Azərbaycan milli mətbəxində
Novruz elementləri
Bayramı Novruz mətbəxindən
ayrılıqda təsəvvür
etmək mümkün
deyil
Novruz bayramı
Azərbaycan türkünün
qədimliyinin, yaşam
tərzinin, mədəniyyətinin,
habelə özünəməxsus
mətbəx mədəniyyətinin
ifadəsi kimi ağlımızda anlaşılır. Novruzda milli
mətbəximizin əlvan,
özündə xəlqi
mənanı daşıyan
yeməkləri təqdim
olunur. Milli mətbəx mədəniyyətimiz
olduqca zəngin ənənələrə malikdir.
Zəngin mətbəx mədəniyyətimiz
olsa da, bu sahədəki adətlərimizi unuda-unuda
gedirik. Azərbaycanın kulinariya tarixinin
tanınmış araşdırıcısı,
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyir ki, tariximiz qəribəliklərlə
doludur. Babalarımızın,
əcdadlarımızın tarixinə işıq sala biləcək tutarlı sübutlarımız
həmişə az olub. Ancaq məsəl var ki, həqiqət nazilir, üzülmür.
Bu həqiqətlərin açılması tarixi-etnoqrafik
araşdırmaların mövzusu
olsa da, bizdən də yan keçmir. Mədəniyyətdə bir-birini qoruyub
yaşadan bayram və mətbəx amillərinin sıx bağlılığı şübhə
doğurmur. Novruz bayramını
Novruz mətbəxindən
ayrılıqda təsəvvür
etmək mümkün
deyil. Novruz bayramında mətbəx
elementləri (paxlava, şəkərbura bişirmək,
yumurta döyüşdürmək,
qonağa pay qoymaq, səməni bişirmək
və s.) götürülsə,
şübhəsiz, bayramın
bu sarıdan mahiyyəti itər və bu mətbəxin
elementləri tənəzzüllə
uğrayar».
Sovet dönəmində
Novruz bayramına xeyli qadağalar qoyulub. Xalq buna baxmayaraq həmin bayramı ürəyincə
qeyd etməyə çalışıb: «Novruz
bayramına qadağa qoymaqla xalqın müqavimətini qırmaq
üçün bu bayram ətrafında səs-küy yaradıldı.
Ancaq əslində bilmədən
və istəmədən
əhalinin diqqəti Novruza yönəldildi və Hovruz yaddaşımızda, ürəyimizdə
daha möhkəm həkk olundu. Novruz haqqında yazılı araşdırmalar ortaya çıxdı». T.Əmiraslanov
bildirir ki, Azərbaycan kulinariya elminin gərəkli məsələlərindən biri
itirilmiş milli mətbəximizi bərpa etməkdir: «Biz kulinarlarımızı,
tarixçilərimizi, etnoqraflarımızı
bu məsələlərin
açılmasına, araşdırılmasına
dəvət edirik».
Tanınmış yazıçı-araşdırmaçı Yusif Vəzir Çəmənzəminli yazır
ki, Novruz qədər əhəmiyyətli
bayramlardan biri də «Azər» (noyabr ayında) imiş. «Novruz» yazı təsdiq edən kimi «Azər» bayramı da qışı zəmm edərmiş və hər kəs quzu və
yağlı ət kimi istilik gətirən
yeməklər yeyərmiş.
T.Əmiraslanov deyir ki, Azər bayramı
da Novruz kimi astronomik, təqvim bayramı idi və atəşpərəstlikdən
də öncə Asların, Azların, Az adamlarının, Az ərlərinin təqvim bayramı idi. Onu da
deyək ki, çinlilərdə, yaponlarda,
monqollarda, tibetlərdə
də qırovdüşmə
ilə bağlı ayin və mərasimlər
var. Bu da Azər bayramının dinlərlə
deyil, təbiətlə,
təbii hadisələrlə
bağlı bayram olduğunu göstərir.
Böyük çillə – 22 dekabr-2 fevral (40 gün) qışın oğlan çağı (kişilik
vaxtı, sərt vaxtı) adlanır və kişilərin bayramı hesab edilir. 2-22 fevral
isə kiçik çillə, yəni qadınlar bayramıdır.
Azər bayramı Azər ayında (indiki təqvimlə 21 noyabr – 21
dekabr) girərdi və Azər ayının 9-cu günü
bayram edilərdi.
İndiki təqvimlə bu,
30 noyabr – 1 dekabra düşür. Zərdüştilər təzə ilin ilk ayının (21 mart-21 aprel)
ilk gününə isə
«Novruz» deyərdilər.
Bu təqvimlə Azər ayı 9-cu ay olurdu, qışın ilkin çağına düşərdi. Azər bayramından
sonra daha çox istilik gətirən qış yeməkləri bişirilməliydi.
Bu zaman buxarlı,
yəni duru yeməklərə üstünlük
verilməliydi. Çəmənzəminlinin – «Novruz yazı
təqdis etdiyi kimi Azər bayramı da qışı zəmm edərmiş»- ifadəsini
artıq qışa hazırlığın bayram
edilməsi, qışa
acıq verilməsi, hədə-qorxu gəlinməsi
bayramı kimi də başa düşülə bilər.
Yəni bu, qışa hazırlığın son bayramı
idi. İndi də dilimizdə
«düşmən qabağında
özünü sındırma»,
«kədərini düşmənə
bildirmə», «düşmənə
gül, özünü
şən göstər»
ifadələri şüuraltı
təfəkkürümüzdən gəlir. Ola bilsin, Azər bayramı qışı düşmən bilənlərin,
ona sinə gərənlərin, onun önündə gülənlərin,
qışı qorxudanların
bayramı idi».
