Ermənilərin «mədəni» oğurluqları

 

1981-ci il martın ilk həftəsi İrəvanda tələbə-bəstəkarların ümumittifaq festivalı keçirilirdi. Baltikyanı respublikalardan tutmuş Orta Asiya, uzaq Sibir konservatoriyalarında təhsil alan 200 nəfərə qədər gənc tələbə bəstəkarlar və ifaçılar yeni əsərlərini bu festivalda səsləndirəcəkdi. Gələn qonaqları mehmanxanalarda yerləşdirdikdən sonra şəhərlə tanışlıq başladı. «Ev sahibələrinin» fəxrlə, qürurla qonaqlara təqdim etdikləri «diqqətəşayan» yerlərdən biri də dövlət konservatoriyasının yeni binası idi. Bu binaya daxil olarkən birdən birə azərbaycanlı tələbələrdən birinin ürəyimdən qəribə hiss keçdi: «Görəsən bu yeni konservatoriyada ilk eşidəcəyi kimin, hansı bəstəkarın musiqisi olacaqBu hissin təsiriylə hamıdan aralanıb pilləkənlə III mərtəbəyə qalxaraq koridorda siniflərdən birinin qapısına yaxınlaşdı. İki laylı sinif qapısını açanda heyrətindən donub qaldı. Çox zövqlə geyinmiş, ciddi görkəmli, çəlimsiz bir yaşlı qadın royal arxasında həvəslə, şövqlə böyük Üzeyir bəyin «Sevgili canan»ını ifa edirdi. Buidi? Təsadüf, yoxsa Üzeyir bəyə böyük məhəbbət? Sabahı gün Dövlət Şəkil Qalareyasını ziyarət edərkən rəssam Elbekyanın «Qədim Tiflis» seriya-tablolarına baxaraq eyni hissi keçirdi. Çünki əsrin əvvəllərini təsvir edən rəssam, Tiflisin köhnə məhəllələrini, qədim binalarını, gözəl guşələrini əks etdirsə də, təsvir olunan dükanların, restoran, kazinoların, hamamların, səyyar teatr afişalarının üzərində çoxlu sayda «Arşın mal alan» sözləri yazılmışdı. Bu isə hələ əsrin əvvəllərində yenicə bəstələnmiş operettanın əfsanəvi şöhrətinə, yüksək reklamı olmasına dəlalət edirdibu həqiqəti müxtəlif zamanlarda erməni sənətçiləri, qələm sahibləri belə inadla etiraf etmişlər.

Bir həqiqəti qətiyyətlə qeyd etmək olar: Üzeyir bəyin musiqisi bütün zamanlarda erməni sənətçilərinin, musiqiçilərinin, dinləyicilərinin qəlbini fəth edib. Üzeyir bəyin sənətinin böyüklüyü, miqyası, saflığı, qeyri-adiliyi öz yenilməz gücüylə daim erməni nihilistlərini, skeptiklərini, bədxahlarını susdurub, əsil sənətsevərləri zənginləşdirib, düşündürüb. Üzeyir bəyin yüksəlişi, uğurları, elə həyatı da daim parlaq işıq və qara-boz kölgələrlə müşayiət olunub. Müsəlman Şərqinin qəflət yuxusuna dalmasından zövq alan, onu tarixin unudulmuş, əski səhifəsinə bənzədən, yenilikdən, müasir mədəniyyətdən çox uzaq olmasından gizli-aşkar məmnunluq duyan «qonşu mədəni xalqlar» uzun zaman Üzeyir bəy fenomenini ciddi qəbul etmək istəməmişlər, qaranlıq gecədə qəfil parlayan Günəşi ani təsadüf hesab etmişlər.

