«Mən çərçivələri
sevmirəm»…
Rüfət Əhmədzadə:
«Şeir bizdə çatışmayan şeylərin arzusudur,
bu arzunun ifadəsidir»
«Realda
deyə bilmədiklərimi və ya dinlətə
bilmədiklərimi ədəbiyyatda deyirəm»
Müsahibimiz yazar Rüfət
Əhmədzadədir
- Əvvəlcə, gəl nədən danışacağımızı ümumi bir çərçivəyə salaq. Rüfət Əhmədzadəyə görə ədəbiyyat ilə həyat arasındakı məsafə nə qədərdir?
- Lap əvvəl onu deyim ki, çərçivəni sevmirəm, sağlam özül üstündə qurulan şeyləri sevirəm. Söhbət, biznes, ailə, dostluq, yaradıcılıq, təşkilat, hökumət və sair. «Məsafə» sözünü də sevmirəm, bu qorxulu səslənir. Laik düşünürəm ki, ruh və fikir yaxınlığı olan yerdə məsafə məna daşımır. İnternetin inkişafı da əksər əngəlləri aradan qaldırıb. İnsanların arasında olduğu kimi, ədəbiyyatla həyatın arasında da belədir. Yaşayıram, dəli kimi sevirəm, inanıram, dəlicəsinə sevildiyimi düşünürəm… Sonda da dəli olduğuma görə tərk edilirəm. Mənim həyatımda sevgi macəralarım çox olsa da, yadımda ən çox ayrılıqlar qalıb.
Realda deyə bilmədiklərimi və ya dinlətə bilmədiklərimi ədəbiyyatda deyirəm. Realda anlamayan əsərlərimdə anlayır, əsərlərimdə hiss edən realda unutqanlığa qərq olur…
Məncə elə məsafənin qədəri də budur – sevdiyim insanın məni anlayacağı, mənim onu anlatacağım qədər. Həyatda ən çox arzu etdiyim gücü ədəbiyyatda kəşf edirəm, amma əldə etmək asan olmur. Yazandan sonra görürəm ki, hələ çox məşq etməliyəm. Etiraf edim ki, indiyədək onlarla sevgilim, yüzlərlə irili-xırdalı bədii işlərim olub. Baxıram ki, hələ «O»na çatmağıma çox var. Həm yazmağa, həm də yaşamağa.
- Ötən il ilk kitabın işıq üzü gördü. Eşq, metafizika və ağlın qarışımı bir kitab – «Sən busan». Nə deyirsən O, kimdir?
- Kitabdakı «Sən busan» adlı hekayəni indi həyatda olmayan bir xanıma həsr etmişəm. Amma kitab olaraq, «Sən busan» daha geniş məna daşıyır. O budur – qarşındakı Rüfət. Sonra isə sənsən – Oqtay. Sonra bizim söhbətimizin üstünə gəlib çıxan oxucular. Sonra isə mənnim – yerli yazarın oxucusu olmağı özünə ar bilib daim xarici müəlliflərin əsərlərini oxumağından öyünənlər. Yeri gəlmişkən, mən belələrinə «qınını bəyənməyən qılınc» kimi baxıram. Amma onlar qılınc yox, kələ-kötür və çürük budaqdırlar. Kafkanın nəyi məndən artıqdır ki? Sən məni oxu, məni tənqid elə, məni ruhlandır və mən də sənin puluna layiq əsər yazmaq üçün çalışım-vuruşum. Oxumuşam, peşmanam… Kamyunu oxusunlar, Nabokovu, Remarkı… Nə bilim, hətta Mopassanın hərflərlə sevişə-sevişə yazdığı əsərləri belə hərfləri zorlaya-zorlaya yazan Kafkadan yaxşıdır. Bizdə də var belələri. Məsələn, inciməsin Aydın Əbilov. Qeyri-adi görünmək üçün bir neçə ay əvvəl bir əndribadi hekayə qoymuşdu «Facebook»a. İradımı bildirəndə sildi. Realda sevişməyi bacarmayanlar, erotika ilə pornoqrafiyanın fərqini bilməyənlər heç vaxt «nəsri-nazik» yarada bilməzlər. Kafkanı xatırladım yenidən. Mənə elə gəlir ki, Kafka yataqda çox uğursuz və gərgin tərəfdaş olub.
