«Oxucuya yaxşı roman lazımdır»
Şəbnəm
Karslı: «Müğənni
deyiləm ki, toyda oxumağa çağırsınlar».
«Fərqli görünmək istəsəydim
«sandıqda gizlətdiyim»
şeirlərimi çap
edib «şöhrət»
qazanardım»
«2087-ci il»… Bu tarixə hələ qədəm qoyulmasına çox zaman qalsa da,
75 il sonranın
Azərbaycanı haqda
roman yazılıb. Müsahibimiz həmin əsərin müəllifi, yazar Şəbnəm Karslıdır.
- İlk romanda birbaşa oxucunu informasiya ilə yükləmək… İmkan
ver, oxucu səni bir yazar
kimi tanısın…
- Mən roman oxuyanda vecimə almıram ki, bu müəllifin
birinci romanıdır,
ya mininci. Oxucu məni tanımasa da olar, mən
oxucunun nəyinə lazımam axı? Müğənni deyiləm ki,
toyda oxumağa çağırsınlar. Mən onlara çox da gərəkli deyiləm. Oxucuya yaxşı roman lazımdır, informasiya verən və əlbəttə ki, ideya yükü olan.
- Ədəbiyyat və
siyasi sfera arasında yol qət etdin. Bu kitab nədir, həmin o qət edilən yolda gördüyün ştrixlər,
ya görmək istədiyin dünya düzəni?
- Bu kitab mənim qətiyyən istəmədiyim
bir dünya düzənidir. Ama buna doğru
iri addımlarla gedirik. Zbiqnev Bjezinski və
Fransis Fukuyama kimi politoloqların proqnozlarını
oxuyuram davamlı olaraq. Mütaliəmdə
bədii ədəbiyyat
çox az
yer tutur. Daha çox politoloji əsərləri oxuyuram.
Bu bir az
bizim ədəbi sferaya yad olan
bir şeydir. Bizim dostlar adətən
on-on beş müəllif, tanınmış
ədəbiyyatçının əsərlərini mütaliə
edirlər. Mən isə politoloji
əsərlərə önəm
verirəm. Zövqlər müxtəlifdir. Lakin həmin
mütaliə ilə başqa cür roman yazmaq da mümkünsüz
olardı.
- Şəbnəm Karslı
niyə roman bumuna məhz futurist romanla qoşuldu? Bu fərqli
görünmək istəyi
idi, yoxsa?
- Mən heç vaxt fərqli görünməyə cəhd
etməmişəm. Tam əksinə, sıradan biri olmuşam. Geyimimlə, danışığımla, yazılarımla
və s. Mən fərqli görünmək
istəsəydim «sandıqda
gizlətdiyim» şeirlərimi
çap edib «şöhrət» qazanardım.
Onlar həqiqətən
də fərqlidir. Romanın futuristik
olub-olmamasına gəlincə,
mən bu romanı nə olduğunu bilmədən yazmışam. Ədəbi nəzəri
biliklərim çox bəsitdir. İlk dəfə bu romanı oxuyan dostlardan biri dedi ki, roman utopistdir. İkincisi dedi ki, futuristikdir.
Üçüncüsü dedi ki, politoloji-proqnoztikdir
və s. Mən yazmışam, nə olduğuna ədəbiyyatçılar
qərar versinlər. Amma bu fərqlənmək üçün yazılmayıb,
inanın mənə.
Futuristik, demişkən, romanı oxuyan bir dostum
iddia edir ki, roman futuristik tələblərə cavab
vermir. Çünki orda qapının zəngi çalınanda xanım özü qapıya gedir və ya gündəlikləri
poçtalyon gətirir
və s. İndidən
bu kimi suallara
cavab vermək istərdim. Birinci dünya müharibəsindən,
İkinci Dünya müharibəsindən sonra
da qapı öz-özünə açılmırdı
və banderolları poçtalyonlar gətirirdi.
Heç kim
iddia edə bilməz ki, üçüncü dünya
müharibəsindən sonra
nəsə dəyişəcək.
- Hər şey çox alışılmış
ssenari üzrə başlayır. Xanımından
boşanmış bir
kişi, qəflətən kitabxanada
gördüyü cazibədar
bir qadın. Romanın süjet xəttini klişeləşmiş roman üslubundan
kənar qurmaq olmazdı?
- Qəhrəmanımın 40 yaşı
var, onun boşanması və ya əvvəlcə evli olması şərt idi. Axı biz qadınlar imkan vermərik ki, bu qədər
müsbət keyfiyyətlərə
malik olan bir kişi
40 il subay qalsın. Tanışlığa qalsa, başqa
variantım yox idi. Elmi araşdırma məqsədi
ilə gələn Eleni elmi iş
üzərində çalışan
Mirasla bulvarda tanış ola bilməzdilər.
