Cəlaləddin Rumi
1997-ci ildə əsərləri Amerikada ən yaxşı satılan şair olmuşdur
XIII əsr fiqh alimi və sufisi Cəlaləddin
Rumi həm də ən böyük mistik şair hesab olunur. Qarşısıalınmaz
və idiomatik poetik gücünün əhəmiyyətini Rumi çox yaxşı başa düşürdü.
Onun bəşəriyyətin gələcəyi
və kainatın inkişafını dərindən, hər kəsdən
fərqli formada, öncədən görməsi
və sirləri özünəməxsus şəkildə qavrayaraq öz şeirlərində intuitiv
bir dillə, coşqun
şəkildə əks etdirməsi vəfatından yeddi əsr ötməsinə baxmayaraq,
hələ də oxuculara təsir edir, onları düşündürür.
Rumi sağlığında da çox oxunurdu.
Ona dərindən hörmət edir və ehtiramla
yanaşırdılar. Bunun bir neçə səbəbi var
idi: şair kimi mükəmməlliyinə görə; insanlara, heyvanlara və
bitkilərə nadir, görünməmiş
hüsn-təvəccöhünə görə; şəxsi
saflığına, gözəl insani
keyfiyyətlərinə görə; ən başlıcası
isə özündə cəmlədiyi nöqsansız mənəviyyatı,
qabiliyyəti ilə başqalarını ən yaxşı rəhbər
və birlik sahibi Allaha yönəltməsinə görə.
Ruminin əsərləri uzun
əsrlərdir ki, Qərbdə də oxunur. Təsadüfi deyildir
ki, Ralf Voldu Emerson, Georq Vilhelm, Fridrix Hegel və başqa görkəmli Qərb mütəfəkkirləri
öz əsərlərində Rumi haqqında məlumat vermiş
və onun haqqında yüksək fikirlər
söyləmişlər. Lakin Rumi əsərlərinin Qərbdə hamı
tərəfindən qəbulu və tanınması məhz son illərdə gözlənilməz vüsət
almışdır. Xristian Elm
Monitorunun məlumatına görə, Rumi 1997-ci ildə əsərləri Amerikada ən yaxşı satılan şair olmuşdur.
Onun həyatında baş
verən bir çox
hadisələr poeziyasında da öz əksini tapıb. Ruminin təhlükəli
uşaqlığı ailəsi ilə birgə monqol hücumlarından qorunmaq
üçün şəhərbəşəhər,
ölkəbəölkə gəzdiyi yollarda
keçmişdir. İlk
təhsilini öz atası, məşhur islam alimi Bəhauddindən
(o, «Sultanul-üləma, yəni «Alimlər
şahı» çağırılacaq dərəcədə böyük şöhrət sahibi idi) almışdır. Oğlu
Cəlaləddin kimi Bəhauddin də ömrü boyu dərviş
Şəms Təbriziyə dərin rəğbət bəsləmişdir.
Əksər
Qərb oxucuları Ruminin əsərlərini
ən azı Mütləqi özünə hopdurmuş
mənəvi yol göstərən ulduza, ən çoxu da dünyəvi həyatımızın
işıq daşıyıcısına bənzədərək
yüksək qiymətləndirirlər. Bununla bərabər,
oxucuları özünə cəlb edən həm də böyük mistikin estetik və transsendental məziyyətləridir.
Lakin Qərb pərəstişkarları Rumini öz tarixi konteksindən çıxarıb özlərininki
kimi qucaqlamağa
meyllidirlər. Bu gün Qərbdə öz yaradıcılığında Ruminin əsərlərindən istinad nöqtəsi kimi
istifadə edənlər az deyil. 1998-ci ildə Nyu-York
geyim dizayneri Donna Karan hətta öz yaz geyim
sərgisinin örtüyünü Rumi əsərlərinin yazıçı Dipak Kopra tərəfindən
verilən interpretasiyası ilə açmışdır.
Bəstəkarlar Flipp Qlass
və Robert Vilson isə
librettosu Ruminin amerikan şairi Kalman Barks tərəfindən
şərhi verilmiş 14 şeirindən
ibarət «Divlərin zərifliyi» əfsanəvi
operasını bəstələmişlər. Amerikan
antreprenörləri, əgər belə demək olarsa, Ruminin
populyarlığını artırmaq üçün
özlərindən yeni mənalar kəşf
edib onun təbliğinə
hər ay maliyyə qoyurlar.
Amerika kitab
mağazalarında üz
qabığında Rumi əsərlərinin
tarot tərəflərindən istifadə
olunmuş «Rumi
kartları» bir neçə versiyada satışa buraxılmışdır.