- Alphonse Daudet – «Ağrıları keyitməyin ən yaxşı yolu gözəl bir kitab oxumaqdır» – deyir. Bu sözlə ədəbiyyatın əhəmiyyətini vurğulayır. Səncə, kitab oxumaq nədir?
- Məncə, gözəl kitab oxumaq gözəl bir xanımla gün keçirməkdir. Söhbətləşmək, zarafatlaşmaq, ömrünün bir hissəsini maraqla keçirmək və üstəgəl, kişi ilə qadın arasında olan digər təbii şeylər. Bu arada, Ramiz Rövşənin «Sən mənim bacımmısan, anammısan, ya nəsən» sözlərini xatırlayıram. İnsanı özünə çəkən kitab saf və ilahi səviyyəyə çatan sevgini xatırladır. Belə sevgidə isə qadın səninçün yalnız qadın deyil, həm də bir ideyadır. Necə ki, kitab yalnız kitab deyil. Görürsən də, dostlarım nahaq yerə «sevgipatoloq» demir mənə.
- Gəl «ədəbiyyatın first class»ından – şeirdən danışaq. Rüfət, şeir ilə həyat arasında necə əlaqə var?
- Müsahibin Freyd olsaydı, bəlkə də, «necə əlaqə» sualına «cinsi əlaqə» deyə cavab verərdi. Amma mən bir az fərqli yanaşmağa çalışacam. Şeir bizdə çatışmayan şeylərin arzusudur, bu arzunun ifadəsidir. İnsan özündə cılızlaşma, zəifləmə hiss edəndə başlayır qəhrəmanlıq şeirləri yazmağa. Tənhalıq və intihar işartıları peyda olanda, başlayır sevgidən gubbuldatmağa.
Durmadan nikbin şeirlər yazanlar da var. Onlar da, yəqin ki, həyata «şəngülüm-şüngülüm» kimi baxırlar. Ümumiyyyətlə, hər şeydə optimist olanları anlamıram. Bu, vecsizlikdir. Bəziləri də var ki, lirik görünmək xətrinə çaydan-sudan, ya da dünyadan-zəmanədən yazarlar.
- Sənə görə, şairin brend olması nədir?
- Şairin brend olması onun «xalturşik»ə dönməsidir. O, özü
belə düşünməsə
də, cəmiyyət
şairi yoldan çıxaracaq. Məncə bu
qədər bəsdir.
- Şeirdə ənənə
anlayışını qəbul
edirsən?
- Ənənə Novruzda-Ramazanda
olar, toyda-yasda ənənə qoruyarlar. Ruhdan gələn şeydə nə ənənə… Dağlardan, çaylardan, bulaqlardan yazmasınlar, zamanı-dünyanı
söyməsinlər – qalan
hər şey «okey»dir.
- Müasir ədəbiyyatda
şair və yazarın dil çıxmazında tıxandığı
fikri ilə razılaşırsan?
- Olur elə şeylər.
Bəzən öz həyatımda
yaşadığım əhvalatları hansısa romanı və
ya filmi
xatırlatmasın deyə yazmamışam. Bir xanım yazar var, bir zaman
demişdi ki, Rüfət hind kinosu yazır. Onu vecə almasam
da, zamanla özüm bu «hind kinosu» ittihamından qorxmağa başladım.
Amma ruhdan düşmək də olmaz. Əlbəttə ki, təbiətdə
yeni söz yoxdur, amma yeni-yeni
doğulan insanlar kimi, yeni-yeni ehtiyaclar var. Biz özümüzün
və oxucuların ehtiyacını ödəməliyik.
Bəşər yaşadıqca, ədəbiyyat
da yaşayacaq.
