Rusiya kitabxanası ilə əməkdaşlıq

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Artıq Milli Kiitabxananın dünyanın 60-dan çox ölkəsinin milli kitabxanaları ilə əlaqəsi var. Dünyanın 27 ölkəsinin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.

K.Tahirov deyib ki, Rusiya Dövlət Kitabxanası ilə 2007-ci ildə 5 il müddətinə Memorandum imzalanıb. Artıq bu müddət başa çatdığından 5 il müddətinə yeni Memorandumun imzalanması qərara alınıb: «Memorandumda hər iki ölkənin kitabxanaları arasında kitabinformasiya mübadiləsinin genişləndiriməsi, elektron kitabxanaların tərtibi üzrə işlərin aparılmasında yaxından əməkdaşlıq etmək nəzərdə tutulub. Rusiya Dövlət Kitabxanasının çox zəngin fonduelektron kitabxanası var. Hələ bir neçə il öncə Azərbaycan Milli Kitabxanasına bu kitabxananın elektron məlumat bazasına azad giriş imkanı təmin edilib. Rusiya Dövlət Kitabxanasının elektron dissertasiya fondunun virtual oxu zalı açılıb, bizim oxucular bu fonddan yararlana bilirlər. Memorandumda bu işi davam etdirmək və gələcəkdə Azərbaycan alimlərinin Rusiya Dövlət Kitabxanasının fondunda olan 300 mindən artıq dissertasiyaavtoreferatdan sərbəst şəkildə istifadəsini təmin etmək nəzərdə tutulub».

 

Xalq cəbhəsi.- 2012.- 15 fevral.- S. 13.