Qəbələ Beynəlxalq Musiqi Festivalı

 

Tamara Sinyavskaya: «Müslüm özü bu yubiley konsertini görsəydi, razı qalardı»

 

Fərhad Bədəlbəyli: «Konsertlər musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcək»

 

Dünən Qəbələdə Azərbaycanın dünya şöhrətli musiqiçisi, daima yaşar sənətkarı Müslüm Maqomayevin 70 illik yubileyi keçirilib. APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, yubiley tədbiri elə dünən start götürən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının ilk tədbiri də dahi sənətkarın adına təşkil olunub. Yubiley mərasimi Müslüm Maqomayevin bütün dünyaya səs salan «Azərbaycan» mahnısı ilə açıq elan edilib. Tədbirin təşkil olunduğu zalda quraşdırılmış ekranda Müslüm Maqomayevin böyük fotosu nümayiş etdirilib. Həmin gün tədbirə toplaşanların sayı-hesabı olmayıb. Çoxsaylı tamaşaçıların ürəyi həmin gün Müslüm Maqomayevin şedevr musiqiləri ilə döyünüb.

Yubiley tədbirində millət vəkili Fəttah Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dünya şöhrətli müğənninin həyat yoldaşı, SSRİ xalq artistixüsusi olaraq bu yubiley tədbiri üçün Azərbaycana gələn Tamara Sinyavskaya, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Murad Adıgözəlzadə, tanınmış violençel ifaçısı Dmitriy Yablonski, nazir müavini Ədalət Vəliyev, «Eurovision» üçüncüsü Aysel Termurzadə və digər tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Yubiley tədbirində açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müslüm Maqomayev yaradıcılığının yüksəkliyindən və özəlliyindən danışıb. Nazir gözəl təşəbbüsə və təşkilatçılığına görə Qəbələ rayonun rəhbərliyinə təşəkkürünü bildirirəm: «Bu gün hər birimiz Müslüm Maqomayev işığına toplaşmışıq. Sözsüz, bu günü və belə bir musiqi bayramını qaçırmaq mümkünsüz və qəbul edilməzdir. Müslüm Maqomayev musiqisi daima hər bir kəsi öz ətrafına toplayıb, istənilən insanı valeh edib və yüksəkliyi ilə hər bir kəsi sehrə salıb. Musiqi insanları daima yaxşılığa doğru çağırır, birləşdirir və dostluq tərənnüm edir. Bu cür festivallara hər zaman ehtiyac var bu vacib faktordur».

Müslüm Maqomayevin Azərbaycan musiqisinin tanınmasında məxsusi bir yer tutduğunu deyən nazir, bu gün onun kimi istər bir insan, istərsə sənətkar tapmağın çox çətin olduğunu bildirib: «Müslüm Maqomayev çox uca ifaçılıq məktəbinə məxsusdur. O, illər, əsrlər keçsə heç bir zaman unudulmayacaq. Sözsüz, burada yubileyin keçirilməsi olduqca önəmlidir. Bu gün Müslüm Maqomayevin musiqisi bütün dünyanı riqqətə gətirir hamı bu möhtəşəmliyi doymadan dinləyir. Bura toplaşan insanların sayından da bu məlum olur».

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Müslüm Maqomayevin 70 illik yubiley konsertində bəstəkarın ölməz unudulmaz əsərləri ifa edilib. Konsert Rusiyanın məşhur bəstəkarı Sergey Raxmaninovun «Qəm etmə» «Vokaliz» əsərləri ilə başlanıb. Sonra konsertdə R.Ştrausun «Serenada», İ.Bramsın «Yasəmən çiçəklənəndə», R.Şumanın «Fantaziştük», Ü.Hacıbəylinin «Sevgili canan», T.Quliyevin «Sənə qalmaz», M.Əhmədova V.Mustafazadənin «Düşüncə», T.Quliyevin «Qəmli mahnı», S.Rüstəmovun «İntizar», F.Bədəlbəylinin «Şuşa», Q.Qarayevin C.Hacıbəyovun «Vətən» operasından Mərdanın ariyası, M.Maqomayevin «Elegiya», F.Çiaranın «Espanyola», V.di Paolonun, S.Taccani M.Panzerinin «Come Prima», M.Maqomayevin «Odlar yurdu» əsərləri səsləndirilib. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəylinin (piano), ABŞ Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, «Yeni Rusiya» Dövlət Simfonik Orkesrtinin drijoru, festivalın bədii rəhbəri Dmirti Yablonskinin (violonçel), Azərbaycan Dövlət Opera Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadənin, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, xalq artisti, Prezident təqaüdçüsü Əvəz Abdullayevin (bariton), Opera Balet Teatrının Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədovanın (messo-soprano), Dövlət Akademik Opera Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə səsləndirilən klassik musiqilər sürəkli alqışlarla müşayiət olunub.

