Bəhmən Vətənoğlu
xalqın əzablarını yazırdı…
Şairə həsr olunmuş tədbir
keçirilib
Mayın 6-da Dirili Qurbani ədəbi məclisində tanınmış şair Bəhmən Vətənoğluya həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə məclisin sədri Yusif Dirili açıb. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Y.Dirili Bəhmən Vətənoğlunun özünəməxsusluğundan danışıb. Filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı Bəhmən Vətənoğlunun sənətkarlığına diqqət çəkib: «Onun şeirləri Azərbaycan aşıqlarının, müğənnilərinin repertuarındadır. Haqqında sənədli film çəkilib. Belə insanları həmişə yada salmaq gərəkdir. Şairin gücü yalnız qələminə çatır. O, gördüyü haqsızlızlıqlara etiraz edir. Bəhmən Vətənoğlu yazdığı şeirlərə, açıqfikirliyinə görə çox zərbələr alıb. Xalqın ürəyinə dəyən zərbələr həm də şairin ürəyinə dəyir. Bəhmən Vətənoğlu haqqında çox danışmaq olar. O, çox insanların ürəyində, yaddaşında iz qoyub».
Şair Malik Əhmədoğlu deyib ki, Bəhmən Vətənoğlunun adı harada çəkilir, oradan mütləq Kəlbəcərin ətri gəlir. Aşıq Təşəkkül şairin illər boyunca çap olunmadığını, şeir sərrafı olmayanlar tərəfindən bəyənilmədiyini bildirib: «Həmişə də deyiblər ki, yaxşısını göndərin. Elə bu kimi hallara görə o, uzun müddət çap olunmayıb». Yazıçı-publisist Əlisahib Əroğul Bəhmən Vətənoğlunu rayonda yaşadığı çağlardan tanıdığını bildirib: «Tez-tez söhbətləşərdik. Qaçqınlıq vaxtı o da Gəncəyə köçmüşdü. Ona da, Sücaətə dedim ki, qaçqınlıq sizi qubarladacaq. Məskunlaşdıqları yerdən Murovdağ görünürdü, baxıb köks ötürürdülər. Sücaət də tez getdi. Gərək ziyalı həmişə cəmiyyətdəki ədalətsizliklərə qarşı çıxsın. Bəhmən Vətənoğlu xalqın əzablarını yazırdı. O, gerçəkdən xalqın şairi idi. Həmişə onun haqqında söz deməyə dəyər». İşıqlı Atalı bildirib ki, Bəhmən Vətənoğlunun dünyası ilə öz dünyası arasında doğmalıq, insani birlik var: «Onun şair dünyası şərə qarşı hiddətlidir: zamanındakı heç bir haqsızlığa dözmür».
Habelə tədbirdə Məmməd Məstaloğlu, Rafiq Mirzə, Ələmdar Cabbarlı, Sofi Bilal, Oruc Şahbuzlu, Məhəbbət, Firidun Şahbuzlu, Daməd Kərimli, Zəminə Xınalı, Mərcan Şahbuzlu, Məhəmməd Qılınc, Bəhram Basqallı, Bəydadaş Cəfərli, Azad Asifoğlu, Həcər Qəbələ, İlahə, aşıqlardan Məhərrəm Hüseynli, Fikrət, Təşəkkül, Pərviz Laçınlı, Fatimə Cəbrayıllı, Dərya Mərdanzadə, Qızqayıt Kəlbəcərli, Mehman Dağlaroğlu, Hüsniyə xanım (muğam) çıxış ediblər.
