Emin Sabitoğlu dühası

 

Deyirlər ki, nəğmə dövrün ab-havasını, əhvalını, insanların dünya duyumunu daha bariz əks etdirir. 60-cılardan olan Emin Sabitoğlunun yaradıcılığına məhz zaman kontekstində nəzər salmağa çalışaq. Lakin əvvəlcə qısa bioqrafik arayış.

Emin müəllimin sənət aləminə gəlişində təəccüblü heçyoxdur. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmış Emin bir çox ədiblərin övladları kimi xüsusi musiqi məktəbində təhsil alırdı: YusifVaqif Səmədoğlular, Araz Dadaşzadə, Anar, Rəfiq Zəka kimi. Lakin adları çəkilənlərdən fərqli olaraq Emin musiqiyə, necə deyərlər, xəyanət etmədi, onu özünə sənət seçdi. Çünki şəksiz istedadı var idi, öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə edə bilirdi. Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərinə gedib gəlirdi. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək bu şöhrətli təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirir.

Emin müəllimin ilk qələm təcrübələri – simfoniya, kamera əsərləri onun böyük potensialını, sənətdə əhəmiyyətli vəzifələr həll etmək iqtidarını üzə çıxardı. Məsələn, F.Əlizadə məqalələrindən birində yazır ki, 60-cı illərdə Emin Mahmudov Q.Qarayev sinfinin assistenti idi. Onun diplom işiSimfoniya Qara müəllimin dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı: «Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partituranın sənətkarlığını əlçatmaz zənn etdim» – deyə Firəngiz xanım öz ilk təəssüratlarını belə müəyyənləşdirir.

Həmin dövrün başqa bir yaratması – skripkafortepiano üçün poemadır. Əsəri atama, yaxın dostu, ədəbiyyatşünas Araz Dadaşzadəyə hədiyyə edən Emin müəllim notların üzərində qara tuşla yazıb: «Arazaçox yazdığım əsərlər içində bu yaxşısıdır. Qoy sən deyən olsun! Emin. 4.V.60″. Son misra mənim üçün sirr qalır: hər ikisi dünyasını dəyişib. Lakin ən önəmlisi odur ki, poemanın musiqisi yaşayır».

Sonrakı illərdə Emin Sabitoğlu uvertüra, kantata («Çiçəklən, Vətənim», həmmüəllif X.Mirzəzadə), romans silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir: o, əsas diqqətini mahnıya yönəldir.

Emin müəllim öz ilk nəğmələrini yazarkən artıq elə bir professional idi. Gözəl məktəb keçmişdi, qələmini, özü çox uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdır.

Bəzən məhdud vasitələrəcəmi üç-dörd səsdən qurulan musiqi mövzularına, sadə gitara tipli müşayiətə müraciət edərək bəstəkar əsrarəngiz bir obraz yaratmağı bacarır. Tanış, bəlkə bayağı intonasiyalar onun əlləri altında sanki dəyişir, təravətlənir, bərq vurmağa başlayır. Məsələn, götürək Azərbaycan mahnı sənətinin həqiqi incisi – «Bəlkə » mahnısını. Burada qəliz heç yoxdur: sadə melodiya, vals ritminə dayaqlanan akkompanement, aydın kuplet quruluşu qəribə duyğular doğuran fortepiano prelüdü. Zahirən bu giriş əsas tematizmlə bağlı deyil. Lakin mahnı onsuz, yəqin ki, natamam alınardı.

Başqa bir cəhət göz qabağındadır. E.Sabitoğlu poetik mətnə xüsusi bir həssaslıqla yanaşır. Emin müəllim Nəsimiyə , Ə.Cavada da, R.Rza S.Vurğuna da, bayatılara da (70-ci illərdə onun «Şirin dili» doğma dilimizə xor baxanlara bir ittiham kimi səslənirdi), daha müntəzəm İ.Səfərli, N.Xəzri B.Vahabzadəyə müraciət edib. Obrazların yeniliyi elə poeziyadan irəli gəlir: «Sahildə», «Gilavar», «Mavidir», «Kəpənək», «Bakı sabahın xeyir

Lakin Emin müəllimin öz dostu Vaqif Səmədoğlu ilə birlikdə yaratdığı nəğmələrin təravəti xüsusidir. Burada söz musiqi arasında tam vəhdət əldə olunub. Ümumiyyətlə, bəstəkar heç zaman sözü musiqinin xatirinə təhrif etməyib, əksinə, şeirin bütün gözəlliyini, məna incəliklərini qabartmağa çalışıb. Bəstəkar elə intonasiyalar tapır ki, – insan nitqinə yaxın, son dərəcə plastik, təbii, rəvanonlar sözlərlə bahəm yaddaşlara həkk olunur. Məsələn, «Düşürsən yadıma, yağanda yağışlar», «Bir axşam taksidən düşüb payıza» poetik misralarının musiqi qiyafəsi necə ifadəli, qabarıqdır! Adam birdən bu zahirən sadə sözlərin mənasını duyub daxilən sarsılır.

