Ürəyimdə xatirələr yaşayır»

 

Müslüm Maqomayevin memuarlarından seçmələr…

 

Ölümündən bir qədər əvvəl böyük müğənni Müslüm Maqomayevin Moskvanın «Prozaik» nəşriyyatında «Ürəyimdə xatirələr yaşayır» kitabı işıq üzü görmüşdü. Memuarlar toplanmış həmin kitabdan bir neçə hissəni diqqətinizə çatdırırıq.

 

Milanda təcrübəkeçmə dövrü

 

Bir gün Milanda bizi işsiz-gücsüz rus dili üzrə tərcüməçi Emilio ilə tanış etdilər. O vaxtlar Sovet İttifaqından gəlib-gedən az idi. Buna görə də Emilionun o qədər də işi çox olmurdu. Dedikcə riskli oğlan idi bu Emilio. Bir gün o belə bir şey təklif etdi mənə:

- Mikele, gəl səninlə biznes quraq. Bir dənə qəşəng maşın tapaq, mən qapısını açım, sən isə sükanın arxasına keç, mənim sınıq-salxaq maşınıma xətər yetir.

- Nə yolla yerindən dəbərtməyin sənin maşınına bir isti-soyuğu var?

Emilio hətta mənim fərasətsizliyimdən incidi də:

- Başa düş də! Biz səninlə belədə elə pullar qazanarıq ki, İtaliyada nəinki aylarla, hətta illərlə oxuya bilərsən.

- Necə?

- Bax belə! Sən mənim maşınımı vurub aradan çıxır, gizlənirsən, mən isə sınmış maşınımın ətrafında qaçır, bərkdən qışqırır, polis çağırıram. Qışqırıram ki, bəs toqquşmadan sonra başım bərk ağrıyır. Maşının sahibi isə yaxasını kənara çəkə bilmir və mənə çoxlu pul ödəməli olur.

Nəhayət mən belə bir «biznes»in mexanizmini başa düşdüm.

- Yaxşı mən sənin maşınını vurub zədələdim. Bəs sonra? Sonra mənə elə toy tutarlar ki, heç bir səfirlik dadıma çatmaz. Həm mənim tez qaçıb aradan çıxmaq səriştəm yoxdur!

 

Yarım il qastrolsuz

 

Fransada olduğum günlərin birində (bu 1964-cü ilin yayında olmuşdu, Maqomayev Fransada qastrolda idi.) mənim qaldığım mehmanxanadakı nömrəmə zəng oldu. Moskvadan:

- Sənin orda günün-güzəranın necə keçir?

- Çox gözəl.

- Bəlkə sən orda qalasan?

- olub ki?

- Burada səni pis xəbər gözləyir.

- Pis xəbər?

- Sən üç qat pul aldığın hansısa konserti xatırlayırsan? Bu aşkar olunub səninlə OBXSS maraqlanır. Məsələ belə olmuşdu. Pavel Leonidov adlı bir kimsə vardı, konsertlərin mahir bir təşkilatçı idi, sən demə dövlətə kələk gəlirmiş, o, hansı bir xəttləsə Vladimir Vısotskiyə qohumluğu da çatırdı:

Rostov filarmoniyası çətin günlərini yaşayırdı, filarmoniyanın pulu yox idi, artistlər gəlir gətirmirdilər. Leonidov mənə rostovluları çətinlikdən xilas etmək təklifini verdi: ora gedib stadionda oxumaq. O vaxtlar adi zallarda solo konsertlərimə görə mənə iki yüz manat verirdilər. Bir gün Leonidov mənə belə dedi: «Qırx beş min adam üçün stadionda oxusan, sənə üç qat haqq vermək təklifi edirlər. Məni əmin etdi ki, nazirliyin hətta müfafiq rəsmi icazəsi var: artistlər çoxminlik auditoriya qarşısında iki-üç mahnı ifa etmələrinə görə üç qat haqq alırlar, elə mən solo konsertə görə bu qədər ala bilərəm. Dedikləri məntiqli ağlabatdı. Əslində isə nazirliyin heç bir rəsmi icazəsi yoxmuş.

Mən Rostovdakı stadionda solo konserti vermişdim, qanımla-canımla qazandığım altı yüz manatı almış, rəsmi buxalteriya cədvəlində qol da çəkmişdim, bütün qaydalara da əməl olunmuşdu. Stadionda konsertdən qazandığım pullara görə məni ittiham etdilər, guya mən Rostovda xeyli qonorar almışam.

Beləliklə, Moskva zəngindən sonra mənim əhval-ruhiyyəm korlandı. Qarşımda sual dururdu: getmək, yoxsa burada qalmaq? Tutaq ki, mən qaldım: Bəs, Camal əmim? Qohumlara, dostlara ziyanım dəyməz?

qədər çox içirdimsə, bir o qədər ayıq olurdum. Qalmaq olardı, lakin həm mümkün deyildi. Bu, mənim həyatımdakı bir neçə hadisədən biri idi ki, mənim üçün nifrət oyandıran söz olan «olmaz», xoşladığım «olar» sözümə qalib gəldi.

Mən otelə döndüm. Bizimkilər çox bərk yatmışdılar

Səhərisi təyyarə Moskvaya yol aldı. Gəlib çıxdıq. Furtseva məni cəzalandırmaq istəmirdi, lakin onun dəstəsi onu buna vadar edirdi. «Oğlanı cəzalandırmaq lazımdır, yoxsa o, özünə çox şeyi rəva görər». Sonra məlum oldu ki, «Rostov» məsələsinə birini əlavə ediblər, hardansa Penza məsələsi meydana çıxdı, hansı ki, mən orda bircə dəfə olmamışdım. Mən birdən özümü Kijenin poruçiki yerində hiss etdim. Hansısa konsert inzibatçısını ifşa etdilər, guya o, mənim familiyamı tabelə yazıb, əvəzimə qol çəkib, pul alıb. Mən müfəttişə dedim: «Başqa yeri deyənmərəm, Penzadasa heç bir vaxt olmamışam».