- Dünyada baş verən proseslər qadın-kişi münasibətlərindən
yola çıxılaraq
araşdırılır. Səncə, sənə qədər olan tarixi-düşüncə
romanlarından hansı
məqamlarına görə
fərqlənir bu
roman?
- Azərbaycanın gələcəyi
və ya Azərbaycan 60 il
sonra… Bu artıq
fərqli mövzudur, kimsə bunu işləməmişdi indiyə
qədər və ya mən rastlaşmamışam.
- Romanda bir kişi danışır
və feminoloji nəzəriyyəyə əsaslanan
roman tənqidçiləri bu kitabı oxusa deyəcəklər ki, bu romanı
bir qadın yaza bilməz. Qorxmursan ki?
- Mən heç vaxt qadın kimi düşünməmişəm.
Görünür, kişilərlə dostluq etməyimin nəticəsidir. Adətən qadınlarla dostluğum baş tutmur, hətta ailəmdə də atamla və ərimlə daha yaxşı anlayırıq bir-birimizi,
nəinki anam və ya bacılarımla.
Ona görə də romanı kişi dili
ilə yazmaq mənim üçün çox asan oldu. Bu romanı
isə başqası yazıb iddiasını irəli sürəcək
«ağıllıya» isə
indidən yazığım
gəlir.
- Əsərin qəhrəmanının
Çinli dostu türklərə nifrət
edir və bu məntiqlə əsərdə biz onun Miras Bəkiriova da nifrət etdiyini də görməli idik. Amma o, nifrət
etmir. Sizcə, Miras Bəkirov
kimdir, öz kimliyinin axtarışında
olan alim, yoxsa manqurt?
- Miras kimliyini bilir, lakin etiraf
edə bilmir. Jianying də onu «türk»
kimi görmür.
Miras mənim nəzərimdə 60-70-ci illərin
bir az
oyanıq, bir az manqurt simasıdır…
- Miras Bəkirov
həm kommunistdir, ateistdir, həm də içki içmək onun üçün günah sayılır, dəfələrlə
milli-mentalitet haqqında
danışır, həm
də Çin İmperiyasına sadiqlikdən. Bu insanın içindəki
ziddiyyət ulu babalarının yaşadığı
SSRİ sərhədləri daxilində yaşayan müsəlman türklərin
keçirdikləri ziddiyyətlərin
eynisi deyil ki? Bəs elə isə
nə dəyişib Miras Bəkirovların təfəküründə?
- Miras ateist deyil,
roman başlayanda və
Eleni ilə ilk tanışlığında o müsəlman
olduğunu deyir. Lakin bunu yüksək səslə hayqıra və etiraf edə bilmir. Mən Mirasın yaşadığı
imperiyanı SSRİ ilə
eyniləşdirməyə çalışmışam. Təfəkkürün dəyişməsinə isə inanmayan biriyəm. Hər əsrdə bir-iki
aydınımız olub,
lakin kütləviləşməyib.
Sabah da belə olacaq, birisi gün də…
- Azərbaycandan beyin köçləri məni
də həmişə
düşündürüb. Niyə üçüncü nəslinin
dilindən nəql etdirmisən köçü?
Olmazdı ki, necə Mirasın babasının gündəlikləri vardısa,
eləcə də Eleninin atasının, ya babasının gündəlikləri qalaydı?
Elə daha maraqlı olmazdı?
- Mən bir dostuma
da söz vermişəm ki, bu romanı 40 yaşımdan sonar bir daha yazacağam – daha geniş və əhatəli formada. O zaman sənin də təkliflərini nəzərə
alarıq (gülür).
- Sultan Səlahəddin obrazı haqqında məlumat verəndə birdən birə Kamalistlər ortaya çıxır. Onlar gedib o dövrə də çıxıblar?
- Bü gün Türkiyədə Osmanlıçılar
yoxdur? Deməli 60 il sonra
Osmanlı qurulmuş olsa, Kamalistlər də olacaq. Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun «Stratejik derinlik: Türkiyenin uluslararası
konumu» adlı bir kitabı var. Onu oxumanızı tövsiyə edərdim. Bir çox məqamlara aydınlıq gətirə
biləcək əsərdir.
Eyni zamanda əsərin müəllifinin Türkiyə
Cumhuriyyətinin xarici
siyasətini təsbit
edən bir şəxs olması kitaba daha da
ciddi yanaşmalar tələb edir.
- Daha nələri gözləyək səndən?
«2087″-dən sonra nə gəlir,
«2088″?
- İkinci roman tarixi
olmayacaq, tamam fərqli olacaq. Cinsi-psixoloji xəstəlik
keçirən bir kişinin həyatından
bəhs edəcək.
Nə həmin xəstəlik haqqında, nə də bu tip xəstələr barəsində
ədəbiyyatda heç
vaxt heç nə yazılmayıb.
Bu ilin sonu
və ya 2013-cü ilin başlanğıcında
çap etdirməyi düşünürəm.
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.-
4 may.- S.13.