Nə qədər ki, ürəyim döyünür…»

 

Esmira Fuad: «O, bu sənəti sevir sevdirirdi»

 

Tanınmış xalçaçı-rəssam Kamil Əliyevin vəfatından 7 il ötür

 

Tanınmış xalçaçı-rəssam Kamil Əliyevin vəfatından 7 il öür.

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvanda doğulub. 1936-cı ildə Bakı rəssamlıq məktəbinə daxil olub, eyni zamanda «Azərxalça» İstehsalat Birliyində köçürücü rəssam kimi işləməyə başlayıb. Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra «Soyuz-Torq reklam»ın baş direktoru baş rəssamı (1954) təyin olunan K.Əliyev daha sonra Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru (1961), Bakı Zərgərlik Fabrikinin direktoru (1964-71), Yerli Sənaye Nazirliyi İstehsalat şöbəsinin müdiri (1971-93) vəzifələrini icra edib.

Yazıçı-publisist Esmira Fuad bildirir ki, o, 1993-cü ildən ömrünün son gününədək «Azərxalça» Elm-İstehsalat Birliyinin baş direktoru olub ömrünü mədəniyyət tariximizin mühüm səhifələrindən olan xalqımızın qədim xalçaçılıq sənətinin zəngin ənənələrinin qorunub saxlanmasına inkişaf etdirilməsinə həsr edib: «Kamil Əliyev yaradıcılığa başladığı ilk dövrlərdən etibarən süjetli xalçalar yaratmaq arzusu ilə yaşayırdı. Bəzən onu xalçaçılıq sahəsindən uzaqlaşdırmaq istəyənlər olsa da, qəlbindəki bu qədim əbədi sənətə məhəbbət, sevgi bir an belə səngiməyib. 1958-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyinin keçirilməsi planlaşdırılırdı. Bir rəssam kimi onun da ürəyində bu ilahi məhəbbət şairinin portretini işləmək, şairin ilmələrə çökmüş obrazını yaratmaq arzusu baş qaldırır. Ürəyində boy verən arzunu ilk dəfə bəstəkar dostu Qara Qarayevə açır, «Mənə Füzulinin şəkli lazımdır» deyir. «Narahat olma, kömək edərik»-deyə Qara sədaqətli dostuna ürək-dirək verir. Doğrudan da bu, asan deyildi, çünki Füzulinin orijinal şəkli yox idi yeganə portreti hansısa türk rəssamı tərəfindən açıqca kimi işlənmişdi. Bir müddət sonra işə başlayan Kamil Əliyev Füzulinin portretinin on variantda eskizini çəkir, ancaq heç biri müəllif kimi onu razı salmır. Nəhayət, sonuncu variantın üzərində dayanır. Deyəsən, istədiyi alınmışdıQara Qarayev dostunu o vaxtkı mədəniyyət nazirinin müavini Nəzərovla görüşdürür. Görüş uğurlu olur, nazir müavini eskizi bəyənir Kamil Əliyevin çoxdan bəri ürəyində gəzdirdiyi arzusu gerçəkləşir».

1958-ci ildə toxunan Füzulinin portret-xalçası Kamil Əliyevə böyük sənət uğuru gətirir: «Deyəsən, ilahi məhəbbət şairinin sevgisi ilə rəssamın xalça sənətinə olan sevgisi üst-üstə düşmüşdü. «Dünyada ilahi məhəbbəti onun qədər poetik ustalıqla ifadə edən ikinci bir söz ustası varmı? qədər ürəyim döyünür, o sevgi oradadır»- deyən rəssamın həqiqətən «Şəbi-hicran» notlarında köklənmiş «Füzuli» portret-xalçası başdan-ayağa məhəbbətə bələnib. Xalqın tarixi yaddaşından süzülüb gələn rənglərin, ornament naxışların, süjet obrazların bütöv vəhdəti, kompozisiyanın qeyri-adi bədii gücü, estetik-fəlsəfi qayəsi, ümumi monumental ruhu xalçanı həqiqi sənət zirvəsinə yüksəltmişdi».