E.Sabitoğlu üçün vals həm bir simvoldur: gözəlliyin, işığın, əlçatmaz arzunun. «Bəlkə » mahnısının ya «Gün keçdi» filmindən mahnının instrumental girişini xatırlayaq. Özü ikinci halda bəstəkar janrın əsas əlamətiniölçüsünü saxlasa da, əslində valslıqdan xeyli uzaqlaşır. Lakin prelüd artıq öz işini görür, dinləyicinin qavrayışını istiqamətləndirir. 1969-1970-ci illərdə fantastik populyarlıq qazanmış «Nərminin mahnısı» (İ.Əfəndiyevin «Unuda bilmirəm» tamaşasından) isə janrın necə deyərlər, xalis, qarışıqsız nümunəsibahar ətirli valsdır. E.Sabitoğlu mahnılarının çoxu kino ekranlarından, teatr səhnəsindən həyatımıza addımlayıb. 1970-ci ildə «Bizim Cəbiş müəllim» bədii filminə musiqi (burada da vals!) bəstələyən Emin müəllim sonra 20-dən artıq kino əsərinin musiqi tərtibatını verib. Onun adını «Gün keçdi», «Dədə Qorqud», «Ad günü», «İstintaq», «Bağlı qapı», «Qaçaq Nəbi», «Bəyin oğurlanması», «Təhminə» filmlərinin titrlərində oxuyuruq. Mən daha neçə sənədli televiziya lövhələrini demirəm. Bəstəkar H.Seyidbəyli, T.Tağızadə, A.Babayev, Ş.Mahmudbəyov, V.Mustafayev C.Mirzəyev, daha ardıcıl məhsuldar R.Ocaqov, dram teatrındaT.Kazımovla əməkdaşlıq edib. Kinoda da, teatrda da bəstəkar illüstrasiyadan qaçıb. Emin müəllim çalışıb elə musiqi, elə bir mahnı yazsın ki, burada filmin cövhəri təcəssüm olunsun.

E.Sabitoğlunun Azərbaycan kinosundakı rolunu N.Rota, M.Leqran, F.Ley, A.Petrov kimi məşhur kino bəstəkarları ilə müqayisə edərdim. Filmlərdəki musiqi onun «qeyri-adi dramaturji duyumu»na (F.Əlizadə) dəlalət edir, «müşayiət deyilfilmin qəlbinin bir hissəsidir» («Nedelya» qəzetinin müxbiri S.Qladış). Sonuncu müəllif XVII Ümumittifaq kinofestival (Kiyev, 1984) haqqında qeydlərində E.Sabitoğlunun adını G.Kançeli, Y.Doqa, Y.Frenkel kimi sənətkarlarla bir cərgədə qeyd edir. Doğrudan da, ən yaxşı filmlərdə Emin müəllimin musiqisi təkrarsız atmosfer yaradır, mətnaltı psixoloji məzmunu açıqlayır, qəhrəmanların məxfi hisslərini üzə çıxarır.

Emin Sabitoğlu yaradıcılığının vacib sahəsimusiqili komediyaları təfərrüatı ilə işıqlandırmaq idi. O, öz təkrarsız yumorunu bu sahədə tam mənada reallaşdıra bilmişdi. Ələlxüxsus atası S.Rəhmanın librettosu əsasında yazılmış parlaq yumoru ilə fərqlənən «Hicran»da. Burada cəmiyyətimizdə hökm sürən bir sıra eybəcər hallar çox incənəsihətsiz, ritorikasız, ifşaedici pafossuztənqidə məruz qalır, gülüş obyektinə çevrilir. Nəsibə Zeynalovanın qəhrəmanıalverçi, meşşan təbiətli qadın əlinə qaval alıb qaraçı havaları ruhunda mahnı oxumağa başlayanda biz sidq-ürəkdən gülür, eyni zamanda belə insanların daxili miskinliyinə qarşı ikrah hissi yaşayırıq.

Yaxşı işlər, əməllər, elm sənət abidələri, əlbəttə, musiqi. O musiqi ümmanında E.Sabitoğlu mahnılarının da öz yeri vardır. Hələ dünən həmin nəğmələri Ş.Ələkbərova M.Babayev öz ilhamlı ifası ilə qanadlandırırdı. Bu gün onları S.Ələkbərzadə S.Qəmbərov başqa cür eşidir, başqa cür yozur, sabah digərləri, ola bilsin, tamam ayrı əhvalla təfsir edəcəklər. Çünki E.Sabitoğlunun musiqisində insanları hər zaman həyəcanlandıran düşündürən mətləblər inikas olunub: xeyirxahlıq, doğma ocağa bağlılıq, təbiətə vurğunluq, «bəzən bir ümid, bəzən göz yaşı» sonsuz sevgi.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 29 fevral.- S.13.