Xocalı soyqırımı – insanlığın dramı

 

 

 «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı yarası qəlbimizi həmişə sızladacaq».

(Heydər Əliyev)

 

Tariximizin ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımından artıq 20 il keçir. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra

rus hərbi birləşmələrinin birbaşa iştirakı və dəstəyilə Xocalı şəhərini yerlə yeksan etdi. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi dişinədək müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı.

O gün şəhərin yüzlərlə köməksiz mülki əhalisi amansızlıqla qətlə yetirildi, südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara aman verilmədi, yüzlərlə insan erməni hərbçiləri tərəfindən əsir alındı.

Xocalıdakı o məşum mənzərəni bu gün də təsəvvür etmək belə insanı dəhşətə gətirir. Xocalı sözün tam mənasında insanlığa qarşı vəhşətin, erməni barbarlığının qurbanı oldu. Ermənilər xüsusi amansızlıqla hətta kiçik uşaqların gözlərini oymuşdular, hamilə qadınların qarınlarını yırtmış və insanların başlarının dərisini soymuş, diri-diri torpağa basdırmışdılar. Cəsədlərin bir çoxunu yandırmışdılar…

Rəsmi məlumatlara görə o gecə 613 insan qətlə yetirilib. 83 uşaq, 106 qadın qəddarlıqla, işgəncələrlə öldürülüb. 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, qalan əhali çətinliklə canını qurtara bilib. Bunlar statistikadır. Amma statistika Xocalıda baş verənləri ifadə etməkdə acizdir. Xocalıda törədilmiş qətliam amansızlığı, ağlasığmaz qəddarlığı və sadəcə insan qanını donduran qeyri-insani cəza üsulları ilə misli olmayan tarixi bir cinayətdir.

Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış xocalılar ailə-ailə, nəsil-nəsil qətlə yetirildi. Həmin gün təkcə Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmədi, həm də insanlığa qarşı ən böyük faciələrindən biri törədildi.

Xocalı soyqırımı erməni faşizminin üzünü bir daha açıb ortaya qoydu. Bütün bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayət gec-tez sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır. Xocalıda misli görünməmiş bu vəhşət, soyqırımın təkcə Azərbaycan xalqına qarşı yönəlməsi kontekstində tanıdılmamılıdır. Eyni zamanda bu faciənin Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü aparılmalıdır.

Bu gün Azərbaycan dövlətinin və xalqının önündə duran ən başlıca hədəflərindən biri bu qanın yerdə qalmaması, Xocalı soyqırımında müqəssir olan hər kəsin öz cinayətkar əməlinə görə insanlıq qarşısında cavab verməsinə nail olmaqdır. Hansı ki, keçmiş SSRİ-nin 366-cı alayının şəxsi heyətinin və hərbi texnikasının da cəlb olunduğu bu qətliam video-foto görüntülər, sənədlər, şahid ifadələri, maddi sübutlars. bu kimi dəlillərlə sübut olunur.

Beynəlxalq ictimaiyyət anlamalıdır ki, ermənilərin 1988-ci ildə Dağlıq Qarabağda başladığı avantürist hərəkət təkcə Xocalı soyqırımına deyil, eyni zamanda Azərbaycan və erməni xalqları arasında 20 ildən artıq davam edən qanlı münaqişəyə, Qafqaz bölgəsində etnik konfliktlərə və

digər ağır nəticələrə gətirib çıxarıb. Beynəlxalq ictimaiyyət təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük təhlükə olan separatçı hərəkətlərin qarşı ciddi etiraz

səsini qaldırmalı və bu məsələdə ikili standartlara yol verməməlidir.

Soyqırım termininin özü insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir. Hansı dildə işlənməsindən asılı olmayaraq cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqiya dini qrupun soyunun, kökünün kəsilməsini əks etdirir. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi Xocalı qətliamı da hüquqi nöqteyi-nəzərdən də bir millət olaraq kökümüzün kəsilməsinə yönəlmiş hərəkətdir.