Axı necə ola bilərdi? «Qədim tarixə», «mədəniyyətə» sahib olan qonşu xalqların bəstəkarları hələ XIX əsrdə Avropanın, Rusiyanın konservatoriyalarında mükəmməl təhsil alsalar da və hər cür maddi, mənəvi dayaqları olsa belə, onlar opera yazıb tamamlaya bilmədilər. Ancaq 22 yaşlı azərbaycanlı bir gənc nəinki Qafqazda, bütün Şərqdə, müsəlman aləmində hamını qabaqlayaraq, bu günə qədər də yaşayan, səslənən və ecazkar gücü ilə ürəkləri məftun edən ilk operası «Leyli və Məcnun»u yarada bildi. Bu əsərin premyera günü – 1908-ci il yanvarın 25-də, bütün Qafqazın mədəni ictimaiyyəti sevinc, heyrət, rəğbət qarışıq təlatümlü hisslər yaşadı. «Leyli və Məcnun»un ilk tamaşalarına təkcə Bakıdan yox, Gəncədən, Tiflisdən, Dərbənddənbaşqa şəhərlərdən onlarla tamaşaçı gəlirdi. Bunların arasında gürcülər, ermənilər, yunanlar, tatarlar da az deyildi. 1941-ci ilin mayında Bakıda erməni bəstəkarı A.T.Tiqranyanın «Anuş» operası tamaşaya qoyularkən, premyerada müəllif özüiştirak etmişdi. Premyeradan sonra onun şərəfinə verilən ziyafətdə Tiqranyan demişdi: «Mən açıq etiraf etmək istəyirəm… Bu ilk erməni operasının yaranmasında əsil səbəbkar Üzeyir bəy Hacıbəyovdur… Hələ 1908-ci ildə «Leyli və Məcnun» operasını dinlərkən mən də milli opera yazmaq qərarına gəldim və dörd il keçəndən sonra 1912-ci ildə «Anuş» operası yarandı». Əlbəttə operann yazılmasından səhnə təcəssümünə qədər, öz dinləyicisini tapmasına qədər uzun zaman keçir. Erməni səhnəsində də ilk milli operanın tamaşaya qoyulması xeyli gec həyata keçdi (1933). Üzeyir bəy isə 1909-cu ildə «Şeyx Sənan», «Rüstəm və Zöhrab» operasını, eləcə də ilk operettası «Ər və arvad»ı yazıb səhnəyə gətirir. Bəstəkarın 1911-ci ildə tamaşaya qoyulmuş 2-ci operettası olan «Məşədi İbad» da az müddətdə məşhurlaşır və onun şöhrəti Azərbaycandan xeyli uzaqlara yayılır. Belə ki, 1919-cu ildə Krımda, Yaltada A.Xanjankovun studiyasında rejissor V.Papazyanİ.Lakka tərəfindən ekranlaşdırılmağa başlanır. Operettanın ekranlaşdırılması başa çatmasa da musiqisi yaddaşlardan silinmir. O zaman Krımda yaşayan və Krım tatarlarının musiqisindən bəhrələnən milliyyətcə erməni olan bəstəkar A.Spendiyarov 1924-cü ildə Ermənistan hökumətinin dəvəti ilə İrəvan şəhərinə gəlməli olur. Çünki Ermənistandan musiqi kadrlarının yaranmasında, konservatoriyanın, simfonik orkestrinopera teatrının əsaslı qurulmasında A.Spendiyarov da yaxından iştirak etməli idi. Yerevana gedərkən yolüstü Ü.Hacıbəyovun qonağı olur. Söhbət zamanı A.Spendiyarov Ü.Hacıbəyovdan soruşur: «Üzeyir bəy, mən Sizin «Məşədi İbad» operettanızı eşitmişəm, orada bir neçə musiqi məni xüsusi məftun etmişdir» – deyərək məşhur «Deyirlər ki toy olacaq»" xorunu, və «Məşədi İbad, sən bizə, xoş gəlib, bizi şad elədin» duetini zümzümə edir. Bu sözdən təsirlənən Üzeyir bəy – «Bu, əslində xalq musiqisidir, mən isə onları inkişaf etdirib əsərə daxil etmişəm – deyir. Spendiyarov: «Xalq musiqisi olsa da, perioritet sizə məxsusdur. Siz icazə versəniz bu melodiyaları mən də yenicə bəstələdiyim «Almast» operasında İran qoşunlarının səhnəsində istifadə edərdim» – deyə xahiş edir. Şübhəsiz, böyük humanist qəlbə malik olan Üzeyir bəy qonağın bu xahişini yerə salmır. Ancaq daha neçə illər sonra bu melodiya təkcə «Almast» operasında deyil, Komitasın bəstəsi kimi «Simli kvartetdə», A.Babacanyanın bəstəsi kimi «Vaqorşapat» rəqsində, daha kimlərin bəstəsində yer tapdı. Ancaq nədənsə sonrakı erməni musiqişünasları bu melodiyanın «çox qədim» erməni musiqisi olmasını iddia etməyə başlayaraq, hətta etika, insaf xətrinə belə Üzeyir bəyin adını çəkməyi özlərinə sığışdırmadılar. Əlbəttə, bu halilk, nə də son oğurluq idi. Ancaq bir tarixi yada salmaq yerinə düşər…

