Kim hansı dildə yazırsa….

  Əlif Şafak türk ədəbiyyatına aiddirmi?

 

Roman yazarları arasındakı sərhədi müəyyənləşdirən faktor təkcə dil deyil. Çünki roman dediyimiz zaman işin içinə şəxsiyyətlər və mədəniyyətlər də girir. kitaponerisi.com saytından Bəhlul Dündar Twitter vasitəsilə yazdığı «Əlif Şafakın son romanlarını Türk ədəbiyyatının əsərləri kimi təqdim edən tənqidçilərə «qibtə edirəm». O kitablar ingilis ədəbiyyatına aiddir. Bir ədəbi əsər yazıldığı dilin ədəbiyyatının malıdır. Konrad polyak, Selan yunan, Semprun ispan ədəbiyyatından sayılmır» – fikrindən sonra yazılan müsbət ya da mənfi reaksiyalar və görüşlərə cavab olaraq aşağıdakı yazını qələmə alıb. Bu da yazı…

Bir ədəbiyyat əsəri yaradıldığı dilin ədəbiyyatına aid olur. Bu baxımdan Əlif Şafakın ingilis dilində yazdığı bütün romanlar (Əraf, Atabic, Eşq, İsgəndər və s.) türk ədəbiyyatının yox, ingilis ədəbiyyatının (ya da ki ingilisdilli ədəbiyyat deyək) məhsullarıdır. Başqa bir dildən tərcümə olunan heç bir ədəbiyyat əsəri tərcümə olunduğu dilə aid deyil. Hətta tərcüməçi müəllifin özü belə olsa. Konrad polşalıdır amma əsərləri Polşa ədəbiyyatından sayılmır, çünki Konrad ingilis dilində yazırdı. Üstəlik ingilis dilinisonradan öyrənib. Həmçinin Qoqol. Ukraynalıdır, amma əsərləri rus ədəbiyyatına aid olunur. Coys ingilis ədəbiyyatından, Flank O’Brian isə irland ədəbiyyatından sayılır. Halbuki hər ikisi irlandiyalıdır. Mövlana əfqan və ya türk ola bilər amma əsərlərini fars dilində qələmə alıb. Paul Celan, Corc Semprun, Vladimir Nobokov, Bekett, İonesko kimi bir çox yazarın əsərləri də bu baxımdan qiymətləndirilir. Nobokovun rus dilində yazdıqları rus ədəbiyyatına aid edilir, «Lolita» kimi məşhur əsəri rus ədəbiyyatına şamil olunmur. Əgər müəllifin əsəri yox, milliyyəti və ya ölkəsi meyar kimi qəbul olunursa niyə Yaşar Kamalın romanları Türk ədəbiyyatının tərkib hissəsi sayılır, amma deyək ki, Mehmet Uzununkilər yox? Çünki əsas götürülən meyar əsərin yazıldığı dildir.

Burda bir məqam da var: Əlif Şafakın «Atabiç» romanı, «İstanbulun bici» adı ilə (çünki əsl adı elədir) və yeni tərcüməsi ilə nəşr olunanda biz hansını qəbul edəcəyik? Təkcə adı yox, istifadə edilən dil də, üslub da fərqli olacaq. Bir müddət sonra başqa bir naşir daha düzgün, zamana uyğun bir dillə tərcümə etdiyini iddia edib kitabı təkrar nəşr etdirsə o zamanolacaq? Üç ayrı tərcümədən hansını ədəbiyyatımızın nümunəsi sayacağıq? Burada bu sual da meydana çıxır: Bəs Melvill, Reymond Kerver və.s. b. k. yazarlar ingilis ədəbiyatına daxildir, yoxsa amerika ədəbiyyatına? Eyni sual latın amerikalı və ya ərəb yazıçılarına da şamil oluna bilər. Bundan əlavə kitabçılarda ölkə adlarına görə təsnifat aparılanda bu müəllifləri hansı ölkənin rəfinə qoyacaqlar?

Bu cür müasir sinifləndirmələr detallara endikcə dəyişilir. Xüsusilə oxucu üçün, elmi araşdırmalar aparanlar üçün asanlıq yaratdığından bu cür təsnifatlara getmək mümkündür. Yalnız ölkəyə deyil, növə görə də təsnifat aparılır: Qotik ədəbiyyatı, elm-fantastika ədəbiyyatı və s. kimi. Amma əsas və dəyişilməyən həqiqət isə budur: hamısı yaradıldıqları dilin əsərləridir, ölkənin və ya müəllifin etnik mənşəyinin deyil. Bir ölkə ortadan qalxa bilər, dili ölə bilər amma əsər hər bil halda o dilə aid edilir. Lukianos Kommagene ölkəsində yaşayıb. Belə bir ölkə yoxdur bu gün. Yaxşı, Lukianosun əsərlərini hansı rəfə qoymaq lazımdır? Qədim Yunan dili rəfinə, yoxsa Kommegene ölkəsinin rəfinə? Silici deyə bir dil olsaydı və Lihn, Parra şeirlərini, Bolanok romanlarını o dildə qələmə alsaydı, Çili ölkəsi yox olsa belə kitabları Çili dili və ədəbiyyatı rəfində saxlanılacaqdı. Amma hazırda silici deyə bir dil yoxdur. Bu gün Çili deyə bir ölkə varo yazarlar oralı deyə Çili rəfinə qoyulur o kitablar. Çili ortadan qalxdıqdan sonra artıq o kitabları ispan dili rəfində axtarmalı olacağıq. Hətta ispan dili ölmüş bir dil olsa belə. Eynilə Ovidiusun, Senecanın kitablarını Roma İmperatorluğu rəfində deyil, Latın dili rəfində axtardığımız kimi.