«4 ildir ki, Müslüm Maqomayev həyatdan gedib. Onun adına təşkil olunan bu cür tədbirlər məni yaşadır. Mən hər birinizə, ən əsası da Müslümün xatirəsini hər zaman uca tutan Mehriban xanım Əliyevaya təşəkkür edirəm». Bu sözləri APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında SSRİ xalq artisti, tanınmış musiqiçi Tamara Sinyavskaya deyib. Qəbələdə dahi sənətkar Müslüm Maqomayevin 70 illik yubileyində iştirak edən Tamara Sinyavskaya, ilk dəfə olaraq bu məkanda olduğunu qeyd edib: «İlk dəfədir ki, Qəbələdəyəm bura olduqca xoşuma gəldi. Heç zaman düşünməzdim ki, Azərbaycanda Qəbələ kimi gözəl guşə var. Müslüm özü bu yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı. Konsert yüksək səviyyəli təşkil edildi, olduqca mədəni intellektli insanları cəmləşdiyi bir məkanda bütün ifaçılar əsərlərini ürəkdən sevərək təqdim etdilər. Hər birinizə dərin hörmətlərimi təşəkkürümü bildirirəm».

T.Sinyavskaya onu da bildirib ki, həyatında ilk dəfə 1972-ci ildə Azərbaycana ayaq basıb bu ilin oktyabrında bu tarixdən 40 il keçəcək: «Çox, lap çox, xoşbəxt yaşayın bir-birinizi sevin. Mən sizləri sevirəm».

«Artıq dördüncü ildir ki, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələ musiqisevərlərin ənənəvi beynəlxalq musiqi festivalına dəvət edir. Təbiətin bu qədim diyarı bəxş etdiyi gözəllik əzəmət burada səslənən musiqinin parlaq bədii təsiri, təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşmaq unikal, unudulmaz bir aura yaradır». Bu sözləri APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, IV Qəbələ Beynəlxalq Musiqi Festivalının rəhbərlərindən biri, xalq artisti Fərhad Bədəlbəyli deyib. F.Bədəlbəyli qeyd edib ki, bu il festival iştirakçıları qonaqları arasında Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə müasir ifaçılıq sənətinin zivəsində duran dünya şöhrətli ustad sənətkarlar məşhur kollektivlər var: «Festivalın proqramı rəngarəngdir. Simfonik kamera konsertləri, muğam gecəsi musiqisevərlərə dünya musiqisinin zənginliyini bir daha, musiqi tək əsrarəngiz təbiətlə harmoniyada duymağa imkan verəcək». Bu il festivalın proqramında yubiley tarixlərinə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli, bu sırada həm bu gün keçirilən görkəmli müğənni Müslüm Maqomayevin 70 illiyinin, görkəmli bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyinin SSRİ xalq artisti Niyazinin 100 illiyinin keçirilməsinin festivalda yeni bir ənənənin təməlini qoyduğunu deyib: «Festival çərçivəsində daha bir maraqlı təqdimatda keçiriləcək. Gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi İsfar Sarabski artıq həm «Beltmann» piano şirkətinin əsas siması kimi təqdim olunacaq. Bir daha bütün iştirakçıları, qonaqları bu sənət bayramında salamlayır ümid edirik ki, festival konsertləri musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcək. Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda oyadan bu festivalın təkrarolunmaz siması dəst-xətti var». Artıq dördüncü dəfədir keçirilən bu festivalın çox böyük təsirinin olduğunu deyən festival rəhbəri, bunun nəticəsi olaraq builki musiqi bayramında Qəbələdən olan bir istedadlı pianoçunun konsert verəcəyini söyləyib.

Xatırladaq ki, iyulun 24-dən avqustun 5-dək davam edəcək musiqi bayramında Azərbaycan xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

 

 

Xalq cəbhəsi.-2012.-26 iyul.- S.15.