Musiqimizin Arif əfsanəsi

 

Çağdaş Azərbaycan sənət tarixinin nəhəng, əfsanəvi simalarından biri, əsərləri aləmə səs salmış şan-şöhrətli bəstəkar, usanmaz müəllim, odlu-alovlu ictimai xadim, əsl vətəndaş Arif Məlikov… Onun zəngin yaradıcılıq irsi XX əsr Azərbaycan musiqi salnaməsinin ən şərəfli, parlaq, cazibədar hissəsini təşkil edir. Əslində Arif Məlikov müasir musiqi tariximizi gözümüz önündə səbr, inam və şövqlə yaradan əzəmətli sənətçilərdən biri, Azərbaycan bəstəkarlıq məktəbi binasının ucaldılmasında iştirak edən ən qorxmaz və orijinal dəst-xətli memarlardandır.

Estafeti dahi sələfləri – Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov əllərindən alan A.Məlikov sənət üçün çox önəmli bir zamanda – 1950-ci illərin sonunda yaradıcılıq yoluna qədəm basmışdır. Sovetlər ölkəsində siyasi iqlimin mülayimləşməsi ilə səciyyələnən, axtarışlar, eksperimentlər üçün görünməmiş geniş imkanlar açan bu dövrdə A.Məlikov Q.Qarayev məktəbinin yetirmələrinə xas əzm, coşqu ilə yeniləşmə prosesinə qoşulur, tez bir zamanda onun liderlərindən birinə çevrilir. 1958-ci ildən (Konservatoriyanı bitirdiyi ildir) üzü bəri A.Məlikov qarşısına ciddi vəzifələr qoyaraq onların inandırıcı bədii təcəssümü naminə o ki var çalışır, musiqimizə təravətli obraz və ifadə vasitələri bəxş etməkdən usanmır.

A.Məlikov yaradıcılığının, şəxsiyyətinin bütün miqyası ilk növbədə simfonik musiqidə üzə çıxır. O, nəinki Azərbaycanda, kifayət qədər geniş musiqi məkanında «simfonik atmosferi» müəyyənləşdirən sənətkardır. Təsadüfi deyil ki, sanballı dərsliklərdə bəstəkarın adını məşhur «Zaqafqaziya triosu»nun (Kançeli, Terteryan ilə bahəm) iştirakçısı kimi qeyd edirlər. Onun orijinal konsepsiyanı təkrarsız bədii təcəssümlə birləşdirən 8 simfoniyasından hər biri dövrün simfonik proseslərinin istənilən nəzəri kitabdan daha yaxşı, daha dolğun illüstrasiyası adlandırıla bilər.

Artıq II simfoniyada (1969) bəstəkar ənənəvi dördhissəli strukturun əsiri olmaq istəməyərək, maraqlı altıhissəli silsilə ərsəyə gətirir, hissələrdən hər birini obrazca yekcins həll edərək onların daxilində deyil, arasında təzad yaradır. Onu «Məhəbbət əfsanəsi»nin müəllifi kimi tanıyanları karıxdıraraq Arif Məlikov başqa bir estetikaya üz tuturekspressiv ifadə tərzini seçir. 1970-ci illərin landşaftında ucalan zirvələrdən birisimli alətlər üçün IV simfoniyadır (1977). Bu yığcam birhissəli kompozisiyada bəstəkar müxtəlif təfəkkür tiplərini – monodiyapolifoniya, homofoniyadodekafoniya, İ.Zemtsovskinin təbirincə, müxtəlif sivilizasiyaları cəsarətlə qarşılaşdıraraq, «hadisələrin» vaqe olduğu məkanı – keçmişmüasirlik, arxaikabu gün, müvəqqəti və əbədi əsərdə sıx vəhdət halında çıxış edirdaim dəyişdirərək dövrümüzün məxsusi səslənən mənzərəsini canlandırır.

Başqa bir zirvə 1984-cü ildə yazılmış VI simfoniyadır. Əsər simptomatik bir başlığa malikdir – «Təzadlar». Bu dövrümüzün, həyatımızın, mənəviyyatımızın təzadlarıdır. Son dərəcə qabarıq, görümlü obrazlar sırası düzənləyərək bəstəkar teatr kino estetikasına dəlalət edən montaj dramaturgiyasından məharətlə bəhrələnir. Burada ramplissajlara, bağlayıcı körpülərə, bir sözlə, əhəmiyyətsiz, izafi vasitələrə yer yoxdur ola da bilməz.

Arif Məlikovu doğrudan da, orkestrin cadugəri adlandırmaq olar. Tembrləri seçmək, onları bir-birinə qatmaq, cazibədar tembr dramaturgiyası qurmaq baxımından Arif Məlikovla yarışa bilən bəstəkar çətin tapılar. Bəlkə burada Arif müəllimin rəssam istedadısənətkarımızın gözəl boyakarlıq lövhələri arasıra sərgiləndirilir, həm böyük uğurlaözünü büruzə vermiş olur.