Burada araşdırdığımız məqam müəllifin mövqeyi və kitablarının dəyəri, gözəlliyi və əhəmiyyəti deyil; Elif Şafakın və ya başqa dildə yazan digər türk yazarların əsərlərinin türk ədəbiyyatı məhsulu olub olmamasıdır. Belə olan halda Elif Şafakın ingilis dilində yazdığı romanlar ən çox anqlo-türk ədəbiyyatı kateqoriyasına daxildir. Amma bu əsərlərə əsla türk ədəbiyyatına aid olan əsərlər deyə bilmərik. Yazarın türk olması, mövzularını burdan seçməsi, bu ölkənin insanları haqqında danışması, hətta həmin ölkədə çox sevilməsi, satış rekordları qırması bunu dəyişdirməz. Bu məqamı ölçü kimi qəbul etsək o zaman Mary L.SettleTürk ədəbiyyatının nümayəndəsi kimi qəbul edilməlidir, heç olmasa National Book Award qazanmış bir romanımız olar. O cümlədən bu romanları türk ədəbiyyatının nümunəsi kimi qəbul edib qiymətləndirmək mənasız bir işdir, heç bir məntiqə sığışmır. Üstündə «ingilis dilindən tərcümə olunub» yazan romanların türk ədəbiyyatı kateqoriyasına daxil olunması, kitabın üz qabığında türk ədəbiyyatı yazılması absurd bir haldır. Çünki başda qeyd etdiyimiz kimi; bir ədəbi əsər yaradıldığı dilə aiddir; yazarın etnik mənşəyinə və ya yaşadığı ölkəyə yox

Yazarların və mətnlərin aid olduğu düşüncəni təyin edən, onların pasportlarına möhür vurmaq gücünü əlində saxlamağa davam edən məmurların ortadan qalxmasına çalışmaq yerinə bu cür qüvvələrin funksiyasını yerinə yetirməyə cəhd etmək mənə çox mənalı gəlmir. «Lolita»nın Rus ədəbiyyatına aid olmadığını iddia bilərsiniz, amma «Lolita»nın rus ədəbiyyatına aid olduğunu da sizə sübut edə bilərlər. Bekkettin Fransız mətnlərinin ingilis ədəbiyyatı ilə əlaqəsiz olduğu mübahisəli bir məsələdir. Ancaq mövzuya çox da dəxli olmayan bir düşüncə Oskar Vayldın İrlandiya ədəbiyyatı ilə əlaqəsiz olduğunu deyə bilər. Yazarların hansı rəflərə qoyulması məsələsi əslində ədəbiyyatşünasların yox, kitabxanaçının problemidir.

Ömər Türkeş deyir ki, «roman deyəndə ona şəxsiyyətlər və mədəniyyətlər də daxil olur». İngilis dilində yazılan bir romanın Türk ədəbiyyatı kimi dəyərləndirmək mümkün deyil. Ancaq qələmlər arasındakı sərhədi müəyyən edən təkcə dil deyil. Eyni dildə yazılan bir çox roman fərqli ölkə ədəbiyyatları içində kodlana bilər. Çünki roman deyəndə ona şəxsiyyətlər və mədəniyyətlər də daxil olur. Bu gün əsərlərini ingilis dilində qələmə alan bir çox asiyalı, afrikalı, cənubi Amerikalı yazar ingilis ədəbiyyatının yox, doğulubböyüyüb, boyabaşa çatdıqları ölkənin ədəbi nümayəndəsi kimi qəbul olunur. Amma bu təmsil məsələsinin öz ölkələrində çox ciddi müzakirələrə səbəb olduğunu da bilirik. Nəticədə Elif Şafak ya da başqa bir yazarın ana dilini qoyub özünü daha yaxşı ifadə etdiyinə ya da özünü beynəlxalq sahədə tanıdacağına inandığı başqa bir dildə yazması qınanılacaq bir hal deyil. Sənət və ədəbiyyat insanlığın anonimuniversal mirası olduğuna görə bu məsələni şişirtməyin tərəfdarı deyiləm. Əsas olan yaxşı əsərin yaranmasıdır.

 

Hazırladı: Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2012.- 16 fevral.- S.13.