Kommersializm bir yana, əsərlərinin əsas məğzi
və xüsusilə məhəbbət mövzusu
baxımından Rumiyə münasibətdə İslam
və Qərb dünyası insanının
baxışlarında böyük fərq
var. Lakin Ruminin tez-tez və
ustalıqla istifadə etdiyi romantik obraz Qərb oxucusunu da özünə
əsir etmişdir. Bu romantik
obrazın orta əsrlər üçün səciyyəvi olan, bu gün
artıq yoxluğu hiss
olunan süni
abırlılıqla səciyyələnməsi Rumini əsasən sevgi şairi hesab etməyə
gətirib çıxarmışdır. Əksəriyyət Ruminin öz müəllimi
Şəms Təbriziyə bəslədiyi mistik
eyniləşdirmə ilə əhatələnmiş ruhani sevgisinə heyran olur. Bəzi şərhçilər isə
Şəmsin müəmmalı ayrılığından uzun müddət özünə gəlməyən
Ruminin öz müəllimi
ilə bu qarşılıqlı əlaqəsini
adi məhəbbət münasibəti kimi mənalandırır. Bunun
əksinə olaraq, müsəlman tədqiqatçıları
bunun əksinə olaraq
Rumi və Şəms arasındakı
münasibətləri hələ də ardıcıl olaraq «Sufi öz
qəlbini Allaha açmaq
üçün başqa
birisini çağırır» düsturu ilə şərh edirlər.
Ruminin tez-tez istifadə etdiyi
aşıb-daşan, coşqun, dünyəvi
təsəvvürləri sevimli Şəmslə,
doğrudan da,
yaxınlığını əks etdirir.
Çünki kişilər
arasındakı platonik məhəbbətin
seksual boyalardan istifadə
yolu ilə təsviri fars
məhəbbət poeziyası üçün
səciyyəvi bir şeydir. Rumi də
müəllimi Şəmsə olan sevgisini buna uyğun vermişdir. Buna görə seksual məhəbbət
epizodları İslam oxucuları tərəfindən
əxlaqsızlıq kimi mənalandırılmır.
Lakin bəzən
bir çoxları bunu
insan təbiətinə istehzalı, təhlükəli
və zərərli şərhlər kimi
qəbul edir. Ümumiyyətlə, İslam oxucusu Rumidən çox fərqli zövq
alır. İslami düşüncəyə
görə, alimlə mənəvi rəhbər, yaxud insanla Allah
arasında labüd ayrılıq yoxdur. Ruminin ədəbsiz
zarafatları, erotika ilə dolu təsvirləri, mədəniyyət və
dinləri kosmopolitcəsinə qavraması, səlis,
axıcı dilə malik hüquq,
tarix, ədəbiyyat və təbiət
bilikləri öz-özlüyündə hüdudsuz
görünür. Onlar
oxucunun Allaha və ruhani dünyaya
qovuşmasını sürətləndirmək üçün yalnız bir
layihədir. Ruminin şah
əsəri hesab olunan
altı cildlik «Məsnəvi»sinin bütün gözqamaşdıran genişliyinin və çoxşaxəliliynin bir məqsədi var:
Mütləqlə əlaqə.
İslam oxucuları üçün
Rumi «Quran»ın görkəmli təfsirçisi
və sufi fəlsəfəsinin parlaq şərhçisi olaraq
qalır. Fiqh və fəlsəfə
üzrə mükəmməl təhsil almış Rumi İslam aləmində
sufizmin daha iki böyük təmsilçisi
sayılan Əttar və Sənainin mənəvi
davamçısı hesab olunur.
Dini ehkamlar və məzhəblərdəki
təhrifləri aradan qaldırmaq məqsədi
onu bu iki
şair ilə birləşdirirdi. Daha çox isə o, metafizika və mistikaya meyllənməklə skeptisizmə yuvarlanan İslam vaizi, öz atası Bəhauddinin
müdafiəçisi kimi görünür.
Buna səbəb atasının bu gün İran
kimi tanınan doğma
vətəni Xorasanda o
zaman aristotelçi əsərlərə
meylin güclü
olması idi.
Bu gün
Türkiyədə Rumiyə müxtəlif yönlü
«fırlanan dərvişləri» özündə birləşdirən
mövləvilik təriqətinin banisi kimi hörmət edirlər. Bu
sufilər Mütləqdə təcəlla olunan
sevinc eşqinə fırlanırlar (yəni
səma edirlər). Dönməklə icra
olunan bu mistik rəqsin məşhurlaşmasına həqiqətən
də Ruminin özü
kömək etmişdir. İlk
dəfə bu rəqsi o,
özü bazarda, sonra sevimli dostunun
dəfnində oynamışdır. Bu mistik rəqsin özü
tərəfindən ilk iki
icrası hamının heyrət və təəccübünə
səbəb olmuşdur. Cənubi Azərbaycan
alimləri son illərdə şairə
hörmətini çoxlu sayda
yeni elmi essələrlə
ifadə edir.
Nə üçün Rumiyə münasibətdə
bu qədər çoxlu
sayda fərqli baxışlar və onu oxumağın bu qədər
çoxlu yolları var?
