Folklorumuzun toplayıcısı

 

Hənəfi Zeynallı tez-tez müxtəlif rayonlara ekspedisiyalar təşkil edirdi

 

Ötən yüzilin 30-cu illərində Sovet imperiyasının repressiyaya məruz qoyduğu yaradıcı insanlarımızdan biri də Hənəfi Zeynallıdır. H.Zeynallı 1896-cı ildə Bakıda dəmirçi-nalbənd ailəsində anadan olub. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, o cümlədən, Mərdəkan kəndində mahir sənətkar kimi tanınırmış. Hənəfi 6 yaşında ikən atası vəfat edir. O, kiçik yaşlarından anasının himayəsində yaşayıb. Ailənin bütün ağırlığı hələ uşaq ikən onun üzərinə düşür. O, rus-tatar məktəbinə girir, 12 yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq, bir parça çörək qazanmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olur. Uşaqlıqdan çox dözümlüinadkar olan Hənəfi rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirir. 1916-cı ildə oranı uğurla bitirən H.Zeynallı Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləməklə yanaşı, imtahan verib müsaqibə yolu ilə ali-texniki məktəbə daxil olur. Bu illərdə o, tələbələrin coşğun həyatı, gizli inqilabi fəaliyyətləri ilə yaxından tanış olur və fəal tələbə-inqilabçılardan birinə çevrilir. Buna görə də onu institutun ikinci kursundan xaric edirlər.

1920-ci ilin yanvarında İstanbul Universitetinin hüquq fakültəsində təhsil almağa başlayır. Ancaq Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə əlaqədar olaraq partiyasovet idarələrində işləmək üçün həmin ilin iyulunda Türkiyədən geri çağırılır. 1920-22-ci illərdə respublikanın ictimai həyatında yaxından iştirak edən H.Zeynallı işgüzarlığı və gözəl təşkilatçılıq bacarığı ilə Göyçay, Salyan, Muğan və Şamaxı qəzalarında partiyasovet orqanların yaranmasında iştirak edir, məktəbdənkənar və kənddə şöbələrində müdir işləyir, keçmiş Xalq Maarif Komisarlığı kollegiyasının üzvü olurburada məktəbdənkənar şöbəyə rəhbərlik edir. 1921-22-ci illərdə keçmiş «Kommunist» qəzetinin redaksiya heyətinin üzvü, keçmiş Şuşa qəza partiya komitəsinin katibi olur, sonra isə Azərbaycan Həmkarlar İttifaqı Şurasının orqanı olan «Zəhmət» qəzetinin redaktoru vəzifəsində çalışır. 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur, 1927-ci ildə oranı birinci dərəcəli diplomla qutararaq hərbi xəstəxana həkimi adı alır. 1927-ci tədris ilində ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasına (keçmiş şərq fakültəsinə), daha sonra Ali Pedoqoji İnstituta elmi işçi təyin edilir. O, ilk vaxtlar professorlardan B.Çobanzadənin, S.Vasilyevin, T.Berinin, A.Baqrininb. rəhbəriyi tələbələrə Azərbaycan ədəbiyyatı tarixi, dünya ədəbiyyatı tarixi fənlərindən mühazirələr oxuyur, elmi pedaqoji fəaliyyətlə yanaşı, elmi-ədəbi yaradıcılıqla da məşğul olur. 1922-ci ildən dövrü mətbuatda elmi-tənqidi məqalələrini dərc etdirir. 1924-29-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru olur. 1930-1935-ci illərdə o, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinin rəhbəri olur. H.Zeynallı keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat şöbəsinin müdiri, bu şöbə akademiyanın nəzdində instituta çevrildikdən sonra isə müxtəlif vaxtlarda folklor şöbəsinin müdiri, elmi katib, direktor müavini, «Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti»ndə folklor komissiyasının sədri, 1936-cı ilin sentyabrında AZFAN-ın yanında Baş Mətbuat Müvəkkili vəzifəsində işləyir. «Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti» 1923-cü il noyabrın 2-də təsis edilir. İlk növbədə cəmiyyətin üç əsas şöbəsi işə başlamışdı. Bu şöbələr aşağıdakılar idi: tarixetnoqrafiya, təbiət, iqtisadiyyat. Xalq ədəbiyyat sahəsində çalışan şəxslərdən cəmiyyətin tərkibində profofessor A.Baqri, H.Zeynallı, V.Xuluflu, A.Sübhanverdixanov, yazıçılarımızdan C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqaları var idi. Cəmiyyətin tərkibində olan müxtəlif seksiyakomissiyalar az müddətdə Azərbaycanın rayonlarına ekspedisiyaya gedirlər. Azərbaycanın müxtəlif yerlərində olan abidə, qala arxeoloji tikintilər öyrənilirdi. Bu abidələrlə əlaqədar müxtəlif əfsanə və rəvayətlər də öyrənilib mətbuatda dərc edilirdi. Bu işləri çox geniş miqyasda, kütləvi şəkildə aparmaq üçün cəmiyyətin mümkün olan bütün vasitələrə əl atır, geniş tələbə, müəllim kollektivini bu işə cəlb edirdi. Bunun üçün xüsusi ölkəşünaslıq kursları təşkil edilmişdi. Sonralar cəmiyyətin «Xəbərlər»i nəşr olunmağa başlayır. «Xəbərlər» həm rus, həm də Azərbaycan dilində çıxırdı.