Yaşanmış gözəl duyğular həsrət gətirir, nisgil gətirir insan ömrünə, ancaq o gözəl çağlar geri dönən deyil. Yaşanmış duyğular o zaman mənalı olur ki, yeni-yeni yaşarı, ümidli hallar gəlir insan ömrünə. İnsan ümidli halıyla ümidsiz dünyanı ümidləndirir. Çağımızda insanları ümidə səsləyən, ümid ünvanı olan ömürlər yox dərəcəsindədir. Bəhmən Vətənoğlunun şeirlərində dəhşətli nisgil var. Naşı ağıl bu şeirlərdə bədbinlik axtarar. Ancaq onlarda inad və döyüş gördüm. İnsan inanır ki, döyüşür. Nisgilli şeir nisgilli mahnı kimidir. Kədərinin məlahətinə qulaq asırsan, sən də kədərlənirsən, ancaq kədərindən sarsıldımın dərəcədə bədbinliyə qapılmırsan. Çünki kədərli şeir, kədərli mahnı bizə doğmalığıyla ümid gətirir. Şair deyir: «Məni anlaya bilən bir insan axtarıram. İnsan isə sanki yox kimidir. Zaman bizə ümid verməz. Zamandan üstünlüyümüz gərək. Şeirimiz insanilik ümidi ilə yaşamalıdır. O zaman Bəhmənlərin də ümidi göyərər, əbədi Vətənli olar, yurd müqəddəsliyini təsdiq edər».
Qısaca Bəhmən Vətənoğlunun (Abbasovun) ömürlüyü haqqında:
1932-ci ildə Kəlbəcər rayonunun Seyidlər kəndində doğulub.
2004-cü ildə 71 yaşında Gəncədə vəfat edib. Kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışıb, kənd kitabxanasında müdir olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirib (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilib (1965-1967). Seyidlər kənd orta məktəbində direktor olub (1967-1993). Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşıblar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləyib.
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. İlk mətbu şeri «Dəyişməmişəm» 1958-ci ildə Kəlbəcər rayon qəzetində («Yeni həyat uğrunda») dərc olunub. Respublika mətbuatında vaxtaşırı çıxış edib. «Haqqa qardaş yaranmışam» (1985), «Allahsız dünya» (1992) «Vətən bizi bağışlamaz» (1995), «Qaldı ürəyimdə dağı dağların» (1997), «Nə yaman aldatdın Bəhməni, dünya» şeir topluları nəşr olunub. Şairin yaradıcılığından iki bənd təqdim edirik:
Dünya kiminə kef, kiminə dəhşət,
Bunları qanana yazığım gəlir.
Duyub düşündükcə ömrün sonunu,
İnsanam, insana yazığım gəlir.
Yaxud da
Məni
anlaya bilən,
Bir insan axtarıram.
Qəlbimi qana bilən,
Bir insan axtarıram!
«Azərbaycanın
bu il qalib
olmaq sansı var»
Yan Ola Sand: «Eurovision»dan
böyük bir layihə həyata keçirmək istəmirik»
«Eurovision» mahnı
müsabiqəsinin icraçı
rəhbəri (exectuve
supervisor) Yan Ola Sandın APA-ya müsahibəsi
- Çıxışınızda dəfələrlə Azərbaycandakı
şounun çox özünəməxsus və
möhtəşəm olacağını
bildirmisiniz. Bu il müsabiqədə
müxtəlif yaş
kateqoriyalı təmsilçilərin
yarışmasına necə
baxırsınız? Sizcə bu
yarışmada müvafiq
bir yaş həddi olmalıdırmı?
- Bu hal olduqca sevindiricidir
və bu onu göstərir ki, müsabiqə daha fərqli və müxtəlif insanları, kateqoriyaları,
etnik mənsubiyyətləri
cəlb edir. Nəticə
isə belədir ki, yarışma daha da maraqlı
olur. Bir şeyi qeyd
etmək lazımdır
ki, bu mədəniyyət
tədbiri üçün
çox vacib bir faktordur və
müxtəliflik tamaşaçılara
da geniş şanslar verir.
- Avropa Yayım Birliyi tərəfindən
«Asiavision» musiqi yarışmasının keçirilməsi
nəzərdə tutulur. Bu layihənin
«Eurovision»a rəqib olmasından narahat deyilsiniz ki?
- Bu yarışmanı keçirmək
EBU deyil, EBU-nun digər
ölkələrdəki qardaş
təşkilatları tərəfindən
həyata keçiriləcək.
Onlar «Asiavision» etmək istəyindədirlər, amma
bu layihənin konsepsiyası başqa cür olacaq. «Asiavision»un canlı
yayımı, tamaşaçı
səsverməsi olmayacaq.
