«Folklortariximiz»

 

Yaqub Mahmudov: «Bizim real tariximiz xalqın yaşatdığı folklordadır»

 

Teymur Bünyadov: «Mənəvi mədəniyyətin öyrənilməsində folklor öndə durur»

 

Muxtar İmanov: «Folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana gəlməsi dövrünə gedib çıxır»

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının FolklorTarix institutlarının birgə təşkilatçılığı ilə «Folklortariximiz» mövzusunda respublika elmi konfransı keçirildi. AMEA Humanitar elmlər bölməsinin akademik katibi Kamal Abdullayev çıxışında belə bir tədbirin keçirilməsini olduqca əhəmiyyətli saydığını bildirdi: «Bu konfrans ictimai-humanitar elmlərin həyatında təzə olduğu qədər də ciddi hadisədir. İki institutun birgə tədbir keçirməsi gələcəkdə bu ideyanın daha da genişləndirilməsinə imkan verir». O, daha sonra folklor müstəvisində tarixlə, tarix müstəvisində isə folklorla bağlı dumanlı məqamların çox olduğunu, bu konfransın qeyri-müəyyənliyin aradan qaldırılmasına, folklorda tarixi məqamların araşdırılmasına xidmət edəcəyinə əminliyini bildirdi.

AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirdi ki, birgə konfransın keçirilməsi tarixi araşdırmalarımızla bağlı ciddi nailiyyətlər qazanmağımıza səbəb ola bilər. Təəssüf ki, tarixi mənbələrimizin demək olar, hamısı başqa dilərdə (ərəb, fars, yunans.) dillərdədir. Ümumiyyətlə, araşdırıcılarımız bu kimi məsələlərdə diqqətli olmalıdırlar ki, təhrifləri həqiqətdən ayra bilsinlər». Y.Mahmudov belə bir məqamda folklor materiallarının, folklorşünaslığın tarixçilər, ümumən tarixşünaslıqlıqda əvəzsiz material, faktlar verdiyini bildirdi. O, burada əsas faktor olaraq folklor yaddaşının

xalq ruhunu, tarixini özündə daşlaşmış şəkildə qoruduğuna diqqət çəkdi və dediklərinə xeyli misallar gətirdi: «Kitabi-Dədə Qorqud» dastanlarında belə bir qədim məsəl var: «Qarı düşmən dost olmaz». Bu həqiqəti daha yaxşı anlamalı və bizdən sonra gələn nəsillərimizə öyrətməliyik. Ümumiyyətlə isə şifahi xalq ədəbiyyatının coğrafiyası çox genişdir. Folklor nümunələrinə istinad etməmək tariximiz üçün əskiklik yaradır. Şifahi xalq ədəbiyyatına istinad etdikdə görürük ki, bizim xalqımız geniş coğrafiyada yaşamış xalqdır. Xalq ədəbiyyatımızda Çindən tutmuş Firəngistana qədər ərazilərdə xalqımızın yaşadığı, yaratdığı, bu bölgələrlə əlaqəsi olduğu çox aydın görünür. Azərbaycanın yağı düşmənlərlə mübarizə tarixi də folklordadır. «Kitabi-Dədə-Qorqud» dastanlarında «qara donlu kafirlər» xüsusi vurğulanır. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü göstərdi ki, bu gün xalqımızın dostunu-düşmənini tanıması baxımından da folklorumuz ciddi mənbədir. Tarixin düzgün öyrənilməsi üçün müxtəlif xarici mənbələrlə yanaşı, ana dilimizdə olan mənbələrdən, ilk növbədə isə folklor nümunələrindən istifadə edilməlidir. Folklor xalqın yaşatdığı tarixdir. Belə düşünənlər var ki, folklorda tarixi dəqiqlik yoxdur. Ancaq bizim real tariximiz xalqın yaşatdığı folklordadır. Tarix İnstitutu olaraq biz folklor materiallarında tarixiliyin öyrənilməsinə çoxdan başlamışıq».

Akademik Teymur Bünyadov iki institutun birgə tədbir keçirməsi ənənəsini yüksək dəyərləndirdiyini bildirdi: «Bu, çox gözəl bir başlanğıcdır. Arxeologiyaetnoqrafiya tariximizin daha dəqiq öyrənilməsinə xidmət edir. Folklorla etnoqrafiya biri-birinə çox yaxındır, doğmadır. Mənəvi mədəniyyətin öyrənilməsində folklor öndə durur. Ümumiyyətlə, tarix, etnoqrafiya, ədəbiyyat, dilçilik, arxeologiya elmlərinin inkişafında folklorun rolu böyükdür».

Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov öncə belə bir gərəkli tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. Qeyd etdi ki, müxtəlif ölkələrdən olan həmkarları bu ideyanı bəyəndiklərini və tədbirdə iştirak etmək istədiklərini bildiriblər. O, bu mövzuda beynəlxalq tədbir haqqında düşünüldüyünü də vurğuladı: «Konfransın 6 bölməsinin hər birinə folklorşünaslıqda tanınmış şəxslərin adları verilib. Vəli Xuluflu həm də tarixçi olub. Folkloru tarixdən, etnorqrafiyadan ayıra bilmərik, əksinə, bunların birliyini daha da inkişaf etdirmək lazımdır».

O, konfransda daha çox epostarix mövzusunda məruzələrin olduğunu, eposda tarixin ən çox əks olunduğu, yaşadıldığı folklor janrı olduğunu vurğuladı: «Xalq yaşadıqca, tarixi hadisələrin şahidi olduqca, ona uyğun folklor nümunələrini yaradır. Milli ədəbiyyatımızın ilkin qatlarında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Xalqımızın şifahi yaradıcılığı kimi dəyərləndirilən folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çıxır. Son 10-20 il ərzində nə qədər yeni folklor nümunələri yaranıb. Onlar da artıq tarixin müəyyən səhifəsinə çevrilib».

Konfransın mövzuları aşağıdakılardır: folklorda yaşayan tarix; folklor tarixi qaynaqlara yardımçı vasitə kimi; tarixi şəxsiyyətlər haqqında folklor nümünələrinin yaranma səbəbləri; türkQafqaz xalqlarının tarixifolklorunun qarşılıqlı əlaqəsi; tarixin folklora təsiri və problemlər.

Tədbirdə aşağıdakı məruzələr dinlənilib: Tofiq Nəcəfli «Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu»; Məhsəti İsmayıl, «Folklorda yaşayan tarixi həqiqət», «Sarı gəlin» xalq mahnısının etnik kökləri üzərinə bir dəyərləndirmə; Qara Namazov, «KoroğluGiziroğlu Mustafa bəy»; Aynur Qəzənfərqızı, «Qumuq yırlarında tarixin bədii əksi; Enver Uzun, «Azərbaycan tarix və folklorşunaslığında Babək»; Nuridə Muxtarzadə, «Atalar kultu baxımından ocaqlar, pirlər və türbələr»; Adil Cəmil, «Manas: tarixi varislikdən ədəbi varisliyə»; Vəfa İbrahimova, «Aşıq Qurbaninin şeirlərində Şah İsmayıl Xətayi obrazı»; Əziz Ələkbərli, «»Kitabi-Dədə Qorqud»: dastanda gizlənən tarix»; Ülkər Əliyeva, «Qəhrəmanlıq eposlarımız «Azərbaycan yurd bilgisi»ndə»; Pərinaz Sadıqlı, «Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərində atalar sözləri tarixi qaynaq kimi»; Nizami Muradoğlu, «Bayatılar və tariximiz»; Şəbnəm Məmmədli, «Tarixi fakt və hadisələr Qaraqalpaq eposu «Qırx qız»da; Sönməz Abbaslı, «Tarixi şəxsiyyətlərlə bağlı regional lətifələr»; Gülsümxanım Hasilova, «Tarixi romanfolklor (Ə.Cəfərzadənin «Bakı-1501″ romanı əsasında)»; Füzuli Bayat, «Sözlü ənənədə yaşayan yaxın tarix»; Almaz Ülvi (Binnətova), «Özbək folklor biliciləri və abidələri özbək və Azərbaycan folklorşünaslığında elmi-nəzəri araşdırmalarında»; Vəfa İsgəndərova, «Xalq nağıllarında yaşayan tariximiz»; Dilavər Əzimli, «»Kitabi-Dədə Qorqud» dastanı və tariximiz»; İslam Sadıq, «Azərbaycan folklorunda tariximizin aydın izləri»; Bəxtiyar Şahverdiyev, «Boz qurdla bağlı miflərdə verilən bəzi məlumatların tarixi qaynaqlardakı izlərinə dair»; Fəridə Namazova, «Cəlalilər hərəkatı və «Koroğlu» dastanı»; Mahmud Allahmanlı, «»Qaçaq Nəbi» dastanı tarixilik və bədii düşüncə müstəvisində»; Şəfəq Əliyeva, «Dastana çevrilmiş tarix, yaxud ədalətli Şah Abbas obrazı»; İlhami Cəfərsoy, «Qədim Ön Asiya panteonunda Əsli və Kərəm kultları»; Mətanət Abbasova, «Xalq bayatılarında tarixi Qarabağ obrazı»; Xaləddin Xəlilli, «Azərbaycan tarix elmifolklor»; Afət Haşimi, «Oğuznamə epik ənənəsi və tarixilik problemi» və s.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 20 noyabr.- S.14.