyaları üzrə mütəxəssislər, ixtisasca, əsasən kitabxanaçı olurlar. Yaxud da, kitabxanaçılar bir neçə illik təcrübədən sonra asanlıqla AKİS-lərin idarə olunması, tətbiqi məsələləri üzrə informasiya texnologiyaları mütəxəssisinə çevrilə bilirlər. Bu isə dil baryerinin olmaması, AKİS-in kitabxanaçı üçün tam açıq və anlaşılan olması ilə əlaqədardır.
4. Bütün növ avtomatlaşdırılmış kitabxana əməliyyatlarının yerinə yetirilməsində «Dövlət dili haqqında» qanunun müddəaları təmin edilmiş olar. Bundan əlavə, Azərbaycanda yaradılacaq MAKİS bütün kitabxanalarımızın (sahəvi, universal, kütləvi, elmi və s.) ümumi iş prinsiplərinə uyğunlaşdırılmalı, həm kitabxanalararası abonoment, həm korporativ-toplu elektron kataloq, həm də milli elektron kitabxana üçün zəmin yaratmalıdır.
Tərlan
Xalq Cəbhəsi.- 2012.- 14 dekabr.- S.12.