Ümumilikdə, onu deyə
bilərəm ki,
«Eurovision2dan böyük, dünyanı
əhatə edəcək
bir layihə etmək fikrində deyilik. Ərəb ölkələri və Cənubi Amerika bu cür
layihələrə çox
maraqlıdır, onlar
belə bir şey yaratmaq istəyirlər. «Eurovision»
bu gün necə işləyirsə,
bundan sonra da ideal formada işini davam etdirəcək. «Asiavision»u isə Asiyada EBU-nun tərəfdaş
təşkilatı həyata
keçirəcək.
- Builki 42 mahnını dinləmisiniz və fikriniz necədir? Bu il bir çox mahnılar ölkələrin öz dilində səslənəcək.
Sizin buna münasibətiniz necədir?
- Mahnıların hər biri üslub baxımından seçilir.
Mən təmsilçilərin öz
dilində oxumaq azadlığını yüksək
qiymətləndirirəm. Onların bir çoxu öz dilində oxuyur və milli alətlərdən istifadə məni sevindirir. Hər il olduğu
kimi builki müsabiqənin də mahnıları cəlbedicidir.
- Maraqlıdır, «Eurovision» mahnı
müsabiqəsiin rəhbərliyini
icra etdikdən sonra hansısa iştirakçıya səs
vermisinizmi?
- Bəli, səs vermişəm, amma kimə səs verdiyini açıqlamayacağam.
Qoy bu sirr
olaraq qalsın:
- Hər il
olduğu kimi, bu il də
bukmekerlər müsabiqə
iştirakçılarının şanslarını dəyərləndirir,
«Eurovision» pərəstişkarları arasında səsvermə keçirilir. İsveç təmsilçisi Loreen hər iki səsvermədə ilk
yerdədir. Sizin
fikrinizcə, bu nəticə doğru ola bilərmi?
- Bu marağa hər zaman çox diqqətlə yanaşıram.
Doğrudur, bu il İsveçin
mahnısı çox
diqqət qazanıb. Ənənəvi olaraq, həm
«Ogae»in, həm bukmekerlərin səsverməsini
izləyirəm. Bu gün
həqiqətən də
çox adam
İsveçdən danışır.
Amma bir məqama diqqət çəkmək
istəyirdim, çox
illər olub ki, kimsə favorit sayılsa da, həmin iştirakçı aşağı
yerlərdən birini tutub. Ötən il Böyük
Britaniya, Fransa, İrlandiyaya da maraq çox idi və bütün
səsvermələrdə ön
sıralarda idilər.
Ən vacib iki həftə hələ qabaqdadır, bu müddətdə böyük dəyişikliklər
ola bilər.
Həm də münsiflər heyəti var, onların fikri hələ məlum deyil.
- Bu il «Eurovision»un
60-cı mahnısı qalib
olacaq. Növbəti illərdə də
belə hallar baş verdiyi təqdirdə hansı addımı atmaq fikrindəsiniz?
- Bununla bağlı mexanizmimiz var və belə olacağı təqdirdə
biz müvafiq addımlar
atacağıq. Belə
deyim, əgər belə bir hal
baş versə, o zaman eyni bal
toplamış ölkələrə
verilən 12 balların
çoxluğu hesablanacaq
və daha çox 12 bal qazanan ölkə qalib olacaq.
- Azərbaycanın ikinci il dalbadal
«Eurovision»da qalib gəlmək şansı varmı?
- Aydındır ki, Azərbaycan müsabiqəyə
qatıldığı ildən
bəri «Eurovision»a böyük maraq göstərir. Ümumiyyətlə,
ev sahibi
olan ölkənin üstünlüyü ondadır
ki, hər zaman diqqət mərkəzində olur. Əlbəttə ki, Azərbaycanın bu il də
qalib gəlmək şansı var.
- Siz bu müddət
ərzində Azərbaycana
çox gəlib-getmisiniz.
Layihə bitdikdən sonra
«Odlar Yurdu» üçün darıxacaqsınız?
- Darıxacağam, amma mən yenə də Azərbaycana gələcəyəm. Azərbaycana və özümüzə
qarşıda gələn
möhtəşəm yarışmada
uğurlar diləyirəm.
Uğur
Xalq Cəbhəsi.-
2012.- 8 may.- S.15.