…Erməni musiqişünası Q.Qedokyan Komitasa həsr etdiyi məqalədə yazır: «1871-ci ildə arximandrit Dertsoxyan yepiskop Eçmiədzinə gəlir. Qaydaya görə özüylə kilsə xoru üçün bir oğlan uşağını gətirməli idi. O, yetim bir uşağı (12 yaşlı Komitası) özüylə gətirir. Katolikos uşağın səsini bəyənsə də, çox acıqlanır. Çünki uşaq erməni dilini bilmirdi. Oxuduğu mahnılar da türk mahnıları idi. Elə bu fakt özü sübut edir ki, uşaq vaxtından türk musiqisi əhatəsində böyümüş Komitas erməni musiqisinin qədimliyini təyin edəndə və ya onları təbliğ edəndə fikirlərini türk musiqisinə əsaslandırmışdı. Bu gün ermənilər azərbaycan-türk muğamlarını, xalq mahnılarını və ya rəqslərini öz adlarına çıxarsalar da, onların melodiyasında hətta adında belə dəyişiklik edə bilmirlər. Əks halda qondarma yamaq özünü dərhal büruzə verir.

Ancaq ən dəhşətli təcavüz bəstəkarın «Arşın mal alan» operettası ilə bağlı olub. Əsərin ilk tamaşası 1913-cü ilin oktyabrında Bakıda, Tağıyev teatrında göstərilib. Artıq 1916-cı ildə «Arşın mal alan» təkcə Tiflisdə türk, erməni, gürcü, yunan dillərində tamaşaya qoyulurdu. 1915-ci ildən Tiflisdə, Areksyanın teatrında S.Maqalyan adlı bir erməni tarçalan kimi orkestrdə «Arşın mal alan»ı müşaiyət edirdi. Bu həmin Sedrak Maqalyandır ki, sonradan özü sərbəst truppa düzəldərək «Arşın mal alan» operettasını yüksək gəlir mənbəyinə çevirmişdi.

Üzeyir bəyin cəhdlərinə baxmayaraq, S.Maqalyan həmişə müəllif hüququna daxil olan məbləğləri ödəməkdən yayınmışdı.

Gürcüstanda Sovet hakimiyyətinin qurulması ilə bağlı 1921-ci ildə o, Türkiyəyə İstanbulaoradan da ABŞ-a mühacirət etmişdi. Los-Ancelesdə varlı erməni icmasının dəstəyi ilə tez zamanda öz teatrını yaradan S.Maqalyan «Arşın mal alan»ını əsil biznes mənbəyinə çevirir. Afişalarda bu əsər «Erməni operettaları kraliçası» kimi təşbehləndirilir. Şübhəsiz, artıq orda Ü.Hacıbəyovun adını qeyd etməyi bu erməni özünə rəva görmürbütün ləyaqət və vicdanı unudaraq, «mədəni qarət» və təcavüzünü davam etdirir.

