«Gənclərimizi fəal olmağa çağırırıq»

  Fərhad Hacıyev: «Gənclər Fondu gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb»

 

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin APA-ya müsahibəsi.

- Gənclər Fondunun yaranmasından bir il keçir. Ötən müddət ərzində hansı işlər görülüb?

- Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu 19 dekabr 2011-ci il tarixli prezident fərmanı ilə yaradılıb. Dövlət başçısı tərəfindən təsdiq olunmuş «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı çərçivəsində gənclər üçün artıq bir sıra işlər görülüb görülməkdədir. Məhz «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının tərkib hissəsinə aid olan məsələlərdən biri Azərbaycan Gənclər Fondunun yaradılması idi. Gənclər Fondu qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll edib, 8 iyun 2012-ci il tarixindən etibarən rəsmən fəaliyyətə başlayıbr. Elə həmin tarixdə Fond ilk qrant müsabiqəsini elan edib. Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları fərdi gənclər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli onlayn formada layihə təklifi ilə müraciət etməli idilər. Müsabiqə zamanı Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat 83 fərdi şəxsdən gələn layihə təkliflərindən Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilib. Digər D E kateqoriyaları üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunub. D kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. E kateqoriyasına rəsmi olaraq 4 müraciət gəlib. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər QHT-lər tərəfindən təqdim olunan ayrılan layihələrə Müşahidə Şurasının qərarına əsasən məbləğ 1 920 820 olmuşdur.

Fondun nəinki Bakıda, zonal mərkəzlər olaraq seçilmiş iri şəhərlərdə regional təqdimatları keçirilib, region gəncləri Fondun fəaliyyəti müraciət qaydaları barədə məlumatlandırılıblar. Regional təqdimatlarda işğal altındakı ərazilərdən olan gənclər iştirak ediblər. Həmçinin, gənclər təşkilatları gənclər üçün info seminarlar da keçirilib. Bundan əlavə, fəaliyyətə başlandığı gündən Fondun loqosu gənclər arasında müsabiqə nəticəsində seçilib. Bu müddət ərzində Gənclər Fondunun saytı Azərbaycan ingilis dillərində hazırlanıb. Layihə təklifləri arasında daha çox yerli layihələrə maraq göstərilib. Ümumilikdə gəncləri daha çox Fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri maliyyələşdirilməsi maraqlandırıb. Eyni zamanda, fonda onun əməkdaşlarına saytımız e-mail vasitəsilə müxtəlif suallar verilib. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları layihə istiqamətləri barədə olub.

Ötən il ərzində Gənclər Fondu yerli regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri maliyyələşdirib, beynəlxalq layihələrdə tərəfdaş qismində çıxış edib. İstanbulda keçirilmiş «Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu» mövzusunda forum, Vyanada keçirilmiş «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» mövzusunda forum, Bakıda keçirilmiş «Sərhədsiz gənclər əməkdaşlığı» adlı beynəlxalq forum bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirlərə Gənclər Fondu dəstək göstərib.

- Ötən müddət ərzində gənclər gənclər təşkilatları ilə işlədiniz. Gənclərin tələbləri oldu Gənclər Fondu onlara verdi ?

- Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət qədər tanınıb. Yüzlərlə gənc, gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə fonda müraciət edib. Hal-hazırda fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə önümüzdəki il davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı fond tərəfindən bir sıra tədbirlər reallaşdırılıb.

Fonda gələn müraciətlər deməyə əsas verir ki, təşkilat gənclərin etimadını qazanıb, gənclər Fonddan dəstək ala biləcəklərinə inanırlar. Gəncləri daha çox maraqlandıran sahələr təhsilə yönəlmiş layihələr, sağlam həyat tərzinin təbliği ilə bağlı layihələr, ekoloji maarifləndirmə layihələri, ictimai işlərdə gənclərin aktivliyinin təmini könüllülüyün yayılması ilə bağlı layihələr olub.

Düşünürəm ki, Gənclər Fondu bu müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb. Gənclər Fondu ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib. Layihələri maliyyələşdirməklə yanaşı, Gənclər Fondu azərbaycanlı gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakını təmin etmək üçün D kateqoriyası üzrə onlarla gəncə maliyyə dəstəyi göstərib. Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilib.

— Region gənclərinin fəallığı dərəcədə oldu ?

— Biz ilk qrant müsabiqəsini elan edərkən, regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürdük. Region gənclərinə xüsusi diqqət ayrılıb. Regionlardakı gənclərin layihələrə cəlb olunması ilə yanaşı, onların layihə təklifləri qiymətləndirilib, dəstək göstərilib. İlk qrant müsabiqəsində maliyyələşdirilmiş layihələrin 70 faizi regionlardan olan təşkilatlar gənclər tərəfindən irəli sürülüb. Müsabiqə zamanı regionlardan olan gənclərin aktivliyi təşəbbüslərlə çıxış etməyi həqiqətən , sevindirici haldır.

«Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» dövlət proqramına əsasən regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, region gəncləri üçün intellektual klubların təsis olunması, region gənclərinin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətimizin gənclərə olan diqqəti qayğısının nümunəsidir.

- Gənclər Fondu beynəlxalq fəaliyyətdə gənclərin aktivliyi üçün hansı işləri gördü?

- Daha öncə qeyd etdiyim kimi, Gənclər Fondu bir sıra beynəlxalq layihələrə maliyyə dəstəyi göstərib, mühüm beynəlxalq forumların, konfransların təşkilatçısı olub. Bu layihələrin keçirilməsində əsas məqsəd ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birbaşa iştirak etmək, bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, onların şəbəkələrinin yaradılması üçün imkan yaratmaq olub. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin aktivliyi təqdirəlayiqdir. Bizim Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə səsimizi dünyaya çatdıra bilməyimiz üçün görülən işlərdə xaricdəki gənclərimizin xüsusi rolu var. Buna görə , Gənclər Fondu beynəlxalq layihələrin keçirilməsində maraqlıdır dəstək göstərməyə hazırdır.

- Fondun növbəti ildə planları

- Gənclər Fondu önümüzdəki ildə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı əhatəli gənclik idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Bundan başqa, Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək.

Həmçinin, Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hazırda Fondun saytında 254 gənclər təşkilatı 191 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri minlərlə gənc tərəfindən izlənir. Önümüzdəki günlərdə fond ikinci qrant müsabiqəsini elan edəcək. Müsabiqənin elanı zamanı prioritet sahələr istiqamətlər qeyd olunacaq. Gəncləri gənclər təşkilatlarını növbəti müsabiqədə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər fondu məhz gənclər üçün fəaliyyət göstərir. Gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün çox vacibdir. Buna görə də, gənclərimizi fəal olmağa çağırırıq.

 

Xalq Cəbhəsi.- 2012.- 20 dekabr.- S.15.