«Yeni nəsil Azərbaycan aşıqları»

  

Dünya Gənc Türk Yazrlar Birliyinin «Yeni nəsil Azərbaycan aşıqları» adlı məqalələr toplusunun 2-ci cildi çapdan çıxıb. Qeyd edək ki, bu kitab QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən «Yazarlardan milli sənətə töhfə» adlı layihə çərçivəsində nəşr olunub. Məqalələr toplusunda yeni nəsil Azərbaycan aşıqları haqqında oçerklər yer alıb, həmçinin aşıq sənəti, sazımızın tarixi, aşıq havaları və s. barədə məlumatlar verilib. DGTYB-nin sədri Əkbər Qoşalının «Altaylardan gələn Altay» yazısında Aşıq Altay Məmmədovdan, onun yaradıcılığından bəhs edilir. Eyni müəllifin digər bir yazısında isə Aydın Çobanoğlunun oğlu Səyyad Aydınoğludan, onunla görüşdən söhbət açılır. Toplunun «Ən yenilər…» bölməsində isə xüsusən gənc aşıqlardan məlumatlar verilir.

Kitabda diqqətçəkən məqamlardan biri gənc aşıqlarla müsahibələrdir. Müsahibədə Aşıq Elçin Azərbaycanın başının üstünü qara buludlar alan vaxtlar hərbi xidmətdə olduğunuorada sazın hansı üstünlüklərinə şahidilik etdiyini xatırlayır. Aşıq Şəadət Gülməmmədovun yetirməsi gənc aşıqlara göstərilən qayğıdan bir qədər razı, bir az da narazı olduğunu dilə gətirir… Qeyd edək ki, məqalələr toplusu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Nicat Göyüşlü

Xalq Cəbhəsi.- 2012.- 14 fevral.- S.15.