Araşdırmaçı Xəzəngül Məmmədova bildirir ki, 1923-cü ildə Azərbaycan Ədib və Şairlər İttifaqı Rəyasət Heyətinin sədr müavini seçilən H.Zeynallının 1920-ci illərdə folklorun toplanması və nəşri sahəsində də böyük xidmətləri olmuşdu. O, həm folklor toplayıcısı kimi topladığı materialları ayrıca kitabça şəkilində nəşr etdirir, həm də folklor nəzəriyyəçisi kimi çox mühüm nəzəri əhəmiyyəti olan məqalələr yazırdı: «Folkorumuzu toplamaq və nəşr etmək işinin təşəbbüskarlarından olan H.Zeynallı şifahi xalq yaradıcılığının daha da inkişaf etməsinə, onun elmi-nəzəri məsələlərinin aydınlaşdırılmasına çalışan ilk görkəmli folklorşünas-alimlərimizdəndir. Keçmiş «Kommunist» qəzetində və ona əlavə çıxan «Xalq ədəbiyyatı həyatdan doğar» adlı ədəbi səhifələrdə H.Zeynallı şifahi xalq ədəbiyyatını və onun xüsusiyyətlərini səciyyələndirən «Həyat və sənət», «Xəvas və əvam ədəbiyyatı» məqalələrini dərc etdirir. Azərbaycan şifahi xalq ədəbiyyatının çox yayılmış janrlarından olan bayatılar, manilər, atalar sözü, tapmacalar, dastanlar ağızdan-ağıza keçə-keçə əsrlərlə yaşayıb. Xalq ədəbiyyatının bu nümunələrinin toplanıb tədqiq edilməsi xalqımızın keçmiş olduğu iqtisadi həyatı, tarixi hadisələri onun istək və arzularını, ənənələrini, ictimai fikrini, təfəkkür tərzini öyrənmək üçün geniş imkan açır. Buna görə də 20-ci illərdə Azərbaycan xalq ədəbiyyatının nəşri işinə böyük əhəmiyyət verilirdi». Bu sahədə H.Zeynallının xidməti daha çox diqqəti cəlb edir. O, bir tərəfdən toplanmış zəngin materialların küll halında nəşrinə çalışır, redaktə edir, digər tərəfdən isə bu kitablara müqəddimələr yazaraq əldə olunmuş naliyyətləri qiymətləndirirdi. Azərbaycan folklorşünaslığı sahəsində onun bu xidməti 1922-1936-cı illər dövrü mətbuatında dərc olunmuş məqalələrində aydın nəzərə çarpır. Bu sahədə yazdığı əsərlərdə folklorşünaslığın mühüm elmi-nəzəri məsələləri, onun toplanması və tədqiq prinsipləri aydınlaşdırılır.

Xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri bayatılardır. Bayatı Azərbaycan folklorunun qədim janrlarındandır. Xalq həyatının bütün sahələrini özündə əks etdirən oynaq, dərin məzmunlu, yüksək fəlsəfi fikirlərlə dolu olan bu lirik şeirlərdən şifahi ədəbiyyatla yanaşı, yazılı ədəbiyyatda da istifadə edilir. Bayatıların bu xüsusiyyətləri H.Zeynallının tədqiqlərində ilk dəfə ətraflı araşdırılıb. 1925-ci ildə «Azərbaycan ədəbiyyat cəmiyyəti» tərəfindən çap edilmiş «Azərbaycan xalq ədəbiyyatından: «Bayatılar» adlı birinci kitaba yazdığı müqəddiməsində H.Zeynallı qeyd edirdi ki, bu kitabça gələcəkdə bu yolda görüləcək işlərin birinci addımıdır. Tədqiqatçı bu toplanmış nümunələri xalqımızın məişətini, mədəniyyətini, müxtəlif sahələrini aydınlaşdırmağa imkan verən maraqlı mənbə kimi qiymətləndirirdi.

Araşdırmaçı qeyd edir ki, H.Zeynallı tez-tez Azərbaycanın müxtəlif rayonlarına ekspedisiyalar təşkil etmişfolklorumuzun müxtəlif janrlarını toplamaqla məşğul olmuşdu. Bu görkəmli alim 40 illik ömrünün 20 ildən çoxunu folklorun, klassikmüasir ədəbiyyatın öyrənilməsinə, folklorun toplanmasına, tədqiqinə və bir sıra nəzəri məsələlərin araşdırılmasına həsr edib. 1926-cı ildə H.Zeynallının «Azərbaycan atalar sözü və məsəlləri» kitabı nəşr edilir. Bu kitab həmin dövrə qədər çap edilən bütün folklor kitablarından öz elmi prinsipləri ilə seçilir. H.Zeynallı Azərbaycanda nəşr edilən bütün atalar sözlərini nəzərdən keçirir, mənbələrini göstərməklə onları öz kitabına daxil edir. «Atalar sözü və məsəllər» kitabı böyük bir müqəddimə ilə başlayır: «Bu müqəddimə H.Zeynallının xalq ədəbiyyatının bir çox nəzəri məsələlərini dərindən bildiyini sübut edir. Burada o, yalnız atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun mənşəyindən, janrlarından söhbət açır. H.Zeynallı xalq ədəbiyyatını mənzum və mənsur qisimlərə bölür. Bayatı, mahnı, ağı, bağlama, beşikbaşı, meyxana, tərifnamə mənzum qismə; nağıllar, dastanlar, qaravəllilər, təmsillər, ofsunlar, tapmacalar, atalar sözləri isə mənsur qismə aid edilir. H.Zeynallı göstərir ki, bu bölgünü apararkən o, rus şifahi xalq ədəbiyyatı tədqiqatının təcrübəsindən istifadə edib».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 9 noyabr.- S.14.