- Ümumiyyətlə, həmin
çıxmazda tıxanıb
qalmamaq üçün
şair neyləməlidir?
- Az əvvəl dedim ki, mənim
üçün yazıb-yaratmaq
sevişməyə bənzəyir.
Sadəcə davam etməli, öpüş və nəvazişlərlə
öz pərisini ram etməlidir. Gördü ki, alınmır… Onda yaşasın Kafka!
- Azərbaycan şeirinin yol xəritəsində kimlər var ki, onların heykəli qarşısında
dayanıb baş əyə bilərsən?
- Mən indiyədək heç bir heykəl qarşısında
baş əyməmişəm.
Amma ruhuna «Fatihə» oxumaqdan söz getsə, Cəfər Cabbarlı, Müşfiq, Sabir, Cavid, Nizami,
Füzülinin adını
çəkə bilərəm.
Əslinə qalsa, mən
şəxsən özüm
üçün heykəl
ucaldılmasını ruhuma
hörmətsizlik bilərəm.
Ondansa iri bir daş
lövhə üstündə
rəsmimi cızsınlar.
Bax, bu maraqlı olar.
- Oxucu reaksiyaları həmişə çox maraqlı və müxtəlif olur. Eyni kitabı oxuyan iki nəfərdən biri, dili çox
pis, heç axıcı deyil, oxumaqda çətinlik çəkdim deyərkən,
bir başqası dili çox gözəl idi, su kimi oxudum
deyir adətən.
«Sən busan»da
belə hallarla qarşılaşdın?
- İlk kitabımı
uğurum hesab edirəm, ona görə də, uğurlarımdan çox
danışmaq istəmirəm. Onu deyim
ki, «ağır oxudum» deyənlə rastlaşmadım. Sadəcə bir neçə cümləmdən sonra bəyənməyib kənara
atanlar olub ki, onları ədəbiyyata qiymət verən oxucu hesab etmirəm. Yəni normal
oxucu təəfəkkürünə
malik insan əlindəki kitabı xırdalamağa çalışar.
Mənə görə deyil,
ədəbiyyatımıza görə.
- Qəribədir, qısa müddət ərzində
Rüfət Əhmədzadə
sevgi şairi imicini qazandı. Sevgi və sevgidən yazılan şeirlər hansı mənanı kəsb edir sənin nəzərində?
- Bu sual ən çətin
sualdır. Sadəcə bilirəm ki,
başqa şeydən
yazmaq zor gəlir mənə.
Etiraf edim, sevgi mənim
üçün daha asan mövzudur. Amma o da var
ki, bu mövzuda
çox yazıldığına
görə, adi və sıradan biri kimi görünmək
qorxusu var. Şükürlər
olsun, «Sən busan»dan sonra çox adam
«Mən buyam» deyib müəllifə təşəkkür məktubu
yazdı. Tanımadığım adamlardan zəng
edib görüşənlər,
dərdləşənlər də oldu. Deməli, mən hamının yaralı yerindən basa bilirəm. «Sevgi şairi» titulu bir gənc
yazar üçün
«iri tikə» olsa da, razılaşmamaq
bir az
çətindir.
- Bundan sonra oxucular
səndən nələr
gözləsin?
- Məncə, heç nə gözləməsələr
yaxşıdır. Kimisə arxayın
edəndə, söz verəndə yalançı
çıxıram. Nə qədər
romanlar yarımçıq
və ya redaktəsiz qalıb, atmışam bir qırağa. Amma sürprizlər
təqdim etmək üçün, var gücümü səfərbər
edəcəm. Sadəcə yaxşı yazmaq üçün yaxşı
oxumaq lazımdır.
Mənim isə, təəssüflər olsun,
xəbər, reportaj və müsahibələr
yazmaqdan ədəbiyyata
vaxtım çox az qalır.
İnformasiya bolluğu yıxır
məni. Lakin çalışacağam nə
isə iz qoyum…
Oktay
Xalq Cəbhəsi.-
2012.- 13 iyun.- S.13.