Necə ola bilər ki,
bu qədər müxtəlif dünyagörüşlü müasir
oxucu kütləsi bu orta əsrlər yazarına belə məhrəmanə
və açıq-aşkar bir səmimiyyətlə
yanaşır? Rumi öz
əsərlərində dəfələrdə deyir ki, o
təbiəti və gözəgörünməz
dünyanın əhəmiyyətini dilə daxil
etməyə təşəbbüs edir. Lakin buna yalnız qismən
nail ola bilməyin mümkünlüyünü də o açıq-açığına etiraf edirdi. «Süleyman və Şanapipik
hekayəsi»ndə Rumi yazırdı: «Sən
hər şeyin adını biləndənmi
eşitdin? Onun bizə
öyrətdiyi adların gizli mənalar
verən sirlərini dinlə! Bizimlə hər şeyin
adının xarici tərəfi zahir olur, Yaradanla
hər şeyin adının batini reallığı».
Ruminin məşhurluğunun izahı sadəcə
o ola bilər ki, o, «xarici
tərəfi zahir olan»,
eyni zamanda, nadir transsendent
istedadına malik və mistik
«batini reallığı» ovsunlayan
gözəl şairdir. Sözlərinin lakonikliyi haqqında tamamilə qərəzsiz
və təvazökar fikir bu
ola bilər: belə yazıçılar dünyada tək-təkdir. Həmçinin
xatırladılmalıdır ki, Ruminin farsca ən böyük klassik əsəri
olan «Məsnəvi»si onun
ədəbi ölməzliyinə təminat verir.
Əgər müxtəlif cür adamlar Rumi ilə rabitəsini
hiss edirsə, buna səbəb
həyatı boyu Ruminin
fərqli qruplarla yaxşı münasibəti
xoşlaması idi. Xorasan
vilayətinin Bəlx şəhəri
yaxınlığında doğulan Rumi bu vilayətdə
yayılmış İslam, xristian, yəhudilik, zərdüştilik və
buddizm ənənələri ilə
yaxından tanış idi və bu dinlərlə, inananlarla
sıx dostluq edirdi.
Müsəlman qadını olan birinci arvadının ölümündən sonra o, ikinci
arvadını xristian mənşəlilər
arasından seçmişdi. Tədqiqatçılar
göstərirlər ki, Ruminin
ümumbəşərililiyini qiymətləndirmək üçün dəfnindən gözəl dəlil
yoxdur. Belə ki, onun vəfatı zamanı müsəlmanlar, xristianlar, yəhudilər, yunanlar,
ərəblər və farslar 40 gün ağlayaraq yas saxlamışdılar.
Gəlin, yenidən
onun əsərlərinin, xüsusilə
«Məsnəvi»sinin strukturundakı sərbəstlik məsələsinə
nəzər salaq. Ruminin
özünəməxsus poetik üslubu sərbəst asossasiyalar
və qəfil dəyişən mövzularla
zəngindir. O, zəngin mövzuları füsunkar, özünün
könül oxşayan
istedadıyla birləşdirdiyindən çoxları bu cazibədən qaça
bilmir. Əsərlərinin bəzi yüngülvari nizamsızlıq keyfiyyətləri
isə qismən də olsa bir
faktı üzə çıxarır: ola
bilsin ki, bu əsərləri yazıya o özü
köçürməmişdir. Yəni o,
şeirlərini daim öz
ətrafında olan katiblərə bədahətən
diktə etmişdir. Tədqiqatçı
Annemarie Skimmel «Zəfər
günəşi» əsərində Ruminin
sirli, dəyişkən poeziyasının
hansı ovqatların təsiri ilə yaranması məsələsinə
toxunaraq yazır: «Onun
«Məsnəv»isinin sərbəstliyi mistik
sessiyaların xatırlatma formasıdır (bunu
Rumi tələbələrinə etiraf edirdi). Ustad fikirlərini deyir, rəyini
bildirir və bəzi məsləhətlər
verir; bəzi ziyarətçi və şagird ola bilərdi ki, söz desin;
o, bunu inkişaf
etdirir, ondan yeni hekayələr toxuyur.
Ola bilsin o vəcdə gəlir və bir
neçə şeirini bəlağətlə
oxuyur və beləliklə gecə ekstaz atmosferində başa
çatır. Lakin qəribə hekayə
və məsələlərin məntiqi
ardıcıllıqla xatırlanması növbəti gün çətin olurdu».
Qərb
oxucularına gəldikdə onlar belə hesab edirlər ki, Ruminin bu gün
təəccüb doğuran qətiyyətli
çağırışlarının başqa
mühüm səbəbi var:
onun istedadı adi təbiət
və gündəlik həyat hadisələrindən də vəcdə
gəlir. Əngin,
ucsuz-bucaqsız, valehedici hadisələrdə
fərd öz Yaradanının nişanəsini
hiss edir, mənasını
duyur və onunla nəfəs
alır. Ruminin əksər əsərləri
bütün bu təbii
nizamda bu və ya digər dərəcədə rol oynayan böyük
sevinci ifadə edir.
Oktay.
Xalq Cəbhəsi
$g 2012.- 27 iyul.- S. 13.