SSSR Mədəniyyət Hazirliyi olanlara öz münasibətini bildirmək məcburiyyətində idi. Mənə yarım il susmaq cəzası verdilər: ucsuz-bucaqsız sovet Vətənimizin bütün ərazilərinə qastrola gedə, radio televiziyada çıxış edə bilərdim.

 

Şahın hədiyyəsi

 

Şahbanu Fərəh heyranedici idi: üzünün dəqiq cizgiləri, məxməri şərqli gözləri, qeyri-adi təbəssümü var idi. Əsl kino ulduzu idi. Onun Bakı səfəri rəsmi olduğundan o özünü ciddi protokol qaydaları çərçivəsində aparırdı.

Azərbaycanın Ali Soveti Rəyasət heyətinin qəbullar sarayında hörmətli qonağın şərəfinə düzənlənmiş gecədə mən var idim. Məndən oxumağı xahiş etdilər mən royal arxasına keçdim. Neopolitan mahnılarını, sonra Azərbaycan mahnılarına keçdim, axırda da Fiqaronun kavatinasını oxudum.

Bir müddətdən sonra İran şahının tacqoyma mərasiminin ildönümü bayramında iştirak etmək üçün dəvət aldım. Bizi gözəl bir oteldə yerləşdirdilər, orada bizim xidmətimizdə istəsən var idi: müxtəlif restoranlarda səhər yeməyindən tutmuş axşam yeməyinə qədər. Biz hətta ürəyimiz istəsə ala bilirdik. Biz şah vəsaitindən ödənilən kommunizm mühitinə düşmüşdük. Nəhayət, şahın sarayında çoxdan gözlənilən qəbul baş tutdu. Burada mərasim qaydalarında sərbəstlik vardı, rəsmiyyət yoxdu: xahiş edəndə oxuyur, eləməyəndə oxumurdum, yeyib-içirdim. Bir sözlə, bu ziyafətdə özümü çox sərbəst hiss edirdim.

Orada, sarayda başıma qəribə gəldi ki, buna görə məni məzəmmət eləmədilər. Fiqaro kavatinasını oxuyandan sonra şahın istəyi ilə məni onun hüzuruna apardılar. O, həm kavatinanı, həm neapolitan mahnılarını oxumağıma görə təriflədi. Səmimi söhbət bitdikdən sonra mən şahdan aralanmaq üçün çevrildim, elə bu an zalda ötəri uğultu eşitdim. Məlum oldu ki, mən çox dəhşətli səhv etmişəm. Şahbanu Fərəhin rusca çox gözəl danışan katibi sonra mənə izah etdi ki, qaydaya görə şaha arxa çevirərək, uzaqlaşmaq olmaz, dal-dalı getmək lazımdır. Lakin bu haqda mənə heç kim xəbərdarlıq etməmişdi. Buna baxmayaraq, şah sarayının tarixində birinci dəfə idi ki, ciddi qaydanı pozan mən idimİran hökmdarına arxa çevirmişdim.

 

Böyük kino

 

Bir gün kinorejissor Aleksandr Zarxidən məktub aldım. O mənə «Anna Karenina»da Vronski rolunda özümü əbədiləşdirmək imkanı verirdi. Mən çaşıb qalmışdım, amma Camal əmim sevindiyindən sanki göyün yeddinci qatında idi. Lakin mən hər halda götür-qoy etməli oldum. Zarxi çox təcrübəli rejissordur, elə-belə riskə getməz. Bu rol çox ağırdı, adamdan böyük məsuliyyət tələb edir. Bu Tolstoydu axıSonra isə şübhələrimə qorxu da əlavə olundu: bunun üçün qədər cəsarət, hətta həyasızlıq lazımdır ki, klassik girdaba başını soxasan.

Buna görə Zarxi ilə işlərimiz sınaq çəkilişlərinə belə gedib çıxmadı. Əgər gedib çıxsaydı belə mən özümü məğlub rolunda təsəvvür eləmək istəməzdim.

Mən Bakıda olanda Moskvadan zəng gəldi. Kinorejissor Leonid Qaydayın tapşırığı ilə zəng edirdilər:

- Ostap Bender rolunda özünüzü sınamaq istərdinizmi?

- Siz nədən bu qərara gəldiniz ki, mən Ostap Benderə oxşayıram.

-Oxuyanda olar?

- !

Mən buna son dərəcə heyrət elədim. Birincisi, mən bu vaxta qədər heç vaxt özümdə yoldaş Benderdə olan qabiliyyəti hiss etməmişdim. İkincisi , «On iki stul»u sonacan oxumağa hövsələm qalmayıb. Bunu etiraf etmək çox utandırıcı olsa da mən başa düşmürəm, üçün hamının Ostap Bender onun yumorundan xoşları gəlir.

Rejissor köməkçisi ilə söhbətimdə elə bunu izah etməyə çalışdım. Moskva ilə danışıb, dəstəyi asdım, öz-özümə güldüm. Özünüz təsəvvür edin: Kreml sarayının səhnəsinə müğənni Müslüm Maqomayev çıxır, zalda isə qışqırırlar: «Bender, Ostap Bender, özü hardan, hardanBakıdan

 

 

Hazırladı: Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 1 mart.- S.15.