E.Fuad bildirir ki, bu, təkcə Kamil Əliyevin deyil, həm qədim tarixə malik olan Azərbaycan xalça sənətinin yeni uğuru kimi dəyərləndirlir: «O, bu sənəti sevir sevdirirdi, onun ən yaxşı ənənələrindən yararlanaraq Azərbaycanın qədim əbədiyaşar xalça sənətinə yeni çalar, orijinal bir üslub gətirir, xalçaçılığın milli koloritə, tarixi köklərə söykənən portret-xalça janrını yaradır bu müqəddəs xalq sənətinə sevgisini göstərə bilir. Beləliklə Kamil Əliyev çağdaş portret-xalça janrının müəllifi kimi özünü təsdiqləyir o, Azərbaycan xalçasının şöhrətini daha da artırır, bütün dünyaya tanıdır. Beləcə, Şota Rustavelinin, Puşkinin, R.Taqorun, İ.Qandinin, Azərbaycan ədəbiyyatının klassiklərindən Nizami, Nəsimi M.F.Axundovun, daha neçə-neçə sənətkarın, ictimai dövlət xadiminin portret-xalçaları sıralanır Kamil Əliyevin əvvəl ürəyində, təfəkküründə, sonra isə sənət nümunələrinin sərgiləndiyi fərdi xalça muzeyində. O, yaratdığı hər xalçanı sevirdi, onları övladları kimi əzizləyirdi. Onun böyük məhəbbətlə yaratdığı portret xalçaları seyr etdikcə inanırsan ki, Puşkin, Ş.Rustaveli, Nizami, Füzuli, Nəsimi, Atatürk, M.Ə.Rəsulzadə, R.Taqor daha neçə-neçə böyük şəxsiyyətlər yenidən doğulur Kamil Əliyevin sehrli barmaqlarının yaratdığı ilmələrin qovuşuğunda əbədilik qazanırlar. Rəssam öz füsunkar sənəti ilə ölkəmizi digər ölkələrlə yaxınlaşdırmaq, dostlaşdırmaq missiyasını da yerinə yetirir, xalqlar arasında mənəvi körpü salır, mədəni əlaqələri genişləndirirdi. Deyirdi ki, yaşadığımız dünyada ta qədimdən üzü bu yana əmin-amanlığı, insanların təhlükəsiz, azad həyatını qorumaq üçün ən vacib cəhətlərdən biri ən əsası xalqların, insanların bir-birini tanıması, qəbul etməsi sevməsidir. Ayrı-ayrı xalqların, insanların ürəklərinə məhəbbət körpüsü salmaq, ünsiyyət, mədəni əlaqələr yaratmaq isə sənət adamlarının vətəndaşlıq borcu, vəzifəsidir».

E.Fuad hesab edir ki, K.Əliyevin realist üslubda yaratdığı hər xəttində, ornamentində bir sirr, hikmət gizlənən portret-xalçalarında daxili bir harmoniya, vəhdət var: «Azərbaycan xalçaçılıq məktəbinin müdrik müəllimlərindən biri oldu Kamil Əliyev. Bu qədim sənətin tarixini, ənənələrini əsas tutaraq yeni söz demək, öz dəsti-xəttini yaratmaq üçün orijinal bir yol seçdi. Elə bir yol ki, onun başlanğıcını məhz özü qoydu, açdığı cığırlarla uzun-uzadı yol gedərək sonunu axtardı. Ancaq sonuna çatmağa tələsmədi. Söhbətimiz zamanı maraqlı bir fikir söyləmişdi: «Qızım, haqqımda tərif dolu sözləri çox işlətməVaxt gələr, məndən istedadlı rəssam, xalça sənətkarı doğular, ona deməyə söz tapmazsanXalçanın hər xəttində bir sirr, bir hikmət gizlənib. Ümumiyyətlə, sənətdə hüdud yoxdur. Mənim cəhdlərim uğurlu olub. Ona görə ki, hər bir dünya xalqının özünəxas xalçaçılıq sənəti olduğundan bir-birinin əsərlərini yeni əsər kimi qəbul edirlər. Naxışlar isə xalçanın danışan dilidir. Harda olursa-olsun, özünü nişan verir, mənsub olduğu xalqın tarixini, mədəniyyətini bəyan edir».

«Lap uşaqlıqdan zərrə-zərrə öyrəndiyi bilik, bacarıq səylərini, topladığı təcrübəni xalçaçılığın inkişafına, onun dünyada tanınmasına sərf etdi» – deyir E.Fuad: «Kamil Əliyev yaradıcılığında sərhəd tanımır. Xalça qəhrəmanının xarakterini, üzlərinin rəngini olduğu kimi vermək üçün münasib rəng seçmək asan deyil. Əlbəttə, hər bir xalqı xalq edən, onu dünyaya tanıdan, adını bəşəriyyətin tarix yaddaşında qoruyub saxlayan onun bədii yaradıcılıq sənəti sənətkarları, elm, mədəniyyət adamları, ictimai-siyasi xadimləridir. Kamil Əliyev xalqımızın yetirdiyi belə şəxsiyyətləri dünyaya tanıtmağa çalışmış, təkrarsız portret-xalçalarını da məhz bu müqəddəs arzu istəklə yaratmışdı».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 1 mart.- S.14.