1937-ci ildə ABŞ-da daha bir erməni, rejissor Ruben Mamulyan «Arşın mal alan»ı ekranlaşdırdı. Lakin öz «əqidəsinə» və «milli ənənəyə» sadiq qalan Mamulyan da əsil müəllifin adını göstərmir. 1942-ci ildə İranda ezamiyyətdə olan Şəmsi Bədəlbəyli bu filmi görüb Bakıya qayıdarkan Üzeyir bəyə xəbər verir.

Ü.Hacıbəyov isə M.C.Bağırovun məsləhəti ilə o vaxt SSRİ Xarici işlər komissarı olan Molotova məktub yazır, əhvalatı ona bildirir. Tezliklə bu işdən xəbər tutan İ.V.Stalin əsil rəhbər və mahir siyasətçi kimi dəqiq və qəti bir qərar çıxardır. Ağır müharibə illəri olmasına baxmayaraq Azərbaycanın ən kamil və gözəl sənətkarlarını bir araya yığaraq, möhtəşəm, parlaq, geniş formatlı dünya standartlarına uyğun bədii musiqili film çəkilməsini tapşırır. Artıq 1945-ci ildə ekranlara çıxan «Arşın mal alan» filmi tezliklə bütün dünyanı fəth edərək, əvvəllər çəkilmiş eyni adlı filmləri kölgədə qoyur və Ü.Hacıbəyovun adını bütün planetdə təsdiq edir.

Ü.Hacıbəyovun əsərlərinə, həyatına qarşı bəd niyyətlə yanaşan erməni sənətçilər təkcə xarici ölkələrdə yaşamırdı, onunla eyni şəhərdə yaşayan, ünsiyyətdə olan nə qədər qəlbi qara, xəbis insan, dahi bəstəkarın həyatını zəhərləyirdi.

1932-ci ildə Ü.Hacıbəyov Şərqdə ilk notla çalan xalq çalğı alətləri orkestri yaradarkən buna qəti etiraz edənlərdən biriA.İonessyan adlı bir erməni olmuşdur. Çünki o özü Bakıda «Şərq orkestri» deyilən və əsasən ermənilərdən ibarət olan bir musiqi kollektivinə rəhbərlik edirdibu orkestrin repertuarı xalq mahnılarından, təsniflərdən və rənglərdən ibarət idi. Ü.Hacıbəyovun yaratdığı orkestr isə xalq musiqisi ilə kifayətlənməyərək, milli bəstəkarların orijinal əsərləri və Avropa, rus bəstəkarlarından – Şubertin, Qriqin, Çaykovskinin, Qlinkanın və başqalarının əsərləri ilə həm repertuarı zənginləşdirmiş, həm də milli alətlərin çalğı imkanlarını xeyli inkişaf etdirmişdi. Bu orkestrin günü-gündən artan uğurlarını görən A.İonessyan hər vasitə ilə öz bədxahlığını büruzə verirdi. İfaçıları ayrı-ayrılıqda dilə tutub Üzeyir bəydən uzaqlaşdırmaq cəhdindən tutmuş, yüksək instansiyalara yalan, iftira dolu qərəzli şikayət məktubları göndərməyə qədər… Əlbəttə son nəticədə Üzeyir bəyin haqlı olduğu tam aydınlığı ilə sübut olunsa da, bütün bunlar ona nə qədər ürək ağrısı, yuxusuz gecələr, narahatlıqlar gətirirdi. 1938-ci ilin aprelində Moskvada keçən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə İ.V.Stalinin arzusu ilə proqrama daxil edilmiş «Arşın mal alan» operettasını məhz Ü.Hacıbəyovun yaratdığı xalq çalğı alətləri orkestri müvəffəqiyyətlə müşayiət etdi.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 8 mart.- S.11.