«Zaman xəbərsiz ötdü…»

 

 Sona Vəliyevanın yeni kitabı çapdan çıxıb

 

Şairə-publisist, Milli TeleviziyaRadio Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın «Zaman xəbərsiz ötdü:» adlı kitabı çapdan çıxıb. Nəşr müəllifin oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatıdır. Kitab beş bölmədən ibarətdir. «Portret cizgilər» adlı bölmədə şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaq olar. Burada həmçinin Sona Vəliyevanın müxtəlif vaxtlarda kütləvi informasiya vasitələrində gedən müsahibələrini də oxumaq mümkündür. «Çəhrayı rəngli dünyam» bölməsinin adı şairənin eyni adlı şeir kitabından götürülüb. Bölmədə müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, habelə ədəbiyyat adamlarının və ictimai xadimlərin şairənin yaradıcılığı haqqında məqalələri yer alıb.

Kitabın «Arazboyu düşüncələr» bölməsində vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirlər öz əksini tapıb. Burada həmçinin müəllifin «Arazbarı» kitabı haqqında yazılmış məqalələr verilib.

Uzun illər publisistik fəaliyyətlə məşğul olan Sona xanımın ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri «Publisistik etüdlər» bölməsində cəmlənib. Kitabın «Alimictimai xadim» bölməsində Sona Vəliyevanın Azərbaycançılıq ideologiyası ilə bağlı tədqiqat əsəri ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, «Zaman xəbərsiz ötdü…» kitabının «Ümidlər və arzular şairəsi» adlı ön sözünün müəllifi respublikanın əməkdar jurnalisti, «Kaspi» qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlidir.

 

 

Xalq Cəbhəsi.- 2012.- 15 iyun.- S.5.