Elə Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli «Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası»na görə soyqırım, «irq, siyasi görüş, din, sosial durum, ya da başqa hər hansı bir fərqli özəllikləri ilə digərlərindən ayırd edilən bir topluluqya topluluqların üzvlərinin məhv edənlərin maraqları baxımından önəmli saydasistemli şəkildə yox edilmələridir. Qeyd edək ki, 31 may 1996-cı il tarixli Qanunla Azərbaycan Respublikası BMT-nin adı çəkilən Konvensiyasına qoşulmaqla beynəlxalq hüququn müstəqil subyekti olaraq öz yurisdiksiyasında baş vermiş soyqırım cinayətini törədənləri həm ölkədaxili, həm də beynəlxalq hüquq müstəvisində cəzalandırmasına hüquqi baza yaratmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 6-cı maddəsinə görə də soyqırım bir millətin, etnik, dini bir qrupunya bir irqin hamısının və ya bir bölümünü yox etmək məqsədilə həyata keçirilən davranışlardır.

Azərbaycan dövləti, ictimaiyyəti, diaspor təşkilatları bütün səylərini ona yönəltməlidir ki, beynəlxalq və regional tədbirlərdə bu hərəkətlər pislənilsin, müvafiq siyasi-hüquqi qiymətini alsın, soyqırımın günahkarları gec-tez öz layiqli cəzalarına çatsınlar. O şəxslər ki, cinayətdə təşkilatçı, təhrikçi və iştirakçı qismində Ermənistan Respublikasının həm o vaxtkı, həm də indiki rəhbərliyində ən yüksək səviyyədə təmsil olunurlarbirbaşa məsuliyyət daşıyırlar. Soyqırım cinayətində iştirak edənlər hüquq-mühafizə orqanlarına artıq bəllidir və Respublika Prokurorluğunda müvafiq cinayət işinin istintaqının nəticələri mövcuddur. Bu hüquqi sənəd beynəlxalq səviyyədə soyqırım cinayətkarlarına qarşı tədbirlərin həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Bu mənada törədilmiş cinayətin Beynəlxalq Tribunalda mühakiməsinə nail olmalıyıq. Soyqırım – insanlığı qarşı törədilən bir cinayətdir və bu cinayətə görə məsuliyyət və cəzalandırma da beynəlxalq hüquq müstəvisində həll olunmalı məsələdir. Bu baxımdan bütün ictimai-siyasi tədbirlərlə yanaşı, həm də hüquqi müstəvidə fəaliyyət diqqətdən kənarda qalmamalıdır.

Ölkədə qanunvericilik baxımından bu faciənin beynəlxalq aləmdə tanıdılması və soyqırım aktı kimi qəbul olunması üçün baza da mövcuddur. Azərbaycan Milli Məclisi 1994-cü ildə Xocalıda yaşanan qətliamı «soyqırım» olaraq qəbul edib. 26 mart 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanmış «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanla ermənilərin 1813-1828-ci illərdən başlayaraq azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətinə siyasi qiymət verilib. Bu fərman təkcə o dövrün deyil, hətta, bu günün prizmasından ciddi bir tarixi sənəddir və bununla Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı 200 ildən bəri törətdiyi bütün vəhşiliklərə siyasi-hüquqi münasibətini ortaya qoyur.

Xocalı faciəsi bütün dünyaya özlərini genosid qurbanları kimi sırımağa çalışan, amma əslində yüz illərdən bəri Azərbaycan xalqına, türk millətinə qarşı soyqırımı həyata keçirən, Azərbaycan torpaqları hesabına «Böyük Ermənistan» qurmaq xülyasına düşmüş ermənilərin gerçək simasını ortaya qoyur, onları ifşa edir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Biz Xocalı soyqırımını statistik faciə kimi deyil, insanlığın dramı kimi tanıtmalıyıq. O qətliamın qurbanlarının hər birinin fərd-fərd faciəsini dünyaya çatdırmalıyıq. Avropa insanın təsəvvüründə Xocalının gerçək tablosunu bu şəkildə daha aydın canlandıra bilərik. Bu baxımdan soyqırımın canlı şahidi olan, zərər çəkmiş, girov götürülmüş, işgəncə verilmiş insanların da beynəlxalq konfranslara, tədbirlərə qatılmaları, həqiqətlərin bir də onların dilindən dünyaya çatdırılması məqsədəuyğun olardı.