90-cı illərin məhsulu olan VII simfoniyanın meydana çıxmasının maraqlı tarixçəsi var. Bu simfoniya türk xalqının böyük oğlu, məşhur alim, xeyriyyəçi İhsan Doğramacının təklifi iləxüsusi olaraq Bilkənd konsert salonunun açılışı üçün yazılmışdır. Faktiki, ilk dəfə simfoniyanın ənənəvi dördhissəli strukturuna üz tutaraq Arif Məlikov İnsan konsepsiyasının (M. Aranovskinin ifadəsidir) bütün aspektlərinifəaliyyəti, düşüncəni, oyunu dolğun təcəssüm etdirməyə müvəffəq olur.

Bəstəkarın sonuncu, VIII simfoniyası (2003) onun ən müəmmalı, ən çoxmənalı əsərlərindəndir. İlk dəfə Arif Məlikov həyat ölüm mövzusunu ortalığa qoyur, onu araşdırmağa çalışır. Bu mövzuya aydın münasibət bildirmək, hər hansı məna dəqiqsizliyindən uzaqlaşmaq məqsədi ilə o, ilk dəfə sözə müraciət edir. Konsepsiyanın mürəkkəbliyi təcəssümün, ilk növbədə strukturun qeyri-adiliyini doğurmuşdur. Belə ki, I hissə N.Hikmət şeirlərinə bəstələnmiş vokal silsilədir. Onu da deyim ki, məşhur tədqiqatçı V.Vasina-Qrossmanın fikrincə, vokal silsilə başqa janrlarla rabitə yaratmağa meyllidir: «Vokal silsilənin simfoniyaya meyli, əlbəttə, struktur cizgilərindən çox (hərçənd bu da istisna deyil), janrın konsepsiyalılığında, başlıca mətləblərdən söz açmaq niyyətində təzahür edir».

Silsilənin dramaturji xətti kifayət qədər aydındır. İlk iki romans baş mövzunuməhəbbət ölümbəyan edir.

Mahnıları arasında strukturu ilə seçilən nurlu «Çinar olsam» məxsusi intermetsodur. Kulminasiya dördüncü romansa – «Dün gecə rüyama girdin» – təsadüf edir: burada röya, yuxu acı gerçəklik (sevgilinin yoxluğu) üzləşir. Yada düşür ki, qədim türklərdə yuxu «kiçik ölüm» adlandırılırdı. Bəstəkar sevgi obrazını özü üçün işarəvi olan Məhmənabanunun mövzusunun vasitəsilə ifadə edir. Silsiləni amiranə surətdə açan, refren funksiyasını daşıyan başlıca tezis buradaca – ilk dəfəvokalizasiyaya məruz qalaraq ölüm obrazını andırır. Ekstatik beşinci romansSən») şairin coşğun hisslərinin ifadəsidir. Özü orkestrin son sözü emosiyanı daha da qabardır, gücləndirir. Silsiləni qapayan «Yumulu göz kapaklarımın içində» – faciəvi nəticədir. «Sarı gəlin» el nəğməsinin sitat şəklində keçirilməsi bu fikri təsdiqləyir. Beləliklə, I hissədə məhəbbət, ölüm mövzusu romantiklərə xas ümumfəlsəfi səpgidə təcəssüm olunur.

Dramaturji mərkəz instrumental II hissəyə təsadüf edir. Burada aleatorika texnikasının köməyi ilə A.Məlikov apokaliptik səslənməyə malik lövhə yaradır. Orkestr boyalarının get-gedə qatılaşması, sonor səs mühitində sona doğru ayrı-ayrı mövzu qəlpələrininonların arasında A. Məlikov üçün işarəvi HümayununMəhəbbət əfsanəsi» simfoniyası) səciyyəvi dönəmlərinin peyda olması sarsıdıcı təsir bağışlayır. Vətən yanğılı şairimiz Almaz İldırımın «Azərbaycan» şeirinə yazılmış III hissə bütün silsiləni mənaca tamamlayır. Əvvəldə insan dramını təcəssüm etdirib, II hissədə ümumbəşər faciəisinin təsvirini verməyə çalışan bəstəkar, nəhayət, doğma Azərbaycanda, bu torpağa məhəbbət hissində təskinlik tapır. Özü A.İldırımın ardınca A. Məlikov da Vətənə mədhiyyə oxumur, onun Vətən nəğməsində kövrəklik, xəfif kədər, hətta təşviş sezilir.

Beləliklə, A.Məlikovun hər bir simfoniyası konsepsiyadan irəli gələn struktur, musiqi dili orijinallığı ilə seçilir. Önəmlidir ki, simfoniya üzərində «əməliyyatlar» epataj məqsədini güdmür. Əsas amal ziddiyyətlər içində boğulan, gözəllik xeyirdən get-gedə uzaqlaşan, lakin bu ideallara hələ can atan, heç birmənalı olmayan, qəliz dinamik dünyamızın mümkün qədər dolğun «portreti»ni yaratmaqdır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 2 mart.- S.13