Dünyanın ən qədim, ləziz və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin milli ruhumuzu yüksək səviyyədə ifadə etməsi sevindirici haldır: «Aərbaycan mətbəxi dedikdə yalnız xörəklər, onların bişirilmə qaydaları deyil, həm də tarix, fəlsəfə, süfrə psixologiyası, adət-ənənələr, xalqın etika və estetikası və s. bu kimi amilləri ahəngdar surətdə birləşdirən mətbəx mədəniyyəti başa düşülür. Azərbaycan mətbəxi Azərbaycan Respublikası, Güney Azərbaycan, keçmiş İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı, Borçalı başda olmaqla Gürcüstanın bir sıra bölgələrində, Dərbənd başda olmaqla Dağıstanda soydaşlarımızın yaşadıqları ərazilərdə yaranıb. Şübhəsiz, mətbəxi yaradan və formalaşdıran ən başlıca amil iqlimdir. Azərbaycanın ərazisindən 9 iqlim qurşağı keçir ki, bu da flora və faunanın zənginliyini təmin edərək zəngin mətbəxin yaranması üçün şərait yaradır».
Ancaq görəsən, soydaşlarımızın zəngin əkinçilik və maldarlıq mədəniyyətinə malik olmaları özünəməxsus mətbəx mədəniyyətimizin formalaşmasına təkan verən əsas amil kimi nəzərdən keçirilə bilərmi? T.Əmiraslanovun fikrincə, zəngin mətbəx yaratmaq üçün ovçuluq məhsullarından və qidaya yabanı bitkilər əlavə etməkdən başqa həm də çoxlu mədəni bitkilər tələb olunur: «Bunun üçün əhalinin əkinçilik və maldarlıq sarıdan yüksək mədəniyyətə malik olması gərəkli idi. Məsələn, dənli bitkilərdən və xəmirdən mürəkkəb xörəklər yalnız o zaman meydana gələ bilərdi ki, məhsul istehsalı adi çörək və çörəkəvəzi yeməklərin hazırlanması üçün tələb olunan miqdardan çox olsun. Təkcə çətənin (aşsüzənin ibtidai növü) mövcudluğu dənli bitkilərdən və xəmirdən bişirilən xörəklərin tarixini bizim eradan 5-6 min il əvvələ aparmaqla yanaşı, artıq bu dövrdə taxılın tələbatdan çox istehsal edilməsini göstərir. Gürcü alimi M.İ.Txeşelov 1888-ci ildə İrəvan xanlığında yaşayan azərbaycanlı (türk-red.) əhali haqqında yazırdı: «Kəndlərdə taxılçılıqla, əkinçiliklə, balıqçılıqla məşğul olurlar. Əlbəttə ki, aran yerlərdə. Yaylaqlarda isə yalnız heyvandarlıqla məşğuldurlar. Azərbaycanlılar əsasən çaysahili torpaqlarda yaşadıqları üçün onları əkinçi xalq adlandırmaq olar». İ.L.Seqal 1902-ci ildə yazırdı: «Müsəlman (Azərbaycan-türk – red.) əhalisi əsasən Bazarçay, Ayrıçay, Bərgüşad, Oxçuçay, Ağyara, onların qolları, həmçinin Araz çayı sahillərində yaşayırlar. Erməni əhalisi isə sərt dağ və qayaların başında dağınıq haldadırlar. Erməni kişilərinin çox böyük hissəsi (15 yaşından 40 yaşınadək) ehtiyac üzündən hər il qışda Tiflisə, Bakıya, Xəzərsahili vilayətlərə gedib özlərinə qazanc tapırlar. Buralarda onları nökərçilik (lakey, qulluqçu) və ya küçə həyatı cəlb edir. Azərbaycanlılara gəlincə, onlar düzən yerlərdə daha yaxşı əkinçilik şəraitində yaşayırlar».
Yüzillər boyu Qafqaz bazarlarının əsasən soydaşlarımızın istehsal etdiyi əkinçilik və maldarlıq məhsulları ilə təmin edildiyi danılmazdır. Qafqazın ərazisində zəngin mətbəx yarada bilən və bu mətbəxi yaşada bilən əsaslı xammal bazasına malik yeganə xalq azərbaycanlılar (Azərbaycan türkləri-red.) idi. Erməni və gürcü mətbəxlərinin Azərbaycan mətbəxindən gen-bol faydalanması da bu amillə bağlıdır. Azərbaycan mətbəxi üçün səciyyəvi hal ondan ibarətdir ki, başqa xalqlardan demək olar, çox az şeylər götürdüyü cüzi nümunələri də xeyli dəyişdirib özünə uyğunlaşdırıb. Ümumtürk mətbəxinin bolqar, yuqoslav, rus və s. xalqların mətbəxlərinə təsirindən çox yazılıb. Maraqlıdır ki, ərəb və farslarla təmasda olmuş azərbaycanlılar bu xalqların da mətbəxinə güclü təsir göstərib. Həmin dillərdə işlənən xörək adları və mətbəx terminləri bunu aydın sübut edir».
Bu gün türkün yaratdığı nə varsa, həyasızcasına ona iddia edən erməniləri başa salmaq üçün mətbəx mədəniyyətimimizə də bu sıradan davamlı yiyə durmağımız son dərəcə gərəklidir.
Uğur
Xalq Cəbhəsi.-
2012.- 16 mart.- S.14.