Eyni zamanda bu faciəni soyqırım aktı kimi tanıtmaq üçün bu sahənin beynəlxalq mütəxəssislərilə, hüquqşünaslarla, diplmatlarla, dünyanın aparıcı diaspor təşkilatları ilə görüşmək, işləmək gərəkdir. Aydın məsələdir ki, Azərbaycan ilk növbədə dost ölkələrdə bu soyqırımın tanınma coğrafiyasını genişləndirməli, nüfuz etdiyi beynəlxalq təşkilatlarda faciəyə hüquqi-siyasi qiymət verilməsinə nail olmalıdır. Azərbaycan diasporunun demək olar ki, mövcud olmadığı və ya çox zəif olduğu MeksikaPakistan kimi ölkələrin parlamentləri Xocalı soyqırımını artıq rəsmən tanıyıblar. Bu məsələdə presedent var. Deməli diaspor qurumlarımızın aktiv fəaliyyət göstərdiyi və ya Azərbaycanla strateji əməkdaşlıq içərisində olan digər bir sıra ölkələrdə də bu faciənin rəsmən tanınmasına nail ola bilərik. Azərbaycan üçün belə bir qərarın ilk növbədə Türkiyə Böyük Millət Məclisində verilməsinin çox böyük önəmi var. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin, xarakterinin açılmasına xidmət göstərmiş olar.

Azərbaycan təkcə bu faciəyə siyasi qiymət verməklə kifayətlənməməlidir, eyni zamanda soyqırıma məruz qalmış şəxslərin statusunun müəyyənləşdirməlməsilə bağlı təkliflər də dəyərləndirilməlidir. Yəni bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı elan olunması ilə yanaşı qətlə yetirilmiş insanlara «Soyqırım qurbanları» və Xocalıya «Soyqırıma məruz qalmış şəhər» statusu verilməsi təqdirəlayiq hal olardı. Belə bir addımın atılması gələcəkdə Xocalı soyqırımı ilə bağlı maddi və mənəvi ziyanın miqdarının müəyyənləşdirilməsi, Ermənistana qarşı beynəlxalq məhkəmə iddiasının qaldırılması baxımından da əhəmiyyət kəsb edir.

Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində hər il olduğu kimi bu ilictimai fəallıq artıb. Xüsusilə xarici ölkələrdə, Avropada Xocalı həqiqətlərinin, ermənilərin soyqırım əməllərinin dünyaya tanıdılmasına istiqamətlənmiş tədbirlər, aksiyalar xüsusi vurğulanmalıdır. Xatırladaq ki, Xocalı faciəsinin və ermənilərin xalqımıza qarşı törətdiyi digər soyqırım cinayətlərinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondu ciddi fəaliyyət göstərir. Fondun səyləri Azərbaycan həqiqətlərini dünyaya tanıtmağa, ermənilərin saxta «soyqırım» iddalarının ifşa olunmasına, onların həqiqi cinayətkar, vandal, soyqırım törədən bir toplum olduqları gerçəyinin ortaya qoyulmasına yönəlib. Son illərdə aparılan məqsədyönlü və ardıcıl təbliğat öz təsirini göstərir. Elə bu cür təbliğatın nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, ayrı-ayrı institutları Xocalı həqiqətlərini dərk edir, müxtəlif disskusiyalar keçirilir, Azərbaycan xalqına qarşı törədilən soyqırım aktı ilə bağlı bəyanatlar verilir.

İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən start verilən «Xocalıya ədalət» kampaniyasının səyləri də artıq kifayət qədər müsbət nəticələrini verib. Kampaniyanın ilk ilində Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl «Beynəlxalq Müharibə Qurbanları Memorialı» arxiv layihəsinə daxil edildi. Kampaniyanın sonrakı illərdə də davam etdirilməsi ictimai aktivliyin yeni səhifəsini açıb. Elə bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 7-ci sessiyası sessiya zamanı «Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü» adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilməsi buna misaldır. Bu əlavə ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Xocalı soyqırımını tanıyır və qırğını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir. Məlumat üçün bildirək ki, təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir. İƏT Pİ öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirdiyindən və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarından olduğu üçün sənədə əlavə Xocalı faciəsinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınmasında və cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində yeni mərhələ açacaq. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. Bundan başqa İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu Xocalı soyqırımı ilə bağlı Beynəlxalq Haaqa Tribunalına müraciət etməyə hazırlaşması da təqdirəlayiq haldır. Haaqa Tribunalı Xocalı faciəsinə hüquqi qiymət verilməsi baxımından böyük önəm daşıyır və məhkəmənin qərarı bu məsələyə son nöqtəni qoya bilər. Burada qəbul olunan qərar siyasi xarakter daşıyır, məhkəmədə təmsil olunan ölkələr və ya onların nümayəndələri siyasi iradəyə tabedirlər.

 

Cavanşir Həsənli

Xalq Cəbhəsi.- 2012.- 17 fevral.- S.5.